Bizi izləyin:
Heydər Əliyev
İnfeksion nəzarət
Bölmələrimiz
İnfeksion nəzarət

Hazırda tibb elminin sürətli inkişafı ilə əlaqədar olaraq yüksək ixtisaslı mütəxəssislərin hazırlığına nail olmaq üçün elmin, tədrisin, eləcə də tədris-metodik işlərin müasir səviyyəyə qaldırılması əsas vəzifələrdən biridir. Bu vəzifənin həyata keçirilməsi üçün tədris proqramlarının yeniləndirilməsi və qabaqcıl təcrübənin tətbiqi əsas şərtlərdəndir.

Tibb Universitetinin İctimai Səhiyyə fakültəsi üçün magistr hazırlığında “İnfeksion nəzarət” fənni xüsusi yer tutur. Bu fənn bioloqa xəstəliklərin profilaktikası sahəsində nəzəri bilik və praktiki bacarıqlar əldə etmək və təkmilləşdirmək, yeni tədqiqat metodlarına yiyələnmək və qiymətləndirmək, lazımı səviyyədə mikrobioloji tədqiqatlar aparmaq və onların nəticələrini təsdiq etmək imkanı verir.

 “İnfeksion nəzarət” Tibbi mikrobiologiya və immunologiya fənninin tərkib hissəsi olaraq, patogen və şərti-patogen  mikroorqanizmlərin xüsusiyyətlərini, onların yoluxucu proseslərin və immun reaksiyaların inkişafındakı rolunu öyrənir. O, “Yoluxucu xəstəliklər”, “Epidemiologiya”, “Gigiyena” və bir sıra digər fənlərlə sıx əlaqəli olub, yoluxucu xəstəliklərin laborator diaqnostika, eləcə də spesifik profilaktika üsullarını işləyib hazırlayır.

İnfeksion nəzarət diaqnostik təbabətin əsaslarından biri olmaqla öz növbəsində obyektiv tibbi tədqiqatlar sisteminin mühüm tərkib hissəsidir. Laboratoriya nəticələrinin etibarlılığının artırılması, tədqiqatların standartlaşdırılması, qeyri-informativ testlərin azaldılması və aradan qaldırılması, diaqnostik panellərin yaradılması, laboratoriya sınaqlarının keyfiyyətinin təmin edilməsi mikrobioloji laboratoriya testlərinin etibarlılığını təmin edəcək və onların müasir klinikada xəstəliklərin diaqnostikası, eləcə də gedişinin və müalicənin monitorinqi üçün ən vacib vasitə kimi rolunu qoruyacaqdır.

Tibbi xidmət ilə əlaqəli infeksiyalar hazırda diqqət mərkəzindədir.  Normada dərini, yuxarı tənəffüs yollarının selikli qişalarını, urogenital və mədə-bağırsaq traktını kolonizə edən şərti-patogen mikroorqanizmlər tez-tez immun çatışmazlığı olan xəstələrdə kəskin yoluxucu xəstəliklərə səbəb ola bilir. Bugün tibbi mikrobiologiyanın inkişafının əsas istiqamətlərindən biri - xəstəxanadaxili infeksiyaların  diaqnozunun və profilaktikasının təkmilləşdirilməsi, həmçinin xəstəxanada tibbi yardım ilə əlaqəli infeksiyaların törədicilərinin monitorinqidir. Начало формыКонец формы

Məlumdur ki, antimikrob preparatların geniş və çox vaxt əsassız istifadəsi mikroorqanizmlərin davamlı ştamları ilə törədilən infeksiyaların artmasına səbəb olur. Yaranan vəziyyətdə mikrobioloji tədqiqatların aparılması üçün metodoloji bazanın genişləndirilməsi və təkmilləşdirilməsi tələb olunur ki, müayinələrin nəticələrinin alınması sürətləndirilsin, bütün mümkün etioloji agentlər tam aşkar olunsun və bütün əhəmiyyətli törədicilər haqqında hərtərəfli məlumat əldə edilsin.

