“Tətbiqi mikrobiologiya” fənni mikroorqanizmlərin bioloji, kimyəvi və fizioloji xüsusiyyətlərini praktiki məqsədlərlə öyrənən və istifadə edən elmi sahədir. Bu disiplin yalnız mikroorqanizmlərin fundamental biologiyasını anlamaqla kifayətlənmir, həm də onların tibbi, biotexnoloji, qida və ətraf mühit sahələrində tətbiq imkanlarını araşdırır. Tarixi baxımdan, tətbiqi mikrobiologiyanın inkişafı Louis Pasteur və Robert Koch kimi elm adamlarının mikrobların xəstəlik törədici rolunu sübut etməsi ilə başlamış, daha sonra antibiotiklərin kəşfi, peyvənd texnologiyalarının inkişafı və molekulyar diaqnostik metodların tətbiqi ilə sürətlə genişlənmişdir. Bu sahənin əhəmiyyəti həm klinik, həm də iqtisadi perspektivdə böyükdür, çünki mikrobioloji diaqnostika, infeksiyaların müalicəsi və profilaktikasında həlledici rol oynayır.
Klinik tətbiqlər sahəsində tətbiqi mikrobiologiya müxtəlif infeksiyaların diaqnostikasında və peyvəndlərin inkişafında əsas rol oynayır. Qram-müsbət və qram-mənfi koklar tərəfindən törədilən infeksiyalarda mikroskopik müayinə, qida mühiti kulturası, antigen-antikor testləri və molekulyar üsullar geniş tətbiq olunur. Enterobakteriyalar və vibrionlar (Vibrionaceae) tərəfindən törədilən infeksiyaların diaqnozunda selektiv və diferencial mühitlər, PCR və seroloji testlərdən istifadə edilir. Campylobacter və Helicobacter cinslərinin törətdiyi infeksiyalarda xüsusi mikroaerofilik kulturasiyalar və molekulyar testlər əsas diaqnostik yanaşmalardır.
Fermentasiya etməyən qram-mənfi bakteriyalar, hemofil və oxşar bakteriyalar, habelə aerob qram-mənfi çöpvari mikroorqanizmlər üçün identifikasiya prosedurları biokimyəvi testlər və antibiotik həssaslıq testləri ilə birləşdirilmişdir. Aerob və fakultativ anaerob qram-müsbət çöpvari bakteriyalar, anaerob spora əmələ gətirən bakteriyalar və anaerob qram-mənfi bakteriyalar tərəfindən törədilən infeksiyalarda isə xüsusi anaerob kulturasiyalar, mikroskopiya və molekulyar üsullar tətbiq olunur. Mikobakteriyalar və aktinomisetlərin infeksiyaları üçün acid-fast boyamalar, mədəniyyət üsulları və PCR əsas diaqnostik metodlardır.
Sipiroxetlər, Rickettsia, Chlamydia və Mycoplasma cinslərinə aid mikroorqanizmlərin infeksiyalarında seroloji testlər, immunofluoresans və molekulyar metodlar diaqnostik standartdır. Virus mənşəli infeksiyalarda Tibbi Virusologiya sahəsi geniş tətbiq metodologiyası ilə fərqlənir; Ortomyxoviridae, Paramyxoviridae, məxmərək, Herpesviruslar, Filoviruslar, Arenaviruslar, quduzluq, Hepatit virusları, enteroviruslar, rotaviruslar, QİÇS virusu və digər onkogen viruslar üçün seroloji testlər, PCR, ELISA, virus kulturasiyası və molekulyar identifikasiya üsulları əsasdır.
Tibbi Mikologiya sahəsində dermatofitozlar, opportunist mikozlar və mikotoksikiozların diaqnostikasında mikroskopik müayinə, mədəniyyət və molekulyar testlər geniş istifadə olunur. Tibbi Parazitologiyada isə protozooz və helmint infeksiyalarının diaqnostikasında qan, selik və toxuma nümunələrinin mikroskopik, seroloji və molekulyar üsullarla qiymətləndirilməsi praktik əhəmiyyət daşıyır.
