Bizi izləyin:
Heydər Əliyev
İnsan anatomiyası və tibbi terminologiya kafedrası (Fizioterapiya fakültəsi) 
Bölmələrimiz
İnsan anatomiyası və tibbi terminologiya kafedrası (Fizioterapiya fakültəsi) 

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları (Mühazirə)

Auditoriya saatları (Təcrübi)

1

Fizioterapiya və Tibbi Reabilitasiya

I

İnsan anatomiyası və tibbi terminologiya

20

55

İNSAN ANATOMİYASI VƏ TİBBİ TERMİNOLOGİYA FƏNNİ ÜZRƏ 050803-“FİZİOTERAPİYA VƏ TİBBİ REABİLİTASİYA” İXTİSASININ TƏDRİS PROQRAMI AKTS: 10 kredit BAKI – 2025

 

“İnsan anatomiyası və tibbi terminologiya” fənni

        Ali tibb təhsilinin özülü İnsan anatomiyası fənninin tədrisinin başlanması ilə qoyulur. Tam qətiyyətlə qeyd etmək olar ki, ümumən dünyada peşəkar həkim hazırlığının yaşı ilə anatomiya tədrisinin yaşı eynidir. Lakin bir elm olaraq anatomiya daha qədim keçmişə malikdir. Onun inkişaf tarixi, keçdiyi şərəfli yol ayrıca bir elm sahəsi olmağa layiqdir. Eyni zamanda anatomiya hal-hazırki dövrdə özünün yeni bir yüksəliş dövrünü yaşamaqdadır. Belə ki, elmi-texniki tərəqqinin inkişafı insanın daxili quruluşunu daha dərindən öyrənməyə imkan verən cihaz və qurğular yaratdıqca, əslində ilk növbədə anatomiyanın maraqlarına xidmət edir – insanın ən kiçik damar və sinir şaxələrinin, beyin mədəciklərinin tam vizuallaşmasına şərait yaranırsa, deməli, bu da anatomiyanın tədqiqat sahəsini daha da geniş edir. Anatomiyanın tədrisinin ən maraqlı məqamlarından biri ənənələrə sadiqlikdir – quru və yaş preparatların, meyitin üzərində dərslərin aparılması bu fənni həqiqətən də eyni zamanda həm klassik, həm də orijinal edir. Sorğular da bu qayda ilə, yenə də meyit və meyit preparatları üzərində aparıldıqca tələbələrə ciddiyyət, həkimlik etika və deontologiyasının əsasları da aşılanır. Klassik tədris üsullarının son illər multi-media vasitələrinin tətbiqi ilə tamamlanması çox güclü effektə malikdir; tələbələr təşrih otaqlarında öyrəndiklərini kompüter monitorlarında bir daha təkrar edib biliklərini möhkəmləndirmək imkanına malik olurlar.

Fənnin məqsədi. “İnsan anatomiyası və tibbi terminologiya” fənni insan orqanizminin quruluşunu fundamental əsaslarla, əyani olaraq meyit və meyit preparatları üzərində, orqanizmi təşkil edən aparat və sistemlər, bu aparat və sistemlərin təşkil olunduğu orqanlar səviyyəsində tədris edir. Müasir dövrün tələblərini nəzərə alaraq quru və yaş preparatlarla yanaşı multi-media vasitələrinin geniş tətbiqi də aparılmaqla tələbələrdə nəzəri biliklərin – mühazirələrdə orqan və sistemlərin inkişafı, onların funksional anatomiyasının xüsusiyyətlərinin, təcrübi dərslərdə hər bir orqanın quruluşu, topoqrafiyası barədə anlayışların tam surətdə formalaşdırılması, bu biliklərin təcrübəyə tətbiqi üçün davamlı zəmin yaradılması fənnin məqsədinə aiddir.

 Tələbə nəyi bilməlidir:

