Uşaq cərrahlığı fənni tibbin mühüm sahələrindən biri olub, yenidoğulmuş dövrdən.18 yaşadək uşaqlarda rast gəlinən cərrahi xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikasını öyrənir. Bu fənn uşaqların anatomik və fizioloji xüsusiyyətlərini, yaşa bağlı inkişaf mərhələlərini və anadangəlmə qüsurların xüsusiyyətlərini nəzərə alaraq cərrahi yanaşmaları formalaşdırır. Uşaq cərrahlığı fənninin əsas məqsədi tələbələrdə uşaqlarda rast gəlinən cərrahi patologiyalar barədə nəzəri bilik və praktik bacarıqlar formalaşdırmaq, kliniki düşünmə qabiliyyətini inkişaf etdirmək və təhlükəsiz cərrahi yardım göstərmə prinsiplərini öyrətməkdir. Uşaq cərrahlığı fənni gələcək həkimlərin uşaqlara düzgün və vaxtında cərrahi yardım göstərməsini təmin edir, ağırlaşmaların qarşısının alınmasına və uşaqların sağlam inkişafına töhfə verir. Tədris formaları: mühazirələr, praktik məşğələlər, klinik hallar üzərində müzakirələr, xəstə üzərində baxışlar və simulyasiya təlimləridir.
Payız semestrində keçirilən fənlər
|
№ |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
||||
|
1. |
II Müalicə-profilaktika |
V |
Uşaq cərrahlığı |
10 |
50 |
|
2. |
Hərbi Tibb fakültəsi |
IV |
Uşaq cərrahlığı |
10 |
50 |
Yaz semestrində keçirilən fənlər
|
№ |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
||||
|
1. |
I Müalicə-profilaktika |
V |
Uşaq cərrahlığı |
10 |
50 |
Uşaq cərrahlığı fənni (Müalicə-profilaktika)
Tədris edilən fənnin kodu: Uşaq cərrahlığı - İPF-B24
Təhsil pilləsi: Bakalavriat
İxtisasın adı: Müalicə işi - 050904
Tədris edilən fənnin növü: Məcburi
Fənnin məqsədi:
Fənnin təlim nəticəsi: (5-9 təlim nəticəsi göstərin)
Tələbə fənnin sonunda nəyə qadir olacaq sualına cavab verilməlidir.
Fənnin məzmunu
0-18 arası uşaqlarda qeyd edilən anadangəlmə və qazanılma cərrahi patologiyaların klinikası, diaqnostikası və müalicə üsulları haqqındadır.
Uşaq cərrahlığı fənni geniş bir sahəni əhatə edib, 0-18 yaş uşaqlar arasında rast gəlinən anadangəlmə və qazanılma patologiyalardan bəhs edir. Bu fənni öyrənmək üçün tələbələrin embriologiya, insan anatomiyası, pediatriya kimi fənnləri yaxşı mənimsəməsinə xüsusi diqqət etmək lazımdır. Uşaq orqanizminin özünəməxsus anatomofizioloji xüsusiyyətlərinin olması, antenatal dövrdə bir çox inkişaf qüsurlarının aşkarlanması uşaq kontingenti qrupuna daxil olan xəstələrə daha diqqətli yanaşmanı tələb edir. Bu baxımdan fənnin tədrisi zamanı müasir diaqnostika və müalicə üsullarının göstərilməsi vacib şərtlərdən biridir.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş "Müalicə işi" ixtisası proqramına əsasən məcburi fənndir.
Tələbələr uşaqlarda rast gəlinən anadangəlmə və qazanılma patologiyaları öyrənməklə bizim sağlam gələcəyimizin formalaşmasında əsas və aparıcı qüvvələrdir.Tələbələr bu fənni öyrənməklə poliklinikalarda və xəstəxanalarda uşaqlara düzgün cərrahi yanaşma sərgiləyə bilərlər.Fənni öyrəndikdən sonra tələbələr gələcəkdə uşaq cərrahlığı ixtisasını seçməklə mütəxəssis kimi formalaşıb müxtəlif klinikalarda peşəkar həkim kimi uşaqları müalicə edə bilərlər.
Tədris və öyrənmə metodları1
1Mənbə: Essential Skills for a Medical Teacher: An Introduction to Teaching and Learning in Medicine. (2020). 3rd Edition by Ronald M. Harden OBE MD FRCP(Glas) FRCSEd FRCPC (Author), Jennifer M Laidlaw DipEdTech MMEd.
