İMF - 12 Kliniki bacarıq-1 Syllabus Semestr I / II BAKI 2025
|
№ |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
||||
|
1 |
Müalicə-profilaktika |
I |
Klinik bacarıq 1 |
10 |
30 |
|
Fənnin ardıcıllıq və bacarıq şərtləri |
|
|
Gözlənilən bacarıqlar (Skills which are expected) |
Təqdimat hazırlama, fundamental səviyyədə araşdırma aparma, gigiyenik əlyuma və dezinfeksiyaedici vasitə ilə əl ovalama bacarıqları, steril ləvazimatlardan istifadə, fərdi qoruyucu vasitələrdən istifadə, peşəkar ünsiyyət qurma, həkim - xəstə ünsiyyəti, laborator təhlükəsizlik, venoz qanalmanı, qlükometr və pulsoksimetrdən istifadə, təməl həyat əlamətlərinin qiymətləndirilməsi |
|
Öncə tədrisi zəruri olan fənlər (Prerekvizit) |
Yoxdur |
|
Özündən sonra tədrisini saxladığı fənlər |
Yoxdur |
Fənnin məqsədi:
Kursun ümumi məqsədləri tələbələrə steril mühit anlayışını, xəstəxanadaxili infeksiyaların yayılmasının qarşısının alınma yollarını, əl dezinfeksiyasının əhəmiyyətini, steril ləvazimatların istifadə qaydasını, təqdimat hazırlama və elmi araşdırma aparmanın fundamental qaydalarını, fərdi qoruyucu vasitələrdən qaydasına uyğun istifadə etməyi, peşəkar ünsiyyətdə əsas məqamları, həkim - xəstə ünsiyyətinin qaydalarını, laborator təhlükəsizlik qaydalarını, venoz qanalma, qlükometr və pulsoksimetrdən istifadə qaydalarını, eləcə də təməl həyat əlamətlərinin qiymətləndirilməsinə aid bilik və təcrübi bacarıqları öyrətməkdir.
Fənnin təlim nəticəsi: ixtisasın təlim nəticələri ilə əlaqəsi:
Tələbə fənnin tədrisinin sonunda aşağıdaki təlim nəticələrinə yiyələnəcək:
Fənnin məzmunu:
Fənn tibb ixtisası tələbələrinə peşə bacarıqlarını və ünsiyyət bacarıqlarını tədris edir. Dərslər əsasən bacarıq təlimləri şəklində simulyasiya şəraitində maketlər üzərində aparılır və bəynəlxalq standarta uyğun olaraq, bacarıq imtahanı keçirərək tələbələrə öyrədilən bacarıqlar dəyərləndirilir. Tələbələrin bu şəkildə fənni öyrənməsi real kliniki şəraitdə canlı insanlar üzərində işləməzdən əvvəl simulyasiya strukturlaşdırılmış şəraitdə bu bacarıqlara tam yiyələnməsi üçün çox əhəmiyyətlidir. Gələcəkdə yiyələndiyi bacarıqlara tələbələrin real kliniki şəraitdə xəstələrlə işlədiyi zaman istifadə etməsi nəzərdə tutulmuşdur.
