Bizi izləyin:
Heydər Əliyev
Tibbi mikrobiologiya və immunologiya II (Müalicə işi)
Bölmələrimiz
Tibbi mikrobiologiya və immunologiya II (Müalicə işi)

Müasir dövrdə tibb elminin sürətli inkişafı, qlobal sağlamlıq risklərinin mürəkkəbləşməsi və tibbi xidmətin keyfiyyətinə dair tələblərin artması yüksək ixtisaslı kadr hazırlığını səhiyyə sistemlərinin əsas strateji hədəflərindən birinə çevirmişdir. Bu prosesdə fundamental biotibbi fənlərin, xüsusilə “Tibbi mikrobiologiya və immunologiya” fənninin rolu mühüm əhəmiyyətə malikdir.

Bu fənn mikroorqanizmlərin, onların insan orqanizmi ilə qarşılıqlı münasibətlər mexanizmlərinin, xəstəliklərin diaqnostika, müalicə və profilaktika prinsiplərinin öyrənilməsi üçün konseptual əsasını təşkil edir. Bu sahədə dərin biliklər olmadan  istər endemiya, istərsə də pandemiyalar (məs., COVİD-19) kimi qlobal infeksion təhlükələrlə mübarizə aparan müasir kompetent həkim yetişdirilməsi mümkün deyildir.

Bu fənn həmçinin, mikroorqanizmlərin insan sağlamlığına təsir mexanizmlərini, infeksion ağırlaşmaların kliniki praktikada rolunu, laborator diaqnostikanın əsaslarını və infeksion nəzarət prinsiplərini də öyrədir.

Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinin həkim hazırlığında “Tibbi mikrobiologiya və immunologiya” fənni xüsusi yer tutur. Bu fənn  ali tibb təhsilində fundamental baza fənnidir və bütün klinik ixtisaslar üçün zəruri olan bilik və bacarıqların formalaşmasına xidmət edir.

Tibbi mikrobiologiya və immunologiya  dünya üçün mühüm əhəmiyyət kəsb edərək, yoluxucu xəstəliklərə qarşı mübarizənin, peyvəndlərin və antibiotiklərin hazırlanmasının, həmçinin müdafiə amillərinin və mikrobiotanın sağlamlıqda rolunun dərk edilməsinin əsasını təşkil edir.

Son illər qlobal sağlamlıq gündəliyində infeksion xəstəliklərin yenidən ön plana çıxması müşahidə olunur. Bir tərəfdən yeni patogenlərin meydana gəlməsi və sürətli yayılması (məsələn, COVID-19 pandemiyası), digər tərəfdən isə “köhnə” infeksiyaların geri qayıtması və ya lokal ocaqlardan qlobal təhlükəyə çevrilməsi bu sahədə bilik və bacarıqların yenilənməsini zəruri edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bildirilən məlumatlar göstərir ki, qızılca kimi vaksinlə idarə olunan infeksiyalar belə, immunizasiya səviyyəsinin azalması fonunda yenidən geniş yayılma potensialına malikdir: ÜST Avropa Regionunda 2024-cü il üzrə qızılca hallarının kəskin artmasını  bölgədə onilliklər ərzində ən yüksək göstəricilərdən biri kimi qiymətləndirilmişdir.

Bununla yanaşı, “One Health” (Vahid Sağlamlıq) yanaşması insan sağlamlığının heyvan sağlamlığı və ətraf mühitlə sıx bağlı olduğunu vurğulayır; antimikrob rezistentlik (AMR), zoonoz epidemiyalar, iqlim dəyişikliyi fonunda vektorlarla yayılan xəstəliklərin genişlənməsi bu yanaşmanın praktik əhəmiyyətini artırır. Ənənəvi epidemioloji modelləri dəyişən müasir sosioloji faktorlar – urbanizasiya, miqrasiya, beynəlxalq turizm, qlobal ticarət, səhiyyə sistemlərinə düşən yük – mikroorqanizmlərin yayılma mexanizmlərinə də təsir edir. Bu səbəbdən gələcək həkimlərin yalnız klassik mikrobioloji biliklərlə deyil, həm də müasir qlobal sağlamlıq düşüncəsi ilə hazırlığı vacibdir.

Müasir mikrobiologiyanın ən ciddi problemlərindən biri antimikrob rezistentliyin (AMR) sürətlə artmasıdır. ÜST AMR-i qlobal ictimai sağlamlıq üçün ən ciddi təhlükələrdən biri kimi qiymətləndirir. Antibiotiklərin geniş və bəzən əsassız istifadəsi, özbaşına qəbul, düzgün dozalanmama, kursun yarımçıq saxlanması, həmçinin baytarlıq və kənd təsərrüfatında antimikrobların nəzarətsiz tətbiqi rezistent ştamların seçilməsinə və yayılmasına şərait yaradır.

