Bizi izləyin:
Heydər Əliyev
İnsan anatomiyası və tibbi terminologiya kafedrası (Stomatologiya fakültəsi)
Bölmələrimiz
İnsan anatomiyası və tibbi terminologiya kafedrası (Stomatologiya fakültəsi)

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları (Mühazirə)

Auditoriya saatları (Təcrübi)

1

Stomatologiya

I

İnsan anatomiyası və tibbi terminologiya

14

70

İNSAN ANATOMİYASI FƏNNİ VƏ TİBBİ TERMİNOLOGİYA ÜZRƏ 050903 – “STOMATOLOGİYA” İXTİSASININ TƏDRİS PROQRAMI

 

“İnsan anatomiyası və tibbi terminologiya” fənni BAKI – 2025 

       Müasir dövrdə ali tibb təhsilinin qarşısında qoyulan tələblər ilk növbədə nəzəri və təcrübi biliklər arasında düzgün və balanslaşdırılmış inteqrasiyanın qurulmasından, ilk kurslardan başlayaraq tələbələrdə klinik təfəkkürün formalaşdırılmasından ibarətdir. İnsan anatomiyası elə nadir təməl fənnlərindəndir ki, onun tədrisi zamanı bu tələbi xüsusi effektivliklə həyata keçirmək mümkündür; tələbə elə ilk təcrübi dərslərindən müəllimlərinin köməyi ilə əldə etdiyi biliklərin gələcəkdə onun həkim praktikasında nə qədər əhəmiyyətli olmasını anlamağa başlayır. Təbii ki, müasir dövr öz tələblərini diktə edir. “İnsan anatomiyası və tibbi terminologiya” fənninin tədrisi öz əsas müddəalarına – sistematikliyə, ciddiliyə, latın nomenklaturasının mənimsənilməsinə söykənərək, irəli çox ciddi bir addım atmışdır. Bu, ilk növbədə müasir elmi-texniki tərəqqinin nailiyyətlərinin tədris prosesinə intensiv surətdə cəlb olunmasına, multi-media vasitələrinin, video materialların istifadə edilməsinə aiddir. Klassik tədris metodlarının – quru və yaş preparatlar üzərində izahatın slayd və videolarla tamamlanması, tələbələrdə insan orqanizminin quruluşu barədə bitkin təsəvvürün formalaşmasında olduqca böyük əhəmiyyətə malikdir. Hal-hazırki dövrdə molekulyar biologiyanın, biofizika, genetika kimi elmlərin böyük vüsət almasına baxmayaraq anatomiya təbabətin özülü olaraq qalmaqdadır. Anatomik biliklər xəstənin müayinəsindən, sadə, elementar tibbi manipulyasiyalardan başlayaraq ən mürəkkəb və mütərəqqi tədqiqat metodlarının – tomoqrafiyaların, angioqrafiyaların aparılmasına qədər, çox vacib və zəruridir. Cərrahi əməliyyatların aparılmasında isə anatomik biliklərin kifayət qədər yüksək olmaması tamamilə yolverilməzdir. Məlumdur ki, anatomik biliklərin əsas tətbiq sahəsi təbabətdir. Bununla belə, bu biliklər idmanda, arxeologiyada, incəsənətdə, müxtəlif sənaye konstruksiyalarının hazırlanması və istifadəyə verilməsində olduqca mühümdür.

 

AKTS: 12 kredit

Fənnin məqsədi. “İnsan anatomiyası və tibbi terminologiya” fənni insan orqanizminin quruluşunu, onun inkişafını, fərdi, cinsi və yaş xüsusiyyətlərini sistemlər və aparatlar, bu aparat və sistemləri təşkil edən orqanlar səviyyəsində öyrənməklə məşğuldur. Orqanizmin tam bir vahid təşkil etməsinin mexaniki, humoral və sinir səviyyəsində tənzim olunması postulatından çıxış edərək tələbələrə insan bədənini təşkil etmiş bütün sistemlərin və aparatların quru və yaş preparatlar üzərində detallı surətdə öyrədilməsi, əldə edilmiş biliklərin kompüter texnologiyalarının vasitəsilə möhkəmləndirilməsi, nəzəri biliklərin – mühazirələrdə orqan və sistemlərin inkişafı, onların funksional anatomiyasının xüsusiyyətlərinin, təcrübi dərslərdə hər bir orqanın quruluşu, topoqrafiyası barədə anlayışların tam surətdə formalaşdırılması, bu biliklərin təcrübəyə tətbiqi üçün davamlı zəmin yaradılması fənnin məqsədinə aiddir.

