Bizi izləyin:
Heydər Əliyev
Tibbi mikrobiologiya və immunologiya I (Hərbi tibb)
Bölmələrimiz
Tibbi mikrobiologiya və immunologiya I (Hərbi tibb)

Müasir dövrdə tibb elminin sürətli inkişafı, qlobal sağlamlıq risklərinin mürəkkəbləşməsi və tibbi xidmətin keyfiyyətinə dair tələblərin artması yüksək ixtisaslı kadr hazırlığını səhiyyə sistemlərinin əsas strateji hədəflərindən birinə çevirmişdir. Bu prosesdə fundamental biotibbi fənlərin, xüsusilə “Tibbi mikrobiologiya və immunologiya” fənninin rolu mühüm əhəmiyyətə malikdir.

Bu fənn mikroorqanizmlərin, onların insan orqanizmi ilə qarşılıqlı münasibətlər mexanizmlərinin, xəstəliklərin diaqnostika, müalicə və profilaktika prinsiplərinin öyrənilməsi üçün konseptual əsasını təşkil edir. Bu sahədə dərin biliklər olmadan  istər endemiya, istərsə də pandemiyalar (məs., COVİD-19) kimi qlobal infeksion təhlükələrlə mübarizə aparan müasir kompetent həkim yetişdirilməsi mümkün deyildir.

Bu fənn həmçinin, mikroorqanizmlərin insan sağlamlığına təsir mexanizmlərini, infeksion ağırlaşmaların kliniki praktikada rolunu, laborator diaqnostikanın əsaslarını və infeksion nəzarət prinsiplərini də öyrədir.

Azərbaycan Tibb Universitetinin Hərbi-tibb fakültəsinin həkim hazırlığında “Tibbi mikrobiologiya və immunologiya” fənni xüsusi yer tutur. Bu fənn  ali tibb təhsilində fundamental baza fənnidir və bütün klinik ixtisaslar üçün zəruri olan bilik və bacarıqların formalaşmasına xidmət edir. Orduda, əsgərlər arasında yayılan xəstəliklərin tez bir zamanda qarşısının  alınmasında mühüm əhəmiyyət kəsb edir.

Bu fənn tibb elmi üçün çox böyük əhəmiyyət kəsb edərək, yoluxucu xəstəliklərə qarşı mübarizənin, peyvəndlərin və antibiotiklərin hazırlanmasının, həmçinin müdafiə amillərinin və mikrobiotanın sağlamlıqda rolunun dərk edilməsinin əsasını təşkil edir.

Son illər qlobal sağlamlıq gündəliyində infeksion xəstəliklərin yenidən ön plana çıxması müşahidə olunur. Bir tərəfdən yeni patogenlərin meydana gəlməsi və sürətli yayılması (məsələn, COVID-19 pandemiyası), digər tərəfdən isə “köhnə” infeksiyaların geri qayıtması və ya lokal ocaqlardan qlobal təhlükəyə çevrilməsi bu sahədə bilik və bacarıqların yenilənməsini zəruri edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bildirilən məlumatlar göstərir ki, qızılca kimi vaksinlə idarə olunan infeksiyalar belə, immunizasiya səviyyəsinin azalması fonunda yenidən geniş yayılma potensialına malikdir: ÜST Avropa Regionunda 2024-cü il üzrə qızılca halları kəskin artmış və bu, bölgədə onilliklər ərzində ən yüksək göstəricilərdən biri kimi qiymətləndirilmişdir

Bununla yanaşı, “One Health” (Vahid Sağlamlıq) yanaşması insan sağlamlığının heyvan sağlamlığı və ətraf mühitlə sıx bağlı olduğunu vurğulayır; antimikrob rezistentlik (AMR), zoonoz epidemiyalar, iqlim dəyişikliyi fonunda vektorlarla yayılan xəstəliklərin genişlənməsi bu yanaşmanın praktik əhəmiyyətini artırır. Ənənəvi epidemioloji modelləri dəyişən müasir sosioloji faktorlar – urbanizasiya, miqrasiya, beynəlxalq turizm, qlobal ticarət, səhiyyə sistemlərinə düşən yük – mikroorqanizmlərin yayılma mexanizmlərinə də təsir edir. Bu səbəbdən gələcək həkimlərin yalnız klassik mikrobioloji biliklərlə deyil, həm də müasir qlobal sağlamlıq düşüncəsi ilə hazırlığı vacibdir.

