| № |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları (Мühazirə) |
Auditoriya saatları (Təcrübi) |
| 1 |
Əczaçılıq |
I |
İnsan anatomiyası və tibbi terminologiya |
20 |
40 |
İNSAN ANATOMİYASI VƏ TİBBİ TERMİNOLOGİYA FƏNNİ ÜZRƏ 050802-“ ƏCZAÇILIQ”İXTİSASININ TƏDRİS PROQRAMI
“İnsan anatomiyası və tibbi terminologiya” fənni BAKI – 2025
Müasir dövrdə ali tibb təhsilinin qarşısında qoyulan tələblər ilk növbədə nəzəri və təcrübi biliklər arasında düzgün və balanslaşdırılmış inteqrasiyanın qurulmasından, ilk kurslardan başlayaraq tələbələrdə klinik təfəkkürün formalaşdırılmasından ibarətdir. İnsan anatomiyası elə nadir təməl fənnlərindəndir ki, onun tədrisi zamanı bu tələbi xüsusi effektivliklə həyata keçirmək mümkündür; tələbə elə ilk təcrübi dərslərindən müəllimlərinin köməyi ilə əldə etdiyi biliklərin gələcəkdə onun həkim praktikasında nə qədər əhəmiyyətli olmasını anlamağa başlayır. Təbii ki, müasir dövr öz tələblərini diktə edir. “İnsan anatomiyası və tibbi terminologiya” fənninin tədrisi öz əsas müddəalarına – sistematikliyə, ciddiliyə, latın nomenklaturasının mənimsənilməsinə söykənərək, irəli çox ciddi bir addım atmışdır. Bu, ilk növbədə müasir elmi-texniki tərəqqinin nailiyyətlərinin tədris prosesinə intensiv surətdə cəlb olunmasına, multi-media vasitələrinin, video materialların istifadə edilməsinə aiddir. Klassik tədris metodlarının – quru və yaş preparatlar üzərində izahatın slayd və videolarla tamamlanması, tələbələrdə insan orqanizminin quruluşu barədə bitkin təsəvvürün formalaşmasında olduqca böyük əhəmiyyətə malikdir. Hal-hazırki dövrdə molekulyar biologiyanın, biofizika, genetika kimi elmlərin böyük vüsət almasına baxmayaraq anatomiya təbabətin özülü olaraq qalmaqdadır. Anatomik biliklər xəstənin müayinəsindən, sadə, elementar tibbi manipulyasiyalardan başlayaraq ən mürəkkəb və mütərəqqi tədqiqat metodlarının – tomoqrafiyaların, angioqrafiyaların aparılmasına qədər, çox vacib və zəruridir. Cərrahi əməliyyatların aparılmasında isə anatomik biliklərin kifayət qədər yüksək olmaması tamamilə yolverilməzdir. Məlumdur ki, anatomik biliklərin əsas tətbiq sahəsi təbabətdir. Bununla belə, bu biliklər idmanda, arxeologiyada, incəsənətdə, müxtəlif sənaye konstruksiyalarının hazırlanması və istifadəyə verilməsində olduqca mühümdür.
AKTS: 4 kredit
Fənnin məqsədi. “İnsan anatomiyası və tibbi terminologiya” fənni insan orqanizminin quruluşunu, onun inkişafını, fərdi, cinsi və yaş xüsusiyyətlərini sistemlər və aparatlar, bu aparat və sistemləri təşkil edən orqanlar səviyyəsində öyrənməklə məşğuldur. Orqanizmin tam bir vahid təşkil etməsinin mexaniki, humoral və sinir səviyyəsində tənzim olunması postulatından çıxış edərək tələbələrə insan bədənini təşkil etmiş bütün sistemlərin və aparatların quru və yaş preparatlar üzərində detallı surətdə öyrədilməsi, əldə edilmiş biliklərin kompüter texnologiyalarının vasitəsilə möhkəmləndirilməsi, nəzəri biliklərin – mühazirələrdə orqan və sistemlərin inkişafı, onların funksional anatomiyasının xüsusiyyətlərinin, təcrübi dərslərdə hər bir orqanın quruluşu, topoqrafiyası barədə anlayışların tam surətdə formalaşdırılması, bu biliklərin təcrübəyə tətbiqi üçün davamlı zəmin yaradılması fənnin məqsədinə aiddir.
