Kardiovaskulyar cərrahiyyə üzrə təhsilin məqsədi cərrahi xəstəni aparmaq (idarə etmək) üçün lazım olan klinik və praktik səriştələri öyrətməkdir.
Təhsil pilləsi: Bakalavriat İxtisas: Müalicə işi Fənnin kodu: İSF -27
Fənnin məqsədi: ürək-damar sistemi orqanlarının əsas müayinələrini, təcili, təxirəsalınmaz və çox rast gələn cərrahi patologiyalarına diaqnoz qoyma bacarığını, müalicə, profilaktika və proqnozlaşdırma səriştələrini, bu orqanlarda aparılan müdaxilə və əməliyyatları əsaslandırma səviyyəsində öyrətməkdir.
Fənnin təlim nəticəsi:
Fənnin məzmunu: Fənn ürək-damar sisteminin cərrahi xəstəlikləri, onların müayinəsi, diaqnostikası, müalicəsi, profilaktikası və proqnozu haqqındadır. Bu fənni öyrənməklə tələbələr ürək-damar sisteminin təcili, təxirəsalınmaz və çox rast gəlinən cərrahi xəstəliklərinə diaqnoz qoyacaqlar, onların müalicəsi, profilaktikası və proqnozunu izah edəcəklər. Tələbələr alacaqları bilik və bacarıqları gələcək peşələrində istifadə edə biləcəklər. Fənni öyrəndikdən sonra tələbələr təcili yardım briqadası tərkibində, xəstəxanaların qəbul şöbəsində işləyə bilərlər. Bu fənn Azərbaycan Tibb Universiteti tərəfindən məcburi fənn kimi müəyyən olunub.
MPF-nin IV kurs tələbələri üçün “ Ürək-damar cərrahiyyəsi” fənnindən mühazirələrin mövzu planı 2025 - 2026-cı tədris ili
|
N |
Mövzular |
Saat |
|
1. |
Ürəyin cərrahi xəstəliklərinə diaqnostik yanaşma |
2 |
|
2. |
Arteriyaların cərrahi xəstəliklərinə diaqnostik yanaşma |
2 |
|
3. |
Venaların cərrahi xəstəliklərinə diaqnostik yanaşma |
2 |
|
|
Cəmi |
6 saat |
MPF-nin IV kurs tələbələri üçün “Ürək-damar cərrahiyyəsi” fənnindən praktiki məşğələlərin mövzu planı 2025 - 2026-cı tədris ili
|
N |
Mövzular |
Saat |
|
1. |
Kardiogen şok, Ürək tamponadası |
2 |
|
2. |
Koranar damar xəstəlikləri |
2 |
|
3. |
Qapaq xəstəlikləri |
2 |
|
4. |
Ürəyin anadangəlmə xəstəlikləri |
2 |
|
5. |
Kəskin periferik arterial tıxanma (tromboz və emboliya) |
2 |
|
6. |
Mezenterik arteriya trombozu və emboliyası |
2 |
|
7. |
Ətrafların xroniki işemiyası- axsama, Diabetik angiopatiya və ayaq |
2 |
|
8. |
Aorto-iliak, Femopopliteal, İnfrapopliteal okklyuziv xəstəliklər |
2 |
|
9. |
Kəskin tromboflebit, Dərin vena trombozu |
2 |
|
10. |
Ağciyər arteriyası trombemboliyası |
2 |
|
11. |
Varikoz xəstəliyi, Xronik venoz yetməzlik |
2 |
|
12. |
KVC-də müasir müdaxilələr: stend, TAVR |
2 |
|
|
Cəmi |
24 saat |