Hazırda tibb elminin sürətli inkişafı ilə əlaqədar olaraq yüksək ixtisaslı mütəxəssislərin hazırlığına nail olmaq üçün elmin, tədrisin, eləcə də tədris-metodik işlərin müasir səviyyəyə qaldırılması əsas vəzifələrdən biridir. Bu vəzifənin həyata keçirilməsi üçün tədris proqramlarının yeniləndirilməsi və qabaqcıl təcrübənin tətbiqi əsas şərtlərdəndir.
Tibb Universitetinin İctimai Səhiyyə fakültəsi üçün magistrant hazırlığında “Ümumi mikrobiologiya” fənni xüsusi yer tutur. Bu fənn bioloqa mikrobiologiya sahəsində nəzəri bilik və praktiki bacarıqlar əldə etmək və təkmilləşdirmək, yeni tədqiqat metodlarına yiyələnmək və qiymətləndirmək, lazımi səviyyədə mikrobioloji tədqiqatlar aparmaq və onların nəticələrini təsdiq etmək imkanı verir.
Tibbi bakterioloji tədqiqatlar laboratoriya təbabətinin əsaslarından biri kimi xidmət etməklə öz növbəsində obyektiv tibbi tədqiqatlar sisteminin mühüm tərkib hissəsidir. Laboratoriya nəticələrinin etibarlılığının artırılması, tədqiqatların standartlaşdırılması, qeyri-informativ testlərin azaldılması və aradan qaldırılması, diaqnostik panellərin yaradılması, laboratoriya sınaqlarının keyfiyyətinin təmin edilməsi, mikrobioloji laboratoriya testlərinin etibarlılığını təmin edəcək və onların müasir klinikada xəstəliklərin diaqnostikası, eləcədə gedişinin və müalicənin monitorinqi üçün ən vacib vasitə kimi rolunu qoruyacaqdır.
Opportunist infeksiyalar, yəni şərti-patogen mikroorqanizmlərin səbəb olduğu xəstəliklər də hazırda diqqət mərkəzindədir. Normada dərini, yuxarı tənəffüs yollarının selikli qişalarını, urogenital və mədə-bağırsaq traktını kolonizə edən şərti-patogen mikroorqanizmlər tez-tez immun çatışmazlığı olan xəstələrdə kəskin yoluxucu xəstəliklərə səbəb ola bilir. Bugün tibbi mikrobiologiyanın inkişafının əsas istiqamətlərindən biri - xəstəxanadaxili infeksiyaların diaqnozunun və profilaktikasının təkmilləşdirilməsi, həmçinin xəstəxanada tibbi yardım ilə əlaqəli infeksiyaların törədicilərinin monitorinqidir. Начало формыКонец формы
Məlumdur ki, antimikrob preparatların geniş və çox vaxt əsassız istifadəsi mikroorqanizmlərin davamlı ştamları ilə törədilən infeksiyaların artmasına səbəb olur. Yaranan vəziyyətdə mikrobioloji tədqiqatların aparılması üçün metodoloji bazanın genişləndirilməsi və təkmilləşdirilməsi tələb olunur ki, müayinələrin nəticələrinin alınması sürətləndirilsin, bütün mümkün etioloji agentlər tam aşkar olunsun və bütün əhəmiyyətli törədicilər haqqında hərtərəfli məlumat əldə edilsin.
XX əsrin sonunda mikrobiologiyada başverən metodoloji inqilab həm opportunist infeksiyaların törədicilərinin, həm də xüsusi təhlükəli, o cümlədən virus və bakterial təbiətli mikroorqanizmlərin müəyyənləşdirilməsinə səbəb olmuşdur. Ənənəvi kultural diaqnostika ilə yanaşı, molekulyar-genetik metodların geniş yayılması, həmçinin müasir texnologiyaların istifadəsinə əsaslanan proteom analiz tətbiq olunur. Hal-hazırda bir çox xəstəliyin bağırsaq mikroflorasının müəyyən mikroorqanizmləri ilə əlaqəli olduğu aşkar edilmişdir.
Mikrobioloji tədqiqatlar bugün xüsusi bir yer tutur ki, bu da ictimai sağlamlıq və bioloji təhlükəsizlik üçün yoluxuculuq riskinin artması ilə əlaqədardır. Hazırda mövcud infeksiyaların epidemiyalarının baş verməsi ilə yanaşı, “yeni” (məs., koronavirus (COVID-19) infeksiyaların meydana gəlməsi və “köhnə” (məs., meymun çiçəyi, qızılca, poliomielit) infeksiyaların geri qayıtması bir daha mikrobioloji müayinələrin tətbiqinin təkmilləşdirilməsini tələb edir. Belə ki, mikrobioloji laboratoriyaların işinin ümumi məqsədi mikroorqanizmlərin, xüsusən, antimikrob preparatlara davamlı mikroorqanizmlərin yaratdığı infeksiyaların yayılma səviyyəsinin azaldılmasıdır.