ÜST-nin qlobal antibiotik rezistentliyi üzrə 2025-ci il hesabatı (GLASS çərçivəsində toplanmış məlumatlara əsasən) laborator təsdiqli infeksiyalarda rezistentlik yükünün yüksək olduğunu və bir çox regionlarda artım meyillərinin davam etdiyini göstərir. AMR yalnız klinik nəticələri ağırlaşdırmır; eyni zamanda cərrahiyyə, transplantologiya, reanimasiya, onkologiyada kimyaterapiya kimi sahələrdə tibbi müdaxilələrin təhlükəsizliyini də birbaşa risk altına qoyur.

İnsan orqanizminin normal mikroflorası (mikrobiota) haqqında biliklər son onillikdə xüsusilə genişlənmişdir. Bağırsaq mikrobiotasının metabolik, immunoloji və neyrohumoral funksiyalarda rolu, disbiozun müxtəlif xəstəliklərlə əlaqəsi, antibiotiklərin mikrobiotaya təsiri kimi mövzular mikrobiologiya və immunologiyanın müasir istiqamətlərinə daxildir. Mikrobiota tədqiqatları immun sistemin inkişafı və tənzimlənməsi, iltihabi proseslər və infeksiyalara həssaslıq baxımından yeni elmi izahlar verir.

Müasir dövrdə vaksin platformalarının şaxələnməsi, o cümlədən mRNT əsaslı texnologiyaların inkişafı immunoprofilaktikanın imkanlarını genişləndirmişdir.

XX əsrin sonu və XXI əsrin əvvəllərində mikrobiologiyada baş verən metodoloji sıçrayışlar laborator diaqnostikanı köklü şəkildə dəyişdirmişdir. Müasir laboratoriyalarda klassik metodlar molekulyar-genetik, genomik və proteomik texnologiyalarla tamamlanır.

Mikrobioloji laboratoriyada işin ayrılmaz hissəsi biotəhlükəsizlik və bioloji risklərin idarə olunmasıdır. Patoloji materialın düzgün götürülməsi, saxlanması və daşınması; infeksion materialla işləmə qaydaları; dezinfeksiya, sterilizasiya, aseptika və antiseptika tədbirləri; tullantıların idarə olunması və laborator qəzaların profilaktikası həm tələbələrin, həm də xəstələrin təhlükəsizliyi üçün vacibdir.

“Tibbi mikrobiologiya və immunologiya” fənni gələcək həkimlərə:

  1. infeksion xəstəliklərin etiologiyası və patogenezi barədə fundamental biliklər,
  2. laborator diaqnostikanın klassik və müasir metodlarını öyrənmə və nəticələri interpretasiya etmə bacarığı,
  3. rasional antimikrob terapiya və AMR-in qarşısının alınması üçün elmi əsaslı yanaşma,
  4. immun cavabın mexanizmləri, immunoprofilaktika və immunoterapiya prinsipləri,
  5. biotəhlükəsizlik və infeksiya nəzarəti vərdişləri qazandıraraq klinik qərarvermənin keyfiyyətini yüksəldir.

Beləliklə, “Tibbi mikrobiologiya və immunologiya” fənni gələcək həkimlərin klinik təfəkkürünün formalaşmasında, infeksion xəstəliklərin etioloji diaqnostikasında, rasional müalicə və profilaktika strategiyalarının seçilməsində, həmçinin ictimai sağlamlığın qorunmasında aparıcı və əvəzolunmaz rol oynayan əsas fundamental fənlərdən biridir. 

 

Yaz semestrində keçilən fənnlər

Fakültələr

Kurs

Fənnlər

Auditoriya saatları

1

Müalicə işi

II

Tibbi mikrobiologiya və immunologiya

Mühazirə

Praktika

20

44

 

Təhsil pilləsi:  bakalavriat

İxtisasın adı: Müalicə işi

Fənnin məqsədi:

Tibb əhəmiyyətli bakteriya,virus, göbələk və ibtidailərin morfo-bioloji xüsusiyyətlərini, patogenlik amillərini, törətdikləri xəstəliklərin patogenezini, orqanizmin onlara qarşı verdiyi immun cavab reaksiyalarını,  törətdikləri xəstəliklərin diaqnostikasında istifadə olunan mikrobioloji müayinə üsullarını, müalicəsində istifadə edilən kimyəvi terapevtik preparatlar və antibiotiklərin təyini, həmçinin spesifik müalicə və profilaktika prinsiplərinin öyrənilməsi. Tələbələrə təlimatlara və analiz metodlarına uyğun olaraq mikrobioloji müayinə üçün material götürülməsi, mikrobioloji müayinə metodlarından istifadə edərək xəstəliklərə diaqnoz qoyulması və mübarizə tədbirlərinin aparılması bacarıqlarının qazandırılması və eləcə də tibbi xidmətlə əlaqəli infeksiyalar və onlarla mübarizə tədbirlərinin öyrədilməsidir.

