Bizi izləyin:
Heydər Əliyev
Qida və ətraf mühit mikrobiologiyası və insan mikrobiotası
Bölmələrimiz
Qida və ətraf mühit mikrobiologiyası və insan mikrobiotası

Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə fakültəsi üçün magistrant hazırlığı məqsədilə hazırlanmış “Qida və ətraf mühit mikrobiologiyası və insan mikrobiotası” fənninin tədris proqramı ali təhsilin ikinci pilləsi üçün müəyyən edilmiş elmi-metodiki prinsiplərə, kompetensiya əsaslı təhsil yanaşmasına və ölkənin səhiyyə, qida təhlükəsizliyi və ictimai sağlamlıq sahəsində mövcud strateji prioritetlərinə uyğundur. Proqram magistrantlarda yalnız fundamental biliklərin deyil, eyni zamanda analitik düşüncə, risk qiymətləndirmə, elmi interpretasiya və müstəqil tədqiqat aparma bacarıqlarının formalaşdırılmasına xidmət edir.

Mikrobiologiyanın prioritet istiqamətlərindən biri qida və ətraf mühit mənşəli infeksiyaların diaqnostikası, profilaktikası və törədicilərin monitorinqinin təkmilləşdirilməsidir.

Fənn müasir mikrobiologiyanın inteqrativ yanaşmasını əks etdirir və qida təhlükəsizliyi, ətraf mühitin sanitar vəziyyəti və insan sağlamlığı arasında olan birbaşa səbəb-nəticə əlaqələrini magistrantlara sistemli şəkildə çatdırmağa imkan verir.

Fənnin əsas məqsədi magistrantlara mikroorqanizmlərin qida məhsullarında və ətraf mühit obyektlərində (torpaq, su, hava) yayılmasını, müxtəlif ekoloji və sanitar amillərin mikrobioloji təhlükəsizlik baxımından qiymətləndirilməsi, sanitar-mikrobioloji nəzarətin elmi əsasları, eləcə də insan mikrobiotasının rolu barədə dərinləşdirilmiş biliklərin verilməsindən ibarətdir.

Tədris proqramında ətraf mühit mikrobiologiyasının nəzəri əsasları, sanitar göstərici mikroorqanizmlər, sanitar-mikrobioloji müayinə üsulları, torpağın, suyun, havanın və məişət avadanlıqlarının mikroflorasının kəmiyyət və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi magistratura səviyyəsinə uyğun şəkildə qruplaşdırılmışdır. Xüsusilə qida məhsullarında mikrobioloji risklərin qiymətləndirilməsi, qida mənşəli infeksiyaların yaranma mexanizmləri və profilaktikası proqramın tətbiqi yönümlü xarakterini daha da gücləndirir.

İnsan mikrobiotasına dair mövzular proqramın mühüm tərkib hissəsini təşkil edir. Müxtəlif orqan və sistemlərin normal mikroflorasının xüsusiyyətləri, mikrobiotanın orqanizmin  homeostazının qorunmasındakı rolu, eləcə də disbioz və opportunist infeksiyaların patogenezindəki əhəmiyyəti müasir elmi yanaşmalar əsasında təqdim olunur. Bu, magistrantlarda elmi təhlil, tənqidi düşünmə və sübut-əsaslı qərarvermə bacarıqlarının formalaşmasına imkan verir.

Mühazirə və laborator məşğələlərin inteqrativ şəkildə təşkili, qida və ətraf mühit nümunələrində mikroskopik, bakterioloji, mikoloji və molekulyar-genetik diaqnostika üsullarının tətbiqi, nəticələrin statistik və elmi interpretasiyası, həmçinin biotəhlükəsizlik, sanitar-epidemioloji və laborator etik davranış qaydalarına ciddi riayət olunması magistrantların praktik və tədqiqat yönümlü hazırlığını əhəmiyyətli dərəcədə artırır.

