Müasir qlobal sağlamlıq çağırışları, yoluxucu xəstəliklərin yayılma dinamikasının dəyişməsi, əhali sağlamlığının qorunmasına yönəlmiş preventiv strategiyaların ön plana çıxması ictimai səhiyyə mütəxəssislərinin hazırlanmasında fundamental elmi biliklərin rolunu daha da artırmışdır. Bu baxımdan “Tibbi mikrobiologiya və immunologiya” fənni Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə fakültəsində təhsil alan tələbələr üçün mühüm nəzəri və praktik baza formalaşdıran əsas fənlərdən biridir.
İctimai səhiyyə mütəxəssislərinin əsas fəaliyyəti xəstəliklərin populyasiya səviyyəsində qarşısının alınması, risk faktorlarının qiymətləndirilməsi, infeksion proseslərin yayılma mexanizmlərinin təhlili və effektiv nəzarət tədbirlərinin planlaşdırılması ilə bağlıdır. Bu məqsədlə mikroorqanizmlərin biologiyası, patogenlik xüsusiyyətləri, yoluxma yolları və immun cavab mexanizmləri barədə sistemli biliklər xüsusi əhəmiyyət kəsb edir.
“Tibbi mikrobiologiya və immunologiya” fənni infeksion xəstəliklərin etiologiyasını, patogenezin əsas mərhələlərini, infeksion proseslərin epidemioloji xüsusiyyətlərini və əhali sağlamlığına təsir mexanizmlərini öyrənməklə ictimai səhiyyə yönümlü qərarların elmi əsaslandırılmasına xidmət edir. Bu biliklər olmadan epidemioloji nəzarətin təşkili, infeksiya ocaqlarının qiymətləndirilməsi, profilaktik proqramların hazırlanması və icrası mümkün deyildir.
Son onilliklərdə qlobal miqyasda infeksion xəstəliklərin yenidən aktuallaşması ictimai səhiyyə sahəsində çalışan mütəxəssislər üçün mikrobioloji və immunoloji biliklərin əhəmiyyətini daha da artırmışdır. Yeni patogenlərin və reimercent mikroorqanizmlərin ortaya çıxması və sürətli yayılması, insan miqrasiyası, urbanizasiya, iqlim dəyişikliyi və sosial davranış modellərinin dəyişməsi infeksiyaların yayılma coğrafiyasını və intensivliyini əhəmiyyətli dərəcədə dəyişmişdir. COVID-19 pandemiyası infeksion təhlükələrin yalnız tibbi deyil, eyni zamanda sosial, iqtisadi və idarəetmə aspektlərini də üzə çıxarmışdır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, vaksinlə idarə olunan infeksiyalar belə immunizasiya səviyyəsinin azalması fonunda yenidən kütləvi yayılma riski daşıyır. Qızılca, difteriya və digər qarşısı alına bilən infeksiyaların artması ictimai səhiyyə sistemlərində monitorinq və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir. Bu baxımdan immunoprofilaktikanın elmi əsaslarının dərindən mənimsənilməsi İctimai Səhiyyə fakültəsinin məzunları üçün vacib kompetensiyalardan biridir.
Fənnin mühüm istiqamətlərindən biri “One Health” (Vahid Sağlamlıq) konsepsiyasının elmi əsaslarının öyrənilməsidir. İnsan sağlamlığının heyvan sağlamlığı və ətraf mühit faktorları ilə qarşılıqlı əlaqəsi zoonoz infeksiyalar, antimikrob rezistentlik və ekoloji dəyişikliklər fonunda xüsusi aktuallıq kəsb edir. İctimai səhiyyə mütəxəssisləri bu əlaqələri nəzərə alaraq risklərin qiymətləndirilməsi və kompleks nəzarət tədbirlərinin hazırlanmasında mühüm rol oynayırlar.
Antimikrob rezistentlik müasir ictimai sağlamlıq üçün ən ciddi problemlərdən biri hesab olunur. Antibiotiklərin nəzarətsiz istifadəsi, profilaktik məqsədlərlə əsassız tətbiqi və kənd təsərrüfatında geniş yayılması rezistent mikroorqanizmlərin formalaşmasına və yayılmasına səbəb olur. Bu problem yalnız klinik nəticələri ağırlaşdırmır, eyni zamanda səhiyyə xərclərinin artmasına, infeksiyaların nəzarətdən çıxmasına və profilaktik proqramların effektivliyinin azalmasına gətirib çıxarır. Bu baxımdan AMR-in epidemiologiyası və qarşısının alınması yolları ictimai səhiyyə təhsilində xüsusi yer tutur.
