Müasir dövrdə tibb elminin sürətli inkişafı, qlobal sağlamlıq risklərinin mürəkkəbləşməsi və tibbi xidmətin keyfiyyətinə dair tələblərin artması yüksək ixtisaslı kadr hazırlığını səhiyyə sistemlərinin əsas strateji hədəflərindən birinə çevirmişdir. Bu prosesdə fundamental biotibbi fənlərin, xüsusilə “Tibbi mikrobiologiya və immunologiya” fənninin rolu mühüm əhəmiyyətə malikdir.
Bu fənn mikroorqanizmlərin, onların insan orqanizmi ilə qarşılıqlı münasibətlər mexanizmlərinin, xəstəliklərin diaqnostika, müalicə və profilaktika prinsiplərinin öyrənilməsi üçün konseptual əsasını təşkil edir. Bu sahədə dərin biliklər olmadan istər endemiya, istərsə də pandemiyalar (məs., COVİD-19) kimi qlobal infeksion təhlükələrlə mübarizə aparan müasir kompetent həkim yetişdirilməsi mümkün deyildir. Bu fənn həmçinin, mikroorqanizmlərin insan sağlamlığına təsir mexanizmlərini, infeksion ağırlaşmaların kliniki praktikada rolunu, laborator diaqnostikanın əsaslarını və infeksion nəzarət prinsiplərini də öyrədir.
Tibbi mikrobiologiya və immunologiya fənni dünya üçün çox böyük əhəmiyyət kəsb edərək, yoluxucu xəstəliklərə qarşı mübarizənin, peyvəndlərin və antibiotiklərin hazırlanmasının, həmçinin müdafiə amillərinin və mikrobiotanın sağlamlıqda rolunun dərk edilməsinin əsasını təşkil edir.
Son illər qlobal sağlamlıq gündəliyində infeksion xəstəliklərin yenidən ön plana çıxması müşahidə olunur. Bir tərəfdən yeni patogenlərin meydana gəlməsi və sürətli yayılması (məsələn, COVID-19 pandemiyası), digər tərəfdən isə “köhnə” infeksiyaların geri qayıtması və ya lokal ocaqlardan qlobal təhlükəyə çevrilməsi bu sahədə bilik və bacarıqların yenilənməsini zəruri edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bildirilən məlumatlar göstərir ki, qızılca kimi vaksinlə idarə olunan infeksiyalar belə, immunizasiya səviyyəsinin azalması fonunda yenidən geniş yayılma potensialına malikdir: ÜST Avropa Regionunda 2024-cü il üzrə qızılca halları kəskin artmış və bu, bölgədə onilliklər ərzində ən yüksək göstəricilərdən biri kimi qiymətləndirilmişdir.
Müasir mikrobiologiyanın ən ciddi problemlərindən biri antimikrob rezistentliyin (AMR) sürətlə artmasıdır. ÜST AMR-i qlobal ictimai sağlamlıq üçün ən ciddi təhlükələrdən biri kimi qiymətləndirir. Antibiotiklərin geniş və bəzən əsassız istifadəsi, özbaşına qəbul, düzgün dozalanmama, kursun yarımçıq saxlanması, həmçinin baytarlıq və kənd təsərrüfatında antimikrobların nəzarətsiz tətbiqi rezistent ştamların seçilməsinə və yayılmasına şərait yaradır.
İnsan orqanizminin normal mikroflorası (mikrobiota) haqqında biliklər son onillikdə xüsusilə genişlənmişdir. Mikrobiota tədqiqatları immun sistemin inkişafı və tənzimlənməsi, iltihabi proseslər və infeksiyalara həssaslıq baxımından yeni elmi izahlar verir.
Müasir dövrdə vaksin platformalarının şaxələnməsi, o cümlədən mRNT əsaslı texnologiyaların inkişafı immunoprofilaktikanın imkanlarını genişləndirmişdir.
Mikrobioloji laboratoriyada işin ayrılmaz hissəsi biotəhlükəsizlik və bioloji risklərin idarə olunmasıdır. Patoloji materialın düzgün götürülməsi, saxlanması və daşınması; infeksion materialla işləmə qaydaları; dezinfeksiya, sterilizasiya, aseptika və antiseptika tədbirləri; tullantıların idarə olunması və laborator qəzaların profilaktikası həm tələbələrin, həm də xəstələrin təhlükəsizliyi üçün vacibdir.
Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin feldşer hazırlığında “Tibbi mikrobiologiya və immunologiya” fənni xüsusi yer tutur. Bu fənn fundamental baza fənnidir və feldşer ixtisası üçün bütün zəruri olan bilik və bacarıqların formalaşmasına xidmət edir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin kursantları (feldşerlər) üçün “Tibbi mikrobiologiya və immunologiya” fənni xüsusi əhəmiyyət kəsb edir. Bu fənn Hərbi Tibb Fakültəsinin kursantlarının (feldşerlərin) gələcək praktik fəaliyyətində mühüm rola malikdir. Feldşer xəstələrdən nümunələrin düzgün seçilməsi, götürülməsi, hazırlanması və laboratoriyaya vaxtında çatdırılması prosesində mikrobioloji biliklərə əsaslanır. Həmçinin, feldşer mikrobiologiya sahəsində birbaşa diaqnostik qərarlar verməsə də, praktik işlərin icrasında iştirak edir, infeksiyalara nəzarət tədbirlərinə dəstək göstərir və ilkin müayinə prosesində köməkçi funksiyanı yerinə yetirir. Onun digər vacib vəzifələrindən biri xəstələri müvafiq analizlərin aparılması üçün yönləndirmək və yoluxucu xəstəliklər zamanı izolyasiya tədbirlərinin tətbiqinə kömək etməkdir.
Beləliklə, “Tibbi mikrobiologiya və immunologiya” fənni gələcək feldşerlərdə mikrobioloji anlayışlarının formalaşmasında, infeksion xəstəliklərin etioloji amilləri və profilaktika strategiyalarının seçilməsində, həmçinin hərbi qulluqçuların sağlamlığının qorunmasında aparıcı və əvəzolunmaz rol oynayan əsas fundamental fənlərdən biridir. Tibbi mikrobiologiya və immunologiya fənninin tədrisi kursantların tibbi mikrobiologiya elminin ayrı-ayrı sahələri haqqında təməl nəzəri bilik və bacarıqlara yiyələnməsi və gələcək fəaliyyətlərində bu bacarıqlardan istifadə etməsində mühüm əhəmiyyətə malikdir.
Yaz semestrində keçilən fənnlər
|
№ |
Fakültələr |
Kurs |
Fənnlər |
Auditoriya saatları |
|
|
1 |
Hərb tibb fakültəsinin kursantları |
I |
Tibbi mikrobiologiya və immunologiya |
Mühazirə |
Praktika |
|
14 |
46 |
||||
Təhsil pilləsi: orta tibb təhsili
İxtisasın adı: Hərbi tibb fakültəsinin kursantları
Fənnin məqsədi: Kursantlara tibbi əhəmiyyətli mikroorqanizmlərin morfo-bioloji xüsusiyyətlərini, orqanizmin onlara qarşı immun cavab reaksiyalarını, ayrı-ayrı mikroorqanizmlərin törətdikləri xəstəliklərin diaqnostikasında istifadə olunan mikrobioloji müayinə üsullarının öyrənilməsi. Kursantlara təlimatlara və analiz metodlarına uyğun olaraq mikrobioloji müayinə üçün material götürülməsi, mikrobioloji analizlər üçün hazırlıq görülməsi, kultura əldə etmək və mikroskopik müayinə aparmaq bacarıqlarının qazandırılmasıdır. Kursantlarda mikroorqanizmlərin infeksion və qeyri-infeksion patologiyada rolu, klinik diaqnozun təsdiqlənməsində mikrobioloji üsulların imkanları, analiz metodlarına uyğun olaraq mikrobioloji müayinə üçün material götürülməsi və mikroskopik müayinə aparmaq bacarıqlarının formalaşdırılmasıdır. Hərbi səhra cərrahiyyəsi və tibbi təhcizatın olmadığı ərazilərdə aseptik qaydalara əməl edilməsi, həyati təhlükəli olan mikrob mənşəli xəstəliklərin vaxtında təyin edilib, qospitalizasiya olunması və peyvəndlənmə işlərinin aparılmasında yardım etməsi kimi, hallarda köməklik göstərə bilməsi üçün mikrobioloji biliklərə yiyələnməsinin formalaşdırılmasıdır.
