|
№ |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları (Mühazirə) |
Auditoriya saatları (Təcrübi) |
|
1 |
Tibb bacisi işi |
I |
İnsan anatomiyası və tibbi terminologiya |
20 |
70 |
İNSAN ANATOMİYASI FƏNNİ ÜZRƏ 050808-“TİBB BACISI İŞİ” İXTİSASININ TƏDRİS PROQRAMI
“İnsan anatomiyası” fənni AKTS: 6 kredit BAKI - 2025
İnsan anatomiyası təbabətin əsas fundamental sahələrindən biri olaraq yeni həkim kadrları üçün tədrisdə və onların peşəkar kimi yetişməsində olduqca böyük rola malikdir. Elmin qədim tarixə malik olmasına baxmayaraq o, bu gün də yeni faktlarla zənginləşir və klinik biliklərin formalaşmasına, düzgün müalicə taktikasının və cərrahi müdaxilənin planlaşdırılmasına həlledici təsir göstərir. Anatomik biliklərin tələbələrə ardıcıl və ciddi surətdə, quru və yaş preparatların, müasir zamanda isə artıq multi-media vasitələrinin tətbiqi ilə öyrədilməsi və onların kafedranın professor-müəllim heyəti tərəfindən sistematik və obyektiv surətdə sorğusu sayəsində gələcək həkimlərdə klinik təfəkkürün rüşeymləri meydana çıxır; gələcək təhsil illərində klinik bazalarda bu təfəkkür düzgün surətdə inkişaf etdirildiyi təqdirdə, yetkin həkim kadrlarının meydana çıxmasına nail olunur. Eləcə də kafedrada tələbələrin ilk tədris illərində təhsil almalarına baxmayaraq onların müəyyən hissəsində elmə də maraq yaranır ki, bu da həmin tələbələrin kafedranın nəzdində fəaliyyət göstərən tələbə elmi cəmiyyətinə cəlb olunmasına, onların öz ilk elmi tədqiqat işlərini aparmasına gətirib çıxarır. Beləliklə, anatomiya fənninin tədrisi həm klinik, həm də elmi kadrların yetişməsində xüsusi rol oynadığının şahidi oluruq. Kafedrada təhsil aldığı illərdə tələbələr meyit və meyit preparatları üzərində işləyərkən onlara həkimlərə xas olan ciddilik və etik prinsiplər, subordinasiya hissi aşılanır.
Fənnin məqsədi. İnsan anatomiyası fənni insan orqanizminin quruluşunu fundamental əsaslarla, əyani olaraq meyit və meyit preparatları üzərində, orqanizmi təşkil edən aparat və sistemlər, bu aparat və sistemlərin təşkil olunduğu orqanlar səviyyəsində tədris edir. Müasir dövrün tələblərini nəzərə alaraq quru və yaş preparatlarla yanaşı multi-media vasitələrinin geniş tətbiqi də aparılmaqla tələbələrdə nəzəri biliklərin – mühazirələrdə orqan və sistemlərin inkişafı, onların funksional anatomiyasının xüsusiyyətlərinin, təcrübi dərslərdə hər bir orqanın quruluşu, topoqrafiyası barədə anlayışların tam surətdə formalaşdırılması, bu biliklərin təcrübəyə tətbiqi üçün davamlı zəmin yaradılması fənnin məqsədinə aiddir.
