Bizi izləyin:
Heydər Əliyev
İnsan anatomiyası və tibbi terminologiya kafedrası (İctimai Səhiyyə fakültəsi)
Bölmələrimiz
İnsan anatomiyası və tibbi terminologiya kafedrası (İctimai Səhiyyə fakültəsi)

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları (Mühazirə)

Auditoriya saatları (Təcrübi)

1

İctimai səhiyyə

I

İnsan anatomiyası və tibbi terminologiya

20

76

İNSAN ANATOMİYASI FƏNNİ ÜZRƏ 050902 –“İCTİMAİ SƏHİYYƏ” İXTİSASININ TƏDRİS PROQRAMI

 

“İnsan anatomiyası” fənni BAKI – 2025

       Müasir dövrdə ali tibb təhsilinin qarşısında qoyulan tələblər ilk növbədə nəzəri və təcrübi biliklər arasında düzgün və balanslaşdırılmış inteqrasiyanın qurulmasından, ilk kurslardan başlayaraq tələbələrdə klinik təfəkkürün formalaşdırılmasından ibarətdir. İnsan anatomiyası elə nadir təməl fənnlərindəndir ki, onun tədrisi zamanı bu tələbi xüsusi effektivliklə həyata keçirmək mümkündür; tələbə elə ilk təcrübi dərslərindən müəllimlərinin köməyi ilə əldə etdiyi biliklərin gələcəkdə onun həkim praktikasında nə qədər əhəmiyyətli olmasını anlamağa başlayır. Təbii ki, müasir dövr öz tələblərini diktə edir. İnsan anatomiyası fənninin tədrisi öz əsas müddəalarına – sistematikliyə, ciddiliyə, latın nomenklaturasının mənimsənilməsinə söykənərək, irəli çox ciddi bir addım atmışdır. Bu, ilk növbədə müasir elmi-texniki tərəqqinin nailiyyətlərinin tədris prosesinə intensiv surətdə cəlb olunmasına, multi-media vasitələrinin, video materialların istifadə edilməsinə aiddir. Klassik tədris metodlarının – quru və yaş preparatlar üzərində izahatın slayd və videolarla tamamlanması, tələbələrdə insan orqanizminin quruluşu barədə bitkin təsəvvürün formalaşmasında olduqca böyük əhəmiyyətə malikdir. Hal-hazırki dövrdə molekulyar biologiyanın, biofizika, genetika kimi elmlərin böyük vüsət almasına baxmayaraq anatomiya təbabətin özülü olaraq qalmaqdadır. Anatomik biliklər xəstənin müayinəsindən, sadə, elementar tibbi manipulyasiyalardan başlayaraq ən mürəkkəb və mütərəqqi tədqiqat metodlarının – tomoqrafiyaların, angioqrafiyaların aparılmasına qədər, çox vacib və zəruridir. Cərrahi əməliyyatların aparılmasında isə anatomik biliklərin kifayət qədər yüksək olmaması tamamilə yolverilməzdir. Məlumdur ki, anatomik biliklərin əsas tətbiq sahəsi təbabətdir. Bununla belə, bu biliklər idmanda, arxeologiyada, incəsənətdə, müxtəlif sənaye konstruksiyalarının hazırlanması və istifadəyə verilməsində olduqca mühümdür.

 

AKTS: 6 kredit

Fənnin məqsədi. İnsan anatomiyası fənni insan orqanizminin quruluşunu, onun inkişafını, fərdi, cinsi və yaş xüsusiyyətlərini sistemlər və aparatlar, bu aparat və sistemləri təşkil edən orqanlar səviyyəsində öyrənməklə məşğuldur. Orqanizmin tam bir vahid təşkil etməsinin mexaniki, humoral və sinir səviyyəsində tənzim olunması postulatından çıxış edərək tələbələrə insan bədənini təşkil etmiş bütün sistemlərin və aparatların quru və yaş preparatlar üzərində detallı surətdə öyrədilməsi, əldə edilmiş biliklərin kompüter texnologiyalarının vasitəsilə möhkəmləndirilməsi, nəzəri biliklərin – mühazirələrdə orqan və sistemlərin inkişafı, onların funksional anatomiyasının xüsusiyyətlərinin, təcrübi dərslərdə hər bir orqanın quruluşu, topoqrafiyası barədə anlayışların tam surətdə formalaşdırılması, bu biliklərin təcrübəyə tətbiqi üçün davamlı zəmin yaradılması fənnin məqsədinə aiddir.

