Bizi izləyin:
Heydər Əliyev
Əczaçılıq mikrobiologiyası (Əczaçılıq)
Bölmələrimiz
Əczaçılıq mikrobiologiyası (Əczaçılıq)

Müasir dövrdə təbabətin və farmakologiyanın sürətli inkişafı, qlobal sağlamlıq risklərinin mürəkkəbləşməsi, səhiyyə və əczaçılıq xidmətlərinin keyfiyyətinə dair tələblərin artması yüksək ixtisaslı kadr hazırlığını səhiyyə sistemlərinin əsas strateji hədəflərindən birinə çevirmişdir. Bu prosesdə fundamental biotibbi fənlərin, xüsusilə “Əczaçılıq mikrobiologiyası” fənninin rolu mühüm əhəmiyyətə malikdir.

Bu fənn mikroorqanizmlərin, onların insan orqanizmi ilə qarşılıqlı münasibətlər mexanizmlərinin, xəstəliklərin diaqnostika, müalicə və profilaktika prinsiplərinin öyrənilməsi üçün konseptual əsasını təşkil edir. Bu sahədə dərin biliklər olmadan  istər endemiya, istərsə də pandemiyalar (məs., COVİD-19) kimi qlobal infeksion təhlükələrlə mübarizə aparan müasir kompetent həkim yetişdirilməsi mümkün deyildir.

Bu fənn dünya üçün çox böyük əhəmiyyət kəsb edərək, yoluxucu xəstəliklərə qarşı mübarizənin, peyvəndlərin və antibiotiklərin hazırlanmasının, həmçinin müdafiə amillərinin və mikrobiotanın sağlamlıqda rolunun dərk edilməsinin əsasını təşkil edir.

Son illər qlobal sağlamlıq gündəliyində infeksion xəstəliklərin yenidən ön plana çıxması müşahidə olunur. Bir tərəfdən yeni patogenlərin meydana gəlməsi və sürətli yayılması (məsələn, COVID-19 pandemiyası), digər tərəfdən isə “köhnə” infeksiyaların geri qayıtması və ya lokal ocaqlardan qlobal təhlükəyə çevrilməsi bu sahədə bilik və bacarıqların yenilənməsini zəruri edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bildirilən məlumatlar göstərir ki, qızılca kimi vaksinlə idarə olunan infeksiyalar belə, immunizasiya səviyyəsinin azalması fonunda yenidən geniş yayılma potensialına malikdir: ÜST Avropa Regionunda 2024-cü il üzrə qızılca halları kəskin artmış və bu, bölgədə onilliklər ərzində ən yüksək göstəricilərdən biri kimi qiymətləndirilmişdir

Müasir mikrobiologiyanın ən ciddi problemlərindən biri antimikrob rezistentliyin (AMR) sürətlə artmasıdır. ÜST AMR-i qlobal ictimai sağlamlıq üçün ən ciddi təhlükələrdən biri kimi qiymətləndirir. Antibiotiklərin geniş və bəzən əsassız istifadəsi, özbaşına qəbul, düzgün dozalanmama, kursun yarımçıq saxlanması, həmçinin baytarlıq və kənd təsərrüfatında antimikrobların nəzarətsiz tətbiqi rezistent ştamların seçilməsinə və yayılmasına şərait yaradır.

XX əsrin sonu və XXI əsrin əvvəllərində mikrobiologiyada baş verən metodoloji sıçrayışlar laborator diaqnostikanı köklü şəkildə dəyişdirmişdir. Müasir laboratoriyalarda klassik metodlar molekulyar-genetik, genomik və proteomik texnologiyalarla tamamlanır.

İnsan orqanizminin normal mikroflorası (mikrobiota) haqqında biliklər son onillikdə xüsusilə genişlənmişdir. Bağırsaq mikrobiotasının metabolik, immunoloji və neyrohumoral funksiyalarda rolu, disbiozun müxtəlif xəstəliklərlə əlaqəsi, antibiotiklərin mikrobiotaya təsiri kimi mövzular mikrobiologiya və immunologiyanın müasir istiqamətlərinə daxildir.

Müasir dövrdə vaksin platformalarının şaxələnməsi, o cümlədən mRNT əsaslı texnologiyaların inkişafı immunoprofilaktikanın imkanlarını genişləndirmişdir.