“Ümumi mikrobiologiya” fənninin tədrisi mühazirə, praktiki və laborator məşğələlər aparmaqla həyata keçirilir. Bu zaman laboratoriya xidmətlərinin təşkili, laboratoriya tədqiqatlarının keyfiyyətinin təmin edilməsi, mikrobioloji diaqnostikanın yüksək texnologiyalı üsullarla aparılması və s. kimi məsələlər tədris edilir.
|
Kurs |
Fənnin adı |
Auditoriya saatları |
|
|
I |
Ümumi mikrobiologiya |
Mühazirə |
Praktika |
|
30 |
60 |
||
Təhsil pilləsi: Magistratura / İxtisasın adı: Biologiya
Fənnin məqsədi:
Ümumi mikrobiologiya insanlarda xəstəlik törədən müxtəlif mikroorqanizmlərin-bakteriyaların, virusların, göbələklərin və ibtidailərin morfo-bioloji xüsusiyyətləri, onların törətdiyi infeksion proseslər, bu mikroorqanizmlərlə törədilən xəstəliklərin kimyəvi terapiya prinsipləri şərh edilmişdir. Burada həmçinin, orqanizmdə baş verən immun proseslər, onların mexanizmi, eləcə də immunoprofilaktika, immunoterapiya və immundiaqnostikanın prinsipləri şərh edilmişdir.
Fənnin təlim nəticəsi:
11. Tədqiqatın nəticəsini ona təsir edə biləcək amilləri nəzərə alaraq düzgün şərh etmək;
12. Mikrobioloji tədqiqatlar sahəsində analitik avadanlıqlardan istifadə etmək.
Fənnin məzmunu
Tibbi əhəmiyyətli mikroorqanizmlərin morfo-bioloji xüsusiyyətlərini, patogenlik amillərini, törətdikləri xəstəliklərin patogenezini, orqanizmin onlara qarşı verdiyi immun cavab reaksiyalarını, törətdikləri xəstəliklərin diaqnostikasında istifadə olunan mikrobioloji müayinə üsullarını, müalicəsində istifadə edilən kimyəvi terapevtik preparatlar və antibiotiklərin təyini, həmçinin spesifik müalicə və profilaktika prinsiplərinin öyrənilməsi. Magistrantlara təlimatlara və analiz metodlarına uyğun olaraq mikrobioloji müayinə üçün material götürülməsi, mikrobioloji müayinə metodlarından istifadə edərək bakteriyalar tərəfindən törədilən infeksiyalara identifikasiya etmək bacarıqlarının qazandırılmasıdır.
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
Tibbi mikrobiologiya və immunologiya, onun məqsəd və vəzifələri, inkişaf mərhələləri. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 16-20) |
2 |
|
2 |
Mikroorqanizmlərin sistematikası və təsnifatı.. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 28-35) |
|
|
3 |
Bakteriyaların təsnifatı, morfologiyası və ultrastrukturu. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 35-48) |
2 |
|
4 |
Spiroxet, rikketsiya, xlamidiya, mikoplazma və aktinomisetlərin təsnifatı, morfologiyası və ultrastrukturu. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 48-52) |
2 |
|
5 |
Göbələklərin, təsnifatı, morfologiyası və ultrastrukturu. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 53-58) |
2 |
|
6 |
İbtidailərin təsnifatı, morfologiyası və ultrastrukturu. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 58-60) |
2 |
|
7 |
Virusların təsnifatı, morfologiyası və ultrastrukturu. Prionlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 84-97) |
|
|
8-9 |
Mikroorqanizmlərin fiziologiyası. Metabolizm, qidalanma, tənəffüs və çoxalma. Mikroorqanizmlərin kultivasiya prinsipləri . |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 60-84) |
2 |
|
10-11 |
Mikroorqanizmlərin ekologiyası. Biosferanın mikroflorası. İnsan orqanizminin normal mikroflorası. Xarici mühit amillərinin (fiziki, kimyəvi və bioloji) mikroorqanizmlərə təsiri. Faqlar. Sterilizasiya və dezinfeksiya. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 125-160) |
|
|
12-13 |
Antimikrob terapiyanın əsasları. Kimyəvi terapevtik preparatlar. Antibiotiklər. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 196-219) |
2 |
|
14-15 |
İnfeksiya haqqında təlim. İnfeksion prosüs, onun faktorları. Törədici mikrobların xüsusiyyətləri. İnfeksion prosesin formaları |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 160-196) |
2 |
|
№ |
Mövzu (praktik məşğələ) |
Readings (Ədəbiyyat) |
Saat |
|
1 |
Tibbi mikrobiologiya və immunologiya, onun məqsəd və vəzifələri. Mikroorqanizmlərin sistematikası və təsnifatı. Bakteriyaların təsnifatı. Mikrobioloji laboratoriyanın quruluşu, orada iş rejimi. Mikrobioloji müayinə üsulları. Mikroskopik üsul. Mikroskoplar, immersion obyektivlə işləmə qaydası. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 16-35) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 4-15) |
4 |
|
2 |
Bakteriyaların təsnifatı, morfologiyası və ultrastrukturu, hüceyrə divarının quruluşu. Müxtəlif patoloji materiallardan və mikrob kulturasından yaxmaların hazırlanması. Anilin boyaları. Sadə üsulla boyama. Qram üsulu .