 Tələbə nəyi bilməlidir:

  1. Meyit və meyit preparatlarından istifadə edərkən Anatomiya muzeyində və Tədris mərkəzində iş və texniki təhlükəsizlik qaydalarını;
  2. Klassik anatomik tədqiqat metodlarının əsaslarını;
  3. Anatomiya elminin əsas inkişaf dövrlərini, tibbi və bioloji elmlər üçün anatomiyanın xüsusi əhəmiyyətini;
  4. Müasir anatomik tədqiqat metodlarını, İnsan anatomiyasının əsas inkişaf istiqamətlərini;
  5. İnsan bədənini təşkil edən üzvlərin hansı anatomik qanunauyğunluqlar əsasında formalaşdığını;
  6. Azərbaycan, rus və latın dillərində anatomik terminologiyanın əsaslarını;
  7. Orqanların makromikroskopik səviyyədə quruluşunu, bunların mənsub olduğu aparat və sistemlərin orqanizmin ümumi təşkilində və fəaliyyətində əhəmiyyətini;
  8. Aparat və sistemlərin inkişafını və onların funksional əhəmiyyətini;
  9. İnsan bədəninin ümumi quruluş qanunauyğunluqlarını, orqanizmin hissələrini quruluş-funksional qarşılıqlı əlaqələrini,
  10. Təcrübi və nəzəri tibbdə anatomiya elminin əsas tədqiqatlarının əhəmiyyətini;
  11. Uşaq, yeniyetmə və yaşlı insanda orqanizm hissələrinin və orqanlarının anatomo-topoqrafik qarşılıqlı əlaqələrini;
  12. Orqan və sistemlərin quruluş və topoqrafiyasının əsas detallarını, müxtəlif yaş dövrlərində onların əsas funksiyalarını;
  13. Orqan və sistemlərin inkişaf qüsurlarını və anomaliyalarını, baş verə biləcək quruluş variantlarını;
  14. Gələcək təhsil və peşə fəaliyyətində uşaq, yeniyetmə və yaşlı insanın anatomiyası üzrə alınmış biliklərin tətbiqi əhəmiyyətini;
  15. Sağlam orqanizmin quruluş baxımından yaş-cinsi və fərdi xüsusiyyətlərini və inkişafını;

Tələbə nəyi bacarmalıdır:

  1. Anatomik alətlərdən düzgün istifadə ( pinset, neştər);
  2. Anatomik terminlərdən sərbəst  istifadəni;
  3. Anatomik preparatlar üzərində orqanların hissələrini dəqiq təyin etməyi, bu hissələrin təhsil aldığı dildə və latın dilində nomenklaturaya uyğun adlarını;
  4. Anatomik təşrih üsulundan istifadə etməklə əzələ və fassiyaları, böyük damar və sinirləri, vəzilərin axacaqlarını, ayrı-ayrı orqanları tapıb ayırmağı;
  5. Rentgen şəkillərdə orqan və onların əsas hissələrini tapıb göstərməyi;
  6. Canlı insanda əsas sümük və əzələ anatomik oriyentirlərini tanımağı,  orqanların hüdudlarını və əsas sinir-damar dəstələrinin proyeksiyalaırnı sxematik çəkməyi, oynaqlarda hərəkəti düzgün nümayiş etdirməyi, bu hərəkətləri adlandırmağı;
  7. Tibbi və elmi ədəbiyyatdan, müasir internet mənbələrindən istifadənin əsaslarını;
  8. Rentgen şəkillərdə, kompüter və maqnit-rezonans tomoqramlarda orqanları, onların quruluş və hissələrini təyin etməyi;
  9. Test tapşırıqlarını yerinə yetirməyi, nəzəri biliklərin əsasında situasiya məsələlərini həll etməyi.