XX əsrin sonunda mikrobiologiyada başverən metodoloji inqilab həm opportunist infeksiyaların törədicilərinin, həm də xüsusi təhlükəli, o cümlədən virus və bakterial təbiətli mikroorqanizmlərin müəyyənləşdirilməsinə səbəb olmuşdur. Ənənəvi kultural  diaqnostika ilə yanaşı, molekulyar-genetik metodların geniş yayılması, həmçinin müasir texnologiyaların istifadəsinə əsaslanan proteom analiz tətbiq olunur. Hal-hazırda bir çox xəstəliyin bağırsaq mikroflorasının müəyyən mikroorqanizmləri ilə əlaqəli olduğu aşkar edilmişdir.

İnfeksion nəzarət - epidemioloji diaqnozun  əsasında yoluxucu xəstəliklərin  xəstəxanada meydana gəlməsinin və yayılmasının qarşısını almağa yönəlmiş təşkilati, profilaktik və əksepidemik tədbirlər sistemidir. İnfeksion nəzarətin məqsədi - xəstəxanadaxili infeksiyalardan tibbi, sosial və iqtisadi ziyanı azaltmaqdır.

“İnfeksion nəzarət” fənninin tədrisi mühazirələr, təcrübi və laborator məşğələlər aparılmaqla həyata keçirilir. Bu zaman  laboratoriya xidmətlərinin təşkili, laboratoriya tədqiqatlarının keyfiyyətinin təmin edilməsi, mikrobioloji diaqnostikanın yüksək texnologiyalı üsullarla aparılması kimi məsələlər tədris edilir.

 “Bioloq” vəzifəsində bakterioloji laboratoriyada müstəqil peşəkar fəaliyyət üçün zəruri olan infeksion nəzarət  sahəsində səriştələrin əldə edilməsi vacibdir. Buraya  tibbi xidmət ilə əlaqəli xəstəliklər və infeksion nəzarət haqqında anlayış, infeksiyaların profilaktikası və infeksion nəzarət problemi, infeksion nəzarətin səviyyələri, aseptika prinsipləri, dezinfeksiya və sterilizasiya, növləri və üsulları, eləcə də tibbi tullantılar, onların təsnifatı, xarakteristikası, tibbi tullantıların yığılması, saxlanılması və ləğv edilməsi, istehsalat travmaları və infeksion nəzarətin mikrobioloji təminatına dair biliklərin öyrədilməsi daxildir.

Kurs

Fənnin adı

Auditoriya saatları

II

İnfeksion nəzarət

 

Mühazirə

Praktika

30

45

 

 

Təhsil pilləsi:  Magistratura / İxtisasın adı: Biologiya

Fənnin məqsədi:

Magistrantlara mikrobioloji laboratoriyada müstəqil peşəkar fəaliyyət üçün zəruri olan infeksion nəzarət  sahəsində səriştələrin əldə edilməsinin vacibliyi, səhiyyə xidməti ilə əlaqəli infeksiyalar və infeksion nəzarət haqqında anlayış, infeksiyaların profilaktikası və infeksion nəzarət problemi, infeksion nəzarətin səviyyələri, aseptika prinsipləri, dezinfeksiya və sterilizasiya, növləri və üsulları, eləcə də tibbi tullantılar, istehsalat travmaları və infeksion nəzarətin mikrobioloji təminatına dair biliklərin mənimsəldilməsidir. 