Mikrobioloji laboratoriyada işin ayrılmaz hissəsi biotəhlükəsizlik və bioloji risklərin idarə olunmasıdır. Patoloji materialın düzgün götürülməsi, saxlanması və daşınması; infeksion materialla işləmə qaydaları; dezinfeksiya, sterilizasiya, aseptika və antiseptika tədbirləri; tullantıların idarə olunması və laborator qəzaların profilaktikası həm tələbələrin, həm də xəstələrin təhlükəsizliyi üçün vacibdir.

 Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin əczaçı hazırlığında “Tibbi mikrobiologiya və immunologiya” fənni xüsusi yer tutur. Bu fənn  ali tibb təhsilində fundamental baza fənnidir və bütün klinik ixtisaslar üçün zəruri olan bilik və bacarıqların formalaşmasına xidmət edir

Əczaçılıq mikrobiologiyası əczaçılıq məhsullarının keyfiyyətini, təhlükəsizliyini və effektivliyini təmin etməklə səhiyyə və əczaçılıq xidmətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Əczaçıların mikrobiologiya sahəsində  təcrübəsi və tədqiqat töhfələri yüksək istehsal standartlarının saxlanması, infeksiyaların qarşısının alınması, antimikrob davamlılıqla mübarizə, diaqnostika və müalicə strategiyalarının inkişaf etdirilməsi üçün vacibdir. Nəhayət, bu sahədə peşəkarların səyləri xəstənin sağlamlığının qorunmasında və səhiyyə sahəsində nəticələrin yaxşılaşdırılmasında mühüm rol oynayır. Bu sahə dərmanların  istehsal proseslərindən tutmuş səhiyyədə infeksiyaya nəzarət tədbirlərinə qədər müxtəlif aspektləri əhatə edir.

Əczaçılıq mikrobiologiyası dərman istehsalı zamanı keyfiyyətə nəzarətdə mühüm rol oynayır. Bu, mikrob çirklənməsini aşkar etmək və nəzarət etmək üçün xammalın, avadanlıqların, istehsal mühitinin və hazır məhsulların ciddi sınaqlarını əhatə edir. İstehsal prosesində aseptik şəraitin təmin edilməsi zərərli patogenlərin daxil olmasının qarşısını almaq üçün çox vacibdir. Çirklənmə riskini minimuma endirməklə, əczaçılıq mikrobiologiyası dərmanların xəstələrin istifadəsi üçün təhlükəsiz olmasına zəmanət verir.

Dərmanların mikrobioloji təhlükəsizliyi, steril dərman preparatlarının (inyeksiyalar, infuziyalar, oftalmoloji məhlullar) mikrobioloji təmizliyinə nəzarət, mikrobioloji çirklənmənin qarşısının alınması üçün GMP (Good Manufacturing Practice) prinsiplərini tətbiqi əczaçılıq1 mikrobiologiyasının vəzifələrindən biridir.

Beləliklə, Əczaçılıq mikrobiologiyası

“Tibbi mikrobiologiya və immunologiya” fənni gələcək əczaçıların  klinik təfəkkürünün formalaşmasında, infeksion xəstəliklərin etioloji diaqnostikasında, rasional müalicə və profilaktika strategiyalarının seçilməsində, həmçinin ictimai sağlamlığın qorunmasında aparıcı və əvəzolunmaz rol oynayan əsas fundamental fənlərdən biridir. 

 

Payız semestrində keçilən fənnlər

Fakültələr

Kurs

Fənnlər

Auditoriya saatları

1

Əczaçılıq

II

Əczaçılıq mikrobiologiyası

Mühazirə

Praktika

30

46

 

Təhsil pilləsi:  bakalavriat

İxtisasın adı: əczaçılıq

Fənnin məqsədi: Tələbələrə tibbi əhəmiyyətli göbələklərin, ibtidailərin və virusların morfo-bioloji xüsusiyytlərini, onların insan orqanizminə təsirini, orqanizmin onlara qarşı verdiyi immun cavab reaksiyalarını, törətdikləri xəstəliklərin diaqnostikasında istifadə olunan mikrobioloji müayinə üsullarını. Tibbi xidmətlə əlaqəli infeksiyalar haqqında məlumat və yayılmasının qarşısının alınması.  Tələbələrə təlimatlara və müayinə metodlarına uyğun olaraq mikrobioloji müayinə üçün material götürülməsi, kultura əldə etmək və mikroskopik müayinə aparmaq bacarıqlarının qazandırılmasıdır

 

Fənnin təlim nəticəsi:

1.Bakteriyanın quruluşu, bakterial xəstəliklərin patogenezini, əhəmiyyətli bakterial xəstəlikləri, onların diaqnostikasını və müalicə prinsiplərini bilir.