Proqram sanitar-epidemioloji xidmət və qida təhlükəsizliyi laboratoriyalarında gələcək praktik fəaliyyət üçün magistrantlara möhkəm nəzəri və tətbiqi baza formalaşdırır.

Beləliklə, “Qida və ətraf mühit mikrobiologiyası və insan mikrobiotası” fənni üzrə tədris proqramı profil fənlərin mənimsənilməsində, eləcə də gələcək mütəxəssislərin elmi-praktik hazırlığının formalaşdırılmasında mühüm əhəmiyyətə malikdir.

Kurs

Fənnin adı

Auditoriya saatları

II

Qida və ətraf mühit mikrobiologiyası və insan mikrobiotası

Mühazirə

Praktika

30

30

Təhsil pilləsi:  Magistratura

İxtisasın adı: Biologiya

Fənnin məqsədi:

Tədris proqramında ətraf mühit mikrobiologiyasının nəzəri əsasları, sanitar göstərici mikroorqanizmlər, sanitar-mikrobioloji müayinə üsulları, torpağın, suyun, havanın və məişət avadanlıqlarının mikroflorasının kəmiyyət və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi magistratura səviyyəsinə uyğun şəkildə qruplaşdırılmışdır. Xüsusilə qida məhsullarında mikrobioloji risklərin qiymətləndirilməsi, qida mənşəli infeksiyaların yaranma mexanizmləri və profilaktikası proqramın tətbiqi yönümlü xarakterini daha da gücləndirir.

Fənnin təlim nəticəsi:

  1. İnformasiya texnologiyalarından istifadə edir;
  2. Əlavə məlumat resurslarını seçməyi bacarır;
  3. Müvafiq məlumatı təhlil etməyi bilir;
  4. Ətraf mühit mikrobiotasını təşkil edən mikroorqanizmlərin müxtəlif növlərini bilir;
  5. Suyun, havanın, torpağın və insan orqanizminin mikrobiotasının öyrənilmə üsullarını bilir;
  6. Patoloji materialların düzgün seçilməsi, saxlanılması və göndərilməsini bacarır;
  7. Torpaq, su, hava, insan və qida məhsullarının mikroflorası sahəsində əsaslı və müasir bilik və bacarıqlar əldə etməyi bilir;
  8. Sanitar-mikrobioloji müayinə üsullarını tətbiq etməyi bilir.
  9. Qida məhsullarında mikroorqanizmlərin təmiz kulturalarını almağı bilir;
  10. Qida məhsullarından mikrobioloji nümunələrin götürülməsi və ilkin qiymətləndirilməsini bacarır;
  11. Qida məhsullarının mikrobioloji təhlükəsizliyini qiymətləndirməsini bilir;
  12. Qida istehsalı zamanı sanitar-gigiyenik qaydalara əməl edir;
  13. Qida mikrobiologiyası sahəsində müasir bilik və bacarıqları əldə edir;
  14. Qida mikrobiologiyası sahəsində xüsusi təyinatlı metodların  xüsusiyyətləri və  tətbiqi sahələrini bilir.

Fənnin məzmunu

Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə fakültəsi üçün magistrant hazırlığı məqsədilə hazırlanmış “Qida və ətraf mühit mikrobiologiyası və insan mikrobiotası” fənninin tədris proqramı ali təhsilin ikinci pilləsi üçün müəyyən edilmiş elmi-metodiki prinsiplərə, kompetensiya əsaslı təhsil yanaşmasına və ölkənin səhiyyə, qida təhlükəsizliyi və ictimai sağlamlıq sahəsində mövcud strateji prioritetlərinə uyğundur. Proqram magistrantlarda yalnız fundamental biliklərin deyil, eyni zamanda analitik düşüncə, risk qiymətləndirmə, elmi interpretasiya və müstəqil tədqiqat aparma bacarıqlarının formalaşdırılmasına xidmət edir.