Fənnin təlim nəticəsi:
1. Xəstəliyin gedişatından asılı olaraq mikrobioloji müayinə üsulunu seçə bilir
2. Mikrobioloji müayinə üçün patoloji (kliniki) material götürə bilir
3. Mikroorqanizmlərin təsnifatı və ümumi xüsusiyyətləri haqqında məlumatları bilir;
4. Dezinfeksiya, sterilizasiya, aseptika və antiseptikanın mikrobioloji əsaslarını bilir;
5. İnsan orqanizminin normal mikroflorası haqqında məlumatları bilir;
6. Mikrobioloji müayinə aparılması zamanı təhlükəsizlik və davranış qaydalarını bilir;
7. Törədicinin növündən asılı olaraq patoloji materialların düzgün seçilməsi, saxlanılması və göndərilməsini bilir;
8. Hərbi tibbi xidmətlə əlaqəli infeksiyalar və onların qarşısının alınması yollarını bilir;
9. Mikrobioloji müayinələri (mikroskopik, kultural, seroloji və s.) aparmaq;
10. Mikroorqanizmlərin antibiotiklərə qarşı həssaslığını təyin etmək;
11. Hərbi tibbi yardım göstərilən zaman və mikrobioloji müayinələrin aparılmasında tibbi təhlükəsizlik qaydalarına riayət etmək.
Fənnin məzmunu: İnsanda xəstəlik törədən mikroorqanizmlərin sistematikası və təsnifatı, morfo-bioloji xüsusiyyətləri, ekologiyası, müxtəlif amillərin törədicilərə təsiri, mikrobioloji müayinə üsulları, o cümlədən mikroskopik müayinə, təmiz kulturanın alınması, seroloji alınmış nəticələrin interpretasiyası, antimikrob terapiyanın əsasları, infeksiya və infeksion proses, həmçinin, orqanizmdə baş verən immun proseslər, eləcə də immunprofilaktika, immunterapiya prinsipləri
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
Tibbi mikrobiologiya və immunologiya, onun məqsəd və vəzifələri, tarixi, inkişaf mərhələləri.Mikroorqanizmlərin morfologiyası, quruluşu və təsnifatı |
F.M.Şıxəliyev, M.H.Əliyev “Ümumi mikrobiologiya və immunologiya”/Bakı, “Təbib nəşriyyatı” – 2023, 598 səh. (9-23, 52-107 səh) Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,18-59) |
2 |
|
2 |
Mikroorqanizmlərin fiziologiyası - metabolizmi, qidalanma və çoxalması. Sterilizasiya və dezinfeksiya. Kimyəvi terapiyanın əsasları. Antibiotiklər, alınması, təsnifatı və tətbiqi. Mikrobların antibiotiklərə qarşı həssaslığının təyini |
F.M.Şıxəliyev, M.H.Əliyev “Ümumi mikrobiologiya və immunologiya”/Bakı, “Təbib nəşriyyatı” – 2023, 598 səh. (108-169, 225-251 səh) Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,60-79,196-218) |
2 |
|
3 |
İnfeksiya, növləri və formaları. İmmunitet, növləri və formaları. İmmun sistem haqqında anlayış. Antigenlər və anticismlər. İmmun sistemin patologiyaları, yüksək həssaslıq reaksiyaları (allergiya). İmmunprofilaktika və immunterapiyanın prinsipləri. Vaksinlər və immun zərdablar |
F.M.Şıxəliyev, M.H.Əliyev “Ümumi mikrobiologiya və immunologiya”/Bakı, “Təbib nəşriyyatı” – 2023, 598 səh. (305-343, 345-564 səh) Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,160-195,219-262,290-299,312-317) |
2 |
|
4 |
Xüsusi mikrobiologiyaya giriş. Bakterial infeksiyaların törədiciləri (irinli-iltihabi, bağırsaq, zoonoz, anaerob infeksiyalar, difteriya, vərəm, patogen spiroxetlər, rikketsiyalar, xlamidiyalar və mikoplazmalar) |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.333-5591, ) |
2 |
|
5 |
Göbələk və parazitar infeksiyaların törədiciləri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,728-790) |
2 |
|
6 |
Xüsusi virusologiyaya giriş. Respirator virus infeksiyalarının törədiciləri (orto-miksoviruslar, paramiksoviruslar, adenoviruslar, koronaviruslar). Herpesviruslar, rubiviruslar |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,598-656) |
2 |
|
7 |
Pikornaviruslar, rabdoviruslar, arboviruslar. Hepatit virusları, insanın immun çatışmazlığı virusu |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,657-716 ) |
2 |
|
№ |
Mövzu (praktik məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Tibbi mikrobiologiya və immunologiya, onun məqsəd və vəzifələri. Mikroorqanizmlərin sistematikası və təsnifatı. Bakteriyaların təsnifatı. Mikrobioloji müayinə üsulları. Mikroskopik üsul. Mikroskoplar, immersion obyektivlə işləmə qaydası. Bakteriyaların morfologiyası. Müxtəlif patoloji materiallardan və mikrob kulturasından yaxmaların hazırlanması. Sadə üsulla boyama |
