Tibbi mikrobiologiya və immunologiya
Müasir dövrdə tibb elminin sürətli inkişafı, qlobal sağlamlıq risklərinin mürəkkəbləşməsi və tibbi xidmətin keyfiyyətinə dair tələblərin artması yüksək ixtisaslı kadr hazırlığını səhiyyə sistemlərinin əsas strateji hədəflərindən birinə çevirmişdir. Bu prosesdə fundamental biotibbi fənlərin, xüsusilə “Tibbi mikrobiologiya” fənninin rolu mühüm əhəmiyyətə malikdir.
Bu fənn mikroorqanizmlərin, onların insan orqanizmi ilə qarşılıqlı münasibətlər mexanizmlərinin, xəstəliklərin diaqnostika, müalicə və profilaktika prinsiplərinin öyrənilməsi üçün konseptual əsasını təşkil edir. Bu sahədə dərin biliklər olmadan istər endemiya, istərsə də pandemiyalar (məs., COVİD-19) kimi qlobal infeksion təhlükələrlə mübarizə aparan müasir kompetent həkim yetişdirilməsi mümkün deyildir.
Tibbi mikrobiologiya fənni həmçinin, mikroorqanizmlərin insan sağlamlığına təsir mexanizmlərini, infeksion ağırlaşmaların kliniki praktikada rolunu, laborator diaqnostikanın əsaslarını və infeksion nəzarət prinsiplərini də öyrədir.
Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə fakültəsi “Tibb bacısı işi” üçün mütəxəssis hazırlığında “Tibbi mikrobiologiya” fənni xüsusi yer tutur. Bu fənn fundamental baza fənnidir və tibb bacısı ixtisası üçün zəruri olan bilik və bacarıqların formalaşmasına xidmət edir.
Bu fənn dünya üçün çox böyük əhəmiyyət kəsb edərək, yoluxucu xəstəliklərə qarşı mübarizənin, peyvəndlərin və antibiotiklərin hazırlanmasının, həmçinin müdafiə amillərinin və mikrobiotanın sağlamlıqda rolunun dərk edilməsinin əsasını təşkil edir.
Son illər qlobal sağlamlıq gündəliyində infeksion xəstəliklərin yenidən ön plana çıxması müşahidə olunur. Bir tərəfdən yeni patogenlərin meydana gəlməsi və sürətli yayılması (məsələn, COVID-19 pandemiyası), digər tərəfdən isə “köhnə” infeksiyaların geri qayıtması və ya lokal ocaqlardan qlobal təhlükəyə çevrilməsi bu sahədə bilik və bacarıqların yenilənməsini zəruri edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bildirilən məlumatlar göstərir ki, qızılca kimi vaksinlə idarə olunan infeksiyalar belə, immunizasiya səviyyəsinin azalması fonunda yenidən geniş yayılma potensialına malikdir: ÜST Avropa Regionunda 2024-cü il üzrə qızılca halları kəskin artmış və bu, bölgədə onilliklər ərzində ən yüksək göstəricilərdən biri kimi qiymətləndirilmişdir
Müasir mikrobiologiyanın ən ciddi problemlərindən biri antimikrob rezistentliyin (AMR) sürətlə artmasıdır. ÜST AMR-i qlobal ictimai sağlamlıq üçün ən ciddi təhlükələrdən biri kimi qiymətləndirir. Antibiotiklərin geniş və bəzən əsassız istifadəsi, özbaşına qəbul, düzgün dozalanmama, kursun yarımçıq saxlanması, həmçinin baytarlıq və kənd təsərrüfatında antimikrobların nəzarətsiz tətbiqi rezistent ştamların seçilməsinə və yayılmasına şərait yaradır.
XX əsrin sonu və XXI əsrin əvvəllərində mikrobiologiyada baş verən metodoloji sıçrayışlar laborator diaqnostikanı köklü şəkildə dəyişdirmişdir. Müasir laboratoriyalarda klassik metodlar molekulyar-genetik, genomik və proteomik texnologiyalarla tamamlanır.