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1

Ətraf mühitin mikrobiologiyasına giriş: predmeti, məqsəd və vəzifələri. Sanitar göstərici mikroorqanizmlər. Sanitar-mikrobioloji müayinə üsulları .

1.Mehman Əliyev, İlker Erdoğan – Mikroorqanizmlərin ekologiyası və sanitar mikrobiologiya, Bakı 2023, səh. 182-250.

2

2

Torpağın mikroflorası, sanitar-mikrobioloji müayinəsi. Torpağa olan sanitar-mikrobioloji nəzarət.

2. Z. Qarayev, R.B. Bayramlı. Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya, Bakı, “Təbib”, 2018, 756 səh.

2

3

Suyun mikroflorası, sanitar-mikrobioloji müayinəsi. Suya olan sanitar-mikrobioloji nəzarət.

3. Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya, Bakı, “Təbib” nəşriyyatı, 2015, 860 səh.

2

4

Havanın mikroflorası, sanitar-mikrobioloji müayinəsi. Məişət avadanlıqlarının sanitar-mikrobioloji müayinəsi, onlara qoyulan sanitar-mikrobioloji nəzarət

4. Под редакцией заслуженного деятеля науки РФ, академика РАМН А.А. Воробьева. Медицинская микробиология, вирусология и иммунология. Медицинское информационное агентство. Москва 2022, стр 83-104.

2

5

Dərman xammalı  və hazır dərman preparatlarının sanitar-mikrobioloji müayinəsi və onlara qoyulan sanitar-mikrobioloji nəzarət

1.Mehman Əliyev, İlker Erdoğan – Mikroorqanizmlərin ekologiyası və sanitar mikrobiologiya, Bakı 2023, səh. 182-250.

2

6

İnsan mikrobiotası: dəri və selikli qişaların, tənəffüs, həzm və sidik-cinsiyyət sistemlərinin normal mikroflorası

2. Z. Qarayev, R.B. Bayramlı. Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya, Bakı, “Təbib”, 2018, 756 səh.

2

7

Mikrob əleyhinə tədbirlər: sterilizasiya, dezinfeksiya, aseptika və antiseptika. Tibb müəssisələrində sanitar nəzarət: avadanlıqlara, tibb işçilərinin əllərinə və xüsusi geyimlərinə olan sanitar-mikrobioloji nəzarət

3. Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya, Bakı, “Təbib” nəşriyyatı, 2015, 860 səh.

2

8

Qida mikrobiologiyasına giriş, onun əsas məqsəd vəvəzifələri. Qida mikrobiologiyasında istifadə edilən metodlar. Təzə yığılmış taxıllın mikroflorası. Un, çörək-bulka məmulatlarının mikroflorası və onların mikrob mənşəli korlanması

4. Под редакцией заслуженного деятеля науки РФ, академика РАМН А.А. Воробьева. Медицинская микробиология, вирусология и иммунология. Медицинское информационное агентство. Москва 2022, стр 83-104.

2

9

Süd və süd məhsullarında  tez-tez rast gəlinən mikroorqanizmlərin xarakteristikası.  Təzə südün mikroflorası və saxlama prosedurunda onun dəyişilməsi. Süd və süd məhsullarının mikrobioloji tərkibində tələb olunan standartlar

1.Mehman Əliyev, İlker Erdoğan – Mikroorqanizmlərin ekologiyası və sanitar mikrobiologiya, Bakı 2023, səh. 182-250.

2

10

Ətin mikroflorası. Ət vasitəsi ilə   insana keçən xəstəliklər (antropozoonozlar). Bakterial mənşəli toksikozlar və ət toksikoinfeksiyaları

2. Z. Qarayev, R.B. Bayramlı. Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya, Bakı, “Təbib”, 2018, 756 səh.

2

11

Hisə verilmiş ət və kolbasa məmulatlarının mikroflorası

3. Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya, Bakı, “Təbib” nəşriyyatı, 2015, 860 səh.

