“Ümumi immunologiya” fənni magistrantlar üçün fundamental və tətbiqi əhəmiyyətə malik əsas fənlərdən biridir. Bu fənn mikroorqanizmlərlə makroorqanizm arasında qarşılıqlı münasibətlərin elmi əsaslarını, immun sisteminin quruluş və fəaliyyət mexanizmlərini, həmçinin infeksion və qeyri-infeksion xəstəliklərin patogenezində immun faktorların rolunu dərindən anlamağa imkan yaradır. Müasir mikrobiologiyanın inkişafı immunoloji biliklər olmadan mümkün olmadığından, ümumi immunologiya gələcək mütəxəssislərin elmi və praktik hazırlığında mühüm yer tutur.
Fənn çərçivəsində immunologiyanın tarixi inkişaf mərhələləri, immunitetin anadangəlmə və qazanılmış növləri, insan immun sisteminin mərkəzi və periferik orqanları, eləcə də immunkompetent hüceyrələrin növləri və funksional xüsusiyyətləri öyrədilir. Bu biliklər mikrobioloji proseslərin gedişində orqanizmin müdafiə mexanizmlərini qiymətləndirməyə, patogenlərin virulentlik amilləri ilə immun cavab arasındakı əlaqələri düzgün təhlil etməyə şərait yaradır. Xüsusilə mikroorqanizmlərin antigen quruluşunun, antigen–anticisim qarşılıqlı təsirinin və immunogenetikanın əsaslarının mənimsənilməsi mikrobioloji tədqiqatların elmi səviyyədə aparılması üçün vacibdir.
“Ümumi immunologiya” fənni humoral və hüceyrəvi immun cavabın mexanizmlərini, immun cavab reaksiyalarını, anticisim əmələgəlmə prosesini və immunoqlobulinlərin siniflərini izah etməklə yanaşı, immun yaddaş və immunoloji tolerantlıq anlayışlarını da əhatə edir. Bu mövzular mikrobiologiyada vaksinlərin hazırlanması, immunoprofilaktika tədbirlərinin planlaşdırılması və immunoterapevtik yanaşmaların tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, anticisimdən asılı və asılı olmayan sitotoksiklik mexanizmlərinin öyrənilməsi şiş əleyhinə və transplantasion immunitetin əsaslarını anlamağa kömək edir.
Fənnin mühüm istiqamətlərindən biri də immunopatologiyanın – hiperhəssaslıq reaksiyalarının, allergik və autoimmun proseslərin, eləcə də immun çatışmazlıqların növləri və mexanizmlərinin öyrənilməsidir. Bu biliklər mikrobioloqlara infeksion xəstəliklərin ağırlaşmalarını, xronikləşmə səbəblərini və immun sisteminin pozğunluqları fonunda yaranan patoloji halları düzgün qiymətləndirməyə imkan verir. Törədicidən asılı olaraq antibakterial, antiviral, antifunqal və antiparazitar immun cavabın xüsusiyyətlərinin mənimsənilməsi isə infeksiyaların diaqnostikası və nəzarəti sahəsində peşəkar yanaşmanın formalaşmasına xidmət edir.
Bundan əlavə, ümumi immunologiya fənni immunodiaqnostikanın klassik və müasir metodları, laborator immunoloji tədqiqatların aparılması və nəticələrin interpretasiyası üzrə praktik bacarıqların formalaşdırılmasına mühüm töhfə verir. Bu isə mikrobioloji laboratoriyalarda aparılan elmi-tədqiqat və diaqnostik işlərin keyfiyyətinin yüksəldilməsini təmin edir.
Nəticə etibarilə, “Ümumi immunologiya” fənni biologiya ixtisası üzrə mikrobiologiya ixtisaslaşmasında magistrantların elmi dünyagörüşünün formalaşmasında, infeksion proseslərin immunoloji aspektlərinin dərk edilməsində, həmçinin gələcək peşə fəaliyyətində tətbiq edilə bilən nəzəri və praktik biliklərin əldə olunmasında əvəzsiz əhəmiyyətə malikdir.
|
Kurs |
Fənnin adı |
Auditoriya saatları |
|
|
I |
Ümumi immunologiya |
Mühazirə |
Praktika |
|
30 |
30 |
||
Təhsil pilləsi: Magistratura / İxtisasın adı: Biologiya
Fənnin məqsədi:
Ümumi immunologiya fənninin məqsədi mikrobiologiya ixtisaslaşması üzrə magistrantlarda mikrobioloji laboratoriya şəraitində müstəqil peşəkar fəaliyyət üçün zəruri olan immunoloji səriştələrin formalaşdırılması, immun sisteminin quruluşu və funksiyaları, immun cavabın mexanizmləri, immunopatoloji proseslər, immun çatışmazlıqlar, törədicidən asılı immun reaksiyalar, həmçinin immunodiaqnostika, immunoprofilaktika və immunterapiyanın əsasları üzrə biliklərin mənimsədilməsini təmin etməkdir.
Fənnin təlim nəticəsi:
Fənnin məzmunu:
Müxtəlif xəstəliklər zamanı immun sistemdə baş verən dəyişiklikləri bilməklə, müxtəlif patoloji materiallarda immun göstəricilərini immunoloji üsullarla müəyyən etmək bacarığına malik olmaq, immunoloji laboratoriyalarda təhlükəsizlik qaydalarına riayət etməklə elmi tədqiqat və diaqnostik işləri aparmaq, əldə olunan nəticələri interpretasiya etmək qabiliyyətinə yiyələnmək və spesifik müalicə və profilaktikada istifadə edilən vaksin və zərdabları əldə etmək bacarığını formalaşdırmaq.