Tələbə nəyi bilməlidir:
Tələbə nəyi bacarmalıdır:
Tələbə yiyələnməlidir:
PROQRAM
“İnsan anatomiyası” fənni təbabətin istər nəzəri, istər təcrübi sahələri üçün olduqca böyük əhəmiyyət daşıyır. Müasir dövrdə anatomiya sadəcə mövcud faktları təsvir etməklə məşğul olmur; onun məqsəd və vəzifələrinə orqanizmin quruluş prinsip və qanunauyğunluqlarının izah olunması, aydınlaşdırılması daxildir. Bu suallara dolğun və bitkin cavab vermək üçün orqanizmin quruluşu ən incə detallarına qədər tədqiq olunmalıdır. Canlı orqanizm tam və bitkin bir sistemdir. Onun tədqiqatı, klassik anatomik tədqiqat işlərinə və eləcə də anatomiyanın inkişaf tarixinə nəzər salsaq, olduqca çətin bir yol keçmişdir. Təşrih üsulundan başlayaraq müasir kompüter və maqnit-rezonans üsulları, müxtəlif xarakterli angioqrafiya metodları – hamısı insan orqanizminin quruluş xüsusiyyətlərini öyrənməyə yönəlmişdir. Bu biliklər nə qədər dərin və dəqiq olarsa, klinik təbabətin uğurları da bir o qədər effektiv olacaqdır. Buna görə də təbabətin nailiyyətləri ilk növbədə anatomiya elminin nailiyyətlərindən, anatomik tədqiqat üsullarının dolğunluğundan birbaşa asılıdır. Buna da görədir ki, İnsan anatomiyası fənni ilə, ümumiyyətlə, tibb təhsili başlayır. Bütün dünya üzrə tibbi ali məktəblərin və ya universitetlərin tibb fakultələrnin ilk kursuna qədəm qoymuş tələbələr əvvəlcə anatomiya auditoriyalarından, təşrih otaqlarından və muzeylərindən təhsil almağa başlayırlar. Müasir zamanda fakultələrin təcrübi bazalarının möhkəmlənməsi və yenilənməsi, hər bir fakultənin özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq tələbələrə dərs keçməyə imkan verir. Müvafiq olaraq anatomiyanın tədrisi də bu fakultələrin xüsusiyyətlərini əhatə etməyə yönəlmişdir. “Tibb bacısı işi” ixtisası üzrə təhsil alan tələbələrə “İnsan anatomiyası” fənni 1 semestr ərzində tədris olunur; bu müddətdə tələbələr dayaq-hərəkət aparatı (sümük və birləşmələr sistemi, əzələ sistemi), daxili orqanlar-splanxnologiya bəhsini (həzm, tənəffüs, sidik, cinsiyyət, endokrin və immun sistemləri), mərkəzi və periferik sinir sistemlərini, vegetativ sinir sistemini, duyğu orqanları bəhsini, ürək-qan damar sistemini, limfa sistemini öyrənirlər. Bununla əlaqədar olaraq “İnsan anatomiyası” fənninin proqramı tərtib olunarkən ilk növbədə, təbii ki, sistematik anatomiyanın tələbləri nəzərə alınır, başqa sözlə, tələbələrdə insan orqanizmini təşkil edən aparat və sistemlər barədə bilik və bacarıqlar mühazirə və təcrübə məşğələlərinin kompleks surətdə, bir-birini tamamlayaraq tətbiqi ilə yaradılır. Bu zaman hər bir konkret ixtisasın da tələbləri nəzərdə saxlanılır, müvafiq izahatlarda bu və ya digər dərslər, tələbdən asılı olaraq, daha ətraflı tədris olunur.