Tələbə nəyi bilməlidir:
Tələbə nəyi bacarmalıdır:
Tələbə yiyələnməlidir:
Məşğələnin planı:
PROQRAM
“Əczaçılıq” ixtisası üzrə “İnsan anatomiyası və tibbi terminologiya” fənninin tədrisi bir sıra xüsusiyyətləri ilə seçilir. Anatomik biliklərin tələbələrə ardıcıl və ciddi surətdə, quru və yaş preparatların, eyni zamanda multi-media vasitələrinin tətbiqi ilə öyrədilməsi və onların kafedranın professor-müəllim heyəti tərəfindən sistematik və obyektiv surətdə sorğusu aparılmalıdır. “Əczaçılıq” ixtisası üzrə təhsil alan tələbələrdə “İnsan anatomiyası və tibbi terminologiya” fənni 1 semestr ərzində tədris olunur; bu müddətdə tələbələr dayaq-hərəkət aparatı (sümük və birləşmələr sistemi, əzələ sistemi), daxili orqanlar-splanxnologiya bəhsini (həzm, tənəffüs, sidik, cinsiyyət, endokrin və immun sistemləri), mərkəzi və periferik sinir sistemlərini, vegetativ sinir sistemini, duyğu orqanları bəhsini, ürək-qan damar sistemini, limfa sistemini öyrənirlər. Tələbələrin müvafiq ixtisas üzrə tədrisi zamanı onlarda orqanlar, orqanların damar-sinir təchizatı, topoqrafiyası barədə bitkin və tam təsəvvür yaratmaq fənn müəllimləri üçün mühüm və əsas məsələyə çevrilir. Burada hər bir izahat zamanı preparat və multi-media vasitələrinin, anatomik planşetlərin ən effektiv surətdə kombinə olunması, bir-birini tamamlaması təmin edilməlidir. Tələbələrin orqanları, bu orqanların hissələrini tanıması olduqca vacibdir və bu biliklər mütəmadi surətdə yoxlanılır və möhkəmləndirilir.
İnsan anatomiyası və tibbi terminologiya fənni üzrə I kurs tələbələrinin mühazirələrin mövzü planı
|
№ |
Mövzu (mühazirə) |
Saat |
|
|
İnsan anatomiyası fənninə giriş. Anatomiyanın məqsədi, vəzifələri və öyrənilmə metodları. Anatomiyanın Azərbaycanda inkişafı. Anatomiyanın inkişaf tarixi. Anatomiyada işlədilən latın terminlərinin mənşəyi. İnsan embriogenezinin mərhələləri barədə ümumi məlumat. Prenatal və postnatal ontogenezin xüsusiyyətləri. Orqan mürəkkəb toxuma sistemi kimi. |
2 |
|
|
Skeletin ümumi anatomiyası. Sümüklərin quruluşu, forması, təsnifatı, fiziki-kimyəvi xüsusiyyətləri. Sümüklərin inkişafı haqqında ümumi məlumat. Sümüküstlüyü və sümük iliyinin quruluşu. |
2 |
|
|
Sümük birləşmələrinin anatomiyası. Birləşmələrin növləri, fasiləsiz və fasiləli birləşmələr. Yarımoynaqlar, onların səciyyəvi xüsusiyyətləri. Fasiləli və ya sinovial birləşmələr (oynaqlar). Oynaqların biomexanik təsnifatı. Oynağın köməkçi elementləri, fiksasiyası və tormoz aparatı. |
2 |
|
|
Əzələlərin morfofunksional anatomiyası. Əzələ bir orqan kimi, əzələlərin quruluşu və təsnifatı. Əzələnin qüvvəsi və işi. Əzələlərin inkişafı haqqında ümumi məlumat. Ontogenezin ayrı-ayrı mərhələlərində əzələlərin inkişaf xüsusiyyətləri. |
2 |
|
Splanxnologiya haqqında ümumi məlumat. Daxili orqanların ümumi icmalı, funksional anatomiyası, inkişafı. Həzm orqanlarının funksional anatomiyası. Borulu orqanların quruluşu. Vəzilər: quruluşu və təsnifatı. İlk bağırsaq borusunun inkişafı, ön, orta və arxa bağırsağın differensiasiyası barədə ümumi məlumat. |
2 |
|
|
Tənəffüs sistemi orqanlarının funksional anatomiyası. Sidik – cinsiyyət sistemi və endokrin orqanlarının funksional anatomiyası. |