2. Virusun quruluşu, viral xəstəliklərin patogenezini, əhəmiyyətli viral xəstəlikləri, onların diaqnostika və müalicə prinsiplərini bilir

3. Antibiotiklərin istifadəsi haqqında əsas anlayışları, təsir və davamlılıq mexanizmlərini bilir

4. Sterilizasiya və dezinfeksiyada ümumi anlayışları və nəzarəti bilir

5. Tibbi əhəmiyyətli göbələklərin quruluşunu, mikozların patogenezini, əhəmiyyətli mikozları, onların diaqnostika və müalicə prinsiplərini bilir

6. Parazitlərin quruluşunu, parazitar xəstəliklərin patogenezini, əhəmiyyətli parazitar xəstəlikləri, onların diaqnostika və müalicə prinsiplərini bilir

7. Mikroorqanizm-mikroorqanizm, mikroorqanizm-sahib orqanizm arasındakı qarşılıqlı münasibəti, orqanizmin normal mikroforasını və onun ağız boşluğundakı rolunu əlaqələndirəyi bilir

8.İnsanın immun sisteminin quruluşunu, təbii, süni, hüceyrəvi və humoral immunitetin komponentlərini, antigen və anticisimləri,hiperhəssaslıq reaksiyalarını,autoimmun xəstəlikləri,aktiv və passiv müdafiəni,vaksin və profilaktikanın əsaslarını və immunitet ilə əlaqələndirməyi bilir.

9.Ağız boşluğunda rast gəlinən mikroorqanizmləri, səbəb olduqları xəstəlikləri,diaqnostika metodlarını və müalicə prinsiplərini bilir.

10.Diş ərpinin əmələ gəlməsini,diş daşı və kariesin əmələ gəlməsində,patogenezində mikroorqanizmlərin rolunu,dental və periodontal infeksiyaların törədicilərinin xüsusiyyətlərini,immun müdafiə formalarını,infeksiya mənbələrini və epidemiologiyasını bilir.

11.Stomatologiyada qan vasitəsilə yoluxan infeksion  xəstəlik törədicilərini və qorunma yollarını bilir.

12.Odontogen infeksiyaların törədicilərini,xüsusiyyətlərini və mikrobiologiyasını bilir.

 

Fənnin məzmunu

İnsanda xəstəlik törədən göbələklərin, ibtidailərin və virusların ümumi morfo-bioloji xüsusiyyətlərini, onlara qarşı orqanizmin immun cavab reksiyaları bildikdə, torətdikləri xəstəliklərin diaqnostika prinsiplərinidə bilmiş oluruq, onlarla mübarizə aparmaq və ya onların törətdikləri xəstəliklərin yayılmasını, və ya vaxtında qarşısını almaq mümkün olur.  Tibbi xidmətlə əlaqəli infeksiyaların yayılmasını kontrol etmək üçün tənəffüs yolları, MBT, MSS, sidik-cinsiyyət sistemi, septik və yara infeksiyalarının yoluxma yolları, mikrobioloji nümunələrin götürülmə qaydaları, mikrobioloji müayinə üsullarını bildikdə mümkün olur.

Tibbi mikrobiologiya və ağız boşluğunun mikrobiologasının əsasları, insan orqanizmində olan mikroorqanizm növlərini, hüceyrə, metabolik və patogenetik xüsusiyyətlərinin infeksion xəstəlikləri törətməsi arasıdakı əlaqə öyrədilir. Diaqnostik metodlara uyğun olaraq klinik materialın götürülməsi,mikrobioloji müayinə üçün hazırlanması, kulturanın alınması, mikroskopik müayinə etmə bacarığı öyrədilir.