|
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 28-42) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 15-17, 36-38 ) |
4 |
|
3 |
Bakteriyaların ultrastrukturu. Turşuya davamlı bakteriyalar və onların Sil-Nilsen üsulu ilə boyadılması. Sporlar və onların Ojeşko üsulu ilə rənglənməsi. Hüceyrə daxili əlavələr və onların Neysser üsulları ilə boyadılması |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 42, 46) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 39-40) |
4 |
|
4 |
Bakteriyaların ultrastrukturu. Flagella və kapsula. Mikrob hərəkətinin təyini (“əzilən və asılan” damla üsulları, vital boyama). Kapsulanın Gins-Burri üsulu ilə aşkar edilməsi. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 42-45) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 38-40) |
|
|
5 |
Spiroxetlərin, rikketsiyaların, xlamidiyaların, mikoplazmaların və aktinomisetlərin təsnifatı, morfologiyası və ultrastrukturu. Gimza üsulu ilə boyama . |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 48-53) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 31-32) |
4 |
|
6 |
Göbələklərin təsnifatı, morfologiyası və ultrastrukturu. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 53-58) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 32-34) |
4 |
|
7 |
İbtidailərin təsnifatı, morfologiyası və ultrastrukturu. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 58-59) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 34-35) |
4 |
|
8 |
Virusların təsnifatı, morfologiyası və ultrastrukturu. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 84-93) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 35-36) |
4 |
|
9 |
Mikroorqanizmlərin fiziologiyası. Mikroorqanizmlərin metabolizmi, qidalanması, qidalı mühitlər. Fiziki və kimyəvi amillərin mikroorqanizmlərə təsiri. Sterilizasiya və dezinfeksiya . |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 60-70; 79-82; 151-160) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 50-53, 44-50) |
4 |
|
10 |
Mikroorqanizmlərin tənəffüsü və çoxalması. Aerob və anaerob bakteriyaların kultivasiyası. Bakterioloji üsul. Aerob və anaerob bakteriyaların təmiz kulturasının alınması (I gün). |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 70-84) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 52-58) |
4 |
|
11 |
Bakterioloji üsul. Aerob və anaerob bakteriyaların təmiz kulturasının alınması (II gün və III gün). Bakteriyaların kultural xassələri. Bakteriyaların fermentativ aktivliyə görə identifikasiyası. Müasir identifikasiya üsulları |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 79-84) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 52-58) |
4 |
|
12 |
Virus, rikketsiya və xlamidiyaların kultivasiyası. Virusların indikasiya və identifikasiya üsulları. Faqlar, alınması, titrlənməsi, tətbiqi. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 93-102) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 249-252) |
4 |
|
13 |
Mikroorqanizmlərin ekologiyası. Torpağın, suyun, havanın və insan orqanizminin mikrobiotası.. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 125-151) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 357-361) |
4 |
|
14 |
Antimikrob terapiyanın əsasları. Kimyəvi terapevtik preparatlar. Antibiotiklər, alınması, təsnifatı və tətbiqi. Bakteriyaların antibiotiklərə qarşı həssaslığının təyini . |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 196-219) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 61-76) |
4 |
|
15 |
İnfeksiya. Laborator heyvanların yoluxdurulması, təşrihi və müayinəsi. Patogenlik və virulentliyin təyini. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 160-196) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 82-90) |
4 |