İnsan orqanizminin normal mikroflorası (mikrobiota) haqqında biliklər son onillikdə xüsusilə genişlənmişdir. Bağırsaq mikrobiotasının metabolik, immunoloji və neyrohumoral funksiyalarda rolu, disbiozun müxtəlif xəstəliklərlə əlaqəsi, antibiotiklərin mikrobiotaya təsiri kimi mövzular mikrobiologiya və immunologiyanın müasir istiqamətlərinə daxildir. Mikrobiota tədqiqatları immun sistemin inkişafı və tənzimlənməsi, iltihabi proseslər və infeksiyalara həssaslıq baxımından yeni elmi izahlar verir.
Müasir dövrdə vaksin platformalarının şaxələnməsi, o cümlədən mRNT əsaslı texnologiyaların inkişafı immunoprofilaktikanın imkanlarını genişləndirmişdir.
Mikrobioloji laboratoriyada işin ayrılmaz hissəsi biotəhlükəsizlik və bioloji risklərin idarə olunmasıdır.
Tibb bacısı işi üzrə mütəxəssislər mikrobioloji biliklərə yiyələndikdən sonra infeksiya şübhəsi olan xəstələrdən patoloji materialların (qan, sidik, yara möhtəviyyatı və s.) düzgün götürülməsi, saxlanılması mikrobioloji laboratoriyaya çatdırılmasını təmin etmək; müayinə nəticələrini başa düşmək və həkimlə birlikdə xəstələrə uyğun qulluq göstərmək; xəstəxana daxilində infeksiyaların yayılmasının qarşısını almaq məqsədilə əllərin düzgün yuyulması, alətlərin və ətraf mühitin sterilizasiya, dezinfeksiya, aseptika və antiseptika prinsiplərinə uyğun təmizlənməsi; xəstələrə antibiotiklərdən düzgün istifadə qaydaları və vaksinasiyanın əhəmiyyəti kimi bacarıqları tətbiq edə bilər.
Beləliklə, “Tibbi mikrobiologiya” fənni gələcək tibb bacılarında mikrobioloji anlayışların formalaşmasında, infeksion xəstəliklərin etioloji amilləri, profilaktika strategiyalarının seçilməsində, həmçinin ictimai sağlamlığın qorunmasında aparıcı və əvəzolunmaz rol oynayan əsas fundamental fənlərdən biridir.
Payız semestrində keçilən fənnlər
|
№ |
Fakültələr |
Kurs |
Fənnlər |
Auditoriya saatları |
|
|
1 |
Tibb bacısı işi |
II |
Tibbi mikrobiologiya və immunologiya |
Mühazirə |
Praktika |
|
20 |
30 |
||||
Təhsil pilləsi: Bakalavriat
İxtisasın adı: Tibb Bacısı İşi
Fənnin məqsədi:
Tibbi əhəmiyyətli bakteriya və virusların morfo-bioloji xüsusiyytlərini, onların insan orqanizminə təsirini, orqanizmin onlara qarşı verdiyi immun cavab reaksiyalarını, törətdikləri xəstəliklərin diaqnostikasında istifadə olunan mikrobioloji müayinə üsullarını, müalicəsində istifadə edilən kimyəvi terapevtik preparatlar və antibiotiklərin təyinini, həmçinin spesifik müalicə və profilaktika prinsiplərinin öyrənilməsi. Tələbələrə təlimatlara və analiz metodlarına uyğun olaraq mikrobioloji müayinə üçün material götürülməsi, mikrobioloji analizlər üçün hazırlıq görülməsi, kultura əldə etmək və mikroskopik müayinə aparmaq bacarıqlarının qazandırılmasıdır.
Fənnin təlim nəticəsi:
Fənnin məzmunu
İnsanda xəstəlik törədən bakteriyaların və virusların ümumi morfo-bioloji xüsusiyyətləri, ekologiyası, müxtəlif amillərin təsiri, onlara qarşı orqanizmin immun cavab formaları, törətdiyi xəstəliklərin yoluxma mexanizmini, patogenezini, mikrobioloji nümunə götürmə, mikrobioloji müayinə hazırlıqları, mikrobioloji müayinə üsulları, o cümlədən mikroskopik müayinə, təmiz kulturanın alınması, seroloji və molekulyar-genetik diaqnostikası, spesifik müalicə və profilaktikası.