 

Fənnin təlim nəticəsi:

 

  1. Səhiyyə xidməti ilə əlaqəli infeksiyalar və infeksion nəzarət haqqında məlumatları bilir;
  2. Səhiyyə xidməti ilə əlaqəli infeksiyaların yaranması səbəblərini və şətlərini bilir;
  3. Səhiyyə xidməti ilə əlaqəli infeksiyalar zamanı mikrobioloji müayinə üçün materialların seçilməsi, götürülməsi və daşınması qaydalarını bilir;
  4. Mikrobioloji müayinələrin tətbiqini və nəticələrinin təhlilini bilir;
  5. Xüsusi təyinatlı avadanlıqların xüsusiyyətləri və tətbiq sahələrini bilir;
  6. Aseptika və antiseptika qaydalarını bilir;
  7. Sterilizasiya və dezinfeksiya tədbirlərinin təşkili qaydalarını bilir;
  8. İnformasiya texnologiyalarından istifadə etmək bacarır;
  9. Əlavə məlumat resurslarını seçmək bacarır;
  10. Müfaviq məlumatları təhlil etmək bacarır;
  11. Mikrobioloji müayinələri (mikroskopik, kultural, seroloji, molekulyar-genetik və s.) aparmaq bacarır;
  12. Tədqiqatın nəticəsini ona təsir edə biləcək amilləri nəzərə alaraq düzgün şərh etmək bacarır;
  13. Mikrobioloji tədqiqatlar sahəsində analitik avadanlıqlardan istifadə etmək bacarır;
  14. Mikrobioloji laboratoriyalarda aseptika, sterilizasiya və dezinfeksiya tədbirlərini aparmaq bacarır.

Fənnin məzmunu:  

Səhiyyə xidməti ilə əlaqəli infeksiyalar və infeksion nəzarət haqqında anlayış, infeksiyaların profilaktikası və infeksion nəzarət problemi, infeksion nəzarətin səviyyələri, aseptika prinsipləri, dezinfeksiya və sterilizasiya, növləri və üsulları, eləcə də tibbi tullantılar, onların təsnifatı, xarakteristikası, tibbi tullantıların yığılması, saxlanılması və ləğv edilməsi, istehsalat travmaları, və infeksion nəzarətin mikrobioloji təminatına dair biliklərin öyrədilməsi.

İnfeksion nəzarət - epidemioloji diaqnozun  əsasında yoluxucu xəstəliklərin  xəstəxanada meydana gəlməsinin və yayılmasının qarşısını almağa yönəlmiş təşkilati, profilaktik və əksepidemik tədbirlər sistemidir. İnfeksion nəzarətin məqsədi – səhiyyə xidməti ilə əlaqəli infeksiyalardan tibbi, sosial və iqtisadi ziyanı azaltmaqdır. 

“Bioloq” ixtisası, “Mikrobioloq” ixtisaslaşdırılmasında magistrantlara bakterioloji laboratoriyada müstəqil peşəkar fəaliyyət üçün zəruri olan infeksion nəzarət  sahəsində səriştələrin əldə edilməsi vacibdir. Buraya  tibbi xidmət ilə əlaqəli xəstəliklər və infeksion nəzarət haqqında anlayış, infeksiyaların profilaktikası və infeksion nəzarət problemi, infeksion nəzarətin səviyyələri, aseptika prinsipləri, dezinfeksiya və sterilizasiya, növləri və üsulları, eləcə də tibbi tullantılar, onların təsnifatı, xarakteristikası, tibbi tullantıların yığılması, saxlanılması və ləğv edilməsi, istehsalat travmaları və infeksion nəzarətin mikrobioloji təminatına dair biliklərin öyrədilməsi daxildir.

 

Topic

Mövzu (mühazirə)

Readings (Ədəbiyyat)

Saat

1

İnfeksion nəzarət haqqında anlayış. İnfeksiyaların profilaktikası və infeksion nəzarət problemi

1.Mühazirə № 1

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh

 

2

2

Xəstəxanadaxili və ya səhiyyə xidməti ilə əlaqəli infeksiyalar

1.Mühazirə № 2

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh 

3. А. А. Тимошевский ИНФЕКЦИИ, СВЯЗАННЫЕ С ОКАЗАНИЕМ  МЕДИЦИНСКОЙ ПОМОЩИ (ИСМП), Москва, 2023, 50 s