Mikroorqanizmlərin bir-birilə və sahib orqanizm ilə əlaqəsi, xəstəliklərin etiopatogenezindəki rolu, insan orqanizminin immun cavab reaksiyası və törədicilərin təyin edilməsi üçün istifadə edilən diaqnostik metodları öyrədir .  İnfeksion xəstəlik törədicilərinə qarşı istifadə edilən antimikrob preparatların növləri, təsir mexanizmləri, xüsusiyyətləri və istifadə formaları öyrədilir. İmmun sistemin quruluşu, növləri, hüceyrələri və infeksion törədicilərə qarşı immun cavabın fomaları, orqanizmin xüsusilə ağız boşluğunun müdafiə amilləri öyrədilir.

Topic

Mövzu (mühazirə)

Readings (Ədəbiyyat)

Saat

1

Tibbi mikrobiologiya və immunologiya, onun məqsədi və vəzifələri, inkişaf mərhələləri. Əczaçının fəaliyyətində mikrobiologiyanın rolu. Mikroorqanizmlərin sistematikası və təsnifatı

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(16-97)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı

Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/  Baki,

2

2

Mikroorqanizmlərin (bakteriya, göbələk, ibtidai və virus) təsnifatı, morfologiyası və ultrastrukturu

1. Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (102-160, 196-217)

2.S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı

3.Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/  Baki,

2

3

Mikroorqanizmlərin fiziologiyası.  Metabolizm, çoxalma. Mikrobların ekologiyası. Dərman xammalının və hazır dərman preparatlarının mikroflorası. Fiziki, kimyəvi və bioloji amillərin mikroorqanizmlərə təsiri, faqlar. Mikroorqanizmlərin genetikası -

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.

2.S.Q.Zeynalova, Ağayeva N.A.,

Bayramov A.Q., Əhmədov İ.B.

“Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.

Z.Qarayev, R.B.Bayramlı

 “Tibbi mikrobiologiya, immunologiya

 və klinik mikrobiologiya”/  Baki,

2

4

Antimikrob terapiyanın əsasları. Kimyəvi-terapevtik preparatlar. Antibiotiklər

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.

2.S.Q.Zeynalova, Ağayeva N.A.,

Bayramov A.Q., Əhmədov İ.B.

“Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.

Z.Qarayev, R.B.Bayramlı

 “Tibbi mikrobiologiya, immunologiya

 və klinik mikrobiologiya”/  Baki,

2

5

İnfeksiya haqqında təlim. İmmunitet, onun növləri. Anadangəlmə (qeyri-spesifik) immunitet və onun xüsusiyyətləri

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(-)

2.S.Q.Zeynalova, Ağayeva N.A.,

Bayramov A.Q., Əhmədov İ.B.

“Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.

Z.Qarayev, R.B.Bayramlı

 “Tibbi mikrobiologiya, immunologiya

 və klinik mikrobiologiya”/  Baki, 396 səh.

2

6

Qazanılmış (spesifik) immunitet, onun növləri. Antigenlər, onların növləri. Mikrob hüceyrəsinin antigen quruluşu. İmmun sistem haqqında anlayış. İmmun kompetent hüceyrələr. İmmun cavab reaksiyaları. Anticisim əmələ gəlmə. İmmunqlobulinlər və onların sinifləri

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh

2.S.Q.Zeynalova, Ağayeva N.A.,

Bayramov A.Q., Əhmədov İ.B.

“Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.

Z.Qarayev, R.B.Bayramlı

 “Tibbi mikrobiologiya, immunologiya

 və klinik mikrobiologiya”/  Baki, 396 səh.

Z.Ö.Qarayev, T.Ə.Əliyev, A.İ.Qurbanov “Tibbi mikologiya”/ Bakı, “Təbib” nəşriyyatı, 2007, 418 səh

 

7

İmmunpatologiya. İmmunçatışmazlıq. Hiperhəssaslıq reaksiyaları. Autoimmun xəstəliklər. İmmundiaqnostika, immunprofilaktika və immunterapiyanın prinsipləri. Vaksinlər və immun zərdablar

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.( -)

2.S.Q.Zeynalova, Ağayeva N.A.,

Bayramov A.Q., Əhmədov İ.B.

“Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.

Z.Qarayev, R.B.Bayramlı

 “Tibbi mikrobiologiya, immunologiya

 və klinik mikrobiologiya”/  Baki, 396 səh.