Mikrobiologiya sahəsində laborator metodların inkişafı infeksion xəstəliklərin epidemioloji nəzarət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Klassik bakterioloji və seroloji üsullarla yanaşı molekulyar-genetik metodların tətbiqi infeksiyaların erkən aşkarlanmasına, mənbələrin müəyyənləşdirilməsinə və yayılma zəncirinin qırılmasına şərait yaradır. İctimai səhiyyə sahəsində çalışan mütəxəssislər üçün laborator nəticələrin düzgün interpretasiyası və qərarvermədə istifadəsi mühüm bacarıqlardandır.
Son illərdə insan mikrobiotasının sağlamlıq və xəstəliklərlə əlaqəsi ictimai səhiyyə kontekstində də aktual tədqiqat istiqamətinə çevrilmişdir. Mikrobiotanın immun sistemin formalaşmasında, metabolik proseslərdə və infeksiyalara həssaslıqda rolu əhali səviyyəsində profilaktik yanaşmaların elmi əsaslarını genişləndirir.
Mikrobioloji təhlükəsizlik və bioloji risklərin idarə olunması ictimai səhiyyə sisteminin əsas komponentlərindən biridir. Laboratoriya təhlükəsizliyi, infeksion materiallarla işləmə qaydaları, tullantıların düzgün utilizasiyası və fövqəladə hallara hazırlıq tədbirləri əhali sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıyır.
Beləliklə, “Tibbi mikrobiologiya və immunologiya” fənni ictimai səhiyyə mütəxəssislərinin peşəkar hazırlığında, infeksion risklərin idarə olunmasında və əhali sağlamlığının qorunmasına yönəlmiş effektiv strategiyaların həyata keçirilməsində fundamental əhəmiyyətə malikdir.
Yaz semestrində keçilən fənnlər
|
№ |
Fakültələr |
Kurs |
Fənnlər |
Auditoriya saatları |
|
|
1 |
İctimai Səhiyyə |
|
Tibbi mikrobiologiya və immunologiya |
Mühazirə |
Praktika |
|
30 |
60 |
||||
Təhsil pilləsi: bakalavriat
İxtisasın adı: İctimai Səhiyyə
Fənnin məqsədi:
İnsanda xəstəlik törədən mikroorqanizmlərin sistematikası və təsnifatı, morfo-bioloji xüsusiyyətləri, ekologiyası, müxtəlif amillərin törədicilərə təsiri, mikrobioloji müayinə üsulları, o cümlədən mikroskopik müayinə, təmiz kulturanın alınması, seroloji və molekulyar-genetik diaqnostikası, antimikrob terapiyanın əsasları, infeksiya və infeksion proses, orqanizmdə baş verən immun proseslər, onların mexanizmi, eləcə də immunprofilaktika, immunterapiya və immundiaqnostika prinsipləri haqqında məlumat vermək.
Fənnin təlim nəticəsi:
Fənnin məzmunu
İnsanda xəstəlik törədən mikroorqanizmlərin sistematikası və təsnifatı, morfo-bioloji xüsusiyyətləri, ekologiyası, müxtəlif amillərin törədicilərə təsiri, mikrobioloji müayinə üsulları, o cümlədən mikroskopik müayinə, təmiz kulturanın alınması, seroloji və molekulyar-genetik diaqnostikası, alınmış nəticələrin interpretasiyası, antimikrob terapiyanın əsasları, infeksiya və infeksion proses, həmçinin, orqanizmdə baş verən immun proseslər, onların mexanizmi, eləcə də immunoprofilaktika, immunoterapiya və immundiaqnostika prinsipləri
|
№ |
Topic Mövzu (mühazirə) |
Readings (Ədəbiyyat) |
Saat |
|
1 |
Tibbi mikrobiologiya və immunologiya, onun məqsəd və vəzifələri, Mikroorqanizmlərin təsnifatı. Bakteriya, spiroxet, rikketsiya, xlamidiya, mikoplazma və aktinomisetlərin təsnifatı, morfologiyası və ultrastrukturu |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 16-53) |
2 |
|
2 |
Göbələklərin, ibtidailərin və virusların təsnifatı, morfologiyası və ultrastrukturu. Prionlar |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 53-60; 84-93) |
2 |
|
3 |
Mikroorqanizmlərin fiziologiyası. Metabolizm, qidalanma, tənəffüs və çoxalma. Mkroorqanizmlərin kultivasiya prinsipləri. Mikroorqanizmlərin ekologiyası. Biosferin mikroflorası. İnsan orqanizminin normal mikroflorası. Fiziki, kimyəvi və bioloji amillərin mikroorqanizmlərə təsiri. Faqlar |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 60-84; 93-97)
|
2 |
|
4 |
Mikroorqanizmlərin genetikası, genetik dəyişkənliyin növləri. Biotexnologiya və gen mühəndisliyi. Kimyəvi terapiyanın əsasları. Kimyəvi terapevtik preparatlar. Antibiotiklər |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 97-160; 196-219) |