2

3

Səhiyyə xidməti ilə əlaqəli infeksiyaların epidemiologiyası 

1.Mühazirə № 3

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh 

3. А. А. Тимошевский ИНФЕКЦИИ, СВЯЗАННЫЕ С ОКАЗАНИЕМ  МЕДИЦИНСКОЙ ПОМОЩИ (ИСМП), Москва, 2023, 50 s

2

4

Səhiyyə xidməti ilə əlaqəli infeksiyaların etiologiyası  

1.Mühazirə № 4

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh 

3. А. А. Тимошевский ИНФЕКЦИИ, СВЯЗАННЫЕ С ОКАЗАНИЕМ  МЕДИЦИНСКОЙ ПОМОЩИ (ИСМП), Москва, 2023, 50 s

2

5

İnfeksion nəzarətin səviyyələri.

1.Mühazirə № 5

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh

2

6

İnfeksion nəzarətin təşkili

1.Mühazirə № 6

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh

2

7

İnfeksion nəzarətin prinsipləri

1.Mühazirə № 7

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh

2

8

Fərdi qorunma vasitələri

1.Mühazirə № 8

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh

2

9

Aseptika və antiseptikanın prinsipləri

1.Mühazirə № 9

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh

3. В.А. Голуб, О.А. Косивцов  АСЕПТИКА И АНТИСЕПТИКА  Учебное пособие ,  ВОЛГОГРАД 2019 , 85 s.

2

10

Dezinfeksiya, növləri və üsulları

1.Mühazirə № 10

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh

2

11

Sterilizasiya, növləri və  üsulları

1.Mühazirə № 11

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh

2

12

Tibbi tullantılar, növləri, yığılması, saxlanılması və ləğv edilməsi

1.Mühazirə № 12

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh

2

13

İstehsalat travması, qəza situasiyaları

1.Mühazirə № 13

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh

2

14

İnfeksion nəzarətin mikrobioloji təminatı (1)

1.Mühazirə № 14

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh

2

15

İnfeksion nəzarətin mikrobioloji təminatı (2)

1.Mühazirə № 15

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh

2

 

Topic

Mövzu (mühazirə)

Readings (Ədəbiyyat)

Saat

Topic

Mövzu (praktik məşğələ)

Readings (Ədəbiyyat)

Saat

1

İnfeksion nəzarət, onun məqsəd və komponentləri.   Xəstəxanadaxili və ya səhiyyə xidməti ilə əlaqəli infeksiyalar

1.Mühazirə № 1 və 2

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh

3. А. А. Тимошевский ИНФЕКЦИИ, СВЯЗАННЫЕ С ОКАЗАНИЕМ  МЕДИЦИНСКОЙ ПОМОЩИ (ИСМП), Москва, 2023, 50 s

2

2

Səhiyyə xidməti ilə əlaqəli infeksiyaların epidemiologiyası və etiologiyası

1.Mühazirə № 3 və 4

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh 

3. А. А. Тимошевский ИНФЕКЦИИ, СВЯЗАННЫЕ С ОКАЗАНИЕМ  МЕДИЦИНСКОЙ ПОМОЩИ (ИСМП), Москва, 2023, 50 s

2

3

İnfeksion nəzarətin prinsipləri və təşkili.  İnfeksion nəzarətin səviyyələri idarəetmə,  inzibati və mühəndis-texniki nəzarət

1.Mühazirə № 5, 6 və 7

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh 

3. А. А. Тимошевский ИНФЕКЦИИ, СВЯЗАННЫЕ С ОКАЗАНИЕМ  МЕДИЦИНСКОЙ ПОМОЩИ (ИСМП), Москва, 2023, 50 s

2

4

İnfeksion nəzarətin səviyyələri: fərdi qorunma vasitələri., əl gigiyenası.

1.Mühazirə № 8

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh

3. А. А. Тимошевский ИНФЕКЦИИ, СВЯЗАННЫЕ С ОКАЗАНИЕМ  МЕДИЦИНСКОЙ ПОМОЩИ (ИСМП), Москва, 2023, 50 s

2

5

Aseptika və antiseptika. Antiseptik preparatlar. Dezinfeksiya,  növləri və üsulları.