2

12

Balığın mikroflorası. Saxlanılma və emal zamanı balıq mikroflorasının dəyişilməsi. Balıq və balıq konservlərinin saxlanılma qaydalarının mikrobioloji kontrolu

4. Под редакцией заслуженного деятеля науки РФ, академика РАМН А.А. Воробьева. Медицинская микробиология, вирусология и иммунология. Медицинское информационное агентство. Москва 2022, стр 83-104.

2

13

Yumurta və yumurtadan hazırlanmış məmulatların mikroflorası. Yumurta vasitəsilə insana keçən xəstəliklərin xüsusiyyətləri, profilaktikası və diaqnostikası

1.Mehman Əliyev, İlker Erdoğan – Mikroorqanizmlərin ekologiyası və sanitar mikrobiologiya, Bakı 2023, səh. 182-250.

2

14

Konservləşdirilmənin mikrobioloji əsasları. Ümumilikdə konservləşdirilmə prosesində törədilən xəstəliklərin xüsusiyyətləri profilaktikası və diaqnostika prinsipləri. Konservləşdirilmiş məhsulların (hazır yeməklər, təbii meyvə şirələri, mürəbbələr) mikroflorası, törədilən xəstəliklərin xüsusiyyətləri, profilaktikası və diaqnostikası – 2s.

2. Z. Qarayev, R.B. Bayramlı. Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya, Bakı, “Təbib”, 2018, 756 səh.

2

15

Uşaq qidalarının və uşaq konservləri ilə törədilən yoluxucu xəstəliklərin xüsusiyyətləri, profilaktikası və diaqnostikası

3. Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya, Bakı, “Təbib” nəşriyyatı, 2015, 860 səh.

2

N

Mövzular (praktik məşğələ)

Ədəbiyyat

Saat

1

Ətraf mühit mikrobiologiyası onun predmeti, məqsəd və vəzifıləri. Ətraf mühitin mikroflorası. Sanitar göstərici mikroorqanizmlər. Sanitar göstərici mikroorqanizmlərin vasitəsiz (birbaşa) və vasitəli üsullarla təyin edilməsi

1.Mehman Əliyev, İlker Erdoğan – Mikroorqanizmlərin ekologiyası və sanitar mikrobiologiya, Bakı 2023, səh. 182-250.

2

 2

Torpağın sanitar mikrobiologiyası, sanitar göstərici mikroorqanizmlər. Torpağın sanitar mikrobioloji müayinəsi. Ümumi mikrob ədədi. Torpağın sanitar göstərici mikroorqanizmlərinin təyini. Torpaqda olan patogen mikroorqanizmlərin təyini

2. Z. Qarayev, R.B. Bayramlı. Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya, Bakı, “Təbib”, 2018, 756 səh.

2

3

Suyun sanitar mikrobiologiyası, sanitar göstərici mikroorqanizmlər. Suyun sanitar-mikrobioloji müayinəsi. Suyun ümumi mikrob ədədi. Suyun sanitar göstərici mikroorqanizmlərinin təyini. Suda olan patogen mikroorqanizmlərin təyini

3. Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya, Bakı, “Təbib” nəşriyyatı, 2015, 860 səh.

2

4

Havanın sanitar mikrobiologiyası, sanitar göstərici mikroorqanizmlər. Havanın sanitar-mikrobioloji müayinəsi. Ümumi mikrob ədədi. Havanın sanitar göstərici mikroorqanizmlərinin təyini. Havada olan patogen mikroorqanizmlərin təyini

4. Под редакцией заслуженного деятеля науки РФ, академика РАМН А.А. Воробьева. Медицинская микробиология, вирусология и иммунология. Медицинское информационное агентство. Москва 2022, стр 83-104.

2

5

Torpağın, suyun və havanın sanitar-virusoloji müayinəsi. Məişət avadanlıqlarının sanitar mikrobiologiyası

1.Mehman Əliyev, İlker Erdoğan – Mikroorqanizmlərin ekologiyası və sanitar mikrobiologiya, Bakı 2023, səh. 182-250.