  1. Meyit və meyit preparatlarından istifadə edərkən Anatomiya muzeyində və Tədris mərkəzində iş və texniki təhlükəsizlik qaydalarını;
  2. Klassik anatomik tədqiqat metodlarının əsaslarını;
  3. Anatomiya elminin əsas inkişaf dövrlərini, tibbi və bioloji elmlər üçün anatomiyanın xüsusi əhəmiyyətini;
  4. Müasir anatomik tədqiqat metodlarını, İnsan anatomiyasının əsas inkişaf istiqamətlərini;
  5. İnsan bədənini təşkil edən üzvlərin hansı anatomik qanunauyğunluqlar əsasında formalaşdığını;
  6. Azərbaycan, rus, ingilis və latın dillərində anatomik terminologiyanın əsaslarını;
  7. Orqanların makromikroskopik səviyyədə quruluşunu, bunların mənsub olduğu aparat və sistemlərin orqanizmin ümumi təşkilində və fəaliyyətində əhəmiyyətini;
  8. Aparat və sistemlərin inkişafını və onların funksional əhəmiyyətini;
  9. Dayaq-hərəkət aparatının təşkilinin bütün detallarını;
  10. İnsan bədəninin ümumi quruluş qanunauyğunluqlarını, orqanizmin hissələrini quruluş-funksional qarşılıqlı əlaqələrini,
  11. Təcrübi və nəzəri tibbdə anatomiya elminin əsas tədqiqatlarının əhəmiyyətini;
  12. Uşaq, yeniyetmə və yaşlı insanda orqanizm hissələrinin və orqanlarının anatomo-topoqrafik qarşılıqlı əlaqələrini;
  13. Orqan və sistemlərin quruluş və topoqrafiyasının əsas detallarını, müxtəlif yaş dövrlərində onların əsas funksiyalarını;
  14. Orqan və sistemlərin inkişaf qüsurlarını və anomaliyalarını, baş verə biləcək quruluş variantlarını;
  15. Gələcək təhsil və peşə fəaliyyətində uşaq, yeniyetmə və yaşlı insanın anatomiyası üzrə alınmış biliklərin tətbiqi əhəmiyyətini;
  16. Sağlam orqanizmin quruluş baxımından yaş-cinsi və fərdi xüsusiyyətlərini və inkişafını;

Tələbə nəyi bacarmalıdır:

  1. Anatomik alətlərdən düzgün istifadə ( pinset, neştər);
  2. Anatomik terminlərdən sərbəst  istifadəni;
  3. Anatomik preparatlar üzərində orqanların hissələrini dəqiq təyin etməyi, bu hissələrin təhsil aldığı dildə və latın dilində nomenklaturaya uyğun adlarını;
  4. Anatomik təşrih üsulundan istifadə etməklə əzələ və fassiyaları, böyük damar və sinirləri, vəzilərin axacaqlarını, ayrı-ayrı orqanları tapıb ayırmağı;
  5. Rentgen şəkillərdə orqan və onların əsas hissələrini tapıb göstərməyi;
  6. Canlı insanda əsas sümük və əzələ anatomik oriyentirlərini tanımağı,  orqanların hüdudlarını və əsas sinir-damar dəstələrinin proyeksiyalaırnı sxematik çəkməyi, oynaqlarda hərəkəti düzgün nümayiş etdirməyi, bu hərəkətləri adlandırmağı;
  7. Tibbi və elmi ədəbiyyatdan, müasir internet mənbələrindən istifadənin əsaslarını;
  8. Rentgen şəkillərdə, kompüter və maqnit-rezonans tomoqramlarda orqanları, onların quruluş və hissələrini təyin etməyi;
  9. Test tapşırıqlarını yerinə yetirməyi, nəzəri biliklərin əsasında situasiya məsələlərini həll etməyi.

 

Tələbə yiyələnməlidir:

  1. Orqanizmi təşkil edən aparat və sistemləri, bu aparat və sistemlərin də təşəkkül tapdığı orqanların quruluşu, topoqrafiyası, damar-sinir münasibətləri barəsində nəzəri biliklərə;
  2. Orqanizmi təşkil edən aparat və sistemləri, bu aparat və sistemlərin də təşəkkül tapdığı orqanları, onların əsas damar və sinirlərini meyit və meyit preparatları üzərində müstəqil surətdə müəyyən etməyə;
  3. Meyit və meyit preparatlarından istifadənin əsaslarına, sadə tibbi alətlərdən sərbəst istifadəyə;
  4. Anatomik terminlərin təhsil aldığı dildə və latın dilində düzgün istifadəsinə;
  5. Meyit və meyit preparatları ilə işləyərkən tibbi etikanın bütün incəliklərinə;
  6. Təşrih zallarında işləyərkən kafedranın daxili nizam-intizam qaydalarına özü və tələbə yoldaşları tərəfindən tam riayət olunmasına.