 

 

Fənnin təlim nəticəsi:

  1. İnformasiya texnologiyalarından istifadə
  2. Əlavə məlumat resurslarını seçmək qabiliyyəti
  3. Müfaviq məlumatı təhlil etmək qabiliyyəti
  4. Mikrobioloji müayinə üçün patoloji (kliniki) material götürür.
  5. Klinik materialları mikrobioloji müayinə üçün hazırlayır.
  6. Mikroskopik üsulla müayinə edir
  7. Klinik materiallardan təmiz kultura əldə edir
  8. Mikroorqanizmlərin təsnifatı və ümumi xüsusiyyətləri haqqında məlumatları bilir
  9. Mikroorqanizmlərin törətdiyi xəstəlikləri və xəstəliyin patogenezini bilir
  10. Xəstəliyin gedişatından asılı olaraq patoloji materialı düzgün seçməyi, götürməyi və daşınmasını bilir
  11. Hansı mikrobioloji müayinə üsullarından istifadəni, əldə edilən nəticələri düzgün interpretasiya etməyi bacarır
  12. Törədicinin növündən asılı olaraq müalicə və profilaktika prinsiplərini bilir
  13. Mikroblarla kontaminasiya olunmuş materiallar haqqında məlumatlara sahib olur və kontaminasiya ehtimalı olan şəraitdə işləməyi bacarır
  14. Tibbi xidmətlə əlaqəli infeksiyalar və onların qarşısının alınması yollarını bilir

 

Fənnin məzmunu

Tibbi əhəmiyyətli bakteriya, virus, göbələk və ibtidailərin morfo-bioloji xüsusiyyətlərini, patogenlik amillərini, törətdikləri xəstəliklərin patogenezini, orqanizmin onlara qarşı verdiyi immun cavab reaksiyalarını,  törətdikləri xəstəliklərin diaqnostikasında istifadə olunan mikrobioloji müayinə üsullarını, müalicəsində istifadə edilən kimyəvi terapevtik preparatlar və antibiotiklərin təyini, həmçinin spesifik müalicə və profilaktika prinsiplərinin öyrənilməsi. Tələbələrə təlimatlara və analiz metodlarına uyğun olaraq mikrobioloji müayinə üçün material götürülməsi, mikrobioloji müayinə metodlarından istifadə edərək xəstəliklərə diaqnoz qoyulması və mübarizə tədbirlərinin aparılması bacarıqlarının qazandırılması və eləcə də tibbi xidmətlə əlaqəli infeksiyalar və onlarla mübarizə tədbirləri

 

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1

Xüsusi mikrobiologiyaya giriş. Patogen və şərti-patogen koklar (Staphylococcus, Streptococcus, Enterococcus və Neisseria cinsləri) və çöplər (Pseudomonas, Acinetobacter, Proteus və Klebsiella cinsləri)

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh. 333-371, 389-394, 418-431)

2

2

Mədə-bağırsaq infeksiyalarının törədiciləri (Escherichia, Shigella, Salmonella, Vibrio, Campilobacter, Helicobacter cinsləri)

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh. 371-389, 405-409, 412-417)

2

3

Patogen anaeroblar (Clostridium və Bacteroides cinsləri). Zoonoz infeksiyaların törədiciləri (Bruсella, Bacillus, Listeria, Yersinia, Francisella cinsləri)

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 394-405, 490-518, 450-460, 464-472, 484-488)

2

4

Corynebacterium, Bordetella, Haemophilus, Gardnerella, Legionella, Mycobacterium, Actinomyces və Nocardia cinslərinə aid olan patogen bakteriyalar

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 472-484, 445-450, 431-441,460-464, 518-545 )

2

5

Patogen spiroxetlər, rikketsiyalar, xlamidiyalar və mikoplazmalar

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 545-569, 573-592)

2

6

Patogen göbələklər və ibtidailər

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 728-764, 764-790 )

2

7

Xüsusi virusologiyaya giriş. Kəskin respirator virus infeksiyalarının (Orthomyxoviridae, Paramyxoviridae, Adenoviridae, Coronaviridae fəsilələri, Rhinovirus cinsi) və çiçəyin (Poxviridae fəsiləsi) törədiciləri

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 627-652, 665-666, 614-618, 592-596)