2

6

Dərman xammalının və hazır dərman preparatlarının sanitar-mikrobioloji müayinəsi

2. Z. Qarayev, R.B. Bayramlı. Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya, Bakı, “Təbib”, 2018, 756 səh.

2

7

İnsan mikrobiotası: dərinin,  selikli qişalarının, tənəffüs, həzm və sidik-cinsiyyət sistemlərinin normal mikroflorası

3. Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya, Bakı, “Təbib” nəşriyyatı, 2015, 860 səh.

2

8

Mikrob əleyhinə tədbirlər: sterilizasiya, dezinfeksiya aseptika və antiseptika. Tibb müəssisələrində sanitar nəzarət: avadanlıqların, işçilərin əllərinin və xüsusi geyimlərinin sanitar-mikrobioloji müayinəsi

4. Под редакцией заслуженного деятеля науки РФ, академика РАМН А.А. Воробьева. Медицинская микробиология, вирусология и иммунология. Медицинское информационное агентство. Москва 2022, стр 83-104.

2

9

Qida mikrobiologiyasına giriş, onun əsas məqsəd vəvəzifələri. Qida mikrobiologiyasında istifadə edilən metodlar. Təzə yığılmış taxılın mikroflorası. Un, çörək-bulka məmulatlarının mikroflorası və onların mikrob mənşəli korlanması

1.Mehman Əliyev, İlker Erdoğan – Mikroorqanizmlərin ekologiyası və sanitar mikrobiologiya, Bakı 2023, səh. 182-250.

2

10

Süd və süd məhsullarında  tez-tez rast gəlinən mikroorqanizmlərin xarakteristikası.  Təzə südün mikroflorası və saxlama prosedurunda onun dəyişilməsi. Süd və süd məhsullarının mikrobioloji tərkibində tələb olunan standartlar. Süd vasitəsilə yoluxan infeksiyalar

2. Z. Qarayev, R.B. Bayramlı. Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya, Bakı, “Təbib”, 2018, 756 səh.

2

11

Ətin mikroflorası. Ət vasitəsi ilə   insana keçən xəstəliklər (antropozoonozlar). Bakterial mənşəli toksikozlar və ət toksikoinfeksiyaları. Hisə verilmiş ət və kolbasa məmulatlarının mikroflorasının öyrənilməsi. Ət konservlərinin mikroflorasının təyini

3. Z.Ö. Qarayev, A.İ. Qurbanov. Tibbi mikrobiologiya və immunologiya, Bakı, “Təbib” nəşriyyatı, 2015, 860 səh.

2

12

Balığın mikroflorası. Emal və saxlanılma zamanı balığın mikroorqanizmlərlə kontaminasiyası

4. Под редакцией заслуженного деятеля науки РФ, академика РАМН А.А. Воробьева. Медицинская микробиология, вирусология и иммунология. Медицинское информационное агентство. Москва 2022, стр 83-104.

2

13

Konservləşdirilmənin mikrobioloji əsasları. Tomat, tərəvəz, meyvə və hazır yemək konservlərinin mikroflorası. Kompot, jem, mürəbbələrin mikroflorasının öyrənilməsi və onun ayrı-ayrı texnoloji proseslər zamanı hazırlanma mərhələlərində dəyişməsi

1.Mehman Əliyev, İlker Erdoğan – Mikroorqanizmlərin ekologiyası və sanitar mikrobiologiya, Bakı 2023, səh. 182-250.

2

14

Uşaq qidalarının və uşaq konservlərinin mikroflorası. 

Meyvə və tərəvəzdən hazırlanmış məhsulların mikrobioloji kontrolu və profilaktikası          

2. Z. Qarayev, R.B. Bayramlı. Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya, Bakı, “Təbib”, 2018, 756 səh.

2

15

Yekun məşqələ