 

PROQRAM

       “İnsan anatomiyası və tibbi terminologiya” fənni təbabətin istər nəzəri, istər təcrübi sahələri üçün olduqca böyük əhəmiyyət daşıyır. Müasir dövrdə anatomiya sadəcə mövcud faktları təsvir etməklə məşğul olmur; onun məqsəd və vəzifələrinə orqanizmin quruluş prinsip və qanunauyğunluqlarının izah olunması, aydınlaşdırılması daxildir. Bu suallara dolğun və bitkin cavab vermək üçün orqanizmin quruluşu ən incə detallarına qədər tədqiq olunmalıdır. Canlı orqanizm tam və bitkin bir sistemdir. Onun tədqiqatı, klassik anatomik tədqiqat işlərinə və eləcə də anatomiyanın inkişaf tarixinə nəzər salsaq, olduqca çətin bir yol keçmişdir. Təşrih üsulundan başlayaraq müasir kompüter və maqnit-rezonans üsulları, müxtəlif xarakterli angioqrafiya metodları – hamısı insan orqanizminin quruluş xüsusiyyətlərini öyrənməyə yönəlmişdir. Bu biliklər nə qədər dərin və dəqiq olarsa, klinik təbabətin uğurları da bir o qədər effektiv olacaqdır. Buna görə də təbabətin nailiyyətləri ilk növbədə anatomiya elminin nailiyyətlərindən, anatomik tədqiqat üsullarının dolğunluğundan birbaşa asılıdır. Buna da görədir ki, İnsan anatomiyası fənni ilə, ümumiyyətlə, tibb təhsili başlayır. Bütün dünya üzrə tibbi ali məktəblərin və ya universitetlərin tibb fakultələrnin ilk kursuna qədəm qoymuş tələbələr əvvəlcə anatomiya auditoriyalarından, təşrih otaqlarından və muzeylərindən təhsil almağa başlayırlar. Müasir zamanda fakultələrin təcrübi bazalarının möhkəmlənməsi və yenilənməsi, hər bir fakultənin özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq tələbələrə dərs keçməyə imkan verir. Müvafiq olaraq anatomiyanın tədrisi də bu fakultələrin xüsusiyyətlərini əhatə etməyə yönəlmişdir. “Fizioterapiya və tibbi reabilitasiya” ixtisası üzrə təhsil alan tələbələrə “İnsan anatomiyası və tibbi terminologiya” fənni 2 semestr ərzində tədris olunur; bu müddətdə tələbələr dayaq-hərəkət aparatı (sümük və birləşmələr sistemi, əzələ sistemi), daxili orqanlar-splanxnologiya bəhsini (həzm, tənəffüs, sidik, cinsiyyət, endokrin və immun sistemləri), mərkəzi və periferik sinir sistemlərini, vegetativ sinir sistemini, duyğu orqanları bəhsini, ürək-qan damar sistemini, limfa sistemini öyrənirlər. Bununla əlaqədar olaraq “İnsan anatomiyası və tibbi terminologiya” fənninin proqramı tərtib olunarkən ilk növbədə, təbii ki, sistematik anatomiyanın tələbləri nəzərə alınır, başqa sözlə, tələbələrdə insan orqanizmini təşkil edən aparat və sistemlər barədə bilik və bacarıqlar mühazirə və təcrübə məşğələlərinin kompleks surətdə, bir-birini tamamlayaraq tətbiqi ilə yaradılır. Bu zaman hər bir konkret ixtisasın da tələbləri nəzərdə saxlanılır, müvafiq izahatlarda bu və ya digər dərslər, tələbdən asılı olaraq, daha ətraflı tədris olunur.

 

İnsan anatomiyası və tibbi terminologiya fənni üzrə I kurs tələbələrinin payız semestri muhazirələrin mövzü planı

 

 

Mövzu (mühazirə)

Saat

  1.  

İnsan anatomiyası fənninə giriş. Anatomiyanın məqsədi, vəzifələri və öyrənilmə metodları. Anatomiyanın Azərbaycanda inkişafı. Anatomiyanın inkişaf tarixi, radiolojı anatomiyanın tarixi haqqında anlayış. Anatomiyada işlədilən latın terminlərinin mənşəyi haqqında məlumat.

2

  1.  

İnsan embriogenezinin mərhələləri. Prenatal və postnatal ontogenezin xüsusiyyətləri. Toxumalar, orqanlar və sistemlər.Toxumaların istinad mayaları. Ektoderma, entoderma və mezoderma törəmələri. Orqan mürəkkəb toxuma sistemi kimi. Skeletin ümumi anatomiyası. Sümüklərin quruluşu, forması, təsnifatı, fiziki-kimyəvi xüsusiyyətləri. Sümüklərin inkişafı. Prenatal və postnatal dövrdə skeletdə baş verən anatomik dəyişikliklər. Sümüklərin anomaliyaları,radiolojı anatomiyası haqqında anlayış. Sümüküstlüyü və sümük iliyinin quruluşu.

