Üçüncü minillikdə biologiya elmi elə bir dövrü yaşayır ki, mikrobiologiya, immunologiya, genetika, molekulyar biologiya, biokimya, biofizika və digər elm sahələrində aparılan güclü, uzun müddətli tədqiqatlar fundamental və tətbiqi elmlər üçün böyük əhəmiyyətli nailiyyətlər və nəticələrlə yekunlaşdı. Nəticədə mikrobiologiyanın müasir problemlərini həll etmək üçün yeni istiqamətlər formalaşdı.
Mikrobiologiyanın müasir istiqamətləri yeni tədqiqat metodlarının yaranması, mikroorqanizmlərin praktik istifadəsinin kəskin artması, irsiyyət və dəyişkənlik, üzvi birləşmələrin biosintezi, maddələr mübadiləsinin tənzimlənməsi və s. kimi ən mühüm bioloji problemlərin həlli üçün mikroorqanizmlərdən istifadə edilməsi ilə əlaqədardır.
Mikroorqanizmlərin praktikada getdikcə artan istifadəsi mikrobioloji sənayenin yaranmasına səbəb olmuşdur. Nəticədə yoluxucu xəstəliklərin müalicəsi və profilaktikası üçün yeni dərman vasitələri, xəstəliklərin diaqnostikasının yeni üsulları, həmçinin mikrobiologiya və biotexnologiyanın müasir sahələri yaranmışdır. Mikrobiologiyanın inkişafının yeni mərhələsi bəşəriyyətə xəstəliklərin müalicəsində və yeni dərman vasitələrinin yaradılmasında böyük perspektivlər vəd edən – genomika, proteomika və bioinformatika kimi elmlərin yaranması ilə nəticələndi. Biotexnologiyanın inkişafının bu yeni mərhələsi elmi ədəbiyyatda “post-genom eranın biotexnologiyası” adlanır.
Hal-hazırda mikrobiologiyanın aşağıdakı müasir istiqamətləri mövcuddur: 16s rRNT-nin analizi, mikroorqanizmlərin DNT-nin sekvenləşdirilməsi əsasında mövcud və yeni kəşf edilmiş onların dəqiq identifikasiyası, patogen mikroorqanizmlərin kolleksiyasının yaradılması məsələsi aktual görünür. Əsas problem – müxtəlif ixtisaslaşmaya malik kolleksiyaların qarşılıqlı əlaqəsidir; taksonomiya və gen sistematikası məsələlərinin üzə şaxması, sistemləşdirmənin yeni prinsiplərinin axtarışı, müasir kataloqların yaradılmasıdır.
Mikrobiologiyanın növbəti qlobal müasir problemi – antibiotik preparatların tətbiqinin məhdudlaşdırılmasına və onların bakteriofaqlar, bitki mənşəli preparatlar, faqlar, endolizinlərlə (bakteriyaların peptidoqlikanını parçalayan və yüksək spesifikli antimikrob preparatların yeni sinfi olan), geniş spektrli fəaliyyətə malik aşağı molekulyar ağırlıqlı peptid antimikrob preparat olan bakteriosinlərlə əvəz edilməsinə əsaslanan, antibiotiklərə rezistent ştamların yayılması ilə mübarizədir. Bu preparatların tibbdə geniş tətbiq edilməsi üçün böyük perspektivlər var.
Proqramda xüsusi təhlükəli yoluxucu xəstəliklərin müalicəsi və profilaktikası, eləcə də respirator virus infeksiyaları ilə bağlı problemlərə xüsusi diqqətnyetirilmişdir. Bu proqram hazırlanmış tematik plan nəzərə alınmaqla tərtib edilmişdir, magistrantların hazırlanması, mikrobiologiyanın aktual problemlərinin mənimsənilməsi və həlli üçün nəzərdə tutulmuşdur.
|
Kurs |
Fənnin adı |
Auditoriya saatları |
|
|
II |
Qabaqcıl mikrobiologiya
|
Mühazirə |
Praktika |
|
30 |
30 |
||
Təhsil pilləsi: Magistratura
İxtisasın adı: Biologiya
Fənnin məqsədi: Fənnin mənimsənilməsinin məqsədi magistrantlarda infeksion patologiyaların inkişafının əsasını təşkil edən molekulyar-hüceyrə mexanizmlərinin mahiyyəti haqqında anlayışı inkişaf etdirmək, tibbi mikrobiologiyanın qarşısında duran ən aktual problemlər haqqında ümumi prinsipləri, məlumatları təhlil etmək və mikrobiologiya sahəsində mövcud tendensiyaları proqnozlaşdırmaq bacarıqlarının formalaşdırılmasıdır.