Fənnin tədris format: Əyani
|
№ |
Topic Mövzu (mühazirə) |
Readings (Ədəbiyyat) |
Saat |
|
1 |
Uşaqlarda köks boşluğu orqanlarının və diafraqmanın anadangəlmə inkişaf qüsurları |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XI, XII, səh 268-314, Fəsil XIII, səh 332-337 |
2 |
|
2 |
Uşaqlarda qarnın ön – yan divarının inkişaf qüsurları |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XVI, səh 367-390, |
2 |
|
3 |
Uşaqlarda həzm traktının anadangəlmə inkişaf qüsurları |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XVI, səh 398-408 |
2 |
|
4 |
Uşaqlarda qarın boşluğu üzvlərinin kəskin cərrahi xəstəlikləri. Qarında ağrı sindromu |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XV, səh 347-365, fəsil XVI, səh 473-515 |
2 |
|
5 |
Uşaqlarda sidik – cinsiyyət sistemi anomaliyaları |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XIX, səh 545-596. |
2 |
|
№ |
Topic Mövzu (praktik məşğələ) |
Readings (Ədəbiyyat) |
Saat |
|
1 |
Uşaqlarda üzün və boynun anadangəlmə inkişaf qüsurları |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil IX, səh 207-220 |
2 |
|
2 |
Uşaqlarda döş qəfəsinin anadangəlmə qüsurları |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XII, səh 283-287 |
2 |
|
3 |
Uşaqlarda döş boşluğu orqanlarının anadangəlmə qüsurları |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XII, səh 287-314 |
2 |
|
4 |
Uşaqlarda destruktiv pnevmoniyalar, bronxoektaziya xəstəliyi |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XI, səh 268-281 |
2 |
|
5 |
Yemək borusunun anadangəlmə inkişaf qüsurları və cərrahi xəstəlikləri |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XIII, səh 314-331 |
2 |
|
6 |
Uşaqlarda diafraqmal yırtıqlar |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XIII, səh 332-337 |
2 |
|
7 |
Uşaqlarda qarnın ön-yan divarının inkişaf qüsurları |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XVI, səh 367-390 |
2 |
|
8 |
Sarı cisim axarı və uraxusun anadangəlmə inkişaf qüsurları |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XVI, səh 367-373 |
2 |
|
9 |
Uşaqlarda qusma sindromu. Hipertrofik pilorostenoz |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XV-XVI, səh 350-355, səh 391-396 |
2 |
|
10 |
Uşaqlarda öd yollarının inkişaf qüsurları və cərrahi xəstəlikləri |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XVII, səh 517-523 |
2 |
|
11 |
Portal hipertenziya |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XVII, səh 531-535 |
2 |
|
12 |
Uşaqlarda anadangəlmə bağırsaq keçməzliyi |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XVI, səh 398-408 |
2 |
|
13 |
Uşaqlarda qazanılma bağırsaq keçməzliyi |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XVI, səh 408-433 |
2 |
|
14 |
Uşaqlarda kəskin apendisitin yaş xüsusiyyətləri |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XVI, səh 473-497 |
2 |
|
15 |
Uşaqlarda peritonitlər |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XVI, səh 497-507 |
2 |
|
16 |
Nekrotik enterokolitlər. Yenidoğulmuşların peritoniti |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XVI, səh 507-514 |
2 |
|
17 |
Uşaqlarda yoğun bağırsağın inkişaf qüsurları və cərrahi xəstəlikləri. Hirşprunq xəstəliyi |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XVI, səh 438-455 |
2 |
|
18 |
Uşaqlarda anorektal nahiyyənin inkişaf qüsurları və cərrahi xəstəlikləri |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XVI, səh 455-472 |
2 |
|
19 |
Uşaqlarda sidik-cinsiyyət yollarının inkişaf qüsurları və cərrahi xəstəlikləri. Böyrəklərin və sidik axarının inkişaf qüsurları və xəstəlikləri |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XIX, səh 545-566
|
2 |
|
20 |
Uşaqlarda sidik-cinsiyyət yollarının inkişaf qüsurları və cərrahi xəstəlikləri. Hipospadiya, epispadiya, kriptorxizm, varikosele |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XIX, səh 577-596
|
2 |
|
21 |
Uşaqlarda irinli cərrahi infeksiyalar. Yumşaq toxumaların irinli cərrahi infeksiyaları |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil X, səh 226-252 |
2 |
|
22 |
Uşaqlarda irinli cərrahi infeksiyalar. Osteomielitlər |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil X, səh 257-266 |
2 |
|
23 |
Uşaqlarda mədə-bağırsaq qanaxmaları |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil XV, səh 361-365 |
2 |
|
24 |
Uşaqlarda parenximatoz üzvlərin zədələnmələri. Daxili qanaxmalar |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil VI, səh 105-117 |
2 |
|
25 |
Uşaqlarda travmatik zədələnmələrin xüsusiyyətləri. Sınıqlar və çıxıqlar. Doğuş zədələnmələri |
Çingiz Quliyev. Uşaq cərrahlığı. 2008 Fəsil III, səh 73-78, fəsil VII, səh 121-182 |
2 |