2

  1.  

Sümük birləşmələrinin anatomiyası. Birləşmələrin növləri, fasiləsiz və fasiləli birləşmələr. Fasiləsiz birləşmələrin növləri və inkişafı. Yarımoynaqlar, onların səciyyəvi xüsusiyyətləri. Fasiləli və ya sinovial birləşmələr (oynaqlar). Oynaqların inkişafı.Oynaqların biomexanik təsnifatı. Oynağın köməkçi elementləri,fiksasiyası və tormoz aparatı.Birləşmələrin inkişafı və ayrı-ayrı yaş dövrlərində xüsusiyyətlər,radiolojı anatomiyası haqqında anlayış.

2

  1.  

Gövdə sümükləri və onların quruluş xüsusiyyətləri, inkişafı. Gövdə sümüklərinin birləşmələri. Tam onurğa və tam döş qəfəsi, hərəkətləri, fərdi, cinsi və yaş xüsusiyyətləri, variasiya və anomaliyaları. Tam onurğada əyriliklərin formalaşması və funksional əhəmiyyəti. Yuxarı və aşağı ətraf sümüklərinin quruluş xüsusiyyətləri, inkişafı, variasiya və anomaliyaları.Kəllənin ontogenezdə inkişafı, tam kəllə: forması və topoqrafiyası. Yaş, cinsi və fərdi xüsusiyyətləri, anomaliyaları. Yenidoğulmuşun kəlləsinin fərqləndirici xüsusiyyətləri. Kraniometriya haqqında anlayış, kəllənin beyin və üz hissəsinin indeksləri.Onurğanın və kəllənin radiolojı anatomiyası haqqında anlayış

2

  1. 2

Əzələlərin inkişafı. Əzələlərin quruluşu, təsnifatı. Əzələnin qüvvəsi və işi. Birqollu və ikiqollu linglər. Əzələnin köməkçi aparatı, fassiya və fassiya törəmələri. Yenidoğulmuşda əzələlərin xüsusiyyətləri. Ontogenezin ayrı-ayrı mərhələlərində əzələlərin inkişaf xüsusiyyətləri. Baş, gövdə və ətraf əzələlərinin morfofunksional xüsusiyyətləri, topoqrafiyası, təcrübi nöqteyi-nəzərdən əhəmiyyəti.

2

  1.  

Daxili orqanların ümumi icmalı. Borulu orqanların quruluşu. Vəzilər: quruluşu və təsnifatı. İlk bağırsaq borusunun inkişafı, ön, orta və arxa bağırsağın differensiasiyası. Həzm sistemi orqanlarının anomaliyaları.Üzün və ağız boşluğunun inkişafı, formalaşması. Üzün və ağız boşluğunun inkişaf anomaliyaları. Dişləm və anomaliyaları haqqında ümumi məlumat.

2

  1.  

Qaraciyər və mədəaltı vəzinin funksional anatomiyası, ontogenezdə inkişafı. Qaraciyər, öd yolları və mədəaltı vəzinin inkişaf anomaliyarı.Periton haqqında anlayış, peritonun topoqrafiyası və ontogenezdə inkişafı.

2

  1.  

Tənəffüs orqanlarının funksional anatomiyası və ontogenezdə inkişafı, variasiya və anomaliyaları,tənəffüs sistemi orqanalrın radiolojı anatomiyası haqqında anlayış.

2

  1.  

Sidik orqanlarının funksional anatomiyası, ontogenezdə inkişafı, variasiya və anomaliyaları.Cinsiyyət orqanlarının funksional anatomiyası, daxili və xarici cinsiyyət orqanlarının ontogenezdə inkişafı, variasiya və radiolojı anomaliyaları. Sidik orqanlarının anatomiyası haqqında anlayış.

2

  1.  

Endokrin vəzilərin təsnifatı, funksional anatomiyası və ontogenezdə inkişafı, xüsusiyyətləri.

2

 

İnsan anatomiyası və tibbi terminologiya fənni üzrə I kurs tələbələrinin payız semestri praktiki məşğələlərin mövzü planı

 

 

Mövzu (praktik məşğələ)

Saat

  1.  