 

8

Xüsusi mikrobiologiyaya giriş. İrinli-iltihabi proseslərin törədiciləri. Patogen koklar (Staphylococcus, Streptococcus, Neisseria cinsləri). Şərti patogen bakteriyalar (Pseudomonas, Acinetobacter, Proteus, Klebsiella cinsləri)

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(--------------)

Z.Qarayev, R.B.Bayramlı

 “Tibbi mikrobiologiya, immunologiya

 və klinik mikrobiologiya”/  Baki, 396 səh.

 

9

Mədə-bağırsaq infeksiyaların törədiciləri (Escherichia, Shigella, Salmonella, Vibrio, Campylobacter, Helicobacter cinsləri). Patogen anaeroblar (Clostridium və Bacteroides cinsləri)

 

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(53-59, 88-93)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (45-49)

 

10

Zoonoz infeksiyaların törədiciləri (Bruсella, Bacillus, Yersinia, Francisella cinsləri). Corynebacterium, Bordetella, Haemophilus, Gardnerella, Legionella cinslərinə aid olan patogen bakteriyalar

 

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(53-59, 88-93)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (45-49)

 

11

Mycobacterium və Actinomyces cinslərinə aid olan patogen bakteriyalar. Patogen  spiroxetlər, rikketsiyalar, xlamidiyalar və mikoplazmalar

 

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(53-59, 88-93)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (45-49)

 

12

Patogen göbələklər və ibtidailər

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(53-59, 88-93)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (45-49)

 

13

Xüsusi virusologiyaya giriş. Respirator virus infeksiyalarının törədiciləri  (Orthomyxoviridae, Paramyxoviridae. Adenoviridae və Coronaviridae fəsilələri, Rhinovirus cinsi), Poxviridae fəsiləsi, insan patologiyasında rolu

 

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(53-59, 88-93)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (45-49)

 

14

İnsan üçün patogen olan herpesviruslar, pikornaviruslar və rabdoviruslar. Arboviruslar

 

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(53-59, 88-93)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (45-49)

 

15

Hepatit virusları. İİV (insanın immun çatışmazlığı virusu). Onkogen viruslar

 

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(53-59, 88-93)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (45-49)

 

 

Topic

Mövzu (praktik məşğələ)

Readings (Ədəbiyyat)

Saat

1

Tibbi mikrobiologiya və immunologiya, onun məqsəd və vəzifələri, inkişaf mərhələləri. Mikroorqanizmlərin sistematikası və təsnifatı. Bakteriyaların morfologiyası və təsnifatı. Mikrobioloji laboratoriyanın quruluşu, orada iş rejimi. Mikrobioloji müayinə üsulları. Mikroskopik üsul. Mikroskoplar. İmmersion obyektivlə işləmə qaydası. Müxtəlif patoloji materiallardan və mikrob kulturasından yaxmaların hazırlanması. Anilin boyaları. Sadə üsulla boyama

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (16-38)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(8-30)

2

2

Bakteriyaların ultrastrukturu, hüceyrə divarının quruluşu. Qram üsulu. Turşuya davamlı bakteriyalar və onların Sil-Nilsen üsulu ilə boyadılması. Sporalar və onların Ojesko üsulu ilə aşkar edilməsi. Hüceyrədaxili əlavələr. Volyutin dənəciklərinin Neysser üsulu ilə rənglənməsi. Flaqellalar. Mikrob hərəkətinin öyrənilməsi (“əzilən”, “asılan” damla üsulları və vital boyama).  Burri üsulu. Kapsula. Gins-Burri üsulu  –2 s

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(38-48,)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(30--42)

2

3

Spiroxetlərin, rikketsiyaların, xlamidiyaların, mikoplazmaların və aktinomisetlərin morfologiyası və təsnifatı. Gimza üsulu ilə boyama

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(48-53)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (42-45)

2

4

Göbələklərin, ibtidailərin və virusların morfologiyası və təsnifatı–

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(53-59, 88-93)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (45-49)

