Kafedranın işinin əsas istiqamətləri
- Qastroenterologiya, revmatologiya və daxili xəstəliklər fənni üzrə tədris-metodik işin yüksək elmi səviyyədə təşkili.
- Kafedranın profili üzrə elmi-tədqiqat işlərinin aparılması.
- Elmi-pedaqoji və elmi kadrların hazırlanması
- Rezidentura pilləsində təhsil alan həkim-rezidentlərin hazırlanması
- Doktorantura pilləsində təhsil alan doktorantların elmi hazırlığı.
Tədris-metodiki fəaliyyətin əsas məqsədləri
- Tələbə və rezidentlərin müasir kliniki bilik, bacarıq və səriştlərə yiyələnməsinin təmin edilməsi
- Tədris prosesinin müasir təhsil standartlarına uyğun təşkili və tədris proqramının beynəlxalq təhsil standartları əsasında mütəmadi yenilənməsi
- Nəzəri biliklərin klinik vərdişlərlə möhkəmləndirilməsi
- Elektron resursların tədris prosesinə inteqrasiyası
- Xəstəliklərin diaqnostika və müalicəsi üzrə fərdi yanaşmanın tədrisi
- Dərslik və dərs vəsaitlərinin hazırlanması, müəllimlərin peşəkar inkişafı (metodik təminat)
Tədris-metodik işlər üzrə əsas istiqamətlər
- Rezidentura proqramına uyğun tədris və metodik materialların hazırlanması
- Azərbaycan və ingilis dilində müasir klinik təlimatlara əsaslanan dərslik, dərs vəsaiti və metodik tövsiyyələrin hazırlanması.
- Elektron tədris resurslarının və təqdimat materiallarının hazırlanması və yenilənməsi
- Problem-, Keys- və komanda əsaslı, həmçinin klinik yönümlü tədris üsullarının tətbiqinin genişləndirilməsi.
Tədris prosesinin təkmilləşdirilməsi
- Tədris proqramının beynəlxalq standartlara uyğunlaşdırılması və klinik protokolların mütəmadi yenilənməsi
- Tələbələrin praktik vərdişlərini artırmaq üçün müasir təlim texnologiyalarının və stimulyasiya vasitələrinin tədrisə tətbiqi
- Tədris prosesində kompyüter və rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi
- Təhsil alanların bilik və bacarıqlarının qiymətləndirilməsi mexanizmlərinin təkmilləşdirilməsi
- Nəzəri mühazirələrdən daha çox real klinik keyslərin müzakirəsinə üstünlük verilməsi
Elmi – tədqiqat fəaliyyəti
- Qastroenteroloji və revmatoloji patologiyalar üzrə prioritet elmi istiqamətlərin müəyyən edilməsi
- Kafedra əməkdaşlarının beynəlxalq indeksləşdirilmiş jurnallarda elmi məqalələrinin dərc edilməsinin stimullaşdırılması
- Yerli və beynəlxalq elmi qrant layihələrinə qoşulmaq üçün əməkdaşlığın qurulması
- Beynəlxalq və respublika səviyyəli elmi konfranslarda fəal iştirak
- Tələbə, rezident və doktorantların elmi-tədqiqat işlərinə cəlb edilməsi
Madi – texniki bazanın inkişafı
- Klinik qərarların verilməsində köməkçi olan süni intellekt proqramlarının kafedranın tədris bazasına daxil edilməsi
- Tədris otaqlarının və klinik bazanın müasir tələblərə uyğun saxlanılması
- Tədris və elmi tədqiqatlarda istifadə olunan avadanlıqların müassirləşdirilməsi
- Rəqəmsal resurslar və lisensiyalı proqram təminatlarının təkmilləşdirilməsi
- Tədris fənləri üzrə ixtisaslaşmış ədəbiyyatla təmin olunmuş kafedra kitabxanasının yaradılması
- Tədris prosesində sağlamlığı qoruyan texnologiyalardan istifadə.