Bizi izləyin:
Heydər Əliyev
Mikroorqanizmlərin genetikası və biotexnologiya
Bölmələrimiz
Mikroorqanizmlərin genetikası və biotexnologiya

“Mikroorqanizmlərin genetikası və biotexnologiya” fənni hazırda tibbi- bioloji elmlər sırasında elmi-texniki tərəqqinin inkişafını dünya miqyasında təmin edəcək əsas sahələrdən biridir. Yeni biotexnoloji dövr biosintez proseslərinin faktorlarının təşkili və hibridomların alınması üçün gen və hüceyrə mühəndisliyi nailiyyətlərinin istifadəsinə əsaslanır. Biotexnologiya və gen mühəndisliyi son illərdə sürətlə inkişaf etmiş molekulyar biologiya, bioüzvi kimya, mikrobiologiya, immunologiya və s. elmlərin nailiyyətlərindən, metodlarından daha geniş istifadə etməklə, yüksək dərəcədə təşəkkül tapmışdır.  Bu gün bir sıra praktik məsələlərin həllində, xüsusilə də təbabətdə müalicəvi və profilaktik tədbirlərin yüksəldilməsində, ölkədə ərzaq ehtiyatının artırılması, itkisiz istehsalın təşkili və istifadəsində. bu fənn mühüm əhəmiyyət kəsb edir.  

Bu fənnin müasir inkişaf mərhələsi mikroorqanizmlərin, onların genetik analizi və modifikasiyası üsullarının  rolunun artması ilə xarakterizə olunur. 

 Mikroorqanizmlərin genetikası, genetik aparatın stukturu,  irsiyyət və dəyişkənliyin (mutagenez, rekombinasiya) qanunauyguluqlarını və genlərin ekspressiyasının tənzimlənməsi mexanizmləri, prokariot və eukariot mikroorqanizmlərdə genetik informasiyanın ötürülməsi və reallaşması mexanizmlərini, həmcinin genetik  modifikasiya olunmuş mikroorqanizmlərin biotexnologiyada tətbiqinin prinsiplərini, eləcə də bu proseslərin idarə olunması üsullarını öyrənən fundamental elm sahəsidir.  

  Biotexnologiya isə mikroorqanizm  hüceyrələrindən, genetik sistemlərindən praktik əhəmiyyətli məhsulların əldə olunması üçün müasir texnologiyalardan istifadə olunmasına əsaslanır. Bu sahəyə dərman preparatlarının, fermentlərin, vaksinlərin, bioloji aktiv maddələrin istehsalı, həmcinin ekoloji və sənaye problemlərinin həlli daxildir. Bir çox xəstəliklərin diaqnostikasında və onların müalicəsi üçün adekvat tədbirlərin işlənməsi və hazırlanmasında gen mühəndisliyi metodları daha geniş tətbiq olunur. İnsan orqanizmində hüceyrələrin irsi pozğunluqlarını ləğv etmək məqsədilə normal genetik materialların istifadəsinə əsaslanan gen terapiyası formalaşmaqdadır. Müxtəlif orqanların transplantasiyası zamanı immunoloji mexanizmlərin nəzərə alınması xüsusi əhəmiyyətə malikdir.

Biotexnologiyanın inkişaf perspektivləri sonsuzdur. Dünya praktikasında biotexnoloji metodlarla artıq 5 (beş) mindən çox bioloji aktiv maddələr və preparatlar hazırlanır. Onlardan antibiotikləri, üzvi turşuları, vitaminləri, amin turşuları, fermentləri, hormonları, polisaxaridləri, yağları və yem proteinlərini göstərmək olar. Kliniki laboratoriyaların rutin praktikasında immunoloji diaqnostika metodları və molekulyar-genetik reaksiyalar geniş istifadə olunur. Gen terapiyası sahəsində kliniki təcrübələrin həcmi artır, insan xromosomunun genetik və fiziki xəritələri tərtib edilir.

Bu proqramın  mənimsənilməsi mikroorqanizmlərin genetikası və biotexnologiya sahələrində nəzəri, elmi-tədqiqat və praktik fəaliyyəti üçün şərait yaradır.   