2

5

            Mikroorqanizmlərin fiziologiyası. Mikrobların metobolizmi, qidalanması. Qidalı mühitlər. Fiziki və kimyəvi amillərin mikroorqanizmlərə təsiri. Sterilizasiya və dezinfeksiya. Mikroorqanizmlərin tənəffüsü və çoxalması. Aerob və anaerob bakteriyaların kultivasiyası. Bakterioloji üsul. Bakteriyanın təmiz kulturasının alınması (I gün, II gün, III gün) onların kultural xassələri, fermentativ aktivliyinə görə identifikasiyası. Mikroorqanizmlərin müasir identifikasiya üsulları 

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(60-84)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(49-89)

2

6

Virusların, rikketsiyaların və xlamidiyaların kultivasiyası. Faqlar, tətbiqi. Mikroorqanizmlərin ekologiyası. Ətraf mühit və insan orqanizminin mikroflorası. Dərman xammalının və hazır dərman formalarının mikroflorası. Mikroorqanizmlərin genetikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(88-101)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(93-96)

2

7

Antimikrob terapiyanın əsasları. Kimyəvi terapevtik preparatlar. Antibiotiklər, alınması və təsnifatı. Mikrobların antibiotiklərə həssaslığının təyini

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(196-217)S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(89-93)

2

8

İnfeksiya haqqında təlim. İmmunitet və onun

 növləri: anadangəlmə (qeyri-spesifik) və 

qazanılmış (spesifik) immunitet.

Anadangəlmə (qeyri-spesifik) immunitet, onun xüsusiyyətləri  və amilləri.

 

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(160-193,219-247)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(103-112)

2

9

Qazanılmış (spesifik) immunitet, onun növləri. Antigenlər, onların növləri. Mikrob hüceyrəsinin antigen quruluşu. İmmun sistem haqqında anlayış. İmmunkompetent hüceyrələr. İmmun cavab reaksiyaları. Anticisimlər. Seroloji reaksiyalar

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(254-329)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(115-162)

2

10

10.       İmmunpatologiya.  İmmunçatışmazlıq. Hiperhəssaslıq reaksiyaları. Autoimmun xəstəliklər. İmmunprofilaktika və immunterapiyanın prinsipləri. Vaksinlər və immun zərdablar

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(302-312)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(153- 162)

2

11

Yekun

 

 

12

Xüsusi mikrobiologiyaya giriş. Stafilokok və streptokok infeksiyalarının mikrobioloji diaqnostikası. Patogen neysseriyaların və şərti patogen bakteriyaların (Pseudomonas, Acinetobacter, Proteus, Klebsiella cinsləri) törətdikləri xəstəliklərin mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(333-358)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(164-168)

2

13

Mədə-bağırsaq infeksiyalarının (Escherichia, Salmonella, Shigella, Vibrio, Campylobacter, Helicobacter cinsləri)  mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(371-387)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(179-194)

2

14

Patogen anaerobların (Clostridium və Bacteroides cinsləri) və zoonoz infeksiyalarının (Bruсella, Bacillus, Yersinia, Francisella cinsləri) törətdikləri xəstəlikləriun mikrobioloji diaqnostikası

           

 

 

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(490-514)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(194-199)

2

15

Corynebacterium, Bordetella, Haemophilus, Gardnerella, Legionella cinslərinə aid olan bakteriyaların törətdiyi xəstəliklərin mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(472-482)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(174,176, 213-217)

2

16

Vərəm və aktinomikozun mikrobioloji diaqnostikası. Spiroxetlərin törətdikləri xəstəliklərin mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(518-533)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(221-227)

2

17

Rikketsiya, xlamidiya və mikoplazmaların törətdikləri xəstəliklərin mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(559-570)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(239-244)

3

18

Mikozların mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(728-760)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(248-252)

 

19

Protozoozların mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(764-788)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(255-258)

 

20

Xüsusi virusologiyaya giriş. Respirator virus infeksiyalarının mikrobioloji diaqnostikası (Orthomyxoviridae, Paramyxoviridae. Adenoviridae və Coronaviridae fəsilələri, Rhinovirus cinsi). Poksvirusların insan patologiyasında rolu

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(592-623)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(272-285)

 

21

Herpesvirus, picornavirus və rabdovirus infeksiyalarının mikrobioloji diaqnostikası. Arboviruslar

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(610-623)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(284,285,292)

 

22

Virus hepatitlərinin və İİV  infeksiyasının mikrobioloji diaqnostikası. Onkogen viruslar

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(704-716)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(290,295)