|
№ |
Topic Mövzu (mühazirə) |
Readings (Ədəbiyyat) |
Saat |
|
1 |
Tibbi mikrobiologiya və immunologiya, onun məqsəd və vəzifələri, inkişaf mərhələləri və tarixi. Mikroorqanizmlərin sistematikası və təsnifatı. Bakteriyalar, spiroxet, rikketsiya, xlamidiya, mikoplazma və aktinomisetlərin təsnifatı, morfologiyası və ultrastrukturu |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh. 16-53) |
2 |
|
2 |
Göbələklərin, ibtidailərin və virusların təsnifatı, morfologiyası və ultrastrukturu. Faqlar |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh. 53-58, 84-93, 97) |
2 |
|
3 |
Mikroorqanizmlərin fiziologiyası. Metabolizm, qidalanma, tənəffüs və çoxalma. Mikroorqanizmlərin ekologiyası. İnsan orqanizminin normal mikroflorası. Xarici mühit amillərinin (fiziki və kimyəvi) mikroorqanizmlərə təsiri. Sterilizasiya və dezinfeksiya. Mikroorqanizmlərin genetikası, genetik dəyişkənliyin növləri. Antimikrob terapiyanın əsasları. Kimyəvi terapevtik preparatlar. Antibiotiklər |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (III, VII, IX fəsillər) |
2 |
|
4 |
İnfeksiya haqqında təlim. Mikroorqanizmlərin (bakteriya, göbələk, ibtidai, virus) törətdiyi infeksiyaların patogenezi və diaqnostika üsulları. İmmunitet, onun növləri. Anadangəlmə (qeyri-spesifik) və qazanılmış (spesifik) immunitet. Anadangəlmə immunitet |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh,, 160-196, 219-254) |
2 |
|
5 |
Qazanılmış immunitet. Antigenlər, onun növləri. Mikroorqanizmlərin antigen quruluşu. İnsanın immun sistemi, orqan və toxumaları, immunkompetent hüceyrələr. İmmun cavab, onun növləri (hüceyrəvi və humoral). İmmunopatologiya. İmmunçatışmazlıq. Yüksək həssaslıq reaksiyaları və onların növləri. Autoimmun xəstəliklər. İmmunodiaqnostika. İmmunoprofilaktika və immunoterapiya |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh,, 254-333) |
2 |
|
6 |
Xüsusi mikrobiologiyaya giriş. Tibbi əhəmiyyətli Qram müsbət bakteriyalar (Staphylococcus, Streptococcus, Enterococcus, Bacillus, Clostridium, Corynebacterium, Listeria, Mycobacterium) |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh,, 333-358, 464-488, 490-538 ) |
2 |
|
7 |
Tibbi əhəmiyyətli Qram mənfi bakteriyalar (Neisseria, Escherichia, Salmonella, Shigella, Vibrio, Campylobacter, Helicobacter, Klebsiella, Enterobacter, Proteus, Pseudomonas, Bacteroides, Legionella, Haemophilus, Bordetella, Brucella, Francisella, İersinia) |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh,, 358-371, XII-XVII Fəsillər) |
2 |
|
8 |
Tibbi əhəmiyyətli aktinomisetlər, spiroxetlər, rikketsiyalar, xlamidiyalar, mikoplazmalar |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (XXI-XXV Fəsillər) |
2 |
|
9 |
Xüsusi virusologiyaya giriş. RNT tərkibli viruslar: Orthomyxoviridae, Paramyxoviridae, Coronaviridae, Picornaviridae, Flaviviridae, Reoviridae, Rhabdoviridae, Retroviridae fəsilələri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (XXVI Fəsil)
|
2 |
|
10 |
DNT tərkibli viruslar: Adenoviridae, Herpesviridae, Hepadnaviridae, Papovaviridae, Parvoviridae fəsilələri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (XXVII-XXVIII Fəsillər) |
2 |
|
№ |
Topic Mövzu (praktik məşğələ) |
Readings (Ədəbiyyat) |
Saat |
|
1 |
Tibbi mikrobiologiya və immunologiya, onun məqsəd və vəzifələri. Mikroorqanizmlərin sistematikası və təsnifatı. Bakteriyalar, spiroxet, rikketsiya, xlamidiya, mikoplazma və aktinomisetlərin təsnifatı, morfologiyası və ultrastrukturu |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 16-53) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. |