1.Mühazirə № 9 və 10

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh

3. В.А. Голуб, О.А. Косивцов  АСЕПТИКА И АНТИСЕПТИКА  Учебное пособие ,  ВОЛГОГРАД 2019 , 85 s.

2

6

Sterilizasiya, növləri və üsulları

1.Mühazirə № 11

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh

2

7

Tibbi tullantılar, növləri. Tibbi tullantıların yığılması, saxlanılması və ləğv edilməsi.

1.Mühazirə № 12

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh

2

8

İstehsalat travması, qəza situasiyaları.

1.Mühazirə № 13

2.Салманов А.Г., Салманов Э.А.  ОСНОВЫ ИНФЕКЦИОННОГО КОНТРОЛЯ (учебное пособие)   Киев – 2015, 658 səh

2

9

İnfeksion nəzarətin mikrobioloji təminatı. Materialın toplanılması, saxlanılması və daşınması qaydaları.

 

Mühazirə № 14

Z.Ö.Qarayev, R.Bayramlı “Tibbi
mikrobiologiya,immunologiya və klinik mikrobiologiya təcrübə məşğələlərinə rəhbərlik” /Bakı,
“Təbib” nəşriyyatı - 2011, 756 səh. (səh.62-78)

2

10

İnfeksion agentlərin müəyyən edilməsinə əsaslanan diaqnostik üsullar: mikroskopik müayinə.

Mühazirə № 14

Z.Ö.Qarayev, R.Bayramlı “Tibbi
mikrobiologiya,immunologiya və klinik mikrobiologiya təcrübə məşğələlərinə rəhbərlik” /Bakı,
“Təbib” nəşriyyatı - 2011, 756 səh. (səh..109-124).

2

11

İnfeksion agentlərin müəyyən edilməsinə əsaslanan diaqnostik üsullar: bakterioloji müayinə (tədqiqatın 1-ci günü)

Mühazirə № 14

Z.Ö.Qarayev, R.Bayramlı “Tibbi
mikrobiologiya,immunologiya və klinik mikrobiologiya təcrübə məşğələlərinə rəhbərlik” /Bakı,
“Təbib” nəşriyyatı - 2011, 756 səh. (səh.131-146);

2

12

İnfeksion agentlərin müəyyən edilməsinə əsaslanan diaqnostik üsullar: bakterioloji müayinə (tədqiqatın 2-ci günü)

Mühazirə № 14

Z.Ö.Qarayev, R.Bayramlı “Tibbi
mikrobiologiya,immunologiya və klinik mikrobiologiya təcrübə məşğələlərinə rəhbərlik” /Bakı,
“Təbib” nəşriyyatı - 2011, 756 səh. (səh.131-146);

2

13

İnfeksion agentlərin müəyyən edilməsinə əsaslanan diaqnostik üsullar: bakterioloji müayinə (tədqiqatın 3-cü və 4-cü günləri)

Mühazirə № 14

Z.Ö.Qarayev, R.Bayramlı “Tibbi
mikrobiologiya,immunologiya və klinik mikrobiologiya təcrübə məşğələlərinə rəhbərlik” /Bakı,
“Təbib” nəşriyyatı - 2011, 756 səh. (səh.131-146);

2

14

  İnfeksion agentlərin müəyyən edilməsinə əsaslanan diaqnostik üsullar: nişanlanma istifadə edilən immunitet reaksiyaları və molekulyar-genetik üsullar.

 

Mühazirə № 15

Z.Ö.Qarayev, R.Bayramlı “Tibbi
mikrobiologiya,immunologiya və klinik mikrobiologiya təcrübə məşğələlərinə rəhbərlik” /Bakı,
“Təbib” nəşriyyatı - 2011, 756 səh.(, 184-215, 221-232)

2