Hazırda tibb elminin sürətli inkişafı ilə əlaqədar olaraq yüksək ixtisaslı mütəxəssislərin hazırlığına nail olmaq üçün elmin, tədrisin, eləcə də tədris-metodik işlərin müasir səviyyəyə qaldırılması əsas vəzifələrdən biridir. Bu vəzifənin həyata keçirilməsi üçün tədris proqramlarının yenilənməsi və qabaqcıl təcrübənin tətbiqi vacibdir.
Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsi üçün həkim hazırlığlnda tibbi mikrobiologiya xüsusi yer tutur. Bu ümumi bioloji bilik verən fundamental bir elmdir və həkim – stomatoloqun aldığı biliyi praktikada tətbiq etməkdə ona yardımçı olur.
Mikrobiologiya - təbiətdə çox geniş yayılmış adi gözlə görünməyən, kiçik canlıların morfo-bioloji xüsusiyyətlərini, ultrastrukturunu, ekologiyasını və həyat fəaliyyətini öyrənən elmdir. Tibbi mikrobiologiya tədqiq etdiyi obyektlərə - mikroorqanizmlərə görə bakteriologiya, mikologiya, protozoologiya və virusologiya, eləcə də kliniki mikrobiologiya bölmələrinə ayrılır.
Mikrobiologiya fənni stomatologiya fakültəsinin tələbələrini mikroorqanizmlərin müxtəlifliyi (bakteriya, virus, göbələk və ibtidailərin) və onların insan patologiyasında rolu haqqında məlumatlandırır, mikroorqanizmlərin xüsusiyyətlərini, ekologiyasıni, müxtəlif amillərin onlara təsirini, orqanizmdə onlara qarşı yaranan immun cavab formalarını, törətdiyi xəstəliklərin yoluxma mexanizmini, patogenezinə dair məlumatlara sahibləndirir.
Mikrobiologiya əsasları stomatologiya fakültəsinin tələbələrində ağız boşluğu xəstəliklərinin effektiv müalicəsi və qarşısının alınması üçün vacib olan əsaslı klinik və praktik biliklərlə təmin edir, mikrobioloji müayinə üçün bioloji nümunə götürmə, müayinə üsulları, o cümlədən müayinə zamanı alınmış nəticələrin interpretasiyası, spesifik müalicə və profilaktikasına dair məlumatlara sahibləndirir.
Son illər qlobal sağlamlıq gündəliyində infeksion xəstəliklərin yenidən ön plana çıxması müşahidə olunur; buna həm yeni patogenlərin sürətli yayılması (məsələn, COVID-19 pandemiyası), həm də “köhnə” infeksiyaların yenidən aktuallaşması səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, vaksinlə idarə olunan qızılca kimi infeksiyalar belə immunizasiya səviyyəsinin azalması fonunda yenidən geniş yayılma potensialına malikdir və 2024-cü ildə ÜST Avropa Regionunda qızılca halları son onilliklərin ən yüksək göstəricilərindən biri kimi qeydə alınmışdır. Hazırda dərman preparatlarına qarşı davamlı mikroorqanizm ştamlarının geniş yayılması nəticəsində müalicə müəssisələrində şərti-patogen mikroorqanizmlərin törətdikləri xəstəliklərin sayı artmaqda davam edır. Bütün bunlar dərs proqramına edilən dəyişikliklərdə özünü göstərir.
Stomatologiya fakültəsinin tələbələri üçün mikrobiologiya fənni 4 bölmədən (ümumi, xüsusi mikrobiologiya, immunologiya və ağız boşluğunun mikrobiologiyası) ibarətdir.