Dünyanın bütün ölkələrində biotexnologiya müstəqil tibbi ixtisasdır.Güman olunur ki, bəşəriyyətin sonrakı tərəqqisi, nəinki biotexnologiyanın inkişafından daha çox asılı olacaq, hətta bu tərəqqi sadəcə olaraq biotexnologiyasız keçinə bilməyəcəkdir. 

 

Kurs

Fənnin adı

Auditoriya saatları

I

Mikroorqanizmlərin genetikası və biotexnologiya

Mühazirə

Praktika

30

30

 

Təhsil pilləsi:  Magistratura / İxtisasın adı: Biologiya

Fənnin məqsədi

Magistrantlarda mikroorqanizmlərin genetikası sahəsində nəzəri biliklərin və praktik bacarıqların, irsiyyət və irsi dəyişkənliyin molekulyar əsasları haqqında elmi təsəvvürlərin formalaşdırılmasını təmin etmək və onların biotexnoloji proseslərdə tətbiqi prinsiplərinin öyrədilməsidir. Magistrantlar genetik rekombinasiya, bakteriya və viruslarda DNT mübadiləsi mexanizmlərinin rolu və üfüqi gen transferi prosesləri haqqında biliklər əldə edir. “Mikroorqanizmlərin genetikası və biotexnologiya” fənni biotexnologiyanın mikrobiologiya və digər elmlərlə qarşılıqlı əlaqəsini, həmçinin biotexnologiyanın tibdə tətbiq sahələrini əhatə edir. Biotexnoloji proseslərdə istifadə olunan texniki avadanlıqlar və cihazlar haqqında anlayışlar formalaşdırılır, magistrantlərə biotexnoloji sistemin əsas komponentləri barədə biliklər verilir. Bitki, heyvan və mikroorqanizm hüceyrələrinin quruluşu müqayisəli şəkildə öyrənilir, biotexnologiyada hüceyrə kulturaları və bioloji sistemlərin tətbiqi araşdırılır. Magistrantlaar hiperimmun zərdab, immunoqlobulinlər, monoklonal anticisimlər, interferon, vaksinlər və antibiotiklərin alınması və istehsalının biotexnologiyası ilə tanış olurlar. Gen mühəndisliyi və rekombinant DNT texnologiyası haqqında əsas anlayışlar mənimsəniilir.

 

Fənnin təlim nəticəsi:

  1.        Mikroorqanizmlərin irsiyyət və irsi dəyişkənliyinin molekulyar əsaslarını, irsi dəyişkənliyini bilir.
  2.        Mikroorqanizmlərin genetik aparatının strukturunu qavrayır.
  3.        İrsi dəyişkənliyin əsas prinsiplərini,  mexanizmlərini - mutagenez və genetik rekombinasiyanı bilir.
  4.        Bakteriyalarda DNT mübadiləsinin mexanizmlərini, üfüqi gen transferinin rolunu bilir.
  5.        Miqrasiya edən  elementlərin strukturunu və rolunu təhlil edir.
  6.        Genetik analiz üsullarını tətbiqini bacarır.
  7.        Elmi nəticələrin araşdırılması, əldə edilən məlumatları yerli və beynəlxalq sahədə təqdim edir.
  8.        Biotexnoloji laboratoriyalarda işin təşkilini bacarır.
  9.        Biotexnoloji laboratoriyalarda təhlükəsizlik qaydalarını bilir.
  10. Müxtəlif biotexnoloji prosesslərdə istifadə olunan komponentlərini seçə bilir.
  11. Rek-DNT texnologiyasında sxemləri tərtib etməyi bacarır.
  12. Biotexnologiya sahəsində layihələr hazırlamağı bacarır.
  13. Biotexnoloji laboratoriyalarında biotəhlükəsizlik qaydalarına uyğun istifadə etməyi bacarır.
  14. Biotexnologiyada və gen mühəndisliyi sahələrində müasir üsullara yiyələnib.
  15. Bioreaktorları və fermenter avadanlıqların xüsusiyyətlərini və tətbiq sahələrini bilir.
  16. İnnovasiya texnologiyalarından istifadə etməyi bacarır.
  17. Əlavə məlumat resurslarını seçməyi bacarır.
  18. Müfaviq məlumatı təhlil etməyi bacarır.