Fənnin tədris format - əyani
|
№ |
Mövzu (mühazirə) |
Saat |
|
|
İnsan anatomiyası fənninə giriş. Anatomiyanın məqsədi, vəzifələri və öyrənilmə metodları. Anatomiyanın Azərbaycanda inkişafı. Anatomiyanın inkişaf tarixi. Anatomiyada işlədilən latın terminlərinin mənşəyi. İnsan embriogenezinin mərhələləri barədə ümumi məlumat. Prenatal və postnatal ontogenezin xüsusiyyətləri. Orqan mürəkkəb toxuma sistemi kimi. |
2 |
|
|
Skeletin ümumi anatomiyası. Sümüklərin quruluşu, forması, təsnifatı, fiziki-kimyəvi xüsusiyyətləri. Sümüklərin inkişafı haqqında ümumi məlumat. Sümüküstlüyü və sümük iliyinin quruluşu. |
2 |
|
|
Sümük birləşmələrinin anatomiyası. Birləşmələrin növləri, fasiləsiz və fasiləli birləşmələr. Yarımoynaqlar, onların səciyyəvi xüsusiyyətləri. Fasiləli və ya sinovial birləşmələr (oynaqlar). Oynaqların biomexanik təsnifatı. Oynağın köməkçi elementləri, fiksasiyası və tormoz aparatı. |
2 |
|
|
Əzələlərin morfofunksional anatomiyası. Əzələ bir orqan kimi, əzələlərin quruluşu və təsnifatı. Əzələnin qüvvəsi və işi. Əzələlərin inkişafı haqqında ümumi məlumat. Ontogenezin ayrı-ayrı mərhələlərində əzələlərin inkişaf xüsusiyyətləri. |
2 |
|
Splanxnologiya haqqında ümumi məlumat. Daxili orqanların ümumi icmalı, funksional anatomiyası, inkişafı. Həzm orqanlarının funksional anatomiyası. Borulu orqanların quruluşu. Vəzilər: quruluşu və təsnifatı. İlk bağırsaq borusunun inkişafı, ön, orta və arxa bağırsağın differensiasiyası barədə ümumi məlumat. |
2 |
|
|
Tənəffüs sistemi orqanlarının funksional anatomiyası. Sidik – cinsiyyət sistemi və endokrin orqanlarının funksional anatomiyası. |
2 |
|
|
Sinir sistemi haqqında məlumat. Sinir sisteminin quruluş elementləri: onurğa beyni və baş beyinin quruluş xüsusiyyətləri. Onurğa beyni sinirləri. |
2 |
|
|
Duyğu orqanlarının funksional anatomiyası. 12 cüt kəllə sinirləri. Vegetativ sinir sistemi. |
|
|
|
Ürək-qan damar sistemi. Ürəyin funksional anatomiyası. Böyük, kiçik və yerli qan dövranları. |
2 |
|
|
Limfa sisteminin quruluş elementləri. Limfa kapillyarları, damarları, düyünləri, kötükləri və limfa axacaqlarının anatomiyası. Limfanın venoz sistemə axma yolları. |
2 |
|
№ |
Mövzu (praktik məşğələ) |
Saat |
|
|
İnsan anatomiyası kafedrasında tədris prosesinin təşkili. Latın dilinin təbabətdə və anatomiyanın tədrisi prosesində rolu. Bədəndən keçirilən ox və səthlər. Gövdə sümüklərinin quruluşu və birləşmələri. |
2 |
|
|
Ətraf sümüklərinin quruluşu və birləşmələri. |
2 |
|
|
Kəllə sümüklərinin quruluşu və birləşmələri.Gicgah-çənə oynağı: quruluşu, forması, hərəkətləri, xüsusiyyətləri. |
2 |
|
|
Kəllənin beyin və üz hissələrinin topoqrafiyasının ümumi icmalı. Kəllə qapağı. Xarici və daxili kəllə əsasının quruluşu, kanal və dəliklərinin anatomiyası barədə ümumi məlumat. Gicgah çuxuru. Göz yuvaları, burun boşluğu, gicgahaltı və qanad-damaq çuxurlarının ümumi icmalı. |
2 |
|
|
Baş nahiyələri. Baş əzələlərinin anatomiyası: çeynəmə və mimiki əzələlər. Boyunun əzələ və fassiyaları. Boyunun topoqrafiyası. Boyun üçbucaqları, onların topoqrafiyası və təcrübi əhəmiyyəti barədə ümumi məlumat. Mövzuda istifadə olunan latın terminlərinin tələffüz prinsipləri, onların möhkəmləndirilməsi. |