Fənnin tədris formatı: Üz-üzə
Mühazirə mövzuları:
|
№ |
Mövzunun adı |
Mənbələr |
Saat |
|
1. |
Tibb və sağlamlıq elmləri təhsili kafedrasının rolu və vəzifələri. Həkimlik peşəsi və ünsiyyət. Ünsiyyətdə əsas anlayışlar. Sözlü və sözsüz ünsiyyət qaydaları. Komandadaxili ünsiyyət. Empatiya. Xəstə ilə ünsiyyətdə mədəniyyətlərarası həssaslıq. |
|
2 |
|
2. |
Effektiv rəyvermə və refleksiya. |
|
2 |
|
3. |
Elmi araşdırmanın fundamental prinsipləri və təqdimat hazırlama qaydaları |
|
2 |
|
4. |
Steril sahəyə giriş. Xəstəxanadaxili infeksiyaların qarşısının alınması tədbirləri. Sterilizasiya və dezinfeksiya. Antiseptika və aseptika. Əl gigiyenasının əhəmiyyəti. |
|
2 |
|
5. |
Təməl həyat əlamətləri və onun dəyərləndirilməsi. |
|
2 |
Praktik məşğələ mövzuları:Предпочтительный способ связи
|
№ |
Mövzular |
Ədəbiyyat |
Saat |
|
1. |
Tibb və sağlamlıq elmləri təhsili kafedrasının rolu və vəzifələri. Həkimlik peşəsi və ünsiyyət bacarıqları (beyin fırtınası). |
|
2 |
|
2. |
Empatiya. Kiçik qruplarla ssenari üzrə iş (rol oyunlaşdırma). Həkim-xəstə müsahibəsinin əsas qaydaları (ssenari üzrə qrup işi, rol oyunlaşdırma). |
|
2 |
|
3. |
Effektiv rəyvermə və təlimat vərəqi ilə işləmə qaydalarının tətbiqi (kiçik qruplarla iş). |
|
2 |
|
4. |
Təqdimat qaydaları. Sosial məsuliyyət lahiyələri. |
|
2 |
|
5. |
Tibbi əl yuma bacarığının əsas məqamları. Tibbi əl yuma bacarıqlarının tətbiqi (su ilə əlyuma, dezinfeksiyaedici məhlulla ovalama). Öyrənmə fəaliyyəti-1 |
|
2 |
|
6. |
Steril əlcəyin geyinilməsi və çıxarılması Öyrənmə fəaliyyəti-2 |
|
2 |
|
7. |
Laborator təhlükəsizlik. Müxtəlif laborator müayinələr üçün müayinə materiallarının götürülməsi, daşınması və saxlanılması. |
|
2 |
|
8. |
Venoz qanalma. Öyrənmə fəaliyyəti-3 |
|
2 |
|
9. |
Qlükometrdən istifadə qaydası. Öyrənmə fəaliyyəti-4 |
|
2 |
|
10. |
Fərdi qoruyucu vasitələrdən(bone,gözlük,sipər,önlük, kombinezon,maska) istifadə qaydaları Öyrənmə fəaliyyəti-5 |
|
2 |
|
11. |
Sosial məsuliyyət lahiyələrinin təqdimatı və qrup işinin təlimata uyğun həmyaşıd dəyərləndirilməsi. |
|
2 |
|
12. |
Təməl həyat əlamətlərinin qiymətləndirilməsi (huşun vəziyyəti, periferik nəbz və tənəffüsün sayılması). Öyrənmə fəaliyyəti-6 Pulsoksimetrdən istifadə qaydası. Öyrənmə fəaliyyəti-7 |
|
2 |
|
13. |
Təməl həyat əlamətlərinin qiymətləndirilməsi Bədən hərarətinin təlimata uyğun ölçülməsi (məsafədən və məsafəsiz ölçmə) Öyrənmə fəaliyyəti-8 |
|
2 |
|
14. 15. |
Təməl həyat əlamətlərinin qiymətləndirilməsi Arterial təzyiqin təlimata uyğun ölçmə qaydaları Öyrənmə fəaliyyəti-9 |
|
4 |
Tədris və öyrənmə metodları
|
Qiymətləndirmə üsulları |
Qiymət (bal) |
|
Semestr sonu imtahan |
90 |
|
Cari qiymətləndirmə (kollokvium) |
- |
|
Davamiyyətə görə qiymətləndirmə |
- |
|
Sərbəst iş |
10 |
|
Sərbəst işlərin təhvil verilməsi üçün son tarixlər |
İmtahanların tarixləri |
|
Noyabr |
Dekabr |
|