Müasir mikrobiologiyanın ən ciddi problemlərindən biri antimikrob rezistentliyin (AMR) sürətlə artmasıdır. ÜST AMR-i qlobal ictimai sağlamlıq üçün ən ciddi təhlükələrdən biri kimi qiymətləndirir. Antibiotiklərin geniş və bəzən əsassız istifadəsi, özbaşına qəbul, düzgün dozalanmama, kursun yarımçıq saxlanması, həmçinin baytarlıq və kənd təsərrüfatında antimikrobların nəzarətsiz tətbiqi rezistent ştamların seçilməsinə və yayılmasına şərait yaradır.

ÜST-nin qlobal antibiotik rezistentliyi üzrə 2025-ci il hesabatı (GLASS çərçivəsində toplanmış məlumatlara əsasən) laborator təsdiqli infeksiyalarda rezistentlik yükünün yüksək olduğunu və bir çox regionlarda artım meyillərinin davam etdiyini göstərir. AMR yalnız klinik nəticələri ağırlaşdırmır; eyni zamanda cərrahiyyə, transplantologiya, reanimasiya, onkologiyada kimyaterapiya kimi sahələrdə tibbi müdaxilələrin təhlükəsizliyini də birbaşa risk altına qoyur.

XX əsrin sonu və XXI əsrin əvvəllərində mikrobiologiyada baş verən metodoloji sıçrayışlar laborator diaqnostikanı köklü şəkildə dəyişdirmişdir. Müasir laboratoriyalarda klassik metodlar molekulyar-genetik, genomik və proteomik texnologiyalarla tamamlanır.

İnsan orqanizminin normal mikroflorası (mikrobiota) haqqında biliklər son onillikdə xüsusilə genişlənmişdir. Bağırsaq mikrobiotasının metabolik, immunoloji və neyrohumoral funksiyalarda rolu, disbiozun müxtəlif xəstəliklərlə əlaqəsi, antibiotiklərin mikrobiotaya təsiri kimi mövzular mikrobiologiya və immunologiyanın müasir istiqamətlərinə daxildir. Mikrobiota tədqiqatları immun sistemin inkişafı və tənzimlənməsi, iltihabi proseslər və infeksiyalara həssaslıq baxımından yeni elmi izahlar verir.

Müasir dövrdə vaksin platformalarının şaxələnməsi, o cümlədən mRNT əsaslı texnologiyaların inkişafı immunoprofilaktikanın imkanlarını genişləndirmişdir.

Mikrobioloji laboratoriyada işin ayrılmaz hissəsi biotəhlükəsizlik və bioloji risklərin idarə olunmasıdır. Patoloji materialın düzgün götürülməsi, saxlanması və daşınması; infeksion materialla işləmə qaydaları; dezinfeksiya, sterilizasiya, aseptika və antiseptika tədbirləri; tullantıların idarə olunması və laborator qəzaların profilaktikası həm tələbələrin, həm də xəstələrin təhlükəsizliyi üçün vacibdir.

“Tibbi mikrobiologiya və immunologiya” fənni gələcək həkimlərə:

  1. İnfeksion xəstəliklərin etiologiyası və patogenezi barədə fundamental biliklər,
  2. Laborator diaqnostikanın klassik və müasir metodlarını öyrənmə və nəticələri interpretasiya etmə bacarığı,
  3. Rasional antimikrob terapiya və AMR-in qarşısının alınması üçün elmi əsaslı yanaşma,
  4. İmmun cavabın mexanizmləri, immunoprofilaktika və immunoterapiya prinsipləri,
  5. Biotəhlükəsizlik və infeksiya nəzarəti vərdişləri qazandıraraq klinik qərarvermənin keyfiyyətini yüksəldir.

Beləliklə, “Tibbi mikrobiologiya və immunologiya” fənni gələcək həkimlərin klinik təfəkkürünün formalaşmasında, infeksion xəstəliklərin etioloji diaqnostikasında, rasional müalicə və profilaktika strategiyalarının seçilməsində, həmçinin ictimai sağlamlığın qorunmasında aparıcı və əvəzolunmaz rol oynayan əsas fundamental fənlərdən biridir. 