 

Fənnin məzmunu:

İnfeksion xəstəliklərin molekulyar-genetik laborator diaqnostikasının müasir üsullarının və müasir genetik metodların mənimsənilməsi dərsin daha yaxşı qavranılmasına şərait yaradır, praktiki təbabətin aktual problemlərinin həllinə kömək edir və əldə olunan biliklərin digər fənlərin öyrənilməsində, praktik laborator məsələlərin, diplom işlərinin yerinə yetirilməsində və elmi-tədqiqat fəaliyyətində istifadəsini təmin edir.

 

 

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1

Mikroorqanizmlərin genetikası, onun predmeti, üsulları və məqsədi. Genetik aparatın strukturu və funksiyası.

Virusların genetikası.

Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya. Bakı, 2015, səh.102-107

Агаева Е.М., Нариманов В.А., Курбанов А.И. Микробиология и иммунология. Баку, 2023, с.233-239

E.M. Ağayeva Biotexnologiya və gen mühəndisliyi. Bakı, 2010, səh. 3-4, 14-22

2

2

Bakteriyalarda xromosomdan kənar genetik sistemlər. İnsersiya elementləri və transpozonlar. Bakteriyaların təkamül prosesində transpozonların rolu.

 

Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya. Bakı, 2015, səh.118-120

E.M. Ağayeva Biotexnologiya və gen mühəndisliyi. Bakı, 2010, səh. 3-4, 14-22

2

3

Mikroorqanizmlərin mutasiyaları və dəyişkənliklərinin növləri. Mutagenez, xromosom və gen mutasiyaların tipləri.

Bakteriyalarda genetik rekombinasiyalar. Onların molekulyar mexanizmi və növləri.

Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya. Bakı, 2015, səh.102-107

E.M. Ağayeva Biotexnologiya və gen mühəndisliyi. Bakı, 2010, səh. 33-35

 

2

4

Mikroorqanizmlərin fenotipik dəyişkənliyi. Modifikasiya dəyişkənliyin mahiyyəti və mexanizmləri (struktur və requlyator genlər, fermentlərin indusibel sintezi, S-, R-, M- koloniyalar).

Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya. Bakı, 2015, səh.110-111

E.M. Ağayeva Biotexnologiya və gen mühəndisliyi. Bakı, 2010, səh. 38-42

E.M.Ağayeva, A.İ.Qurbanov, V.Ə.Nərimanov “Mikrobiologiya və immunologiya”, 2022, səh.158-160

2

5

 Viruslarda dəyişkənlik: modifikasiya, mutasiya, genetik və qeyri-genetik qarşılıqlı münasibətlər vasitəsilə baş verən dəyişkənliklər.

E.M. Ağayeva. Biotexnologiya və gen mühəndisliyi / Bakı,”Çaşıoğlu” nəşriyyatı, 2010, səh. 44-51

2

6

Biotexnologiyanın predmeti, məqsədi, vəzifələri və inkişaf tarixi, istiqamətləri, perspektivləri

E.M. Ağayeva. Biotexnologiya və gen mühəndisliyi / Bakı,”Çaşıoğlu” nəşriyyatı, 2010, səh. 35-36

 

2

7

Produsentlər və onların seleksiyası. Prokariotların irsi aparatının quruluşu və fumksiyası. Mikroorqanizmlərin sənaye ştammlarının seleksiyasının biotexnoloji əsasları . Sənaye ştammlarının xüsusiyyətlərinin stabilizasiyası və saxlanılması .

Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya. Bakı, 2015, səh. 119-120

А.А.Воробьев. Медицинская микробиология, вирусология и иммунология. Москва, 2006, с.113-114

2

8

Gen mühəndisliyi – rekDNT texnologiyası.

E.M. Ağayeva. Biotexnologiya və gen mühəndisliyi / Bakı,”Çaşıoğlu” nəşriyyatı, 2010, səh. 410-420

Агаева Е.М., Нариманов В.А., Курбанов А.И. Микробиология и иммунология. Баку, 2023, с.253-257

2

9

Fermentləşmə. Fermentasiya prosesinin realizasiyası üçün texniki vasitələr. Mikroorqanizmlərin kultivasiyasının biotexnoloji əsasları

Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya. Bakı, 2015, səh. 123-124

E.M. Ağayeva. Biotexnologiya və gen mühəndisliyi / Bakı,”Çaşıoğlu” nəşriyyatı, 2010, səh. 432-439

2

10

Hüceyrə biotexnologiyası. Biotexnologiyada tətbiq olunan hüceyrə kulturaları və bioloji sistemlər.