Tapşırıqların və imtahanların xarakteri |
Keçmiş imtahanların nümunələrinin olması (testlər, imtahandan çəkilişlər, sərbəst işlərin yaxşı nümunəsi və s.) |
Qiymətlərin dəyərləndirilməsi
|
Hərf işarələri |
Bal |
Qiymətin açıqlaması |
|
A |
91-100 |
“Əla” |
|
B |
81-90 |
“Çox yaxşı” |
|
C |
71-80 |
“Yaxşı” |
|
D |
61-70 |
“Kafi” |
|
E |
57-60 |
“Qənaət bəxş” |
|
F |
0-50 |
“Qeyri kafi” |
Sərbəst iş dəyərləndirmə rubriki
|
İştirakçılıarın adı : |
|
0 |
1 |
2 |
3 |
4 |
||||||
|
çox zəif |
zəif |
orta |
yaxşı |
çox yaxşı |
||||||||
|
Şkala |
Layihə dəyərləndirmə |
|||||||||||
|
4 |
3 |
2 |
1 |
0 |
Qiymətlən-dirmə əmsalı |
|
Bal
|
|||||
|
|
|
|
|
|
2 |
Layihənin adı: Layihənin adı aydın, konkretdir və məzmunu əks etdirir. |
|
|||||
|
|
|
|
|
|
2 |
Layihənin məqsədi: dəqiq müəyyən olunub, ölçülə bilən və realdır. |
|
|||||
|
|
|
|
|
|
3 |
Aktuallığı və dünyada yeri: Problemin əhəmiyyəti, qlobal tendensiyalar və beynəlxalq kontekst göstərilir. |
|
|||||
|
|
|
|
|
|
3 |
Metodlar: Tədqiqat və ya layihə metodları məqsədə uyğun seçilib, aydın təsvir olunub. |
|
|||||
|
|
|
|
|
|
3 |
Gözlənilən nəticələr: Layihənin nəticələri real, ölçülə bilən və elmi-sosial dəyəri olan şəkildə göstərilib. |
|
|||||
|
|
|
|
|
|
2 |
Bədən dili : Təqdimatçı rahat və özünə əmin idi. Göz kontaktı qurmağı bacarırdı, duruşu, jest və mimikaları mövzuya həvəsini ifadə edirdi |
|
|||||
|
|
|
|
|
|
2 |
Sözlü ünsiyyət: Təqdimatçının səs tonu özündən əmin, güclü və dəqiq idi.Səsini və danışığını iştirakçıların marağını çəkəcək şəkildə istifadə etdi |
|
|||||
|
|
|
|
|
|
2 |
Təqdimatın vizuallığı: istifadə edilən vizual və audio material (video, şəkil, animasiya, qrafik və cədvəllər) yaradıcı, dəqiq və izlənməsi rahat idi, təqdimatı daha effektiv etdi. |
|
|||||
|
|
|
|
|
|
2 |
Slaydların dizaynı: rənglərin uyğunluğuna diqqət edilib, minimalist və sadə stil istifadə edilib. |
|
|||||
|
|
|
|
|
|
2 |
Oxunaqlıq və aydınlıq: şrift ölçüsü kifayət qədər böyük və oxunandır, mətn fon üzərində aydın oxunur. |
|
|||||
|
|
|
|
|
|
2 |
Terminologiyadan və qaynaqlardan isitifadə: təqdimatda istifadə edilən terminologiya və qaynaqlar əsaslı idi |
|
|||||
|
Yekun bal |
||||||||||||
|
GİGİYENA QAYDALARINA UYĞUN OLARAQ ƏL YUMA BACARIĞI QİYMƏTLƏNDİRMƏ |
|||||
|
Məqsəd: Tibb işçiləri üçün tibb müəssisələrində əldən mikroorqanizmlərin mexaniki uzaqlaşdırılmasını təmin edəcək səviyyədə gigiyena qaydalarına uyğun olaraq əl yuma bacarığına yiyələnmək. |
|||||
|
Ön Hazırlıq: Su çanağı, təmiz axar su, maye sabun, kağız salfet |
|||||
|
Tələbənin Adı-Soyadı: |
|
Tarix:
|
|||
|
ADDIMLAR |
Bacarığın icra müddəti:40-60 saniyə |
Bal əmsalı |
0 |
1 |
2 |
|
1. Su kranının açılması, əllərin su ilə isladılması (ilıq su olmasına üstünlük verilməsi) |
×1 |
|
|
|
|
|
2. Ovuc içinə maye sabunun alınması |
×1 |
|
|
|
|
|
3. Ovucların içini bir-birinə yaxşıca sürtərək sabunun əllərdə köpükləndirilməsi |