İnsan anatomiyası kafedrasında tədris prosesinin təşkili. Latın  hərflərinin oxunuşu qaydaları. Bədəndən keçirilən ox və səthlər. Adi fəqərənin quruluşu. Boyun, döş, bel fəqərələri. Oma və büzdüm sümüklərinin anatomiyası. Fəqərələrin birləşmələri. Tam onurğa: quruluşu, əyrilikləri, onların formalaşması.

2

  1.  

Qabırğaların və döş sümüyünün anatomiyası. Qabırğaların fəqərələrlə və döş sümüyü ilə birləşmələri. Tam döş qəfəsinin quruluş xüsusiyyətləri.

2

  1.  

Yuxarı ətraf sümükləri, onların quruluş xüsusiyyətləri və anatomiyası. Yuxarı ətraf sümüklərinin birləşmələri. Yuxarı ətraf sümükləri və birləşmələri mövzusunda istifadə edilən latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı.

2

  1.  

Aşağı ətraf sümükləri, onların quruluş xüsusiyyətləri və anatomiyası.  Aşağı ətraf sümüklərinin birləşmələri. Aşağı ətraf sümükləri və birləşmələri mövzusunda istifadə edilən latın terminlərinin möhkəmləndirilməsi.

2

  1.  

Kəllənin ümumi icmalı. Alın, əsas, ənsə və təpə sümüklərinin anatomiyası, topoqrafiyası, quruluş xüsusiyyətləri. Mövzuda istifadə olunan latın terminlərinin tələffüzü.

2

  1.  

Gicgah sümüyü, quruluşu, kanalları. Xəlbir sümüyü, əng, çənə və üzün xırda sümüklərinin quruluş xüsusiyyətləri. Mövzuda istifadə olunan latın terminlərinin tələffüzü.

2

  1.  

Kəllənin beyin hissəsinin topoqrafiyası. Kəllə qapağı.  Xarici və daxili kəllə əsasının kanal və dəliklərinin anatomiyası və funksional təyinatı. Gicgah çuxuru.

2

  1.  

Kəllənin üz hissəsinin topoqrafiyası. Göz yuvaları. Burun boşluğu. Gicgahaltı və qanad-damaq çuxurları. Kəllə sümüklərinin birləşmələri. Gicgah-çənə oynağı: quruluşu, forması, hərəkətləri, xüsusiyyətləri. Latın terminlərinin tələffüz qaydalarının təkrarı və möhkəmləndirilməsi.

2

  1.  

Baş əzələlərinin anatomiyası. Çeynəmə və mimiki əzələlər. Onların funksiyası. Əzələ bəhsində işlədilən yeni latın terminləri və onların tələffüzü prinsipləri.

2

  1.  

Boyunun əzələ və fassiyaları: quruluş xüsusiyyətləri. Boyunun topoqrafiyası. Boyun üçbucaqları, onların topoqrafiyası və təcrübi əhəmiyyəti.

2

  1.  

Döşün əzələ və fassiyalarının anatomik və funksional xüsusiyyətləri. Diafraqma, topoqrafiyası, quruluş xüsusiyyətləri. Qarnın əzələ və fassiyalarının quruluşu, funksiyası. Düz əzələ yatağı. Qasıq kanalı.

2

  1.  

Arxanın əzələ və fassiyalarının quruluşu, funksional anatomiyası və topoqrafiyası.

2

  1.  

Yuxarı ətrafın  əzələ və fassiyalarının quruluşu və topoqrafiyası.

2

  1.  

Çanaq və bud əzələləri və fassiyalarının quruluşu və topoqrafiyası. Baldır, ayaq əzələləri və fassiyalarının quruluşu və topoqrafiyası.

2

  1.  

Aralıq qiymətləndirmə. Bu kollokviuma 1-14-cü mövzuları əhatə edən yalnız təcrübə məşğələ materialları daxil ediləcəkdir. Kollokviuma mərkəzi qaydada Universitetin İmtahan Mərkəzində keçiriləcəkdir.

2

  1.  

Daxili orqanlar haqqında məlumat. Ağız boşluğu orqanları: dil, ağız suyu vəziləri. Süd və daimi dişlər, onların quruluşu, formulu və çıxma müddəti. Latın terminlərinin möhkəmləndirilməsi.

2

  1.  

Yumşaq damaq, udlaq, qida borusu, mdə.

2

  1.  

Nazik və yoğun bağırsaqların quruluşu və topoqrafiyası.

2

  1.  