2 |
|
5 |
İnfeksiya haqqında təlim. Tibb xidmətləri ilə əlaqəli infeksiyalar. İmmunitet, onun növləri. Anadangəlmə (qeyri-spesifik) immunitet, onun xüsusiyyətləri və amilləri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 160-193) |
2 |
|
6 |
Qazanılmış (spesifik) immunitet, növləri. Antigenlər, onların növləri. Mikroorqanizmlərin antigenləri. İnsan orqanizminin antigenləri. İnsanın immun sistemi, orqan və toxumaları, immunkompetent hüceyrələr |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 219-254) |
|
|
7 |
İmmun cavab, onun növləri (hüceyrəvi və humoral) və mexanizmləri. İmmunkompetent hüceyrələrin immun cavabda kooperasiyası. İmmun cavab reaksiyaları: anticism əmələ gəlmə, immun faqositoz, immunoloji yaddaş, immunoloji tolerantlıq, anticismdən aslı və aslı olmayan sitotoksiklik. İmmunglobulinlər, onların sinifləri və funksiyaları |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 254-290) |
2 |
|
8 |
İmmunpatologiya. İmmunçatışmazlıq. Yüksək həssaslıq reaksiyaları və onların növləri. Autoimmun xəstəliklər. İmmundiaqnostika. İmmunprofilaktika və immunterapiya |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. . (səh., 254-333) |
2 |
|
9 |
Xüsusi mikrobiologiyaya giriş. İrinli-iltihabi infeksiyaların törədiciləri. Patogen və şərti-patogen koklar (Staphylococcus, Streptococcus, Enterococcus və Neisseria cinsləri) və çöplər (Pseudomonas, Acinetobacter, Proteus və Klebsiella cinsləri). Patogen anaeroblar. Mədə-bağırsaq infeksiyalarının törədiciləri (Escherichia, Shigella, Salmonella, Vibrio, Campilobacter, Helicobacter cinsləri). Zoonoz infeksiyaların törədiciləri (Bruсella, Bacillus, Listeria, Iersinia, Francisella cinsləri) |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 53-60) |
2 |
|
10 |
Mədə-bağırsaq infeksiyalarının törədiciləri (Escherichia, Shigella, Salmonella, Vibrio, Campilobacter, Helicobacter cinsləri). Zoonoz infeksiyaların törədiciləri (Bruсella, Bacillus, Listeria, Iersinia, Francisella cinsləri) |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 53-60) |
2 |
|
11 |
Corynebacterium, Bordetella, Haemophilus, Gardnerella, Legionella, Mycobacterium, Actinomyces və Nocardia cinslərinə aid olan patogen bakteriyalar |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 53-60) |
2 |
|
12 |
Patogen spiroxetlər, rikketsiyalar, xlamidiyalar və mikoplazmalar |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 53-60) |
2 |
|
13 |
Xüsusi virusologiyaya giriş. Kəskin respirator virus infeksiyalarının (Orthomyxoviridae, Paramyxoviridae, Adenoviridae, Coronaviridae fəsilələri, Rhinovirus cinsi) və çiçəyin (Poxviridae fəsiləsi) törədiciləri |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 53-60) |
2 |
|
14 |
Herpesviridae, Picornaviridae, Rhabdoviridae fəsilələri və arboviruslar qrupu (Togaviridae, Flaviviridae, Bunyaviridae, Filoviridae fəsilələri) |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 53-60) |
2 |
|
15 |
Hepatit virusları. Ləng virus infeksiyalarının törədiciləri. İnsanın immun çatışmazlığı virusu. Onkogen viruslar. Prion infeksiyaları |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 53-60) |
2 |
|
№ |
Topic Mövzu (praktik məşğələ) |
Readings (Ədəbiyyat) |
Saat |
|
1 |
Tibbi mikrobiologiya və immunologiyaya giriş, fənnin əhəmiyyəti. Mikrobioloji laboratoriyanın quruluşu, orada iş rejimi. Mikrobioloji müayinə üsulları. Mikroskopik üsul. Mikroskoplar. İmmersion obyektivlə işləmə qaydası. Bakteriyaların təsnifatı, morfologiyası və ultrastrukturu. Patoloji materiallardan və mikrob kulturasından yaxmaların hazırlanması. Anilin boyaları. Sadə üsulla boyama |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 16-35)(səh., 35-41; 42; 46) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 7-15)(səh.,36-38 ) |
2 |
|
2 |