 Tələbə nəyi bilməlidir:

  1. Meyit və meyit preparatlarından istifadə edərkən Anatomiya muzeyində və Tədris mərkəzində iş və texniki təhlükəsizlik qaydalarını;
  2. Klassik anatomik tədqiqat metodlarının əsaslarını;
  3. Anatomiya elminin əsas inkişaf dövrlərini, tibbi və bioloji elmlər üçün anatomiyanın xüsusi əhəmiyyətini;
  4. Müasir anatomik tədqiqat metodlarını, İnsan anatomiyasının əsas inkişaf istiqamətlərini;
  5. İnsan bədənini təşkil edən üzvlərin hansı anatomik qanunauyğunluqlar əsasında formalaşdığını;
  6. Azərbaycan, rus, ingilis və latın dillərində anatomik terminologiyanın əsaslarını;
  7. Orqanların makromikroskopik səviyyədə quruluşunu, bunların mənsub olduğu aparat və sistemlərin orqanizmin ümumi təşkilində və fəaliyyətində əhəmiyyətini;
  8. Aparat və sistemlərin inkişafını və onların funksional əhəmiyyətini;
  9. İnsan bədəninin ümumi quruluş qanunauyğunluqlarını, orqanizmin hissələrini quruluş-funksional qarşılıqlı əlaqələrini,
  10. Təcrübi və nəzəri tibbdə anatomiya elminin əsas tədqiqatlarının əhəmiyyətini;
  11. Kəllənin beyin və üz hissəsini təşkil edən sümüklərin quruluşunu, onların inkişafını;
  12. Kəllənin beyin və üz hissəsinin topoqrafiyasını;
  13. Kəllənin üz hissəsinin anomaliyalarını, bunların yaranma səbəblərini;
  14. Başın damar və sinirlərinin gedişini, şaxələnməsini, dişlərin vaskulyarizasiya və innervasiyasını və bunların anatomik variantlarını;
  15. Uşaq, yeniyetmə və yaşlı insanda orqanizm hissələrinin və orqanlarının anatomo-topoqrafik qarşılıqlı əlaqələrini;
  16. Orqan və sistemlərin quruluş və topoqrafiyasının əsas detallarını, müxtəlif yaş dövrlərində onların əsas funksiyalarını;
  17. Orqan və sistemlərin inkişaf qüsurlarını və anomaliyalarını, baş verə biləcək quruluş variantlarını;
  18. Gələcək təhsil və peşə fəaliyyətində uşaq, yeniyetmə və yaşlı insanın anatomiyası üzrə alınmış biliklərin tətbiqi əhəmiyyətini;
  19. Sağlam orqanizmin quruluş baxımından yaş-cinsi və fərdi xüsusiyyətlərini və inkişafını;

Tələbə nəyi bacarmalıdır:

  1. Anatomik alətlərdən düzgün istifadə ( pinset, neştər);
  2. Anatomik terminlərdən sərbəst  istifadəni;
  3. Anatomik preparatlar üzərində orqanların hissələrini dəqiq təyin etməyi, bu hissələrin təhsil aldığı dildə və latın dilində nomenklaturaya uyğun adlarını;
  4. Anatomik təşrih üsulundan istifadə etməklə əzələ və fassiyaları, böyük damar və sinirləri, vəzilərin axacaqlarını, ayrı-ayrı orqanları tapıb ayırmağı;
  5. Rentgen şəkillərdə orqan və onların əsas hissələrini tapıb göstərməyi;
  6. Canlı insanda əsas sümük və əzələ anatomik oriyentirlərini tanımağı,  orqanların hüdudlarını və əsas sinir-damar dəstələrinin proyeksiyalaırnı sxematik çəkməyi, oynaqlarda hərəkəti düzgün nümayiş etdirməyi, bu hərəkətləri adlandırmağı;
  7. Tibbi və elmi ədəbiyyatdan, müasir internet mənbələrindən istifadənin əsaslarını;
  8. Rentgen şəkillərdə, kompüter və maqnit-rezonans tomoqramlarda orqanları, onların quruluş və hissələrini təyin etməyi;
  9. Test tapşırıqlarını yerinə yetirməyi, nəzəri biliklərin əsasında situasiya məsələlərini həll etməyi.