Mikrobiologiya elmi ağız boşluğunda məskünlaşan mikroorqanizmləri, onların dişlər və diş ətinin sağlamlığına təsirini öyrənir. Ağız boşluğu mikroorqanizmlərinin tərkibini və onların arasındakı qarşılıqlı münasibətləri bilmək diş ərpinin və kariyesin əmələ gəlməsi, diş əti xəstəliklərinin (gingivit, parodontit) inkişafı və stomatoloji müdaxilələrdən sonra yoluxmaları anlamağa kömək edir. Mikrobiologiya fənni həkim-stomatoloqlara ağız boşluğu mikroorqanizmlərinin həyat fəaliyyəti nəticəsində yaranan kariyesin, gingivit və parodontitin mexanizmini anlamağa və onlara qarşı profilaktik tədbirlər görməyə imkan yaradır. Diş çəkilməsi, implantasiya və digər cərrahi prosedurlardan sonra mikroorqanizmlərin yara səhəsinə nüfüz etməsinin qarşısını almaq üçün mikrobioloji biliklər vacibdir. Ağız boşluğunun mikroflorası ürək-damar xəstəlikləri, şəkərli diabet və diqər sistem xarakterli bir sıra patologiyaların yaranmasında əlaqəli ola bilər. Bunları bilən stomatoloqlar pasiyentlərə ümumi sağlamlıqla bağlı düzgün tövsiyələr verməyə imkanlara sahib olur.
Alətlərin düzgün sterilizasiyası, antiseptik və antibiotiklərdən düzgün istifadə infeksiya riskini azaldır.
Mikroorqanizmlərin antibiotiklərə davamlılığı müasir stomatologiyada da ciddi problemdir. Geniş yayılmış antimikrob rezistentlik haqqında məlumata yiyələnmək stomatoloqlara infeksiyanın törədicisinə qarşı etiotrop müalicə preparatlarının seçilməsinə kömək edir. Həmçinin mikroorqanizmlərin antibiotiklərə qarşı rezistentlik mexanizmlərini anlamaq düzgün müalicə aparılması üçün çox vacibdir.
Ağız boşluğunun sağlam qiqiyenası, dişlərin düzgün təmizlənməsi, yaxalayıcı məhlulların düzqün istifadəsi mikrobioloji biliklərə əsaslanır. Ağız mikrobiomu ilə bağlı müasir tədqiqatlar yeni diaqnostika (molekulyar-genetik, genomik) və müalicə üsullarının inkişafına şərait yaradır. Bu sahə stomatologiyada böyük perspektivə malikdir.
Beləliklə “Tibbi mikrobiologiya və ağız boşluğu mikrobiologiyası” fənni stomatologiyada infeksion patologiyaların diaqnostika, profilaktika və müalicənin əsas elmi bazasını təşkil edir. Tədris proqramı dərslərin düzgün təşkilində, tədris alan tələbələrin tibbi mikrobiologiyaya, xüsusilə də ağız boşluğunun mikrobiologiyasına dair müvafiq bilik və bacarıqların mənimsənilməsində mühüm rol oynayır.
Payız semestrində keçilən fənnlər
|
№ |
Fakültələr |
Kurs |
Fənnlər |
Auditoriya saatları |
|
|
1 |
Stomatologiya |
II |
Tibbi mikrobiologiya və agız boşluğu mikrobiologiyası |
Mühazirə |
Praktika |
|
16 |
60 |
||||
Təhsil pilləsi: bakalavriat
İxtisasın adı: Stomatologiya
Fənnin məqsədi:
Tibbi əhəmiyyətli mikroorqanizmlərin təsnifatı, morfo-bioloji xüsusiyyətləri, ekologiyası, infeksion və geyri-infeksion patologiyalarda rolu, orqanizmdə onlara qarşı baş verən immun prosesləri, törətdikləri xəstəliklərin patogenezi, stomatoloji əhəmiyyətli infeksion xəstəliklər və onların mikrobioloji diaqnostikasının üsulları, infeksion xəstəliklərin etiotrop müalicə və profilaktika prinsipləri, həmçinin stomatoloji tibb müəssisələrində sanitar nəzarət tədbirləri ilə tanış etmək.