Qaraciyər, mədəaltı vəzi və dalaq. Quruluşu və topoqrafiyası.

2

  1.  

Periton və onun topoqrafiyası. Həzm sisteminin anatomiyasında istifadə olunan latın terminlərinin möhkəmləndirilməsi.

 

  1.  

Tənəffüs sistemi orqanları. Burun boşluğu, qırtlaq, nəfəs borusu və bronxlar. Quruluşu və topoqrafiyası.

2

  1.  

Ağciyər və plevra. Orta divar. Tənəffüs sistemində istifadə edilən latın terminlərinin möhkəmləndirilməsi. Ağciyər və plevranın topoqrafiyası.Tənəffüs sistemində istifadə edilən latın terminlərinin möhkəmləndirilməsi.

2

  1.  

Sidik orqanları. Böyrəklərin quruluşu və topoqrafiyası.

 

  1.  

Sidik axarları. Sidik kisəsi, sidik kanalı. Sidik sistemində istifadə edilən latın terminlərinin möhkəmləndirilməsi.

2

  1.  

Kişi cinsiyyət orqanlarının funksional anatomiyası və topoqrafiyası.

2

  1.  

Qadın cinsiyyət orqanlarının funksional anatomiyası və topoqrafiyası.

 

  1.  

Daxili sekresiya vəzilərinin anatomiyası və topoqrafiyası. Qalxanabənzər vəzi. Qalxanabənzər ətraf vəzi. Çəngələbənzər vəzi. Cinsiyyət vəzilərinin daxili sekresiya hissəsi. Böyrəküstü vəzilər. Əzgiləbənzər cisim. Hipofiz.

2

  1.  

Aralıq. Quruluşu, topoqrafiyası.

1

 

 

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları (Mühazirə)

Auditoriya saatları (Təcrübi)

1

Fizioterapiya və Tibbi Reabilitasiya

I

İnsan anatomiyası və tibbi terminologiya

20

55

 

İnsan anatomiyası və tibbi terminologiya fənni üzrə I kurs tələbələrinin yaz semestri muhazirələrin mövzü planı

 

Mövzu (mühazirə)

Saat

 

1.

 

Sinir sisteminin ümumi anatomiyası. Sinir sisteminin quruluş elementləri. Refleks qövsü. Sinir   sisteminin inkişafı. Onurğa beyni və baş beynin inkişafı. Onurğa beyninin variasiya və anomaliyaları. Onurğa beyni və baş beyin qişaları. Beyin-onurğa beyni mayesinin əmələ gəlməsi və cərəyanı.

2

 

2.

Baş beynin hissələri. Beyin yarımkürələrinin quruluşu. Beyinin şırım və qırışıqlarının inkişafı. Beyinin seqmentasiyası. Beyin qabığının sitomieloarxitektonikası. Beyin qabığında vəzifələrin dinamik lokalizasiyası. Beyinin variasiya və anomaliyaları.

2

 

3.

Beyin və onurğa beyninin aparıcı yolları, onların təsnifatı. Assosiativ yollar. Komissural liflər sistemi. Proyeksion liflər sistemi. Ekstroseptiv aparıcı yollar. Proprioseptiv aparıcı yollar. İnteroseptiv  yollar. Enən (efferent, effektor) aparıcı yollar. Ektrapiramid aparıcı yollar. Beyinciyin aparıcı yolları.

2

 

4.

Duyğu orqanları haqqında təlim - esteziologiya. Analizator haqqında təlim. Analizatorun tərkibi və onun funksional birliyi. Reseptorlar və onların təsnifatı. Görmə orqanının quruluşu, inkişafı, variasiya və anomaliyaları. Qoxu və dad orqanlarının inkişafı, funksional anatomiyası.

2

 

5.

Dəhliz-ilbiz orqanlarının inkişafı, funksional anatomiyası, variasiya və anomaliyaları. Dəri- duyğu orqanının inkişafı, funksional anatomiyası.Periferik sinir sistemi haqqında məlumat. Kəllə                              sinirləri, təsnifatı, inkişafı, variasiya və anomaliyaları.

2

 

6.

Qan-damar sistemi. Böyük və kiçik qan dövranları. Qan damarlarının quruluş xüsusiyyətləri. Anastomozlar, onların təcrübi əhəmiyyəti. Yerli qan dövranı – mikrosirkulyasiya. Kollateral qan cərəyanı. Damarların orqanizmdə yerləşməsinin xüsusiyyətləri, gedişinin və şaxələnməsinin qanunauyğunluqları. Damar torları və kələfləri.Venoz ciblər.