Bakteriya hüceyrəsinin ultrastrukturu. Qram və Neysser üsulları ilə boyama. Turşuya davamlı bakteriyalar və onların Sil-Nilsen üsulu ilə boyadılması. Sporlar və onların rənglənməsi (Ojesko üsulu). Kapsula, onun Gins üsulu ilə aşkar edilməsi. Flaqellalar. Mikrob hərəkətinin öyrənilməsi (“əzilən”, “asılan” damla üsulları və vital boyama) |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 42, 46) Z.Qarayev, R.B.Bayramlı “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya”/ Bakı, 2019, “Şərq-Qərb Mətbəəsi”, 418 səh. (səh., 39-40) |
2 |
|
3 |
Spiroxetlərin, rikketsiyaların, xlamidiyaların, mikoplazmaların və aktinomisetlərin təsnifatı, morfologiyası və ultrastrukturu. Gimza üsulu |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 48-53) |
2 |
|
4 |
Göbələklərin, ibtidailərin və virusların təsnifatı, morfologiyası və ultrastrukturu |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 53-58; 60; 32-34; 35; 84-93)
|
2 |
|
5 |
Mikroorqanizmlərin fiziologiyası. Metabolizm. Mikroorqanizmlərin qidalanması. Qidalı mühitlər. Fiziki və kimyəvi amillərin mikroorqanizmlərə təsiri. Sterilizasiya və dezinfeksiya. Mikroorqanizmlərin tənəffüsü və çoxalması |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 60-70; 79-82; 151-160) |
2 |
|
6 |
Bakteriyaların (aerob, anaerob və s) kultivasiyası. Bakterioloji üsul, bakteriyaların təmiz kulturasının alınması (I, II və III gün). Müasir identifikasiya üsulları |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 70-84) |
2 |
|
7 |
Virus, rikketsiya və xlamidiyaların kultivasiyası. Virusların indikasiya və identifikasiya üsulları. Bakteriofaqlar, alınması, titrlənməsi, tətbiqi |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 93-102) |
2 |
|
8 |
Kimyəvi terapevtik preparatlar. Antibiotiklər, alınması və təsnifatı. Bakteriyaların antibiotiklərə qarşı həssaslığının təyini |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 196-219) |
2 |
|
9 |
Mikroorqanizmlərin ekologiyası. Xarici mühit amillərinin (torpaq, su, hava) mikroflorası. İnsan orqanizminin mikroflorası. Mikroorqanizmlərin genetikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 102-151) |
2 |
|
10 |
İnfeksiya. Laborator heyvanların yoluxdurulması, təşrihi və müayinəsi. Patogenlik və virulentliyin təyini. İmmunitet, onun növləri: anadangəlmə (qeyri spesifik) və qazanılmış (spesifik). Qeyri-spesifik immunitetin amilləri (hüceyrə və humoral). Faqositoz. Leykositlərin faqositar aktivliyinin təyini. |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,160-190); 160-196; 219-254; 254-290; 317) |
2 |
|
11 |
Spesifik (qazanılmış) immunitet. Orqanizmin immun sistemi. İmmunkompetent hüceyrələr. Antigenlər. İnsan orqanizminin antigenləri. Mikroorqanizmlərin antigen quruluşu. İmmun cavab reaksiyalarının növləri. Anticisimlər. Seroloji reaksiyalar, onların diaqnostik əhəmiyyəti |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 160-196,219-254, 254-290; 317) |
2 |
|
12 |
Aqqlütinasiya reaksiyası və onun variantları (təxmini və geniş). Hemaqqlütinasiya reaksiyaları (HAR). Hemaqqlütinasiyanın ləngimə reaksiyası (HALP). Passiv hemaqqlütinasiya reaksiyaları (PHAR). Kumbs reaksiyası, immobilizasiya reaksiyası. Presipitasiya reaksiyası (PR) və onun variantları (həlqə presipitasiyası, geldə immun diffuziya, immunelektroforez). Toksinin neytrallaşma reaksiyası (TNR). Radial immundiffuziya reaksiyası (RİR). |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 317-322; 323)
|
2 |
|
13 |
Komplementin birləşmə reaksiyası. Radial hemoliz reaksiyası. İmmunflüoressensiya reaksiyası (İFR), immunferment analizi (İFA), Radioimmun metod (RİM). İmmunblotinq (İB). Genetik metodların mikrobioloji diaqnostikada tətbiqi. Zəncirvari polimeraza reaksiyası (ZPR). Molekulyar hibridləşmə üsulu. Sekvenləşdirmə |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 322; 324-327; 123-125)
|
2 |
|
14 |
İmmunpatologiya. Yüksək həssaslıq reaksiyaları. Dəri-allergik reaksiyaları, onların mikrobioloji diaqnostikada tətbiqi. İmmunprofilaktika və immunterapiyanın prinsipləri. Vaksinlər və immun zərdablar |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 290-312, 317) |