Fənnin təlim nəticəsi:
Fənnin məzmunu:
Tibb əhəmiyyətli mikroorqanizmlərin təsnifatı, morfo-bioloji xüsusiyyətləri, mikroorganizm və sahib organizm arasında yaranan qarşılıqlı münasibətlər, organizmin normal mikroflorası və onun ağız boşluğunda rolu. Sterilizasiya və dezinfeksiyada ümümi anlayşlar. Antimikrob terapiyanın əsasları və prinsipləri, təsir və davamlılıq mexanizmləri. İnsanın immun sistemi haqqında anlayış, immun cavab reaksiyaları, immunoterapiya və immunoprofilaktikanın əsasları. Diş ərpinin əmələ gəlməsi, diş daşı və kariesin əmələ gəlməsində və patogenezində mikroorganizmlərin rolu, stomatolojı əhəmiyyətli mikroorqanizmlərin dental və periodontal, odontogen infeksiyaların yaranmasında rolu, bu xəstəliklərin diaqnostika üsulları, müalicə və profilaktika prinsipləri. Stomatoloji müəssisələrdə sanitar nəzarət tədbirləri.
|
№ |
Mövzu (mühazirə) |
Readings (Ədəbiyyat) |
Saat |
||
|
1 |
Tibbi mikrobiologiya və immunologiya, onun məqsəd və vəzifələri, inkişaf mərhələləri. Mikroorqanizmlərin sistematikası və təsnifatı. Bakteriyaların, göbələklərin, ibtidailərin və virusların təsnifatı, morfologiyasi və ultrastrukturu
|
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(16-97) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (8-49) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Baki, səh.25-43 |
2 |
||
|
2 |
Mikroorqanizmlərin ekologiyası. İnsan orqanizminin normal mikrobiotası. Ağız boşluğunun və ağız suyunun mikrobiotası. Xarici mühit amillərinin (fiziki, kimyəvi və bioloji) mikroorqanizmlərə təsiri. Sterilizasiya və dezinfeksiya. Faqlar. Mikroorqanizmlərin genetikası, genetik dəyişkənliyin növləri. Antimikrob terapiyanın əsasları. Kimyəvi terapevtik preparatlar. Antibiotiklər |
1. Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (102-160, 196-217) 2.S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (49-103) 3.Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Baki, səh.44-49, 61-78 |
2 |
||
|
3 |
İnfeksiya haqqında təlim. Mikroorqanizmlərin (bakteriya, göbələk, ibtidai, virus) törətdiyi infeksiyaların patogenezi və diaqnostika üsulları. İmmunitet, onun növləri. Anadangəlmə (qeyri-spesifik) və qazanılmış (spesifik) immunitet. Antigenlər, onların növləri. |
|
2 |
||
|
4 |
İnsanın immun sistemi, orqan və toxumaları, immunkompetent hüceyrələr. İmmun cavab, immunkompetent hüceyrələrin immun cavabda kooperasiyası. İmmun cavab reaksiyaları. Anticisimlər. Seroloji reaksiyalar. İmmunpatologiya, immunçatışmazlıq, yüksək həssaslıq reaksiyaları, autoimmun xəstəliklər. İmmunprofilaktika və immunterapiya |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(254-329) 2.S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(115-162) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Baki, səh.90-110 |
2 |
||
|
5 |
Stomatoloji əhəmiyyətli bakterial infeksiyaların törədiciləri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(333-592) 2.S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (164-248) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Baki, səh.119-249 |
2 |
||
|
6 |
Stomatoloji əhəmiyyətli parazitar və mikotik infeksiyaların törədiciləri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(728-788) 2.S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(248-272) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Baki, səh.308-331 Z.Ö.Qarayev, T.Ə.Əliyev, A.İ.Qurbanov “Tibbi mikologiya”/ Bakı, “Təbib” nəşriyyatı, 2007, 418 səh (166-191) |
2 |
||
|
7 |
Stomatoloji əhəmiyyətli virus infeksiyalarının törədiciləri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(592-723) 2.S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (272-297) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Baki, səh.249-308 |
2 |
||
|
8 |
Ağız boşluğunun infeksiyaları. Dental biofilmlər. Dental, periodontal və dentoalveolyar infeksiyalar. Ağız boşluğu selikli qişasının və tüpürcək vəzinin infeksiyaları. Oral mikrobiota ilə bağlı sistem xəstəliklər. Stomatoloji tibb müəssisələrində sanitar nəzarət |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(796-799) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Baki, səh. 353-354 |
2 |
|
№ |
Topic Mövzu (praktik məşğələ) |
Readings (Ədəbiyyat) |
Saat |
|
1 |
Mikrobiologiyaya giriş. Bakteriyaların təsnifatı, morfologiya, ultrastrukturu və müayinə üsulları |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (16-53) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(29-45) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Baki, səh. (24-32) |