Fənnin təlim nəticəsi:
Fənnin məzmunu
Fənn infeksion xəstəliklərin mikrobioloji və immunoloji laboratoriya diaqnostikasının müasir üsullarına, tibbi mikrobiologiyanın əsas inkişaf istiqamətlərinə, dəqiq diaqnostika və patogenin identifikasiyası prinsiplərinə, çirklənmə hallarının “araşdırma alətləri” vasitəsilə operativ araşdırılmasına, həmçinin müasir texnologiyalar hesabına vizual qiymətləndirmədən asılılığın azaldılmasına və “yanlış mənfi” nəticələr riskinin minimuma endirilməsinə yönəlib.
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
MMM (müasir mikrobioloji metodlar), tələblər və elmi əsaslandırma. |
|
2 |
|
2 |
CCS (Çirklənməyə Nəzarət Strategiyasında) Elementləri: Obyekt, Heyət, Xammal və Proses kateqoriyaları. |
|
2 |
|
3 |
Daxili Fluoresfensiya Texnologiyası: Hava və suda bioloji hissəciklərin ölçülməsi. |
|
2 |
|
4 |
Xarici Fluoresfensiya (Viability Staining): Canlı hüceyrələrin boyanması. |
|
2 |
|
5 |
Biolüminesensiya Metodu: Steril və qeyri-steril nümunələrdə tətbiqi. |
|
2 |
|
6 |
Ferment İndikatorları: Gazeoz hidrogen-peroksid ilə dekontaminasiya. |
|
2 |
|
7 |
Raman Spektroskopiyası: Mikroorqanizmlərin spektral identifikasiyası. |
|
2 |
|
8 |
Sitometriya (Axın və Bərk Faza): Bioburdenin sürətli sayılması. |
|
2 |
|
9 |
Respirasiya Metodları: CO2 və təzyiq dəyişikliyi əsasında aşkarlanma. |
|
2 |
|
10 |
Molekulyar Metodlar (PCR): Spesifik növlərin təyini. |
|
2 |
|
11 |
Avtomatlaşdırılmış Koloniya Aşkarlanması: CFU sayımında rəqəmsal optika. |
А.А.Воробьев. Медицинская микробиология, вирусология и иммунология. Москва, 2006, с.14-15 |
2 |
|
12 |
Mikrobiota və onun öyrənilmə üsulları, OMİCS, VEST və s proqramlar |
E.M. Ağayeva Biotexnologiya və gen mühəndisliyi. Bakı, 2008, səh. 3-4, 14-22 |
2 |
|
13 |
Texnologiyanın Qiymətləndirilməsi və Seçimi: ROI və texniki imkanlar. |
И.А. Дятлов. Актуальные проблемы медицинской микробиологии // М. Микробиологии, 2013, №1, с.88-93 |
2 |
|
14 |
Validasiya və Tənzimləyici Standartlar. FDA və EMA-nın innovativ texnologiyalar proqramlarının icmalı. |
А.А.Воробьев. Медицинская микробиология, вирусология и иммунология. Москва, 2006, с.14-15 |
2 |
|
15 |
Regenerativ və personallaşdırılmış (fərdi) tibb. CRİSPR gen mühəndisliyi. |
И.А. Дятлов. Актуальные проблемы медицинской микробиологии // М. Микробиологии, 2013, №1, с.88-93 |
2 |
|
N |
Mövzular (praktik məşğələ) |
Ədəbiyyat |
Saat |
||
|
1 |
Ənənəvi və müasir metodların müqayisəli analizi: Sürət və həssaslıq amilləri. |
|
2 |
||
|
2 |
Müəssisə daxilində CCS-in strukturunun qurulması, CCS sənədinin hazırlanması prinsipləri və elmi əsaslandırma. |
|
2 |
||
|
3 |
Daxili Fluoresfensiya Texnologiyası: Hava və suda bioloji hissəciklərin ölçülməsi. Real vaxt rejimində monitorinq sistemlərinin iş prinsipi. |
|
2 |
||
|
4 |
Fluoresfensiya metodlarının tətbiqi. |
|
2 |
||
|
5 |
Biolüminesensiya Metodu: Steril və qeyri-steril nümunələrdə tətbiqi. Nümunələrin sürətli analizi. |
|
2 |
||
|
6 |
Ferment İndikatorları: Gazeoz hidrogen-peroksid ilə dekontaminasiya. Dezinfeksiya proseslərinin MMM ilə validasiyası. |
|
2 |
||
|
7 |
|
|
2 |
||
|
8 |
Sitometriya vasitəsilə mikroorqanizm sayının təyini laboratoriyası. |
|
2 |
||
|
9 |
Nümunələrin tənəffüs aktivliyinə görə mikrob artımının izlənilməsi. |
|
2 |
||
|
10 |
PCR testlərinin sənaye tətbiqi və nəticələrin interpretasiyası. |
|
2 |
||
|
11 |
İnsan xətasının azaldılması və məlumatların tamlığı (Data Integrity). |
|
2 |
||
|
12 |
Mikrobiomun təyini üsulları |
|
2 |
||
|
13 |
|
|
2 |
||
|
14 |
Proses daxili nəzarət (In-process control) mexanizmləri. |
|
2 |
||
|
15 |
|
|
2 |