 

Tələbə yiyələnməlidir:

  1. Orqanizmi təşkil edən aparat və sistemləri, bu aparat və sistemlərin də təşəkkül tapdığı orqanların quruluşu, topoqrafiyası, damar-sinir münasibətləri barəsində nəzəri biliklərə;
  2. Orqanizmi təşkil edən aparat və sistemləri, bu aparat və sistemlərin də təşəkkül tapdığı orqanları, onların əsas damar və sinirlərini meyit və meyit preparatları üzərində müstəqil surətdə müəyyən etməyə;
  3. Meyit və meyit preparatlarından istifadənin əsaslarına, sadə tibbi alətlərdən sərbəst istifadəyə;
  4. Anatomik terminlərin təhsil aldığı dildə və latın dilində düzgün istifadəsinə;
  5. Meyit və meyit preparatları ilə işləyərkən tibbi etikanın bütün incəliklərinə;
  6. Təşrih zallarında işləyərkən kafedranın daxili nizam-intizam qaydalarına özü və tələbə yoldaşları tərəfindən tam riayət olunmasına.

 

PROQRAM

    “İctimai səhiyyə” ixtisası üzrə İnsan anatomiyası fənninin tədrisi bir sıra xüsusiyyətləri ilə seçilir. Mahiyyət etibarı ilə bu ixtisas klinik təbabətin müxtəlif sahələri ilə əlaqəlidir. Burada istər mühazirəçi müəllimin, istərsə də təcrübə məşğələsinin aparan müəllimin üzərinə böyük məsuliyyət düşür. “İctimai səhiyyə” ixtisası üzrə təhsil alan tələbələrdə İnsan anatomiyası 1 semestr ərzində tədris olunur; bu müddətdə tələbələr dayaq-hərəkət aparatı (sümük və birləşmələr sistemi, əzələ sistemi), daxili orqanlar-splanxnologiya bəhsini (həzm, tənəffüs, sidik, cinsiyyət, endokrin və immun sistemləri), mərkəzi və periferik sinir sistemlərini, vegetativ sinir sistemini, duyğu orqanları bəhsini, ürək-qan damar sistemini, limfa sistemini öyrənirlər. Tələbələrin müvafiq ixtisas üzrə tədrisi zamanı onlarda orqanlar, orqanların damar-sinir təchizatı, topoqrafiyası barədə bitkin və tam təsəvvür yaratmaq fənn müəllimləri üçün mühüm və əsas məsələyə çevrilir. Burada hər bir izahat zamanı preparat və multi-media vasitələrinin, anatomik planşetlərin ən effektiv surətdə kombinə olunması, bir-birini tamamlaması təmin edilməlidir. Tələbələrin orqanları, bu orqanların hissələrini tanıması olduqca vacibdir və bu biliklər mütəmadi surətdə yoxlanılır və möhkəmləndirilir. “İctimai səhiyyə” ixtisasının xüsusiyyətlərini nəzərə alaraq, istər operativ müdaxilələr, istərsə də konservativ müalicə zamanı mühüm olan diaqnostikanın uğurlu olmasını təmin edəcək klinik təfəkkürün ilk kurslardan formalaşdığını, bu formalaşmanın isə əsasən İnsan anatomiyası kimi fundamental fənnlərin tədrisi zamanı baş verdiyi faktından çıxış etməklə tədris prosesində funksional anatomiyanın müddəalarına, orqanların inkişafında, quruluş və variasiyalarında, anomaliyalarında səbəb-nəticə əlaqələrinə, kauzal prinsiplərə söykənilməlidir.

 

Mövzu (mühazirə)

Saat

  1.  

İnsan anatomiyası fənninə giriş. Anatomiya elminin qısa tarixi. Anatomiyanın Azərbaycanda inkişafı. Anatomiya nəzəri və təcrübi təbabətin fundamental sahəsi kimi – məqsədi, vəzifələri və tədqiqat metodları. Anatomiyanın tədris olunmasında istifadə olunan latın terminlərinin mənşəyi və tələffüzü haqqında məlumat, latın terminlərindən istifadənin zəruriliyi. İnsan embriogenezi haqqında ümumi məlumat. Toxumalar, orqanlar və sistemlərin qısa icmalı. Skeletin ümumi anatomiyası. Sümüklərin quruluşu, forması, təsnifatı, fiziki-kimyəvi xüsusiyyətləri haqqında anlayış. Sümüklərin inkişafı və xüsusiyyətləri. Sümüküstlüyü və sümük iliyi.

2

  1.  