Tələbə yiyələnməlidir:

  1. Orqanizmi təşkil edən aparat və sistemləri, bu aparat və sistemlərin də təşəkkül tapdığı orqanların quruluşu, topoqrafiyası, damar-sinir münasibətləri barəsində nəzəri biliklərə;
  2. Orqanizmi təşkil edən aparat və sistemləri, bu aparat və sistemlərin də təşəkkül tapdığı orqanları, onların əsas damar və sinirlərini meyit və meyit preparatları üzərində müstəqil surətdə müəyyən etməyə;
  3. Meyit və meyit preparatlarından istifadənin əsaslarına, sadə tibbi alətlərdən sərbəst istifadəyə;
  4. Anatomik terminlərin təhsil aldığı dildə və latın dilində düzgün istifadəsinə;
  5. Meyit və meyit preparatları ilə işləyərkən tibbi etikanın bütün incəliklərinə;
  6. Təşrih zallarında işləyərkən kafedranın daxili nizam-intizam qaydalarına özü və tələbə yoldaşları tərəfindən tam riayət olunmasına.

 

PROQRAM

       “Stomatologiya” ixtisası üzrə “İnsan anatomiyası və tibbi terminologiya” fənninin tədrisi bir sıra xüsusiyyətləri ilə seçilir. Mahiyyətinə görə bu ixtisas klinik təbabətin çox sürətlə yenilənən və müasir texnologiyaların tətbiqinə əsaslanan bir sahəsi ilə əlaqəlidir. Stomatologiyada estetik tendensiyaların güclənməsi, plastik və rekonstruktiv cərrahiyyənin, ortodondiyanın son illərdə böyük vüsət alması bu ixtisas üzrə təhsil alan tələbələrdə anatomiyanın, xüsusilə baş və boyun nahiyələrinin yüksək dəqiqliklə və bütün anatomik variantların nəzərə alınması ilə tədrisini vacib edir. Burada istər mühazirəçi müəllimin, istərsə də təcrübə məşğələsini aparan müəllimin üzərinə böyük məsuliyyət düşür. “Stomatologiya” ixtisası üzrə təhsil alan tələbələrdə “İnsan anatomiyası və tibbi terminologiya” fənni 2 semestr ərzində tədris olunur; bu müddətdə tələbələr dayaq-hərəkət aparatı (sümük və birləşmələr sistemi, əzələ sistemi), daxili orqanlar-splanxnologiya bəhsini (həzm, tənəffüs, sidik, cinsiyyət, endokrin və immun sistemləri), mərkəzi və periferik sinir sistemlərini, vegetativ sinir sistemini, duyğu orqanları bəhsini, ürək-qan damar sistemini, limfa sistemini öyrənirlər. Tələbələrin müvafiq ixtisas üzrə tədrisi zamanı onlarda orqanlar, orqanların damar-sinir təchizatı, topoqrafiyası barədə bitkin və tam təsəvvür yaratmaq fənn müəllimləri üçün mühüm və əsas məsələyə çevrilir. Burada hər bir izahat zamanı preparat və multi-media vasitələrinin, anatomik planşetlərin ən effektiv surətdə kombinə olunması, bir-birini tamamlaması təmin edilməlidir. Tələbələrin orqanları, bu orqanların hissələrini tanıması olduqca vacibdir və bu biliklər mütəmadi surətdə yoxlanılır və möhkəmləndirilir. “Stomatologiya” ixtisasının xüsusiyyətlərini nəzərə alaraq, istər operativ müdaxilələr, istərsə də konservativ müalicə zamanı mühüm olan diaqnostikanın uğurlu olmasını təmin edəcək klinik təfəkkürün ilk kurslardan formalaşdığını, bu formalaşmanın isə əsasən İnsan anatomiyası kimi fundamental fənnlərin tədrisi zamanı baş verdiyi faktından çıxış etməklə tədris prosesində funksional anatomiyanın müddəalarına, orqanların inkişafında, quruluş və variasiyalarında, anomaliyalarında səbəb-nəticə əlaqələrinə, kauzal prinsiplərə söykənilməlidir.