2 |
|
2 |
Göbələklərin, ibtidailərin, virusların təsnifatı, morfologiya, ultrastrukturu və müayinə üsulları |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(53-60,84-93) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(45-49) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Baki, 396 səh. (32-34) Z.Ö.Qarayev, T.Ə.Əliyev, A.İ.Qurbanov “Tibbi mikologiya”/ Bakı, “Təbib” nəşriyyatı, 2007, 418 səh.(166-347) |
2 |
|
3 |
Mikroorqanizmlərin ekologiyası. İnsan orqanizminin normal mikrobiotası. Ağız boşluğunun və ağız suyunun mikrobiotası. Fiziki, kimyəvi və bioloji amillərin mikroorqanizmlərə təsiri. Sterilizasiya və dezinfeksiya. Faqlar |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(125-160, 97-102) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (49, 87, 93) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Baki, 396 səh. (44-49) |
2 |
|
4 |
Mikroorqanizmlərin genetikası. Antimikrob terapiyanın əsasları. Kimyəvi terapevtik preparatlar. Antibiotiklər, təsir mexanizmləri və tətbiqi qaydaları. Mikroorqanizmlərin antibiotiklərə davamlılığı. Mikroorqanizmlərin antibiotiklərə həssaslığının təyini |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(102-125, 196-217) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (89,98) Z.Ö.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Baki, 396 səh. (61-76) |
2 |
|
5 |
İnfeksiya haqqında anlayış. Mikroorqanizmlərin (bakteriya, göbələk, ibtidai, virus) törətdiyi infeksiyaların patogenezi və diaqnostikası (mikroskopik, kultural, bioloji, seroloji, dəri-allergik və molekulyar-genetik üsullar). Mikroorqanizmlərin müasir identifikasiya üsulları |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(160-193) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(103-110) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Baki, 396 səh. (116-117) |
2 |
|
6 |
İmmunologiyaya giriş. İmmunitet, onun növləri və formaları. Anadangəlmə immunitet və onun xüsusiyyətləri. Transplantasiya immuniteti.Oral immunitet |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(219-254) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(111) |
2 |
|
7 |
Qazanılmış (spesifik) immunitet. Antigenlər. Orqanizmin immun sistemi. İmmunkompetent hüceyrələr. İmmun cavab reaksiyaları. Anticisimlər. Seroloji testlər |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(762-764) Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(518-543) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(112-147) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Baki, 396 səh. (90-102) |
2 |
|
8 |
İmmun çatışmazlıqlar. Autoimmun xəstəliklər. Yüksək həssaslıq reaksiyaları. İmmunprofilaktika və immunterapiyanın prinsipləri. Vaksinlər və immun zərdablar |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(290-307) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(153-164) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, 396 səh. (102-111) |
2 |
|
9 |
Xüsusi mikrobiologiyaya giriş. Qram müsbət kokların (Staphylococcus, Streptococcus, Enterococcus cinsləri) törətdiyi infeksiyaların mikrobioloji diaqnostikası. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(333-358) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(164-171) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (120-136) |
2 |
|
10 |
Qram mənfi kokların (Neisseria cinsi) törətdiyi infeksiyaların mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(358-371) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(171- 174) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (138-142) |
2 |
|
11 |
Qram müsbət çöplərın (Bacillus, Clostridium, Corynebacterium, Listeria) törətdikləri xəstəliklərin mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(464-508) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(194-202, 205, 211, 217) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (185-209) |
2 |
|
12 |
Qram mənfi bakteriyaların (Escherichia, Salmonella, Shigella, Vibrio, Campylobacter, Helicobacter cinsləri) törətdikləri xəstəliklərin mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(371-387) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(179-194) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (144-155) |
2 |
|
13 |