2

 

7.

Ürək: quruluşu, topoqrafiyası, inkişafı, yaş xüsusiyyətləri. Ürəyin damar və sinirləri. Ürək anomaliyaları.Qan damarlarının inkişafı. Yumurta sarısı və döl qan dövranlarının xüsusiyyətləri. Doğuşdan sonra damar sistemində baş verən dəyişikliklər.

2

 

8.

  1.  

Başın, gövdənin, yuxarı və aşağı ətrafların damar və sinirlərinin (kələflərin) funksional anatomiyası, quruluş xüsusiyyətləri, topoqrafiyası, təcrübi əhəmiyyəti, variasiya və anomaliyaları. Venaların sistemarası anastomozları haqqında məlumat.

2

9.

Limfa sisteminin quruluş elementləri. Limfa kapillyarları, damarları, düyünləri, kötükləri və limfa axacaqlarının anatomiyası. Limfanın venoz sistemə axma yolları.

2

10.

Vegetativ sinir sistemi, quruluş xüsusiyyətləri. Mərkəzi və periferik şöbələri. Vegetativ sinir sisteminin simpatik hissəsi, simpatik kötük, inkişafı, variasiya və anomaliyaları. Vegetativ sinir sisteminin parasimpatik şöbəsi, baş və oma hissələri, inkişafı, variasiya və anomaliyaları

2

 

İnsan anatomiyası və tibbi terminologiya fənni üzrə I kurs tələbələrinin yaz semestri praktiki məşğələlərin mövzü planı

 

Mövzu (praktik məşğələ)

Saat

1.

Onurğa beyni,quruluşu, yaş xüsuiyyətləri, topoqrafiyası, onurğa beyni sinirlərinin əmələ gəlməsi. Latın terminlərinin tələffüz qaydalarının təkrarı və möhkəmləndirilməsi.

2

2.

Beyinin ümumi icmalı, beyinin şöbələri. Beyin əsasında kəllə sinirlərinin topoqrafiyası. Beyin və onurğa beyni qişaları haqqında ümumi məlumat.

2

3.

Uc beyin, törəmələri. Beyin yarımkürələrinin quruluşu. Beyin yarımkürələrinin şırım, yarıq və qırışıqlıqlarının anatomiyası.

2

4.

Beyin qabığının quruluşu və funksiyaları, beyin qabığında funksiyaların dinamik lokalizasiyasının ümumi icmalı.

2

 5.

Döyənək cisim, tağ, ön bitişmə. Qabıqaltı nüvələr və daxili kapsul. Qoxu beyni və yan mədəciklərin anatomiyası.

2

6.

Ara beyinin anatomiyası. III mədəcik quruluşu. Orta beynin quruluşu,nüvələri, orta beyin su kəmərinin anatomiyası.

2

 7.

Rombabənzər beyin boğazı. Arxa beynin quruluşu, körpü,nüvələri və onların anatomiyası.  Beyincik onun quruluşu. Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı.

2

  1.  

Uzunsov beyin, IV mədəcik. Rombabənzər çuxurda yerləşən nüvələrin topoqrafiyası.

2

  1.  

Beyin və onurğa beyninin aparıcı yollarının ümumi icmalı.

2

  1.  

Görmə orqanı. II cüt kəllə siniri. Görmə analizatorunun aparıcı yolu haqqında ümumi məlumat.  Gözün əlavə aparatı. III, IV və VI cüt kəllə sinirlərinin funksional anatomiyası, innervasiya zonası.

2

  1.  

Dəhliz-ilbiz orqanı. Xarici qulaq və orta qulaq.

2

  1.  

Daxili qulaq. VIII cüt kəllə siniri. Eşitmə və müvazinət analizatorlarının aparıcı yollarının ümumi icmalı.

2

  1.  

Qoxu və dad orqanları. I, VII və IX cüt kəllə sinirləri. Qoxu və dad analizatorlarının aparıcı yollarının ümumi icmalı.

2

  1.  

V cüt kəllə siniri. Üçlü sinirin quruluşu, şaxələri və innervasiya zonası.Dəri və onun törəmələrinin anatomiyası. Süd vəzilərinin anatomiyası. Mövzuda istifadə olunan latın terminlərinin tələffüzü

2

  1.  

X, XI, XII cüt sinirlərinin anatomiyası və innervasiya zonası

2

  1.  

Ürək və ürək kisəsinin quruluşu, yaş xüsusiyyətləri. Ürək əzələsinin morfo-funksional anatomiyası. Ürəyin qidalanması və innervasiyası. Ürəyin topoqrafiyası, hüdudları və qapaqlarının döş qəfəsinin ön divarına proyeksiyası. Ürək tonları

2

  1.  

Mərkəzi sinir sistemi, duyğu orqanları, 12 cüt kəllə sinirlərindən aralıq qiymətləndirmə. Bu kollokviuma 1-15-cimövzuları əhatə edən yalnız təcrübə məşğələ materialları daxil ediləcəkdir. Kollokvium mərkəzi qaydada Universitetin İmtahan Mərkəzində keçiriləcəkdir.

2

  1.  

Aorta və onun hissələri. Qalxan aorta, aorta qövsü. Ümumi və xarici yuxu arteriyalarının anatomiyası.  Daxili yuxu arteriyası. Körpücükaltı arteriyanın onurğa arteriyası şaxəsi. Beyinin qidalanma xüsusiyyətləri, anastomozları. Beyinin arterial dövranı.

2

  1.  

Körpücükaltı arteriya. Yuxarı ətrafın arteriyaları. Ovucun səthi və dərin qövsləri. Yuxarı ətraf venaları. Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı.

2

  1.  

Yuxarı boş vena. Bazu-baş venası. Daxili vidaci vena. Kəllədaxili və kəlləxarici venalar. Xarici vidaci vena. Ön vidaci vena. Körpücükaltı vena.

2

  1.  

Onurğa beyni sinirləri. Onurğa beyni sinirlərinin arxa şaxələri. Onurğa beyni sinirlərinin ön şaxələri. Boyun kələfi. Bazu kələfi: qısa və uzun şaxələri, topoqrafiyası. Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı.

2

  1.  

Aortanın döş hissəsi və onun şaxələri. Döş qəfəsi divarı və orqanlarının venaları (tək vena, yarımtək vena, arxa qabırğaarası venalar, onurğa venaları). Döş sinirlərinin ventral şaxələri.

2

  1.  

Enən aortanın qarın hissəsi və onun şaxələri, topoqrafiyası. Ümumi, daxili və xarici qalça arteriyaları. Bud arteriyası və dizaltı arteriya. Baldır və ayaq arteriyaları. Aşağı ətraf oynaqlarının arterial torlarının əmələ gəlməsində iştirak edən damarlar.

2

  1.  

Aşağı boş vena sistemi. Qapı venası sistemi.Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı. Çanaq venaları və aşağı ətrafın venaları. Venaların sistemarası anastomozlarının icmalı.

2

  1.  

Bel kələfi, şaxələri, innervasiya zonası. Oma kələfinin qısa və uzun şaxələri, topoqrafiyası. Oturaq sinirinin innervasiya zonası.

2

  1.  

Limfa sisteminin quruluş elementləri haqqında ümumi məlumat. Başın, boyunun, yuxarı ətrafın və döş qəfəsinin limfa düyünləri və damarları. Qarın boşluğunun, çanağın və aşağı ətrafın limfa düyünləri və damarları. Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı

2

  1.  

Vegetativ sinir sistemi haqqında ümumi məlumat. Simpatik kötük. Simpatik kötüyün boyun hissəsi. Simpatik kötüyün döş, bel və çanaq hissələri.  Qarın boşluğu və çanağın vegetativ düyünləri və kələfləri.

2

  1.  

Vegetativ sinir sisteminin parasimpatik şöbəsi. Başın parasimpatik düyünləri.

1

 

METODİKİ TƏMİNAT:1.Şadlinski V.B., IsayevA.B., Allahverdiyev M.Q. və başqaları. Insan anatоmiyası. II cild. Bakı, «Müəllim», 2019.

TEXNİKİ TƏCHİZAT:Tədris prosesində innovativ formalardan istifadə

Tədris prosesində müəllim tərəfindən aktiv sürətdə quru və yaş preparatların izahı ilə yanaşı onların multimedia və 3D texnologiya əsasında tədrisin təşkili təmin olunmalıdır. Preparatlar üzərində tələbə müəllimin nəzarəti altında daxili orqanların hissələrini, damar və sinir münasibətlərini dəqiq aydınlaşdıra bilmədidir. Bunların, eləcədə, kompüter texnologiyaların tətbiqi ilə müəyyənləşdirilməsinə xüsusi yer verilməlidir.