 

İnsan anatomiyası və tibbi terminologiya fənni üzrə I kurs tələbələrinin payız semestri muhazirələrin mövzü planı

 

Mövzu (mühazirə)

Saat

  1.  

İnsan anatomiyası fənninə giriş. Anatomiyanın məqsədi, vəzifələri və öyrənilmə metodları. Anatomiyanın Azərbaycanda inkişafı. Anatomiyanın inkişaf tarixi. Radioljı anatomiya haqqında anlayış.Anatomiyada işlədilən latın terminlərinin mənşəyi haqqında məlumat.

2

  1.  

İnsan embriogenezinin mərhələləri. Prenatal və postnatal ontogenezin xüsusiyyətləri. Toxumalar, orqanlar və sistemlər.Skeletin ümumi anatomiyası. Sümüklərin quruluşu, forması, təsnifatı, fiziki-kimyəvi xüsusiyyətləri. Sümüklərin inkişafı,radiolojı anatomiyası haqqında anlayış. Sümüküstlüyü və sümük iliyinin quruluşu.

2

  1.  

Birləşmələrin funksional anatomiyası. Birləşmələrin növləri. Adi oynağın quruluşu, əsas və köməkçi elementləri, təsnifatı. Oynaqların inkişafı və anomaliyaları, radiolojı anatomiyası haqqında anlayış Tam kəllə. Kəllənin inkişafı, böyüməsi, yaş və fərdi xüsusiyyətləri. Gicgah – çənə oynağının funksional anatomiyası.

2

  1.  

Üzün inkişafı və anomaliyaları. Qəlsəmə aparatının differensiasiyası. Ağız boşluğu orqanlarının inkişafı. Dişlər: quruluşu, forması, çıxma müddəti. Dişləm. Dişlərin və dişləmin anomaliyaları, radiolojı anatomiyası haqqında anlayış.

2

  1. 2

Splanxnologiya haqqında ümumi məlumat. Daxili orqanların funksional anatomiyası və inkişafı. Mədə-bağırsaq sistemi orqanlarının funksional anatomiyası.

2

  1.  

Üzün inkişafı və anomaliyaları. Qəlsəmə aparatının differensiasiyası. Ağız boşluğu orqanlarının inkişafı. Dişlər: quruluşu, forması, çıxma müddəti. Dişləm. Dişlərin və dişləmin anomaliyaları.

2

  1.  

Tənəffüs sistemi orqanlarının funksional anatomiyası, onların quruluşu, inkişafı və anomaliyaları. Sidik, cinsiyyət və endokrin orqanları, onların funksional anatomiyası.

2

 

İnsan anatomiyası və tibbi terminologiya fənni üzrə I kurs tələbələrinin payız semestri praktiki məşğələlərin mövzü planı

 

Mövzu (praktik məşğələ)

Saat

  1.  

İnsan anatomiyası kafedrasında tədris prosesinin təşkili. Latın  hərflərinin oxunuşu qaydaları. Bədəndən keçirilən ox və səthlər. Adi fəqərənin quruluşu.

2

  1.  

Boyun, döş, bel fəqərələri. Oma və büzdüm sümüklərinin anatomiyası. Fəqərələrin birləşmələri. Tam onurğa: quruluşu, əyrilikləri, onların formalaşması.

2

  1.  

Qabırğaların və döş sümüyünün anatomiyası. Qabırğaların fəqərələrlə və döş sümüyü ilə birləşmələri. Tam döş qəfəsinin quruluş xüsusiyyətləri. 