E.M. Ağayeva. Biotexnologiya və gen mühəndisliyi / Bakı,”Çaşıoğlu” nəşriyyatı, 2010, səh. 312-313

А.А.Воробьев. Медицинская микробиология, вирусология и иммунология. Москва, 2006, с.305-306

2

11

Hiperimmun zərdabın, immunoqlobulinlərin alınması və istehsalının biotexnologiyası. Monoklonal anticisimlərin alınması və istehsalının biotexnologiyası.

Ağayeva E.M. Biotexnologiya və gen mühəndisliyi / Bakı,”Çaşıoğlu” nəşriyyatı, 2010, səh. 5-23

Шмид Р. Наглядная биотехнология и генетическая инженерия. БИНОМ. Перевод с немецкого. – М: 2017, с. 198-200; 224-228.

Зверев В.В., Быков А.С. Медицинская микробиология, вирусология и иммунология. Москва, 2016, с. 151-155.

 

12

İnterferonun alınması və istehsalının biotexnologiyası. Rek-interferonun istehsalı.

Ağayeva E.M. Biotexnologiya və gen mühəndisliyi / Bakı,”Çaşıoğlu” nəşriyyatı, 2010, səh. 315-328

Шмид Р. Наглядная биотехнология и генетическая инженерия. БИНОМ. Перевод с немецкого. – М: 2017, с.148-149

Производство, безопасность и контроль качества вакцин. Центр СМИ. 05.09.2023. ВОЗ.

Как разрабатывают вакцины? World Health Organization. 08.12.2020. https:www.who.int“dental” manu

 

 

13

Vaksinlərin alınması və istehsalının biotexnologiyası. Rek-vaksinlərin alınması.

Ağayeva E.M. Biotexnologiya və gen mühəndisliyi / Bakı,”Çaşıoğlu” nəşriyyatı, 2010, səh. 331-343

Шмид Р. Наглядная биотехнология и генетическая инженерия. БИНОМ. Перевод с немецкого. – М: 2017, с.40-58.

 

14

Antibiotiklərin alınması və istehsalının biotexnologiyası.

Ağayeva E.M. Biotexnologiya və gen mühəndisliyi / Bakı,”Çaşıoğlu” nəşriyyatı, 2010, səh. 432-441

Шмид Р. Наглядная биотехнология и генетическая инженерия. БИНОМ, 2014, с.

Ребриков Д.В. и др. NGS: высокопроизводительное секвенирование. 2-е изд. – М.: БИНОМ, 2015, с. 5-42

 

15

Biotexnologiyada molekulyar-genetik üsullar (PZR, NCS, CRİSPER – CAS texnologiya)

Ağayeva E.M. Biotexnologiya və gen mühəndisliyi / Bakı,”Çaşıoğlu” nəşriyyatı, 2010, səh. 5-23

Шмид Р. Наглядная биотехнология и генетическая инженерия. БИНОМ. Перевод с немецкого. – М: 2017, с. 198-200; 224-228.

Зверев В.В., Быков А.С. Медицинская микробиология, вирусология и иммунология. Москва, 2016, с. 151-155.

 

Cəmi: 30 saat

 

N

Mövzular (praktik məşğələ)

Ədəbiyyat

Saat

1

Mikroorqanizmlərin genetikası. Genetik aparatın strukturu və funksiyası. DNT-nin replikasiyası (replikativ çəngəldə DNT-nin polimerizasiyası). Bu proseslərdə iştirak edən fermentlər və onların funksiyası.

Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya. Bakı, 2015, səh. 102-107

E.M.Ağayeva, A.İ.Qurbanov, V.Ə.Nərimanov “Mikrobiologiya və immunologiya”, 2022, səh.154-157

2

2

Bakterial plazmidlər, onların təsnifatı, funksiyası və xüsusiyyətləri.

Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya. Bakı, 2015, səh. 118-120

Э.М. Агаева. Микробиология и иммунология. Баку, 2022, с. 233-239

2

3

Mikroorqanizmlərin miqrasiya edən (hərəkətli) genetik elementləri. İnsersiya elementləri (İS-elementlər) və transpozonlar (Tn-elementlər), inteqron sistemi. İnteqronlar, gen kasetləri, onların strukturu və funksiyası.

Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya. Bakı, 2015, səh. 102-103

E.M. Ağayeva. Biotexnologiya və gen mühəndisliyi / Bakı,”Çaşıoğlu” nəşriyyatı, 2010, səh. 26-37

2

4

Bakteriyalarda dəyişkənliyin növləri (qeyri-irsi və irsi dəyişkənlik). Dissosiasiya anlayışı və mahiyyəti. S-R-dissosiasiya.

E.M. Ağayeva. Biotexnologiya və gen mühəndisliyi / Bakı,”Çaşıoğlu” nəşriyyatı, 2010, səh. 368-369

2

5

Mikroorqanizmlərin gen mutasiyaları (tranzisiya, missens, transversiya, nonsens) və xromosom mutasiyaları (delesiya, amplifikasiya, transpozisiya). Bakteriyalarda HFr-ştamlar və F--hüceyrə arasında konyuqasiya nəticələri.

Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya. Bakı, 2015, səh. 118-120

Агаева Е.М., Нариманов В.А., Курбанов А. И. Микробиология и иммунология. Баку, 2023, с.233-239

2

6

Bakteriyalarda genetik rekombinasiyalar. Onların molekulyar mexanizmi və növləri.

E.M.Ağayeva, A.İ.Qurbanov, V.Ə.Nərimanov “Mikrobiologiya və immunologiya”, 2022, səh.156-157

Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya. Bakı, 2015, səh. 105-106

2

7

Mikroorqanizmlərin istehsalat ştamlarının seleksiyasının biotexnoloji əsasları

E.M.Ağayeva, A.İ.Qurbanov, V.Ə.Nərimanov “Mikrobiologiya və immunologiya”, 2022, səh.155-156

 

2

8

Mikroorqanizmlərin istehsalat ştamlarının  stabilləşdirilməsi, konservləşdirilməsi və liofilizasiyası

Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya. Bakı, 2015, səh. 108-110

E.M.Ağayeva, A.İ.Qurbanov, V.Ə.Nərimanov “Mikrobiologiya və immunologiya”, 2022, səh.240-241

 

2

9

Fermentləşmə. Mikroorqanizmlərin fiziologiyası,  qidalı mühitdə mikrob populyasiyalarının inkişaf fazaları

E.M. Ağayeva Biotexnologiya və gen mühəndisliyi. Bakı, 2008, səh. 36-38

Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya. Bakı, 2015, səh. 108-110

2

10

Biotexnologiyada istifadə olunan hüceyrə kulturaları və onların alınma üsulları

Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya. Bakı, 2015, səh. 118-120

Агаева Е.М., Нариманов В.А., Курбанов А.И. Микробиология и иммунология. Баку, 2023, с.233-239

2

11

İnterferonun biotexnoloji üsullarla alınması və aktivliyinin təyini. Rek-interferonun istehsalı

Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya. Bakı, 2015, səh. 110-111

 

2

12

Hiperimmun zərdabların, qamma-qlobulinlərin istehsalının və alınmasının biotexnologiyası.Monoklonal anticisimlərin alınması.

E.M. Ağayeva Biotexnologiya və gen mühəndisliyi. Bakı, 2010, səh. 44-51

Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya. Bakı, 2015, səh. 112-118

E.M.Ağayeva, A.İ.Qurbanov, V.Ə.Nərimanov “Mikrobiologiya və immunologiya”, 2022, səh.159-160

2

13

Vaksinlərin alınmasının  və istehsalının biotexnologiyası

E.M. Ağayeva Biotexnologiya və gen mühəndisliyi. Bakı, 2010, səh. 38-40

E.M.Ağayeva, A.İ.Qurbanov, V.Ə.Nərimanov “Mikrobiologiya və immunologiya”, 2022, səh.158-159

2

14

Antibiotiklərin alınmasının və istehsalının biotexnologiyası

Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya. Bakı, 2015, səh. 110-111

E.M. Ağayeva Biotexnologiya və gen mühəndisliyi. Bakı, 2010, səh. 40-42

2

15

Gen mühəndisliyi - rek-DNT texnologiyası və praktikada tətbiqi

E.M. Ağayeva Biotexnologiya və gen mühəndisliyi. Bakı, 2010, səh. 312-313

А.А.Воробьев. Медицинская микробиология, вирусология и иммунология. Москва, 2006, с.305-306

2