Sümük birləşmələrinin (artrologiya) funksional anatomiyası. Birləşmələrin növlərinın, fasiləsiz və fasiləli birləşmələrin anatomik xüsusiyyətlərinin icmalı. Oynaqların biomexamik təsnifatı barəsində ümumi anlayış. Birləşmələrin inkişafı və ayrı-ayrı yaş dövrlərində xüsusiyyətləri. Əzələlərin morfo-funksional anatomiyası. Əzələlərin quruluşu və təsnifatının ümumi icmalı. Əzələnin qüvvəsi və işi barədə anlayış. Əzələnin köməkçi aparatı, fassiya və fassiya törəmələri. Yenidoğulmuşlarda əzələlərin xüsusiyyəti. Ontogenezin ayrı-ayrı mərhələlərində əzələlərin inkişaf xüsusiyyətlərinin ümumi səciyyəsi.

2

  1.  

Daxili orqanların ümumi icmalı. Borulu və vəzili orqanlar. Həzm sisteminin quruluşu. Mədə və bağırsaqların quruluş xüsusiyyətləri. Qaraciyər və mədəaltı vəzinin funksional anatomiyası. Periton haqqında anlayış, peritonun topoqrafiyası.

2

  1.  

Tənəffüs sistemi orqanları: yuxarı və aşağı tənəffüs yolları, ağciyərlər. Sidik sistemi orqanlarının morfo-funksional anatomiyası: böyrəklər, sidik axarları, sidik kisəsi və sidik kanalı.

2

  1. 2

Cinsiyyət sistemi: kişi və qadın cinsiyyət orqanlarının funksional anatomiyasının ümumi xüsusiyyətləri. Endokrin orqanlar: quruluş xüsusiyyətləri, insan orqanizmindəki mübadilə proseslərinin humoral tənzimi barədə anlayış.

2

  1.  

Tənəffüs sistemi orqanlarının funksional anatomiyası. Sidik – cinsiyyət sistemi və endokrin orqanlarının funksional anatomiyası.

2

  1.  

Sinir sistemi haqqında məlumat. Sinir sisteminin quruluş elementləri: onurğa beyni və baş beyinin quruluş xüsusiyyətləri. Onurğa beyni sinirləri.

2

  1.  

Duyğu orqanlarının funksional anatomiyası. 12 cüt kəllə sinirləri. Vegetativ sinir sistemi.

 

  1.  

Ürək-qan damar sistemi. Ürəyin funksional anatomiyası. Böyük, kiçik və yerli qan dövranları.

2

  1.  

Limfa sisteminin quruluş elementləri. Limfa kapillyarları, damarları, düyünləri, kötükləri və limfa axacaqlarının anatomiyası. Limfanın venoz sistemə axma yolları.

2

 

Mövzu (təcrübə məşğələləri)

Saat

1.

İnsan anatomiyası kafedrasında tədris prosesinin təşkili. Latın dilinin təbabətdə və anatomiyanın tədrisi prosesində rolu. Bədəndən keçirilən ox və səthlər. Gövdə sümüklərinin quruluşu və birləşmələri.

2

2.

Ətraf sümüklərinin quruluşu və birləşmələri.

2

3.

Kəllə sümüklərinin quruluşu və birləşmələri haqqında ümumi məlumat. Gicgah-çənə oynağı: quruluşu, forması, hərəkətləri, xüsusiyyətləri.

2

4.

Kəllənin beyin və üz hissələrinin topoqrafiyasının ümumi icmalı. Kəllə qapağı. Xarici və daxili kəllə əsasının quruluşu, kanal və dəliklərinin anatomiyası barədə ümumi məlumat. Gicgah çuxuru. Göz yuvaları, burun boşluğu, gicgahaltı və qanad-damaq çuxurlarının ümumi icmalı.

2

5.

Baş nahiyələri. Baş əzələlərinin anatomiyası: çeynəmə və mimiki əzələlər.

2

6.

Boyunun əzələ və fassiyaları. Boyunun topoqrafiyası. Boyun üçbucaqları, onların topoqrafiyası və təcrübi əhəmiyyəti barədə ümumi məlumat. Mövzuda istifadə olunan latın terminlərinin tələffüz prinsipləri, onların möhkəmləndirilməsi.

2

7.