2

  1.  

Yuxarı ətraf sümükləri, onların quruluş xüsusiyyətləri və anatomiyası. Yuxarı ətraf sümüklərinin birləşmələri. Yuxarı ətraf sümükləri və birləşmələri mövzusunda istifadə edilən latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı.

2

  1.  

Aşağı ətraf sümükləri, onların quruluş xüsusiyyətləri və anatomiyası.

2

  1.  

Aşağı ətraf sümüklərinin birləşmələri. Aşağı ətraf sümükləri və birləşmələri mövzusunda istifadə edilən latın terminlərinin möhkəmləndirilməsi.

2

  1.  

Kəllənin ümumi icmalı. Alın, əsas, ənsə və təpə sümüklərinin anatomiyası, topoqrafiyası, quruluş xüsusiyyətləri. Mövzuda istifadə olunan latın terminlərinin tələffüzü.

2

  1.  

Gicgah sümüyü, quruluşu, kanalları.

2

  1.  

Xəlbir sümüyü, əng, çənə və üzün xırda sümüklərinin quruluş xüsusiyyətləri. Mövzuda istifadə olunan latın terminlərinin tələffüzü.

2

  1.  

Kəllənin beyin hissəsinin topoqrafiyası. Kəllə qapağı.  Xarici və daxili kəllə əsasının kanal və dəliklərinin anatomiyası və funksional təyinatı. Gicgah çuxuru.

2

  1.  

Kəllənin üz hissəsinin topoqrafiyası. Göz yuvaları. Burun boşluğu. Gicgahaltı və qanad-damaq çuxurları. Kəllə sümüklərinin birləşmələri. Gicgah-çənə oynağı: quruluşu, forması, hərəkətləri, xüsusiyyətləri. Latın terminlərinin tələffüz qaydalarının təkrarı və möhkəmləndirilməsi.

2

  1.  

Baş əzələlərinin anatomiyası. Çeynəmə və mimiki əzələlər. Onların funksiyası. Əzələ bəhsində işlədilən yeni latın terminləri və onların tələffüzü prinsipləri.

2

  1.  

Boyunun əzələ və fassiyaları: quruluş xüsusiyyətləri. Boyunun topoqrafiyası. Boyun üçbucaqları, onların topoqrafiyası və təcrübi əhəmiyyəti.

2

  1.  

Döşün əzələ və fassiyalarının anatomik və funksional xüsusiyyətləri. Diafraqma, topoqrafiyası, quruluş xüsusiyyətləri. Qarnın əzələ və fassiyalarının quruluşu, funksiyası. Düz əzələ yatağı. Qasıq kanalı.

2

  1.  

Arxanın əzələ və fassiyalarının quruluşu, funksional anatomiyası və topoqrafiyası.

2

  1.  

Çiyin və bazu əzələ və fassiyalarının quruluşu və topoqrafiyası.

2

  1.  

Said və əl əzələ və fassiyalarının quruluşu və topoqrafiyası. Mövzuda istifadə edilən latın terminlərinin təkrarı və möhkəmləndirilməsi.

2

  1.  

Çanaq və bud əzələləri və fassiyalarının quruluşu və topoqrafiyası.

2

  1.  

Baldır, ayaq əzələləri və fassiyalarının quruluşu və topoqrafiyası.

2

  1.  

Aralıq qiymətləndirmə. Bu kollokviuma 1-20-ci mövzuları əhatə edən yalnız təcrübə məşğələ materialları daxil ediləcəkdir. Kollokviuma mərkəzi qaydada Universitetin İmtahan Mərkəzində keçiriləcəkdir.

2

  1.  

Daxili orqanlar haqqında məlumat. Ağız boşluğu orqanları: dil, ağız suyu vəziləri. Süd və daimi dişlər, onların quruluşu, formulu və çıxma müddəti. Latın terminlərinin möhkəmləndirilməsi.

2

  1.  

Yumşaq damaq, udlaq, qida borusu.

2

  1.  

Mədə, nazik və yoğun bağırsaqların quruluşu və topoqrafiyası.

2

  1.  