F.M.Şıxəliyev, M.H.Əliyev “Ümumi mikrobiologiya və immunologiya”/Bakı, “Təbib nəşriyyatı” – 2023, 598 səh. (9-23, 24-49, 52-59 səh) Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,28-37) S.Q.Zeynalova, N.A.Ağayeva, A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 səh 8-24 |
2 |
|
2 |
Bakteriyaların ultrastrukturu. Hüceyrə divarının quruluşu. Qram üsulu. Turşuya davamlı bakteriyalar və Sil-Nilsen üsulu. Sporlar və Ojeşko üsulu. Hüceyrə daxili əlavələr və Neysser üsulu. Flagella, mikrob hərəkətinin təyini (“əzilən və asılan” damla üsulları, vital boyama). Kapsula, Gins-Burri üsulu |
F.M.Şıxəliyev, M.H.Əliyev “Ümumi mikrobiologiya və immunologiya”/Bakı, “Təbib nəşriyyatı” – 2023, 598 səh. (60-84 səh) Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,38-48 ) S.Q.Zeynalova, N.A.Ağayeva,A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 səh31-42. |
2 |
|
3 |
Spiroxetlərin, rikketsiyaların, xlamidiyaların, mikoplazmaların və aktinomisetlərin təsnifatı, morfologiyası və ultrastrukturu. Gimza üsulu ilə boyama |
F.M.Şıxəliyev, M.H.Əliyev “Ümumi mikrobiologiya və immunologiya”/Bakı, “Təbib nəşriyyatı” – 2023, 598 səh. (81-92 səh) Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,48-53) S.Q.Zeynalova, N.A.Ağayeva, A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 səh42-45. |
2 |
|
4 |
Göbələklərin, ibtidailərin və virusların təsnifatı, morfologiyası və ultrastrukturu |
F.M.Şıxəliyev, M.H.Əliyev “Ümumi mikrobiologiya və immunologiya”/Bakı, “Təbib nəşriyyatı” – 2023, 598 səh. (95-107, 190-224 səh)
|
2 |
|
5 |
Mikroorqanizmlərin fiziologiyası. Bakteriyaların metabolizmi, qidalanması, qidalı mühitlər. Fiziki və kimyəvi amillərin mikroorqanizmlərə təsiri. Sterilizasiya və dezinfeksiya. Bakteriyaların tənəffüsü və çoxalması. Aerob və anaerob bakteriyaların kultivasiyası |
F.M.Şıxəliyev, M.H.Əliyev “Ümumi mikrobiologiya və immunologiya”/Bakı, “Təbib nəşriyyatı” – 2023, 598 səh. (108-140 səh) Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,60-66, ) S.Q.Zeynalova, N.A.Ağayeva, A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 səh49-58 |
2 |
|
6 |
Bakterioloji üsul. Aerob və anaerob bakteriyaların təmiz kulturasının alınması (I, II və III gün). Virus, rikketsiya və xlamidiyaların kultivasiyası. Faqlar |
F.M.Şıxəliyev, M.H.Əliyev “Ümumi mikrobiologiya və immunologiya”/Bakı, “Təbib nəşriyyatı” – 2023, 598 səh. (140-170, 200-225 səh) Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,93-101) S.Q.Zeynalova, N.A.Ağayeva, A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 səh 69-87 |
2 |
|
7 |
Mikroorqanizmlərin ekologiyası. Mikroorqanizmlərin genetikası. Antimikrob terapiyanın əsasları. Kimyəvi terapevtik preparatlar. Antibiotiklər, alınması və təsnifatı. Bakteriyaların antibiotiklərə qarşı həssaslığının təyini |
F.M.Şıxəliyev, M.H.Əliyev “Ümumi mikrobiologiya və immunologiya”/Bakı, “Təbib nəşriyyatı” – 2023, 598 səh. (225-256, 257-303 səh) Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,125-133,201-209 ) S.Q.Zeynalova, N.A.Ağayeva, A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 səh 87-93 |
2 |
|
8 |
İnfeksiya haqqında təlim. İmmunitet və onun növləri: anadangəlmə (qeyri-spesifik) və qazanılmış (spesifik). Anadangəlmə (qeyri-spesifik) immunitet, onun xüsusiyyətləri və amilləri. Faqositoz |
F.M.Şıxəliyev, M.H.Əliyev “Ümumi mikrobiologiya və immunologiya”/Bakı, “Təbib nəşriyyatı” – 2023, 598 səh. (305-368 səh) Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.160-179,219-247 |
2 |
|
9 |
Qazanılmış (spesifik) immunitet. Antigenlər. Mikroorqanizmlərin antigen quruluşu. İnsan orqanizminin antigenləri. İnsanın immun sistemi, orqan və toxumaları, immunkompetent hüceyrələr. Anticisimlər. Seroloji reaksiyalar, onların mikrobioloji diaqnostikada tətbiqi |