2 |
|
2 |
Göbələklərin, ibtidailərin və virusların təsnifatı, morfologiyası və ultrastrukturu. Faqlar. Mikroorqanizmlərin fiziologiyası. Metabolizm, qidalanma, tənəffüs və çoxalma |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 53-58, III-IV fəsillər) |
2 |
|
3 |
Mikroorqanizmlərin ekologiyası. İnsan orqanizminin normal mikroflorası. Xarici mühit amillərinin (fiziki və kimyəvi) mikroorqanizmlərə təsiri. Sterilizasiya və dezinfeksiya. Antimikrob terapiyanın əsasları. Kimyəvi terapevtik preparatlar. Antibiotiklər. Mikroorqanizmlərin genetikası, genetik dəyişkənliyin növləri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (V-VII, IX fəsillər)
|
2 |
|
4 |
İnfeksiya haqqında təlim. Mikroorqanizmlərin (bakteriya, göbələk, ibtidai, virus) törətdiyi infeksiyaların patogenezi və diaqnostika üsulları. İmmunitet, onun növləri: anadangəlmə (qeyri-spesifik) və qazanılmış (spesifik) immunitet. Anadangəlmə immunitet |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 219-254; VIII fəsil)
|
2 |
|
5 |
Qazanılmış immunitet. Antigenlər, onun növləri. Mikroorqanizmlərin antigen quruluşu. İnsanın immun sistemi, orqan və toxumaları, immunkompetent hüceyrələr. İmmun cavab, onun növləri (hüceyrəvi və humoral). İmmunopatologiya. İmmunçatışmazlıq. Yüksək həssaslıq reaksiyaları və onların növləri. Autoimmun xəstəliklər. İmmunodiaqnostika. İmmunoprofilaktika və immunoterapiya |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 254-333)
|
2 |
|
6 |
Xüsusi mikrobiologiyaya giriş. Qram müsbət (Staphylococcus, Streptococcus, Enterococcus cinsləri) və Qram mənfi kokların (Neisseria cinsi) törətdiyi infeksiyaların mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (XI fəsil)
|
2 |
|
7 |
Qram mənfi bakteriyaların (Escherichia, Salmonella, Shigella, Vibrio, Campylobacter, Helicobacter cinsləri) törətdiyi xəstəliklərin mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 371-389; XIV fəsil) |
2 |
|
8 |
Yekun məşğələ. |
|
2 |
|
9 |
Qram mənfi bakteriyaların (Klebsiella, Proteus, Acinetobacter, Pseudomonas, Bacteroides, Legionella cinsləri) törətdiyi infeksiyaların mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 389-394, 418-423, 460-464, 510) |
2 |
|
10 |
Qram mənfi bakteriyaların (Haemophilus, Bordetella, Brucella, Francisella, Yersinia cinsləri) törətdiyi infeksiyaların mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 431-441, 444-460, 394-403) |
2 |
|
11 |
Qram müsbət bakteriyaların (Bacillus, Clostridium, Corynebacterium, Listeria, Mycobacterium, Actynomyces) törətdikləri xəstəliklərin mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 464-488, 490-508, 518-543) |
2 |
|
12 |
Patogen spiroxetlərin, rikketsiyaların, xlamidiyaların və mikoplazmaların törətdikləri xəstəliklərin mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (XXII-XXV fəsillər) |
2 |
|
13 |
Xüsusi virusologiyaya giriş. Virusların quruluşu və reproduksiyası. Tibbi əhəmiyyətli virusların təsnifatı. Virus infeksiyalarının patogenezi və laborator diaqnostikası. RNT tərkibli (Orthomyxoviridae, Paramyxoviridae, Coronaviridae, Picornaviridae, Reoviridae, Rhabdoviridae fəsilələri) virus infeksiyalarının mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (XXVI fəsil)
|
2 |
|
14 |
DNT tərkibli (Herpesviridae, Adenoviridae, Papovaviridae, Parvoviridae fəsilələri) virus infeksiyalarının mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (XXVII fəsil) |
2 |
|
15 |
Virus hepatitlərinin və QİÇS-in mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 671-673; XXVIII fəsil)
|
2 |