Qaraciyər, mədəaltı vəzi və dalaq. Quruluşu və topoqrafiyası.

2

  1.  

Periton və onun topoqrafiyası. Həzm sisteminin anatomiyasında istifadə olunan latın terminlərinin möhkəmləndirilməsi.

2

  1.  

Tənəffüs sistemi orqanları. Burun boşluğu, qırtlaq, nəfəs borusu və bronxlar. Quruluşu və topoqrafiyası.

2

  1.  

Ağciyər və plevra. Orta divar. Ağciyər və plevranın topoqrafiyası.Tənəffüs sistemində istifadə edilən latın terminlərinin möhkəmləndirilməsi.

2

  1.  

Ağciyər və plevranın topoqrafiyası.Tənəffüs sistemində istifadə edilən latın terminlərinin möhkəmləndirilməsi.

2

  1.  

Sidik orqanları. Böyrəklərin quruluşu və topoqrafiyası.

2

  1.  

Sidik axarları. Sidik kisəsi, sidik kanalı. Sidik sistemində istifadə edilən latın terminlərinin möhkəmləndirilməsi.

2

  1.  

Kişi cinsiyyət orqanlarının funksional anatomiyası və topoqrafiyası.

2

  1.  

Qadın cinsiyyət orqanlarının funksional anatomiyası və topoqrafiyası.

2

  1.  

Aralıq. Quruluşu, topoqrafiyası.

2

  1.  

Daxili sekresiya vəzilərinin anatomiyası və topoqrafiyası. Qalxanabənzər vəzi. Qalxanabənzər ətraf vəzi. Çəngələbənzər vəzi.

2

  1.  

Cinsiyyət vəzilərinin daxili sekresiya hissəsi. Böyrəküstü vəzilər. Əzgiləbənzər cisim. Hipofiz.

2

 

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları (Mühazirə)

Auditoriya saatları (Təcrübi)

1

Stomatologiya

I

İnsan anatomiyası və tibbi terminologiya

14

70

 

İnsan anatomiyası və tibbi terminologiya fənni üzrə I kurs tələbələrinin yaz semestri muhazirələrin mövzü planı

 

Mövzu (mühazirə)

Saat

 

1.

 

Sinir sisteminin ümumi anatomiyası. Sinir sisteminin quruluş elementləri. Refleks qövsü. Sinir sisteminin inkişafı. Onurğa beyni və baş beynin inkişafı. Onurğa beyninin variasiya və anomaliyaları. Onurğa beyni və baş beyin qişaları. Beyin-onurğa beyni mayesinin əmələ gəlməsi və cərəyanı.

2

 

2.

Baş beynin hissələri. Beyin yarımkürələrinin quruluşu. Beyin qabığının sito- mieloarxitektonikası. Beyin qabığında vəzifələrin dinamik lokalizasiyası. Beyinin ağ və boz maddəsinin funksional anatomiyası və topoqrafiyası. Aparıcı yolların təsnifatı. Assosiativ, komissural və proyeksion yollar. Onurğa beyninin və baş beyinin aparıcı yolları.

2

 

3.

Duyğu orqanları və 12 cüt kəllə sinirləri. Analizator haqqında təlim. Analizatorun tərkibi və onun funksional birliyi. Reseptorlar və onların təsnifatı. Görmə, dəhliz-ilbiz orqanlarının inkişafı, funksional anatomiyası və topoqrafiyası. Qoxu və dad orqanları. Dəri-duyğu orqanının inkişafı, funksional anatomiyası.

2

 

4.

Qan dövranlarının (yumurta sarısı, cift, böyük və kiçik qan dövranları) funksional anatomiyası. Qan damarlarının – arteriyaların, vena və kapilyarların quruluş xüsusiyyətləri. Anastomozlar və onların təcrübi əhəmiyyəti. Ürəyin quruluşu, topoqrafiyası və inkişafı. Ürək qüsurları haqqında ümumi məlumat.

2

 

5.

Baş damarlarının funksional anatomiyası. Dişlərin qan təchizatının xüsusiyyətləri. Beyinin arterial dövranı. Başdan venoz qanın axma yolları. Gövdənin və ətrafların damar və sinirlərinin (kələflərin) xüsusiyyətləri və funksional anatomiyası

2

 

6.