2 |
|
|
Sinir sistemi haqqında məlumat. Sinir sisteminin quruluş elementləri: onurğa beyni və baş beyinin quruluş xüsusiyyətləri. Onurğa beyni sinirləri. |
2 |
|
|
Duyğu orqanlarının funksional anatomiyası. 12 cüt kəllə sinirləri. Vegetativ sinir sistemi. |
|
|
|
Ürək-qan damar sistemi. Ürəyin funksional anatomiyası. Böyük, kiçik və yerli qan dövranları. |
2 |
|
|
Limfa sisteminin quruluş elementləri. Limfa kapillyarları, damarları, düyünləri, kötükləri və limfa axacaqlarının anatomiyası. Limfanın venoz sistemə axma yolları. |
2 |
İnsan anatomiyası və tibbi terminologiya fənni üzrə I kurs tələbələrinin praktiki məşğələlərin mövzü planı
|
№ |
Mövzu (praktik məşğələ) |
Saat |
|
|
Gövdə sümüklərinin quruluşu, funksional anatomiyası, birləşmələri və istifadə olunan latın terminləri. Ətraf sümüklərinin quruluşu, funksional anatomiyası, birləşmələri və istifadə olunan latın terminləri. |
2 |
|
|
Kəllə sümükləri: quruluşu, xüsusiyyətləri, topoqrafiyası haqqında anlayış və birləşmələri. |
2 |
|
|
Baş və gövdə əzələlərinin funksional anatomiyası. |
2 |
|
|
Ətraf əzələlərinin funksional anatomiyası. |
2 |
|
|
Həzm sistemi orqanları, quruluşu, funksional anatomiyası və istifadə olunan latın terminləri. |
2 |
|
|
Tənəffüs sistemi orqanları, quruluşu, funksional anatomiyası və istifadə olunan latın terminləri. |
2 |
|
|
Sidik-cinsiyyət orqanlarının quruluşu və funksional anatomiyası. |
2 |
|
|
Endokrin sistemi orqanları, quruluşu, funksional anatomiyası və istifadə olunan latın terminləri. |
2 |
|
|
Aralıq qiymətləndirmə. Bu kollokviuma 1-8-ci mövzuları əhatə edən yalnız təcrübə məşğələ materialları daxil ediləcəkdir. Kollokvium mərkəzi qaydada Universitetin İmtahan Mərkəzində keçiriləcəkdir. |
2 |
|
|
Sinir sisteminin quruluşu, elementləri, onurğa beyni. Onurğa beyni sinirləri, kələfləri və onun şaxələri. |
2 |
|
|
Baş beyin: hissələri, quruluşu, beyin qovuqları və onların törəmələri. |
2 |
|
|
Duyğu orqanları və 12 cüt kəllə sinirləri. |
2 |
|
|
Qan-damar sistemi haqqında məlumat. Qan dövranları və onların funksional xüsusiyyətləri. |
2 |
|
|
Ürək, quruluşu, topoqrafiyası. Qidalanması və innervasiyası. |
2 |
|
|
Aorta, onun hissələri, şaxələri. Beynin qidalanması və xüsusiyyətləri. |
2 |
|
|
Orqanların, ətrafların qidalanması və xüsusiyyətləri. |
2 |
|
|
Venoz sistem. Yuxarı boş vena sistemi. |
2 |
|
|
Aşağı boş vena və qapı venası sistemi. İstifadə olunan latın terminləri. |
2 |
|
|
Limfa sisteminin quruluşu və xüsusiyyətləri. |
2 |
|
|
Vegetativ sinir sistemi. |
2 |
TEXNİKİ TƏCHİZAT Tədris prosesində innovativ formalardan istifadə
Tədris prosesində müəllim tərəfindən aktiv sürətdə quru və yaş preparatların izahı ilə yanaşı onların multimedia və 3D texnologiya əsasında tədrisin təşkili təmin olunmalıdır. Preparatlar üzərində tələbə müəllimin nəzarəti altında daxili orqanların hissələrini, damar və sinir münasibətlərini dəqiq aydınlaşdıra bilmədidir. Bunların, eləcədə, kompüter texnologiyaların tətbiqi ilə müəyyənləşdirilməsinə xüsusi yer verilməlidir.
METODİKİ TƏMİNAT:
İnsan anatomiyası və tibbi terminologia kafedrasının müdiri,dosent A.S.Abdullayev