F.M.Şıxəliyev, M.H.Əliyev “Ümumi mikrobiologiya və immunologiya”/Bakı, “Təbib nəşriyyatı” – 2023, 598 səh. (369-483 səh) Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.254-286,) S.Q.Zeynalova, N.A.Ağayeva, A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 səh 115-145 |
2 |
|
10 |
İmmunpatologiya. İmmunçatışmazlıq. Yüksək həssaslıq reaksiyaları. Dəri-allergik reaksiyaları. İmmunprofilaktika və immunterapiya. Vaksinlər və immun zərdablar |
F.M.Şıxəliyev, M.H.Əliyev “Ümumi mikrobiologiya və immunologiya”/Bakı, “Təbib nəşriyyatı” – 2023, 598 səh. (484-564 səh) Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,290-306) S.Q.Zeynalova, N.A.Ağayeva, A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 səh 153-159 |
2 |
|
11 |
Yekun məşğələ |
F.M.Şıxəliyev, M.H.Əliyev “Ümumi mikrobiologiya və immunologiya”/Bakı, “Təbib nəşriyyatı” – 2023, 598 səh. Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. S.Q.Zeynalova, N.A.Ağayeva, A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 |
2 |
|
12 |
Xüsusi mikrobiologiyaya giriş. Qram müsbət və Qram mənfi kokların (stafilokoklar. streptokoklar, meninqokoklar və qonokoklar) törətdikləri xəstəliklərin mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,333-365) S.Q.Zeynalova, N.A.Ağayeva, A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 səh 164-174 |
2 |
|
13 |
Şərti-patogen bakteriyaların (klebsiella, protey, göy-yaşıl irin çöpləri) törətdiyi xəstəliklərin mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,389-394) S.Q.Zeynalova, N.A.Ağayeva, A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 səh 174-177 |
2 |
|
14 |
Mədə-bağırsaq infeksiyalarının (eşerixioz, qarın yatalağı, salmonelloz, dizenteriya və vəba) mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.371-389, ) S.Q.Zeynalova, N.A.Ağayeva, A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 səh 179-188 |
2 |
|
15 |
Zoonoz infeksiyaların (bruselloz, qara yara, taun və tulyaremiya) mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,394-401 ) S.Q.Zeynalova, N.A.Ağayeva, A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 səh 202-211 |
2 |
|
16 |
Anaerob bakteriyaların (klostridilər və bakteroidlər) törətdikləri xəstəliklərin mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,490-506,510 ) S.Q.Zeynalova, N.A.Ağayeva, A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 səh 194-199 |
2 |
|
17 |
Korinebakteriyalar, bordetellalar, hemofil bakteriyalar və mikobakteriyaların törətdikləri xəstəliklərin mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,518-538 ) S.Q.Zeynalova, N.A.Ağayeva, A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 səh 213-227 |
2 |
|
18 |
Spiroxet, rikketsiya, xlamidiya və mikoplazmaların törətdikləri xəstəliklərin mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.545-590, ) S.Q.Zeynalova, N.A.Ağayeva, A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 səh 202-211 |
2 |
|
19 |
Mikozların və protozoozların mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.728-790, ) S.Q.Zeynalova, N.A.Ağayeva, A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 səh 248-271 |
2 |
|
20 |
Xüsusi virusologiyaya giriş. Respirator virus infeksiyalarının mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.627-652, ) S.Q.Zeynalova, N.A.Ağayeva, A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 səh 272-285 |
2 |
|
21 |
Herpesvirus, pikornavirus və rubivirus infeksiyalarının mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,598-613 ) S.Q.Zeynalova, N.A.Ağayeva, A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 səh 285-290 |
2 |
|
22 |
Arbovirus və rabdovirus infeksiyalarının mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.679-693 ) S.Q.Zeynalova, N.A.Ağayeva, A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 səh 293-295 |
2 |
|
23 |
Virus hepatitlərinin və İİV (insanın immun çatışmazlığı virusu) infeksiyasının mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,704-715 ) S.Q.Zeynalova, N.A.Ağayeva, A.Q.Bayramov, İ.B.Əhmədov “Tibbi mikrobiologiya və immunologiya” / Bakı, “Təbib” nəşriyyatı – 2019, 315 səh 290-295 |
2 |