Limfa sisteminin anatomiyası. Limfa sisteminin quruluş elementləri. Limfa axacaqları, onların topoqrafiyası. Baş, boyun, döş qəfəsi və ətrafların limfa düyünləri, damarları

2

 

7.

Vegetativ sinir sisteminin anatomiyası. Vegetativ sinir sisteminin mərkəzləri. Simpatik və parasimpatik sinir sistemlərinin xüsusiyyətləri. Qarın və çanaq boşluğunun simpatik kələfləri.

2

 

 

İnsan anatomiyası və tibbi terminologiya fənni üzrə I kurs tələbələrinin yaz semestri praktiki məşğələlərin mövzü planı

 

Mövzu (praktik məşğələ)

Saat

1.

Onurğa beyni,quruluşu, yaş xüsuiyyətləri, topoqrafiyası, onurğa beyni sinirlərinin əmələ gəlməsi. Latın terminlərinin tələffüz qaydalarının təkrarı və möhkəmləndirilməsi.

2

2.

Beyinin ümumi icmalı, beyinin şöbələri. Beyin əsasında kəllə sinirlərinin topoqrafiyası. Beyin və onurğa beyni qişaları haqqında ümumi məlumat.

2

3.

Uc beyin, törəmələri. Beyin yarımkürələrinin quruluşu. Beyin yarımkürələrinin şırım, yarıq və qırışıqlıqlarının anatomiyası.

2

4.

Beyin qabığının quruluşu və funksiyaları, beyin qabığında funksiyaların dinamik lokalizasiyasının ümumi icmalı.

2

5

Döyənək cisim, tağ, ön bitişmə. Qabıqaltı nüvələr və daxili kapsul. Qoxu beyni və yan mədəciklərin anatomiyası.

2

6

Ara beyinin anatomiyası. III mədəcik quruluşu. Orta beynin quruluşu,nüvələri, orta beyin su kəmərinin anatomiyası.

2

7

Rombabənzər beyin boğazı. Arxa beynin quruluşu, körpü,nüvələri və onların anatomiyası.

2

8

Beyincik onun quruluşu. Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı.

2

9

Uzunsov beyin, IV mədəcik. Rombabənzər çuxurda yerləşən nüvələrin topoqrafiyası.

2

10

Beyin və onurğa beyninin aparıcı yollarının ümumi icmalı.

2

11

Görmə orqanı. II cüt kəllə siniri. Görmə analizatorunun aparıcı yolu haqqında ümumi məlumat.

2

12

Gözün əlavə aparatı. III, IV və VI cüt kəllə sinirlərinin funksional anatomiyası, innervasiya zonası.

2

13

Dəhliz-ilbiz orqanı. Xarici qulaq və orta qulaq.

2

14

Daxili qulaq. VIII cüt kəllə siniri. Eşitmə və müvazinət analizatorlarının aparıcı yollarının ümumi icmalı.

2

15

Qoxu və dad orqanları. I, VII və IX cüt kəllə sinirləri. Qoxu və dad analizatorlarının aparıcı yollarının ümumi icmalı.

2

16

V cüt kəllə siniri. Üçlü sinirin quruluşu, şaxələri və innervasiya zonası.Dəri və onun törəmələrinin anatomiyası. Süd vəzilərinin anatomiyası. Mövzuda istifadə olunan latın terminlərinin tələffüzü

2

17

  X, XI, XII cüt sinirlərinin anatomiyası və innervasiya zonası

2

18

Ürək və ürək kisəsinin quruluşu, yaş xüsusiyyətləri. Ürək əzələsinin morfo-funksional anatomiyası. Ürəyin qidalanması və innervasiyası.

2

19

Ürəyin topoqrafiyası, hüdudları və qapaqlarının döş qəfəsinin ön divarına proyeksiyası. Ürək tonları

2

20

Mərkəzi sinir sistemi, duyğu orqanları, 12 cüt kəllə sinirlərindən aralıq qiymətləndirmə. Bu kollokviuma 1-17-cimövzuları əhatə edən yalnız təcrübə məşğələ materialları daxil ediləcəkdir. Kollokvium mərkəzi qaydada Universitetin İmtahan Mərkəzində keçiriləcəkdir.