2

8

Herpesviridae, Picornaviridae, Rhabdoviridae fəsilələri və arboviruslar qrupu (Togaviridae, Flaviviridae, Bunyaviridae, Filoviridae, Reoviridae və Arenaviridae fəsilələri)

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 598-614, 657-671, 679-704)

2

9

Hepatit virusları. Ləng virus infeksiyalarının törədiciləri. İnsanın immun çatışmazlığı virusu. Onkogen viruslar. Prion infeksiyaları

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 704-728, 671-679)

2

10

Klinik mikrobiologiyanın əsasları. Tibbi xidmətlə əlaqəli infeksiyalar. Tənəffüs yolları, mədə-bağırsaq,  sidik-cinsiyyət yolları, mərkəzi sinir sistemi, yara və septik infeksiyaları

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 790-842)

2

 

 

Mövzu (praktik məşğələ)

Ədəbiyyat

Saat

1

Mikrobioloji diaqnostikanın əsas prinsipləri, məqsəd və vəzifələri. Qram-müsbət kokların (stafilokoklar, streptokoklar və enterokoklar) törətdikləri xəstəliklərin mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 333-358)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 164-171)

2

2

Qram-mənfi kokların (meninqokoklar və qonokoklar) və şərti-patogen bakteriyaların (klebsiella, protey, asinetobakter, psevdomonas çöpləri) törətdiyi xəstəliklərin mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,358-371, 389-394, 418-423)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 171-176)

2

3

Bağırsaq infeksiyalarının (eşerixioz, qarın yatalağı, salmonelloz) mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 371-389)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 179-185)

2

4

Mədə-bağırsaq infeksiyalarının (dizenteriya, vəba, kampilobakterioz və helikobakterioz) mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 378-381, 405-410, 412-418)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 185-194)

2

5

Anaerob bakteriyaların (klostridilər və bakteroidlər) törətdikləri xəstəliklərin mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 490-508, 510)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 194-202)

2

6

Zoonoz infeksiyaların (bruselloz, qara yara, listerioz, taun və tulyaremiya) mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 450-460, 464-471, 484-488, 394-403)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 202-213)

2

7

Korinebakteriyalar, bordetellalar, hemofil bakteriyalar, qardnerellalar və legionellaların törətdikləri xəstəliklərin mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov

 “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 472-482, 445-450, 431-441, 460-464)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 213-221)

2

8

Vərəm, cüzam, aktinomikoz və nokardiozun mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 518-545)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 221-229)

2

9

Spiroxetlərin və  rikketsiyaların törətdikləri xəstəliklərin mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 545-569)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 229-242)

2

10

Xlamidiya və mikoplazmaların törətdikləri xəstəliklərin mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 573-592)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 242-248)

2

11

Yekun məşğələ

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.

2

12

Mikozların mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 728-764)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 248-255)

2

13

Protozoozların mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 764-790)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 255-272)

2

14

Xüsusi virusologiyaya giriş. Kəskin respirator virus infeksiyalarının (Orthomyxoviridae və Paramyxoviridae fəsilələri)  mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 627-649)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 272-284)

2

15

Kəskin respirator virus infeksiyalarının (Adenoviridae və Coronaviridae fəsilələri, Rhinovirus cinsi) və çiçəyin (Poxviridae fəsiləsi) mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 614-618, 649-652, 665-666, 592-598)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 284)

2

16

Herpesviridae, Picornaviridae fəsilələri və Rubivirus cinsinə aid olan virusların törətdiyi infeksiyaların mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 598-614, 657-665)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 285)

2

17

Arboviruslar qrupuna (Togaviridae, Flaviviridae, Arenaviridae, Bunyaviridae, Reoviridae və Filoviridae fəsilələri) və Rhabdoviridae fəsiləsinə aid olan virusların törətdiyi  infeksiyaların mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 679-704)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 292)

2

18

Virus hepatitlərinin mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 704-717)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 290)

2

19

Ləng virus infeksiyaları. İnsanın immun çatışmazlığı virus (İİV) infeksiyasının mikrobioloji diaqnostikası. Onkogen viruslar. Prion infeksiyaları

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 671-679, 717-728)

S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 295)

2

20

Klinik mikrobiologiyaya giriş. Tibbi xidmətlə əlaqəli infeksiyalar. Tənəffüs yolları, mədə-bağırsaq traktı infeksiyalarının və mikrobiota  pozğunluqlarının mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 790-805, 840-842)

2

21

Mərkəzi sinir sistemi və sidik-cinsiyyət sisteminin infeksiyalarının mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 805-825)

2

22

Yara və septik infeksiyaların mikrobioloji diaqnostikası

Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 825-840)

2