2 |
|
|
Döşün əzələ və fassiyalarının anatomik və funksional xüsusiyyətləri. Diafraqma, topoqrafiyası, quruluş xüsusiyyətləri. Qarnın əzələ və fassiyalarının quruluşu, funksiyası. Düz əzələ yatağı. Qasıq kanalı. |
2 |
|
|
Arxanın əzələ və fassiyalarının quruluşu, funksional anatomiyası və topoqrafiyası. |
2 |
|
|
Yuxarı ətraf əzələ və fassiyalarının quruluşu. Yuxarı ətrafın topoqrafiyası. Mövzuda istifadə edilən latın terminlərinin təkrarı və möhkəmləndirilməsi. |
2 |
|
|
Aşağı ətraf əzələ və fassiyalarının quruluşu. Aşağı ətrafın topoqrafiyası. Mövzuda istifadə edilən latın terminlərinin təkrarı və möhkəmləndirilməsi. |
2 |
|
|
Daxili orqanlar haqqında məlumat. Ağız boşluğu orqanları: dil, ağız suyu vəziləri. Süd və daimi dişlər, onların quruluşu, formulu və çıxma müddəti. Yumşaq damaq, udlaq, qida borusu. |
2 |
|
|
Mədə, nazik və yoğun bağırsaqların quruluşu və topoqrafiyası.Qaraciyər, mədəaltı vəzi və dalaq. Quruluşu və topoqrafiyası. Periton və onun topoqrafiyası. |
2 |
|
|
Tənəffüs sistemi orqanları. Burun boşluğu, qırtlaq, nəfəs borusu və bronxlar. Quruluşu və topoqrafiyası.Ağciyər və plevra. Orta divar. Ağciyər və plevranın topoqrafiyası haqqında ümumi məlumat.Tənəffüs sistemində istifadə edilən latın terminlərinin möhkəmləndirilməsi. |
2 |
|
|
Sidik orqanları. Böyrəklərin quruluşu və topoqrafiyası.Sidik axarları. Sidik kisəsi, sidik kanalı. |
2 |
|
|
Kişi və qadın cinsiyyət orqanlarının funksional anatomiyası və topoqrafiyası haqqında ümumi məlumat. Aralıq, quruluşu. Daxili sekresiya vəzilərinin anatomiyası və topoqrafiyasının ümumi icmalı. |
2 |
|
|
Onurğa beyni,quruluşu, yaş xüsuiyyətləri, topoqrafiyası, onurğa beyni sinirlərinin əmələ gəlməsi.Boyun kələfi. Bazu kələfi: qısa və uzun şaxələri, topoqrafiyası.Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı. |
2 |
|
|
Beyinin ümumi icmalı, beyinin şöbələri. Beyin əsasında kəllə sinirlərinin topoqrafiyası. Beyin və onurğa beyni qişaları.Döyənək cisim, tağ, ön bitişmə. Qabıqaltı nüvələr və daxili kapsul haqqında ümumi anlayış. Qoxu beyni və yan mədəciklərin anatomiyası. Ara beyinin anatomiyası. III mədəciyin quruluşunun ümumi izahı. Orta beynin quruluşu, nüvələri, orta beyin su kəmərinin anatomiyası. |
2 |
|
|
Rombabənzər beyin boğazı. Arxa beynin quruluşu, körpü, nüvələrinin ümumi izahı. Beyincik, quruluş xüsusiyyətlərinin icmalı.Uzunsov beyin,IV mədəcik. Rombabənzər çuxurda yerləşən nüvələrin topoqrafiyası. Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı. |
2 |
|
|
Aralıq qiymətləndirmə. Bu kollokviuma 1-14-cü mövzuları (Dayaq-hərəkət aparatından və daxili orqanlar) əhatə edən yalnız təcrübə məşğələ materialları daxil ediləcəkdir. Kollokviuma mərkəzi qaydada Universitetin İmtahan Mərkəzində keçiriləcəkdir.-2s. |
2 |
|
|
Duyğu orqanları haqqında ümumi məlumat. Görmə orqanı. II cüt kəllə siniri. Görmə analizatorunun aparıcı yolu. Gözün əlavə aparatı. III, IV və VI cüt kəllə sinirlərinin funksional anatomiyası, innervasiya zonası. |
2 |
|
|
Dəhliz-ilbiz orqanı. VIII cüt kəllə siniri. Eşitmə və müvazinət analizatorlarının aparıcı yolları. |
2 |
|
|