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
İmmunologiyaya giriş. İmmunologiyanın tarixi. İmmunitetin növləri. İnsanın immun sistemi, orqan və toxumaları |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh-219-255 |
2 |
|
2 |
İmmunkompetent hüceyrələr, növləri, xüsusiyyətləri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh-267-272 |
2 |
|
3 |
Anadangəlmə immunitet (qeyri-spesifik), xüsusiyyətləri və amilləri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh-256-260 |
2 |
|
4 |
Qazanılmış immunitet (spesifik), xüsusiyyətləri və amilləri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh 260-262 |
2 |
|
5 |
Antigenlər, növləri. Mikroorqanizmlərin antigen quruluşu. İnsan orqanizminin antigenləri. immunogenetika |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015 səh. 262-267 |
2 |
|
6 |
İmmun cavab və onun növləri. Humoral immun cavab və mexanizmləri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh.235-237 |
2 |
|
7 |
İmmun cavab reaksiyaları. Anticisim əmələgəlmə, immunoqlobulinlər və onların sinifləri. Anticisimdən asılı və asılı olmayan sitotoksiklik |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh.238-247, 288-289. |
2 |
|
8 |
Hüceyrəvi immun cavab və mexanizmləri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh.247-256 |
2 |
|
9 |
Immun yaddaş. Immunoloji tolerantlıq |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. 299-302 F.M.Şıxəliyev, M.H.Əliyev “Ümumi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı - 2023, 598 səh. 419 |
2 |
|
10 |
Immunopatologiya: hiperhəssaslıq reaksiyaları. Allergiya, yüksək həssaslıq reaksiyaları. Autoimmun reaksiyalar |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh.290-299 |
2 |
|
11 |
Immun patologiya: immun çatışmazlıqlar, növləri, mexanizmləri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh.302-307 |
2 |
|
12 |
Törədicidən asılı olaraq immun cavabın mexanizmləri: antibakterial, antiviral, antifunqal, antiparazitar. Transplantasion və şiş əleyhinə immunitetin xüsusiyyətləri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh.307-312 |
2 |
|
13 |
İmmunodiaqnostika. İmmunoloji tədqiqatın klassik və müasir metodları |
Kuby immunology. Edition 8. 805. Səh 795-798 |
2 |
|
14 |
İmmunprofilaktikanın əsas prinsipləri. Vaksinlər və immun zərdablar |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh.312-317 |
2 |
|
15 |
İmmunterapiyanın əsas prinsipləri və tətbiq sahələri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh-312-313 |
2 |
|
N |
Mövzular (praktik məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
İmmunologiyaya giriş, fənnin məqsəd və vəzifələri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh-219-255 |
2 |
|
2 |
İmmunitetin növləri. İnsanın immun sistemi, orqan və toxumaları. İmmunkompetent hüceyrələr |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh-267-272 |
2 |
|
3 |
İmmunitet, onun növləri: anadangəlmə (qeyri-spesifik) və qazanılmış (spesifik). Anadangəlmə immunitet (qeyri-spesifik), xüsusiyyətləri və amilləri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh-256-260 |
2 |
|
4 |
Faqositoz. Leykositlərin faqositar aktivliyinin təyini |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh 260-262 |
2 |
|
5 |
Qazanılmış (spesifik) immunitet. Antigenlər və onların növləri. Mikroorqanizmlərin antigen quruluşu. İnsan orqanizminin antigenləri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015 səh. 262-267 |
2 |
|
6 |
İmmun cavab reaksiyaları. Anticisimlər, onların quruluş və xüsusiyyətləri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh.235-237 |
2 |
|
7 |
Seroloji reaksiyalar, onların mikrobioloji diaqnostikada tətbiqi. Aqqlütinasiya reaksiyası və onun variantları (təxmini və geniş) |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh.238-247, 288-289. |
2 |
|
8 |
Hemaqqlütinasiya reaksiyası (HAR). Hemaqqlütinasiyanın ləngimə reaksiyası (HALR). Passiv hemaqqlütinasiya reaksiyaları (PHAR). Kumbs reaksiyası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh.247-256 |
2 |
|
9 |
Presipitasiya reaksiyası və onun variantları (həlqə presipitasiyası, geldə immun diffuziya, immunelektroforez) |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. 299-302 F.M.Şıxəliyev, M.H.Əliyev “Ümumi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı - 2023, 598 səh. 419 |
2 |
|
10 |
Toksinin neytrallaşma reaksiyası (TNR). Radial immundiffuziya reaksiyası (RİD). İmmobilizasiya reaksiyası. Komplementin birləşmə reaksiyası (KBR) |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh.290-299 |
2 |
|
11 |
İmmunflüoressensiya reaksiyası (İFR). İmmunferment analiz reaksiyası (İFA). Radioimmun metod (RİM). İmmunblotinq (İB) |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh.302-307 |
2 |
|
12 |
İmmunologiyanın müasir metodları və ona yanaşma prinsipləri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh.307-312 |
2 |
|
13 |
İmmunopatologiya. İmmunçatışmazlıq |
Kuby immunology. Edition 8. 805. Səh 795-798 |
2 |
|
14 |
Yüksək həssaslıq reaksiyaları və onların növləri. Autoimmun xəstəliklər. Dəri-allergik reaksiyaları, onların mikrobioloji diaqnostikada tətbiqi |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh.312-317 |
2 |
|
15 |
İmmunoprofilaktika və immunoterapiya. Vaksinlər və immun zərdablar |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı, “Təbib” nəşriyyatı – 2015. Səh-312-313 |
2 |