Döşün əzələ və fassiyalarının anatomik və funksional xüsusiyyətləri. Diafraqma, topoqrafiyası, quruluş xüsusiyyətləri. Qarnın əzələ və fassiyalarının quruluşu, funksiyası. Düz əzələ yatağı. Qasıq kanalı.

2

8.

Arxanın əzələ və fassiyalarının quruluşu, funksional anatomiyası və topoqrafiyası.

2

9.

Yuxarı ətraf əzələ və fassiyalarının quruluşu. Yuxarı ətrafın topoqrafiyası. Mövzuda istifadə edilən latın terminlərinin təkrarı və möhkəmləndirilməsi.

2

10.

Aşağı ətraf əzələ və fassiyalarının quruluşu.

2

11.

Aşağı ətrafın topoqrafiyası. Mövzuda istifadə edilən latın terminlərinin təkrarı və möhkəmləndirilməsi.

2

12.

Daxili orqanlar haqqında məlumat. Ağız boşluğu orqanları: dil, ağız suyu vəziləri. Süd və daimi dişlər, onların quruluşu, formulu və çıxma müddəti. Yumşaq damaq, udlaq, qida borusu.

2

13.

Mədə, nazik və yoğun bağırsaqların quruluşu və topoqrafiyası.Qaraciyər, mədəaltı vəzi və dalaq. Quruluşu və topoqrafiyası. Periton və onun topoqrafiyası.

2

14.

Tənəffüs sistemi orqanları. Burun boşluğu, qırtlaq, nəfəs borusu və bronxlar. Quruluşu və topoqrafiyası.Ağciyər və plevra. Orta divar. Ağciyər və plevranın topoqrafiyası haqqında ümumi məlumat.Tənəffüs sistemində istifadə edilən latın terminlərinin möhkəmləndirilməsi.

2

15.

Sidik orqanları. Böyrəklərin quruluşu və topoqrafiyası.Sidik axarları. Sidik kisəsi, sidik kanalı.

2

16.

Kişi və qadın cinsiyyət orqanlarının funksional anatomiyası və topoqrafiyası haqqında ümumi məlumat. Aralıq, quruluşu.

2

17.

Daxili sekresiya vəzilərinin anatomiyası və topoqrafiyasının ümumi icmalı.

2

18.

Onurğa beyni, quruluşu, yaş xüsuiyyətləri, topoqrafiyası, onurğa beyni sinirlərinin əmələ gəlməsi.Boyun kələfi. Bazu kələfi: qısa və uzun şaxələri, topoqrafiyası.Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı.

2

19.

Beyinin ümumi icmalı, beyinin şöbələri. Beyin əsasında kəllə sinirlərinin topoqrafiyası. Beyin və onurğa beyni qişaları. Döyənək cisim, tağ, ön bitişmə. Qabıqaltı nüvələr və daxili kapsul haqqında ümumi anlayış. Qoxu beyni və yan mədəciklərin anatomiyası.

2

20.

Aralıq qiymətləndirmə. Bu kollokviuma 1-17-ci mövzuları (Dayaq-hərəkət aparatından və daxili orqanlar) əhatə edən yalnız təcrübə məşğələ materialları daxil ediləcəkdir. Kollokviuma mərkəzi qaydada Universitetin İmtahan Mərkəzində keçiriləcəkdir.

2

21.

Ara beyinin anatomiyası. III mədəciyin quruluşunun ümumi izahı. Orta beynin quruluşu, nüvələri, orta beyin su kəmərinin anatomiyası. Rombabənzər beyin boğazı. Arxa beynin quruluşu, körpü, nüvələrinin ümumi izahı.

2

22.

Beyincik, quruluş xüsusiyyətlərinin icmalı.Uzunsov beyin, IV mədəcik. Rombabənzər çuxurda yerləşən nüvələrin topoqrafiyası. Beyin və onurğa beyninin aparıcı yollarının ümumi icmalı. Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı.

2

23.

Duyğu orqanları haqqında ümumi məlumat. Görmə orqanı. II cüt kəllə siniri. Görmə analizatorunun aparıcı yolu. Gözün əlavə aparatı. III, IV və VI cüt kəllə sinirlərinin funksional anatomiyası, innervasiya zonası.

2

24.

Dəhliz-ilbiz orqanı. VIII cüt kəllə siniri. Eşitmə və müvazinət analizatorlarının aparıcı yolları.

2

25.