×1 |
|
|
|
|
|
4. Bir əli digər əlin üzərinə yerləşdirərək barmaqaralarının ovuşdurulması, hərəkətin digər əl üçün təkrar edilməsi |
×2 |
|
|
|
|
|
5. Əllərin içini və barmaqarası nahiyyəni barmaqları bir-birinə keçirərək yaxşıca sürtülməsi |
×2,5 |
|
|
|
|
|
6. Barmaqları bir-birinə kilidləyərək barmaqarxasını digər əlin ovucunun içinə sürtməklə təmizlənməsi, hərəkətin digər əl üçün təkrarlanması. |
×2,5 |
|
|
|
|
|
7. Bir əlin baş barmağını digər əlin ovucuna alıb dairəvi hərəkətlərlə ovalamaq, hərəkətin ×digər əl üçün də təkrar edilməsi |
×2 |
|
|
|
|
|
8. Dırnaqların iç səthini və barmaq uclarını digər əlin ovucuna sürtməklə təmizlənməsi (hər iki əl üçün) |
×2
|
|
|
|
|
|
9)Bir əlin ovuc içi ilə digər əlin biləyinin ovuşdurulması və hərəkətin digər əl üçün də təkrar edilməsi |
×2
|
|
|
|
|
|
10. Əllərin su ilə yaxşıca durulanması |
×1 |
|
|
|
|
|
11. Əllərin birdəfəlik təmiz kağız salfetlə qurudulması |
×1,5 |
|
|
|
|
|
12. Su kranının birdəfəlik kağız salfetlə bağlanılması |
×1,5 |
|
|
|
|
|
Ümumi bal: 40 |
|
||||
|
STERİL ƏLCƏK GEYİNMƏ VƏ ÇIXARMA BACARIĞI QİYMƏTLƏNDİRMƏ |
||||
|
Ad-Soyad: |
Tarix: |
|||
|
ADDIMLAR |
Bal əmsalı |
Qiymətləndirmə |
||
|
0 |
1 |
2 |
||
|
1.Əldə olan aksesuarların çıxarılması |
×1 |
|
|
|
|
2. Əllərin təmizlənməsi (“Gigiyena qaydalarına uyğun olaraq əl yuma bacarığı” bələdçisinə baxın). |
×1 |
|
|
|
|
3. Uyğun ölçüdə əlcəyin seçilməsi və steril paket üzərindəki sterillik tarixinin və paketin zədələnməsinin kontrol edilməsi |
×1 |
|
|
|
|
4. Steril paketin açılma yerini göstərən işarəli qismi yuxarıda olacaq vəziyyətdə ovuç içi və digər barmaqlarla dəstəklənərkən, açılacaq yarı yapışmış ucların iki əlin baş və işarət barmaqları ilə tutularaq xaricə doğru çəkilib paketin açılması |
×1 |
|
|
|
|
5. Xarici paketi steril səthə toxundurmadan daxilindəki paketin steril sahəyə atılması |
×1 |
|
|
|
|
6. Xarici paketin steril səthə toxundurmadan göy rəngli tibbi tullantı qabına atılması |
×1 |
|
|
|
|
7. Əllərin yuyulması |
×1 |
|
|
|
|
8. Paket içindəki steril ləvazimatın ələ və steril olmayan səthlərə təmas etməsinin qarşısı alınaraq prosedur tətbiq olunacaq sahəyə yaxın düz bir səthə qoyulması və paketdəki əlcəklərin bilək hissəsinin istifadəçiyə doğru çevrilməsi |
×1 |
|
|
|
|
9. Əllərinizin dekontaminasiyasından əmin olduqdan sonra daxili paketin qatlanmış kənarlarının alt hissəsindən tutaraq paketin açılması |
×1 |
|
|
|
|
10. Digər əlin baş və şəhadət barmağı ilə aktiv əlin əlcəklərinin qatlanmış bilək hissəsinin üst ucundan tutulması |
×2 |
|
|
|
|
11. Aktiv əlin barmaqlarını əlcəkdən içəriyə doğru sürüşdürərək əlin əlcəyin içinə yerləşdirilməsi (Bilək nahiyəsində yaranmış qatı açmağa çalışmayın) |
×2 |
|
|
|
|
12. Steril əlcəyi aktiv əlin dörd barmağı ilə, digər əlcəyin qatlanmış bilək hissəsinin alt ucundan tutulması |
×2 |
|
|