 

Payız semestrində keçilən fənnlər

Fakültələr

Kurs

Fənnlər

Auditoriya saatları

1

Hərbi tibb fakültəsi

II

Tibbi mikrobiologiya və immunologiya

Mühazirə

Praktika

20

44

 

Təhsil pilləsi:  bakalavriat

İxtisasın adı: Hərbi tibb fakültəsi

 

Fənnin məqsədi: 

İnsanda xəstəlik törədən mikroorqanizmlərin sistematikası və təsnifatı, morfo-bioloji xüsusiyyətləri, ekologiyası, müxtəlif amillərin törədicilərə təsiri, mikrobioloji müayinə üsulları, o cümlədən mikroskopik müayinə, təmiz kulturanın alınması, seroloji və molekulyar-genetik diaqnostikası, antimikrob terapiyanın əsasları, infeksiya və infeksion proses, orqanizmdə baş verən immun proseslər, onların mexanizmi, eləcə də immunprofilaktika, immunterapiya və immundiaqnostika prinsipləri haqqında məlumat vermək.

 

Fənnin təlim nəticəsi:

  1. Mikroorqanizmlərin təsnifatı və ümumi xüsusiyyətləri haqqında məlumatları bilir;
  2. Mikroorqanizmlərin biosfer, ekosistem, xalq təsərrüfatı və tibdə əhəmiyyətini bilir;
  3. Mikroorqanizmlər arası qarşılıqlı münasibətləri və ətraf mühit amillərinin təsirini bilir;
  4. Dezinfeksiya, sterilizasiya, aseptika və antiseptikanın mikrobioloji əsaslarını bilir;
  5. İnsan orqanizminin normal mikroflorası haqqında məlumatları bilir;
  6. Orqanizmin qeyri-spesifik və spesifik müdafiə amillərini bilir;
  7. Mikroorqanizmlərin infeksion və qeyri-infeksion xəstəliklərin yaranmasında etioloji rolunu bilir;
  8. İnfeksion immunologiya və allerqologiyanın əsaslarını bilir;
  9. İnfeksion xəstəliklərin patogenezini və laborator diaqnostika prinsipləri və üsullarını bilir;
  10. Mikroorqanizmlərlə kontaminasiya olunmuş materiallar haqqında məlumatları bilir;
  11. Mikrobioloji müayinə aparılması zamanı təhlükəsizlik və davranış qaydalarını bilir;
  12. Törədicinin növündən asılı olaraq patoloji materialların düzgün seçilməsi, saxlanılması və göndərilməsini bilir;
  13. Törədicinin növündən asılı olaraq mikrobioloji müayinə üsullarının tətbiqini bilir;
  14. Rasional antibiotik terapiya prinsiplərini bilir;
  15. Törədicinin növündən asılı olaraq spesifik müalicə və profilaktika prinsiplərini bilir;
  16. Tibbi xidmətlə əlaqəli infeksiyalar və onların qarşısının alınması yollarını bilir;
  17. İnformasiya texnologiyalarından istifadə etmək;
  18. Əlavə məlumat resurslarını seçmək;
  19. Elmi və tibbi ədəbiyyat mənbələrini araşdırmaq;
  20. Müfaviq məlumatı təhlil etmək (məlumatların analizi, qiymətləndirilməsi və tətbiqi);
  21. Mikrobioloji müayinə üçün patoloji materialları düzgün seçmək;
  22. Xəstələrdən müayinə materialları düzgün götürmək, saxlamaq və göndərmək;
  23. Klinik materialları mikrobioloji müayinə üçün hazırlamaq;
  24. Mikrobioloji müayinələri (mikroskopik, kultural, seroloji və s.) aparmaq;
  25. Mikroorqanizmlərin antibiotiklərə qarşı həssaslığını təyin etmək;
  26. Mikrobioloji müayinələrin nəticələrini interpretasiya etmək;
  27. Tibbi yardım göstərilən zaman və mikrobioloji müayinələrin aparılmasında bioloji təhlükəsizlik qaydalarına riayət etmək.

 

Fənnin məzmunu

İnsanda xəstəlik törədən mikroorqanizmlərin sistematikası və təsnifatı, morfo-bioloji xüsusiyyətləri, ekologiyası, müxtəlif amillərin törədicilərə təsiri, mikrobioloji müayinə üsulları, o cümlədən mikroskopik müayinə, təmiz kulturanın alınması, seroloji və molekulyar-genetik diaqnostikası, alınmış nəticələrin interpretasiyası, antimikrob terapiyanın əsasları, infeksiya və infeksion proses, həmçinin, orqanizmdə baş verən immun proseslər, onların mexanizmi, eləcə də immunoprofilaktika, immunoterapiya və immundiaqnostika prinsipləri

 

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1

Tibbi mikrobiologiya və immunologiya, onun məqsəd və vəzifələri, inkişaf mərhələləri. Mikroorqanizmlərin sistematikası və təsnifatı. Bakteriyaların təsnifatı

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 16-35)

2

2

Bakteriyaların morfologiyası və ultrastrukturu. Spiroxet, rikketsiya, xlamidiya, mikoplazma və aktinomisetlərin təsnifatı, morfologiyası və ultrastrukturu

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 35-53)

2

3

Göbələklərin, ibtidailərin və virusların təsnifatı, morfologiyası və ultrastrukturu. Prionlar

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 53-60; 84-93)

2

4

Mikroorqanizmlərin fiziologiyası. Metabolizm, qidalanma, tənəffüs və çoxalma. Mikroorqanizmlərin kultivasiya prinsipləri

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 60-84; 93-97)

2

5

Mikroorqanizmlərin ekologiyası. Biosferanın mikroflorası. İnsan orqanizminin normal mikroflorası. Xarici mühit amillərinin (fiziki, kimyəvi və bioloji) mikroorqanizmlərə təsiri. Faqlar. Mikroorqanizmlərin genetikası, genetik dəyişkənliyin növləri. Biotexnologiya və gen mühəndisliyi

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 97-160)

2

6

Antimikrob terapiyanın əsasları. Kimyəvi terapevtik preparatlar. Antibiotiklər

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 196-219)

2

7

İnfeksiya haqqında təlim. İmmunitet, onun növləri: anadangəlmə (qeyri-spesifik) və qazanılmış (spesifik). Anadangəlmə (qeyri-spesifik) immunitet, onun xüsusiyyətləri və amilləri

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,160-190)

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 160-193)

2

8

Qazanılmış  (spesifik) immunitet. Antigenlər, onun növləri. Mikroorqanizmlərin antigen quruluşu. İnsan orqanizminin antigenləri. İnsanın immun sistemi, orqan və toxumaları, immunkompetent hüceyrələr

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 219-254)

2

9

İmmun cavab, onun növləri (hüceyrəvi və humoral) və mexanizmləri. İmmunkompetent hüceyrələrin immun cavabda kooperasiyası. İmmun cavab reaksiyaları. Anticisim əmələ gəlmə, immunqlobulinlər və onların sinifləri.  İmmun faqositoz, hiperhəssaslıq reaksiyaları, immunoloji yaddaş, immunoloji tolerantlıq, anticisimdən asılı və asılı olmayan sitotoksiklik. Törədicidən asılı olaraq immun cavabın xüsusiyyətləri

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 254-290)

2

10

İmmunpatologiya. İmmunçatışmazlıq. Yüksək həssaslıq reaksiyaları və onların növləri. Autoimmun xəstəliklər.  İmmundiaqnostika. İmmunprofilaktika və immunterapiya

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 290-333)

2

 

 

Mövzu (praktik məşğələ)

Ədəbiyyat

Saat

1

Tibbi mikrobiologiya və immunologiya, onun məqsəd və vəzifələri. Mikroorqanizmlərin sistematikası və təsnifatı. Bakteriyaların təsnifatı. Mikrobioloji laboratoriyanın quruluşu, orada iş rejimi. Mikrobioloji müayinə üsulları. Mikroskopik üsul. Mikroskoplar, immersion obyektivlə işləmə qaydası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 16-35)(səh., 35-41)

Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/  Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 7-15)(səh.,36-38 )

2

2

Bakteriyaların morfologiyası və ultrastrukturu, hüceyrə divarının quruluşu. Müxtəlif patoloji materiallardan və mikrob kulturasından yaxmaların hazırlanması. Anilin boyaları. Sadə üsulla boyama. Qram üsulu

 

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 42, 46)

2

3

Bakteriyaların ultrastrukturu. Turşuya davamlı bakteriyalar və onların Sil-Nilsen üsulu ilə boyadılması. Sporlar və onların Ojeşko üsulu ilə rənglənməsi. Hüceyrə daxili əlavələr və onların Neysser üsulları ilə boyadılması

 Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 42, 46)

2

4

Bakteriyaların ultrastrukturu. Flagella və kapsula. Mikrob hərəkətinin təyini (“əzilən və asılan” damla üsulları, vital boyama). Kapsulanın Gins-Burri üsulu ilə aşkar edilməsi

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 42, 46)

Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/  Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 39-40)

2

5

Spiroxetlərin, rikketsiyaların, xlamidiyaların, mikoplazmaların və aktinomisetlərin təsnifatı, morfologiyası və ultrastrukturu.  Gimza üsulu ilə boyama