Qoxu və dad orqanları. I, VII və IX cüt kəllə sinirləri. Qoxu və dad analizatorlarının aparıcı yolları.

2

26.

V cüt kəllə siniri. Üçlü sinirin quruluşu, şaxələri və innervasiya zonası. Dəri və onun törəmələrinin anatomiyası. Süd vəzilərinin anatomiyası. Mövzuda istifadə olunan latın terminlərinin tələffüzü.

2

27.

X, XI, XII cüt sinirlərinin anatomiyası və innervasiya zonası.

2

28.

Ürək və ürək kisəsinin quruluşu, yaş xüsusiyyətləri. Ürək əzələsinin morfo-funksional anatomiyası. Ürəyin qidalanması və innervasiyası. Ürəyin topoqrafiyası, hüdudları və qapaqlarının döş qəfəsinin ön divarına proyeksiyası. Ürək tonları.

2

29.

Aorta və onun hissələri. Qalxan aorta, aorta qövsü. Ümumi və xarici yuxu arteriyalarının anatomiyası. Daxili yuxu arteriyası. Körpücükaltı arteriyanın onurğa arteriyası şaxəsi. Beyinin arterial dövranı.Körpücükaltı arteriya. Yuxarı ətrafın arteriyaları. Ovucun səthi və dərin qövslərinin formalaşmasının ümumi izahı.

2

30.

Yuxarı boş vena. Bazu-baş venası. Daxili vidaci vena. Kəllədaxili və kəlləxarici venalar. Latın terminlərinin tələffüz qaydalarının təkrarı və möhkəmləndirilməsi. Xarici vidaci vena. Ön vidaci vena. Körpücükaltı vena. Yuxarı ətraf venaları.

2

31.

Aortanın döş hissəsi və onun şaxələri. Döş qəfəsi divarı və orqanlarının venaları (tək vena, yarımtək vena, arxa qabırğaarası venalar, onurğa venaları). Döş sinirlərinin ventral şaxələri.

2

32.

Enən aortanın qarın hissəsi və onun şaxələri, topoqrafiyası. Ümumi, daxili və xarici qalça arteriyaları.

2

33.

Bud arteriyası və dizaltı arteriya. Baldır və ayaq arteriyaları. Aşağı ətraf oynaqlarının arterial torlarının əmələ gəlməsində iştirak edən damarlar.

2

34.

Aşağı boş vena sistemi. Qapı venası sistemi. Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı. Çanaq venaları və aşağı ətrafın venaları. Venaların sistemarası anastomozlarının ümumi şəkildə izahı, onların əhəmiyyəti barədə məlumat.

2

35.

Bel kələfi, şaxələri, innervasiya zonası. Oma kələfinin qısa və uzun şaxələri, topoqrafiyası. Oturaq sinirinin innervasiya zonası.

2

36.

Limfa sisteminin quruluş elementləri haqqında ümumi məlumat. Limfa kötükləri və axacaqları. Başın, boyunun, yuxarı ətrafın və döş qəfəsinin limfa düyünləri və damarları. Qarın boşluğunun, çanağın və aşağı ətrafın limfa düyünləri və damarları. Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı.

2

37.

Vegetativ sinir sistemi haqqında ümumi məlumat. Simpatik kötük. Qarın boşluğu və çanağın vegetativ düyünləri və kələfləri.

2

38.

Vegetativ sinir sisteminin parasimpatik şöbəsi. Başın parasimpatik düyünləri.

2

METODİKİ TƏMİNAT:

 Şadlinski V.B., Hüseynova G.A. İnsan anatomiyası. Bakı, «Müəllim», 2019.

TEXNİKİ TƏCHİZAT Tədris prosesində innovativ formalardan istifadə

      Tədris prosesində müəllim tərəfindən aktiv sürətdə quru və yaş preparatların izahı ilə yanaşı onların multimedia və 3D texnologiya əsasında tədrisin təşkili təmin olunmalıdır. Preparatlar üzərində tələbə müəllimin nəzarəti altında daxili orqanların hissələrini, damar və sinir münasibətlərini dəqiq aydınlaşdıra bilmədidir. Bunların, eləcədə, kompüter texnologiyaların tətbiqi ilə müəyyənləşdirilməsinə xüsusi yer verilməlidir.

 

İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, dosent: A.S.Abdullayev