Qoxu və dad orqanları. I, VII və IX cüt kəllə sinirləri. Qoxu və dad analizatorlarının aparıcı yolları. Dəri və onun törəmələrinin anatomiyası. Süd vəzilərinin anatomiyası. Mövzuda istifadə olunan latın terminlərinin tələffüzü. |
2 |
|
|
V cüt kəllə siniri. Üçlü sinirin quruluşu, şaxələri və innervasiya zonası.X, XI, XII cüt sinirlərinin anatomiyası və innervasiya zonası. |
2 |
|
|
Ürək və ürək kisəsinin quruluşu, yaş xüsusiyyətləri. Ürək əzələsinin morfo-funksional anatomiyası. Ürəyin qidalanması və innervasiyası. Ürəyin topoqrafiyası, hüdudları və qapaqlarının döş qəfəsinin ön divarına proyeksiyası. Ürək tonları. |
2 |
|
|
Aorta və onun hissələri. Qalxan aorta, aorta qövsü. Ümumi və xarici yuxu arteriyalarının anatomiyası. Daxili yuxu arteriyası. Körpücükaltı arteriyanın onurğa arteriyası şaxəsi. Beyinin arterial dövranı. |
2 |
|
|
Körpücükaltı arteriya. Yuxarı ətrafın arteriyaları. Ovucun səthi və dərin qövslərinin formalaşmasının ümumi izahı. |
2 |
|
|
Yuxarı boş vena. Bazu-baş venası. Daxili vidaci vena. Kəllədaxili və kəlləxarici venalar. Latın terminlərinin tələffüz qaydalarının təkrarı və möhkəmləndirilməsi. Xarici vidaci vena. Ön vidaci vena. Körpücükaltı vena. Yuxarı ətraf venaları. |
2 |
|
|
Aortanın döş hissəsi və onun şaxələri. Döş qəfəsi divarı və orqanlarının venaları (tək vena, yarımtək vena, arxa qabırğaarası venalar, onurğa venaları). Döş sinirlərinin ventral şaxələri. |
2 |
|
|
Enən aortanın qarın hissəsi və onun şaxələri, topoqrafiyası. |
2 |
|
|
Ümumi, daxili və xarici qalça arteriyaları.Bud arteriyası və dizaltı arteriya. Baldır və ayaq arteriyaları. Aşağı ətraf oynaqlarının arterial torlarının əmələ gəlməsində iştirak edən damarlar. |
2 |
|
|
Aşağı boş vena sistemi. Qapı venası sistemi. Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı. Çanaq venaları və aşağı ətrafın venaları. Venaların sistemarası anastomozlarının ümumi şəkildə izahı, onların əhəmiyyəti barədə məlumat. |
2 |
|
|
Bel kələfi, şaxələri, innervasiya zonası. Oma kələfinin qısa və uzun şaxələri, topoqrafiyası. Oturaq sinirinin innervasiya zonası. |
2 |
|
|
Vegetativ sinir sistemi haqqında ümumi məlumat. Simpatik kötük. Qarın boşluğu və çanağın vegetativ düyünləri və kələfləri. |
2 |
|
|
Vegetativ sinir sisteminin parasimpatik şöbəsi. Başın parasimpatik düyünləri. |
2 |
|
|
Limfa sisteminin quruluş elementləri haqqında ümumi məlumat. Limfa kötükləri və axacaqları. Başın, boyunun, yuxarı ətrafın və döş qəfəsinin limfa düyünləri və damarları. |
2 |
|
|
Qarın boşluğunun, çanağın və aşağı ətrafın limfa düyünləri və damarları. Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı. |
2 |
Metodİk təchizat:
TEXNİKİ TƏCHİZAT :Tədris prosesində innovativ formalardan istifadə
Tədris prosesində müəllim tərəfindən aktiv sürətdə quru və yaş preparatların izahı ilə yanaşı onların multimedia və 3D texnologiya əsasında tədrisin təşkili təmin olunmalıdır. Preparatlar üzərində tələbə müəllimin nəzarəti altında daxili orqanların hissələrini, damar və sinir münasibətlərini dəqiq aydınlaşdıra bilmədidir. Bunların, eləcədə, kompüter texnologiyaların tətbiqi ilə müəyyənləşdirilməsinə xüsusi yer verilməlidir.
İnsan anatomiyası və tibbi terminologia kafedrasının müdiri, dosent A.S.Abdullayev