2

21

Aorta və onun hissələri. Qalxan aorta, aorta qövsü. Ümumi və xarici yuxu arteriyalarının anatomiyası.

2

22

Daxili yuxu arteriyası. Körpücükaltı arteriyanın onurğa arteriyası şaxəsi. Beyinin qidalanma xüsusiyyətləri, anastomozları. Beyinin arterial dövranı.

2

23

Körpücükaltı arteriya. Yuxarı ətrafın arteriyaları. Ovucun səthi və dərin qövsləri. Yuxarı ətraf venaları. Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı.

2

24

Yuxarı boş vena. Bazu-baş venası. Daxili vidaci vena. Kəllədaxili və kəlləxarici venalar. Xarici vidaci vena. Ön vidaci vena. Körpücükaltı vena.

2

25

Onurğa beyni sinirləri. Onurğa beyni sinirlərinin arxa şaxələri. Onurğa beyni sinirlərinin ön şaxələri. Boyun kələfi. Bazu kələfi: qısa və uzun şaxələri, topoqrafiyası. Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı.

2

26

Aortanın döş hissəsi və onun şaxələri. Döş qəfəsi divarı və orqanlarının venaları (tək vena, yarımtək vena, arxa qabırğaarası venalar, onurğa venaları). Döş sinirlərinin ventral şaxələri.

2

27

Enən aortanın qarın hissəsi və onun şaxələri, topoqrafiyası. Ümumi, daxili və xarici qalça arteriyaları.

2

28

Bud arteriyası və dizaltı arteriya. Baldır və ayaq arteriyaları. Aşağı ətraf oynaqlarının arterial torlarının əmələ gəlməsində iştirak edən damarlar.

2

29

Aşağı boş vena sistemi. Qapı venası sistemi.Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı. Çanaq venaları və aşağı ətrafın venaları. Venaların sistemarası anastomozlarının icmalı.

2

30

Bel kələfi, şaxələri, innervasiya zonası. Oma kələfinin qısa və uzun şaxələri, topoqrafiyası. Oturaq sinirinin innervasiya zonası.

2

31

Limfa sisteminin quruluş elementləri haqqında ümumi məlumat. Başın, boyunun, yuxarı ətrafın və döş qəfəsinin limfa düyünləri və damarları.

2

32

Qarın boşluğunun, çanağın və aşağı ətrafın limfa düyünləri və damarları. Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı

2

33

Vegetativ sinir sistemi haqqında ümumi məlumat. Simpatik kötük. Simpatik kötüyün boyun hissəsi. Simpatik kötüyün döş, bel və çanaq hissələri.

2

34

Qarın boşluğu və çanağın vegetativ düyünləri və kələfləri.

2

35

Vegetativ sinir sisteminin parasimpatik şöbəsi. Başın parasimpatik düyünləri.

 

 

METODİKİ TƏMİNAT:

  1. Şadlinski V.B., Allahverdiyev M.Q., IsayevA.B., və başqaları. Insan anatоmiyası. I cild. Bakı, «Müəllim», 2017.
  2. Şadlinski V.B., IsayevA.B., Allahverdiyev M.Q. və başqaları. Insan anatоmiyası. II cild. Bakı, «Müəllim», 2019.

 

TEXNİKİ TƏCHİZAT:Tədris prosesində innovativ formalardan istifadə

      Tədris prosesində müəllim tərəfindən aktiv sürətdə quru və yaş preparatların izahı ilə yanaşı onların multimedia və 3D texnologiya əsasında tədrisin təşkili təmin olunmalıdır. Preparatlar üzərində tələbə müəllimin nəzarəti altında daxili orqanların hissələrini, damar və sinir münasibətlərini dəqiq aydınlaşdıra bilmədidir. Bunların, eləcədə, kompüter texnologiyaların tətbiqi ilə müəyyənləşdirilməsinə xüsusi yer verilməlidir.