Beləliklə, tətbiqi mikrobiologiya yalnız elmi biliklərin klinik və biotexnoloji sahələrdə tətbiqini təmin etmir, eyni zamanda infeksion xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikasında mühüm rol oynayaraq ictimai səhiyyənin inkişafına əvəzsiz töhfə verir.
|
Kurs |
Fənnin adı |
Auditoriya saatları |
|
|
II |
Tədbiqi mikrobiologiya |
Mühazirə |
Praktika |
|
30 |
120 |
||
Təhsil pilləsi: Magistratura
İxtisasın adı: Biologiya
Fənnin məqsədi:
Tətbiqi mikrobiologiya fənninin əsas məqsədi infeksion xəstəliklərin klinik və etioloji diaqnostikasının elmi əsaslarını, infeksion agentlərin birbaşa və dolayı üsullarla aşkar olunması və identifikasiyası prinsiplərini magistrantlara mənimsətməkdir. Fənn magistrantlarda tibbi mikrobiologiya laboratoriyalarında, səhiyyə müəssisələrində, ictimai-iaşə obyektlərində və qida təhlükəsizliyi sahəsində bakteriyalar, viruslar, göbələklər, ibtidailər və helmintlər daxil olmaqla müxtəlif infeksion törədicilərin müəyyənləşdirilməsi, laborator müayinələrin aparılması, nəticələrin qiymətləndirilməsi və infeksiyaların profilaktikasında tətbiq olunan mikrobioloji metodlar üzrə nəzəri bilik və praktiki bacarıqlar formalaşdırmağı hədəfləyir.
Fənnin təlim nəticəsi:
Fənnin məzmunu:
Tibbi Mikrobiologiya mikroorqanizmləri öyrənən və onun insan sağlamlığı və tibbdə tətbiqlərini əhatə edən mikrobiologiyanın bir sahəsidir. Tətbiqi Mikrobiologiya fənni ilə Tibbi Mikrobiologiyada mühüm əhəmiyyət kəsb edən xüsusilə yoluxucu xəstəliklərin qarşısının alınması, diaqnostikasına diqqət yetirir. İnsanlarda xəstəliyə səbəb olan və tibbi mikrobiologiya sahəsinə daxil olan mikroorqanizmlər bunlardır: bakteriyalar, göbələklər (mayalar və kiflər), parazitlər və viruslar.
Yoluxucu xəstəliyə səbəb olan mikrobioloji agenti aşkar etmək üçün aparılan laboratoriya müayinələri xəstəliyin düzgün müalicəsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu laborator testlər eyni zamanda müvafiq elmi araşdırmaların icrasında da geniş tətbiq edilir. Tətbiqi Mikrobiologiya fənninin tədrisi ilə magistrantlara ayrı-ayrı infeksion xəstəliklərin təyinində istifadə edilən mikrobioloji diaqnostik testlərin ən çox yayılmış növləri, o cümlədən kultural, mikroskopik, seroloji testlər və molekulyar diaqnostik testlərə dair biliklər və təcrübi vərdişlər aşılanır.
Magistrantlar əldə etdikləri bilik və bacarıqları bütün növ tibbi mikrobiologiya laboratoriyalarında, qida təhlükəsizliyi laboratoriyalarında, ictimai sağlamlıq müəssisələrinin laboratoriyalarında, həmçinin elmi-tədqiqat laboratoriyalarında tətbiq edə biləcəklər. Bu da onlara qeyd edilən sahələr üzrə geniş karyera imkanları yaradır.
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
Tətbiqi Mikrobiologiyaya Giriş; əhatə dairəsi, tarixi, əhəmiyyəti. Tətbiqi mikrobiologiyanın klinik tətbiqləri; diaqnostika və peyvəndlər. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
2 |
Qram müsbət və qram mənfi koklarla törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
3 |
Enterobakteriyalar və vibrionlar (vibrionaceae), tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.
|
2 |
|
4 |
Campylobacter spp. və Helicobacter spp. tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
5 |
Fermentasiya etməyən (nonfermentativ) qram mənfi bakteriyalar, hemoqlobinofil və oxşar bakteriyalar və qram mənfi aerob çöplər tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.