Qram mənfi çöplərin (Klebsiella, Enterobacter, Proteus cinsləri) törətdiyi infeksiyaların mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(389-392) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(175) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (144-155) |
2 |
|
14 |
Qram mənfi çöplərin (Pseudomonas, Bacteroides, Legionella, Haemophilus, Bordetella cinsləri) törətdikləri xəstəliklərin mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(418-445) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(174,176, 213-217) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (162-164; 171-174; 176) |
2 |
|
15 |
Qram mənfi çöplərin (Brucella, Francisella, Yersinia cinsləri) törətdiyi zoonoz infeksiyaların mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(450-460, 349-403) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(221-227) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (331-333) |
2 |
|
16 |
Yekun məşğələ |
|
2 |
|
17 |
Mycobacterium, Actynomyces, Nocardia və Mycoplazma cinslərinə aid olan bakteriyaların törətdikləri xəstəliklərin mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(518-543) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(221-227) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (212-228; 245-248) |
2 |
|
18 |
Treponema, Borrellia, Leptospira cinslərinə aid olan bakteriyaların törətdikləri xəstəliklərin mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(545-556) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(229-236) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (231-241) |
2 |
|
19 |
Obliqat hüceyrə daxili bakteriyaların (Chlamydia və Rickettsia) törətdikləri xəstəliklərin mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(559-570, 573-582) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(239,244) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (242-245) |
2 |
|
20 |
Tibbi mikologiyaya giriş. Göbələk mənşəli infeksiyalar, patogenezi və mikrobioloji diaqnostika prinsiplərı. Antifunqal terapiya |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(728-764) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(248-252) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (308-326) Z.Ö.Qarayev, T.Ə.Əliyev, A.İ.Qurbanov “Tibbi mikologiya”/ Bakı, “Təbib” nəşriyyatı, 2007, 418 səh. (200-358) |
2 |
|
21 |
Tibbi parazitologiyaya giriş. Parazitar infeksiyalar, patogenezi və mikrobioloji diaqnostika prinsipləri. Antiparazitar terapiya |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(764-788) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(255-271) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (326-331) |
2 |
|
22 |
Tibbi virusologiyaya giriş. Virus infeksiyaları, patogenezi və mikrobioloji diaqnostika prinsipləri. RNT tərkibli virusların (Orthomyxoviridae, Paramyxoviridae, Coronaviridae, Picornaviridae, Rhabdoviridae fəsilələri) törətdiyi infeksiyaların mikrobioloji diaqnostikası. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(592-724) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(272-295) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (249-252) |
2 |
|
23 |
DNT tərkibli virusların (Herpesviridae, Adenoviridae, Papillomaviridae və Poxviridae fəsilələri) törətdiyi infeksiyaların mikrobioloji diaqnostikas |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(627-671) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(272-283) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (252-258) |
2 |
|
24 |
|
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(592-623) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(284,285) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (277-294) |
2 |
|
25 |
|
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(673, 704-717) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh.(290,295) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (270-272; 249-302) |
2 |
|
26 |
|
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(769-799) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (353-354) |
2 |
|
27 |
|
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(769-799) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (353-354) |
2 |
|
28 |
|
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(769-799) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (353-354) |
2 |
|
29 |
|
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh.(769-799) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (353-354) |
2 |
|
30 |
|
Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” Baki, (357-378) |
2 |