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 48-53)

2

6

Göbələklərin təsnifatı, morfologiyası və ultrastrukturu

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 53-58, 60)

2

7

İbtidailərin təsnifatı, morfologiyası və ultrastrukturu

 

 Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/  Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 32-34,35)

2

8

Virusların təsnifatı, morfologiyası və ultrastrukturu

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 84-93)

Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/  Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 35-36)

2

9

Mikroorqanizmlərin fiziologiyası. Mikroorqanizmlərin metabolizmi, qidalanması, qidalı mühitlər. Fiziki və kimyəvi amillərin mikroorqanizmlərə təsiri. Sterilizasiya və dezinfeksiya

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 60-70; 79-82; 151-160)

2

10

Mikroorqanizmlərin tənəffüsü və çoxalması. Aerob və anaerob bakteriyaların kultivasiyası. Bakterioloji üsul. Aerob və anaerob bakteriyaların təmiz kulturasının alınması (I gün)

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 70-84)

2

11

Bakterioloji üsul. Aerob və anaerob bakteriyaların təmiz kulturasının alınması (II gün və III gün). Bakteriyaların kultural xassələri. Bakteriyaların fermentativ aktivliyə görə identifikasiyası. Müasir identifikasiya üsulları

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 70-84)

2

12

Yekun məşğələ

 

2

13

Virus, rikketsiya və xlamidiyaların kultivasiyası. Virusların indikasiya və identifikasiya üsulları. Faqlar, alınması, titrlənməsi, tətbiqi

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 93-102)

2

14

Mikroorqanizmlərin ekologiyası. Torpağın, suyun, havanın və insan orqanizminin mikrobiotası. Mikroorqanizmlərin genetikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 102-151)

2

15

Antimikrob terapiyanın əsasları. Kimyəvi terapevtik preparatlar. Antibiotiklər, alınması, təsnifatı və tətbiqi. Bakteriyaların antibiotiklərə qarşı həssaslığının təyini

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 196-219)

2

16

İnfeksiya. Laborator heyvanların yoluxdurulması, təşrihi  və müayinəsi. Patogenlik və virulentliyin  təyini

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,160-190)

2

17

İmmunitet və onun növləri: anadangəlmə (qeyri-spesifik) və qazanılmış (spesifik). Anadangəlmə immunitet, onun xüsusiyyətləri və amilləri. Faqositoz. Leykositlərin faqositar aktivliyinin təyini

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 160-196,219-254, 254-290; 317)))

2

18

Qazanılmış (spesifik) immunitet. Antigenlər və onların növləri. Mikroorqanizmlərin antigen quruluşu. İnsan orqanizminin antigenləri. İnsanın immun sistemi, orqan və toxumaları, immunkompetent hüceyrələr.   İmmun cavab reaksiyaları. Anticisimlər. Seroloji reaksiyalar, onların mikrobioloji diaqnostikada tətbiqi

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 160-196,219-254, 254-290; 317)))

2

19

Aqqlütinasiya reaksiyası və onun variantları (təxmini və geniş). Hemaqqlütinasiya reaksiyası (HAR). Hemaqqlütinasiyanın ləngimə reaksiyası (HALR). Passiv hemaqqlütinasiya reaksiyaları (PHAR). Kumbs reaksiyası. Hərəkətli bakteriyaların immobilizasiya reaksiyası. Presipitasiya reaksiyası və onun variantları (həlqə presipitasiyası, geldə immun diffuziya, immunelektroforez). Toksinin neytrallaşma reaksiyası (TNR). Radial immundiffuziya reaksiyası(RİD)

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 317-322; 323)

 

2

20

Komplementin birləşmə reaksiyası (KBR). İmmunflüoressensiya reaksiyası (İFR). İmmunferment analiz (İFA). Radioimmun metod (RİM). İmmunblotinq (İB). Genetik metodların mikrobioloji diaqnostikada tətbiqi. Zəncirvari polimeraza reaksiyası (ZPR). Sekvenləşdirmə

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 322; 324-327; 123-125)

 

2

21

İmmunpatologiya. İmmunçatışmazlıq. Yüksək həssaslıq reaksiyaları və onların növləri. Autoimmun xəstəliklər. Dəri-allergik reaksiyaları, onların mikrobioloji diaqnostikada tətbiqi

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 290-312, 317)

2

22

İmmunprofilaktika və immunterapiya. Vaksinlər və immun zərdablar

 

2