|
2 |
|
6 |
Aerob və fakultativ anaerob qram müsbət çöpvari bakteriyalar, anaerob spora əmələ gətirən qram müsbət bakteriyalar və anaerob qram mənfi bakteriyalar tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
7 |
Mikobakteriyalar və aktinomisetlər tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
8 |
Sipiroxetlər, rickettsia, chlamydia və mycoplasma cinsləri tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
9 |
Tibbi Virusologiya. Virus mənşəli infeksiyalarin mikrobioloji diaqnostikası. Ortomyxoviridae fəsiləsi, paramyxoviridae fəsiləsi, məxmərək virusu tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
10 |
Herpesviruslar, filoviruslar, arenaviruslar və quduzluq virusu tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
11 |
Hepatit virusları, enteroviruslar, rotaviruslar, qastroenterit törədən digər viruslar tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
12 |
Qazanilmiş immun çatişmazliq sindromu (QİÇS) virusu, insan T hüceyrə limfotrop virusları (tip I və II) və onkogen viruslarla törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
13 |
İnsan parvovirusları, insan papillomavirusları, insan poliomavirusları, adenoviruslar, insan poks virusları tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
14 |
Tibbi Mikologiya. Göbələk mənşəli infeksiyalarda diaqnostika üsulları. Dermatofitozların, opportunist mikozların və mikotoksikiozların laborator diaqnostikasında tətbiq olunan metodlar. |
Z.Ö.Qarayev, T.Ə.Əliyev, A.İ.Qurbanov “Tibbi mikologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2007, 410 səh. |
2 |
|
15 |
Tibbi Parazitologiya (tibbi protozoologiya və tibbi helmintologiya). Parazit infeksiyalarında diaqnostik üsullar. Qan və toxumaların parazitoloji müayinəsində, tibbi helmintologiyada tətbiq olunan metodlar. |
H.Ə.Qədirova, S.S.Cavadlı, M.S.Novruzova, S.F.Qurbanova, S.A.Muradova, R.S.Bayramova, T.H.Süleymanova, M.Ç.Qasımova, R.M.Hüseynov “Tibbi parazitologiya” (Dərslik) Bakı, “Təbib” nəşriyyatı - 2024, 392 səh. |
2 |
|
№ |
Mövzu (təcrübi məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Mikrobioloji Laboratoriya oriyentasiyası. Mikrobioloji laboratoriyalarda təhlükəsizlik. Mikrobioloji müayinə materiallarının alınması və laboratoriyaya göndərilməsi. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
2 |
Tətbiqi mikrobiologiyanın klinik tətbiqləri. Mikrobioloji müayinə üsulları. Mikroskopik müayinə üsulları. Mikroorqanizmlərin izolyasiyası. Kultural metodlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
3 |
Bioloji müayinə üsulları. Eksperimental tədqiqatlar. Tibbi mikrobioloji tədqiqatlarda hüceyrə texnikalarının tətbiqi. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
4 |
İmmunoloji üsullar. Molekulyar mikrobioloji metodlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
5 |
Antibiotiklər və antimikrob maddələr. Bakterial və funqal agentlərin antimikrob maddələrə həssaslıq testləri. Mikrobioloji diaqnostikada avtomatlaşdırılmış metodların və süni intellektin tətbiqi. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
6 |
Qram müsbət və Qram mənfi koklarla törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. Enterobakteriyalar və vibrionlar (vibrionaceae) tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. Campylobacter spp., Helicobacter spp. tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
7 |
Fermentasiya etməyən (nonfermentativ) qram mənfi bakteriyalar tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. Hemoqlobinofil və oxşar bakteriyalar və qram mənfi aerob çöplər tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
8 |
Aerob və fakultativ anaerob qram müsbət çöpvari bakteriyalar tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. Anaerob spora əmələ gətirən qram müsbət bakteriyalar və anaerob qram mənfi bakteriyalar tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
9 |
Mikobakteriyalar və aktinomisetlər tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. Sipiroxetlər, Rickettsia, Chlamydia və Mycoplasma cinsləri tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
10 |
Tibbi Virusologiya. Virus mənşəli infeksiyalarin mikrobioloji diaqnostikası. Ortomyxoviridae və paramyxoviridae fəsiləsinə məxsus viruslar, məxmərək virusu tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. Herpesviruslar tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. Filoviruslar, arenaviruslar və quduzluq virusu tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
11 |
. Hepatit virusları tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. Enteroviruslar tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. Rotaviruslar və qastroenterit törədən digər viruslar tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
12 |
Qazanilmiş immun çatişmazliq sindromu (QİÇS) virusu tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. İnsan T hüceyrə limfotrop virusları (tip I və II), onkogen viruslar tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. İnsan parvovirusları, insan papillomavirusları və insan poliomavirusları tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. Adenoviruslar və insan poks virusları tərəfindən törədilən infeksiyaların diaqnozunda tətbiq olunan metodlar. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
13 |
Tibbi Mikologiya. Göbələk mənşəli infeksiyalarda diaqnostika üsulları. Mikotoksikiozların laborator diaqnostikasında tətbiq olunan metodlar |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. |
2 |
|
14 |
Tibbi Parazitologiya (tibbi protozoologiya və tibbi helmintologiya). Parazit infeksiyalarında diaqnostik üsullar. |
Z.Ö.Qarayev, T.Ə.Əliyev, A.İ.Qurbanov “Tibbi mikologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2007, 410 səh. |
2 |
|
15 |
Xəstəxanalarda və tibb müəssisələrində infeksion kontrol məqsədilə tətbiq olunan mikrobioloji müayinələr. Ətraf mühitin (su, hava, torpaq) infeksion agentlərinin təyinində tətbiq olunan mikrobioloji müayinələr. Qida təhlükəsizliyi sahəsində tətbiq olunan mikrobioloji müayinələr. İctimai iaşə obyektlərində tətbiq olunan mikrobioloji müayinələr |