2 |
|
15 |
Yekun məşğələ. |
|
2 |
|
16 |
Xüsusi mikrobiologiyaya giriş. Mikrobioloji diaqnostikanın əsas prinsipləri, məqsəd və vəzifələri. Stafilokokların, streptokokların və enterokokların törətdiyi xəstəliklərin mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 333-358) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 164-171) |
2 |
|
17 |
Patogen neysseriyaların və şərti patogen bakteriyaların (Klebsiella, Proteus, Pseudomonas, Acinetobacter cinsləri) - törətdiyi xəstəliklərin mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh.,358-371, 389-394, 418-423) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 171-176) |
3 |
|
18 |
Anaerob infeksiyaların (botulizm, tetanus, qazlı qanqrena, psevdomembranoz kolit və bakterioidlərin törətdiyi xəstəliklər) mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 490-508, 510) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 194-202) |
2 |
|
19 |
Mədə-bağırsaq infeksiyalarının (Escherichia, Shigella, Salmonella, Vibrio, Campilobacter, Helicobacter cinsləri) mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh. 371-389, 405-409, 412-417) |
2 |
|
20 |
Brüsellyozun, qara yaranın, listeriozun, taunun və tulyaremiyanın mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 450-460, 464-471, 484-488, 394-403) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 202-213) |
2 |
|
21 |
Haemophilus, Gardnerella, Legionella, Corynebacterium, Bordetella, Mycobactérium, Actinomyces cinsli bakteriyaların törətdiyi xəstəliklərin mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 472-482, 445-450, 431-441, 460-464) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 213-221) |
2 |
|
22 |
Patogen spiroxetlər və rikketsiyaların törətdiyi xəstəliklərin mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 545-569) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 229-242) |
2 |
|
23 |
Xlamidiya və mikoplazmaların törətdiyi xəstəliklərin mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 573-592) S.Q.Zeynalova, Ağayeva N.A., 2Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 242-248) |
2 |
|
24 |
Xüsusi virusologiyaya giriş. Virus infeksiyalarının diaqnostika üsulları. Respirator virus infeksiyalarının (Orthomyxoviridae, Paramyxoviridae, Coronaviridae, Adenoviridae fəsilələri və Rhinovirus cinsi) mikrobioloji diaqnostikası. Poxviridae fəsiləsi |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 627-649; 614-618, 649-652, 665-666, 592-598) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 272-284) |
2 |
|
25 |
Herpesvirus infeksiyalarının mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 598-614, 657-665) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 285) |
2 |
|
26 |
Enterovirus (poliomielit, Koksaki, ECHO) və rotavirus infeksiyalarının mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 598-614, 657-665) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 285) |
2 |
|
27 |
Toqaviridae, Flaviviridae, Bunyaviridae, Filoviridae və Rhabdoviridae fəsilələrinə aid olan virusların törətdiyi infeksiyaların mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 679-704) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 292) |
2 |
|
28 |
Virus hepatitlərinin mikrobioloji diaqnostikası |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 704-717) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 290) |
2 |
|
29 |
Qazanılmış immun çatışmazlığı sindromunun mikrobioloji diaqnostikası. Onkogen viruslar və ləng tipli virus infeksiyaları. Prion infeksiyaları |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 671-679, 717-728) S.Q.Zeynalova, Ağayeva N.A., Bayramov A.Q., Əhmədov İ.B. “Tibbi mikrobiologiya və immunologiya”, Bakı, 2019, Təbib nəşriyyatı, 315 səh. (səh., 295) |
2 |
|
30 |
Tibbi xidmət ilə əlaqəli infeksiyalar. İnfeksion nəzarət |
Z.Ö.Qarayev, A.İ.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” /Bakı, “Təbib” nəşriyyatı - 2015, 860 səh. (səh., 790-805, 805-842) |
2 |