|
|
13. Digər əlin barmaqlarının içəriyə salınması və steril əlcəkli aktiv əlin köməyi ilə digər əlin əlcəyə yerləşdirilməsi |
×1 |
|
|
|
|
15.Kontaminasiya etmədən əlcək geyinmiş olan hər iki əlin barmaqları sabitlənərək, əlcəklərin əllərə tam yerləşməsinin təmin olunması |
×1 |
|
|
|
|
16. Daxili paketin göy rəngli tibbi tullantı qabına atılması |
×1 |
|
|
|
|
ƏLCƏK ÇIXARMA |
|
|
|
|
|
1. Aktiv əl ilə digər əlin əlcəyinin ovucun biləyə yaxın hissəsindən tutularaq çəkilməsi |
×2 |
|
|
|
|
2. Çıxarılan əlcəyin aktiv əlin ovuc içinə alınması |
×1 |
|
|
|
|
3. Əlcəksiz qalan əl ilə aktiv əlin əlcəyinin biləyin iç hissəsindən tutulub tərs çevrilərək çıxarılması |
×2 |
|
|
|
|
4. Əlcəyin tıbbi tullantılar qutusuna atılması |
×1 |
|
|
|
|
5. Əllərin yuyulması (“Gigiyena qaydalarına uyğun olaraq əl yuma bacarığı” bələdçisinə baxın) və ya dezinfeksiyası |
×1 |
|
|
|
|
Ümumi bal :50 |
|
|||
|
Qiymətləndirmə meyarı |
|||
|
|
0 |
1 |
2 |
|
Addımların icrası, ardıcıllığı və Vaxtdan istifadə |
Addımı icra etmir |
|
Addımı ardıcıl, fasiləsiz, vaxtında və doğru icra edir |
Tələbənin Davranış Kodeksi
Universitet siyasəti – akademik dürüstlük
Akademik dürüstlük prinsipi və plagiatlıq
Azərbaycan Tibb Universiteti mütəmadi olaraq akademik dürüstlük prinsipinə əsaslanan öyrənməmədəniyyətini inkişaf etdirməyə çalışır. ATU-nun bütün heyətindən və tələbələrindən bu akademik dürüstlük prinsipinə riayət etmələri tələb olunur. Akademik pozuntunun bir növü olan plagiat, dürüstlük prinsiplərinə xələl gətirir və ATU-da buna yol verilmir.
Plagiat başqasının dərc edilmiş və ya dərc olunmamış ideyalarının istinadsız istifadəsi kimi müəyyən edilir. Bu, məqalənin bir hissəsinin və ya bütövlükdə yeni müəlliflik altında təqdim edilməsi ola bilər. Plagiat müəllifin öz materialından təkrar istifadə etməsini əhatə edir (bəzən “lazımsız nəşr” kimi də tanınır). Plagiatdan qaçmaq üçün mənbələr açıqlanmalıdır. Sitatlar dırnaq işarəsinə qoyulmalı və ya yenidən yazılmalıdır. Əgər başqasının yazılı materialının illüstrasiyalarından və ya materialın böyük hissələrindən istifadə ediləcəksə, müəlliflər icazə almalı və müvafiq sitat gətirməlidirlər.
Aşağıda plagiatın nə olduğu və bu barədə əlavə məlumatı haradan əldə edə biləcəyinizlə bağlı məlumatlar əks olunmuşdur. Hər hansı tapşırıq və akademik işlərinizdə plagiatdan yayınmaq üçün plagiatın nə olduğunu başa düşdüyünüzə əmin olmaq ATU tələbəsi olaraq daşıdığınız məsuliyyətin bir hissəsidir.
Plagiatlıq nədir?
Plagiatlıq “bu və ya digər şəxsə məxsus söz və ya fikirlərin mənbəyinə istinad etmədən öz adı altında tamamilə və ya qismən istifadə edilməsi” deməkdir. Plagiat bir növ intellektual oğurluqdur. Bu, qəsdən fırıldaqçılıqdan, söz və ya fikrin hər hansı mənbədən düzgün şəkildə istinad edilmədən kopyalanmasına qədər bir çox formada ola bilər. ATU plagiatı aşağıdakı kateqoriyalara ayırır: