İMF - 12 Kliniki bacarıq – 2-1 Syllabus Semestr I BAKI 2025
|
№ |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
||||
|
1 |
Müalicə-profilaktika |
II |
Klinik bacarıq 2-1 |
- |
40 |
|
Fənnin ardıcıllıq və bacarıq şərtləri |
|
|
Gözlənilən bacarıqlar (Skills which are expected) |
Dərman formalarını hazırlama (ampul və flakon forması), dərman tətbiqlərinin (dəridaxili, dərialtı, əzələdaxili, venadaxili inyeksiya və infuziya, damar yolu açma) yerinə yetirilmə qaydaları, həkim – xəstə, çətin xəstə, xəstə yaxınları ilə müsahibə etmə, pis xəbər vermə, təməl həyat dəstəyi və tənəffüs yolu tıxanması bacarıqları |
|
Öncə tədrisi zəruri olan fənlər (Prerekvizit) |
Yoxdur |
|
Özündən sonra tədrisini saxladığı fənlər |
Yoxdur |
Fənnin məqsədi:
Fənnin ümumi məqsədi tələbələrə, dərman maddələrinin formalarının (ampul və flakon) hazırlanma və tətbiq yollarının (intradermal, subkutan, intramuskulyar, intravenoz inyeksiya, intravenoz infuziya) qaydalarını, həkim - xəstə, həkim - çətin xəstə və xəstə yaxınları ilə düzgün ünsiyyət yaratmaqla lazımi sorğunun aparılmasını, eləcədə də, böyüklərdə və uşaqlarda təməl həyat dəstəyi və tənəffüs yolları aspirasiya zamanı ilk yardıma aid bilik və təcrübi vərdişləri qazandırmaqdır.
Fənnin təlim nəticəsi və ixtisasın təlim nəticələri ilə əlaqəsi:
Tələbə fənnin tədrisinin sonunda aşağıdaki təlim nəticələrinə yiyələnəcək:
Fənnin məzmunu:
Fənn tibb ixtisası tələbələrinə peşə bacarıqlarını və ünsiyyət bacarıqlarını tədris edir. Dərslər əsasən bacarıq təlimləri şəklində simulyasiya şəraitdə maketlər üzərində aparılır, üz- üzə və video təqdimat vasitəsi ilə bacarıq imtahanı keçirərək tələbələrə öyrədilən bacarıqlar dəyərləndirilir. Tələbələrin bu şəkildə fənni öyrənməsi real kliniki şəraitdə canlı insanlar üzərində işləməzdən öncə, simulyasiya srukturlaşdırılmış şəraitdə bu bacarıqlara tam yiyələnməsi üçün çox əhəmiyyətlidir. Gələcəkdə yiyələndiyi bacarıqlara tələbələrin real kliniki şəraitində xəstələrlə işlədiyi zaman istifadə etməsi nəzərdə tutulmuşdur.
Fənnin tədris formatı:
|
№ |
Mövzular |
Mənbələr |
Saat |
|
1. |
Yerli və sistemli dərman vasitələri tətbiqləri, aparılma qaydaları. Dərman vasitələrinin tətbiqi zamanı xəstəyə uyğun pozisiyanın verilməsi |
by Patricia A. Williams, MSN, RN, CCRN, 2022
|
2 |
|
2. |
Dərman vasitələrinin tətbiqində rast gəlinən ağırlaşmalar və onların aradan qaldırılması yolları. Dərman tətbiqində xətalar |
|
2 |
|
3. |
Ampuldan dərman vasitəsinin yığılması Öyrənmə fəaliyyəti -1 |
by Patricia A. Williams, MSN, RN, CCRN, 2022
|
2 |
|
4. |
Vaksinlərin saxlama şəraiti və soyuq zəncirin qurulması. Vaksin otağının quruluşu |
|
2 |
|
5. |
Flakondan dərman vasitəsinin yığılması. Öyrənmə fəaliyyəti -2 |
|
2 |
|
6. |
Dərman vasitələrinin tətbiqi üsulları. Parenteral təyin olunan dərmanlar Əzələdaxili inyeksiyalar (dorsogluteal, ventrogluteal nahiyələr) Öyrənmə fəaliyyəti -3a |
səh.31-38
|
2 |
|
7. |
Dərman vasitələrinin tətbiqi üsulları. Parenteral təyin olunan dərmanlar. Əzələdaxili vaksin tətbiqləri (deltoid, laterofemoral, femoral nahiyələr) Öyrənmə fəaliyyəti -3b |
|
2 |
|
8. |
Dərman vasitələrinin tətbiqi üsulları. Parenteral təyin olunan dərmanlar. Dəridaxili (intradermal) inyeksiyalar. Öyrənmə fəaliyyəti - 4. |
|
2 |
|
9. |
Dərman vasitələrinin tətbiqi üsulları. Parenteral təyin olunan dərmanlar. Dərialtı (subkutan) inyeksiyalar. Dərialtı vaksin tətbiqləri. Öyrənmə fəaliyyəti -5 |
|
2 |
|
10. |
Dərman vasitələrinin tətbiqi üsulları. Parenteral təyin olunan dərmanlar. Venadaxili (intravenoz) inyeksiyalar. Öyrənmə fəaliyyəti - 6 |
|
2 |
|
11. |
Xəstə və xəstə yaxınlarına pis xəbər vermə bacarığı (təlimata uyğun ssenari üzrə qrup işi) |
|
2 |
|
12. |
Dərman vasitələrinin tətbiqi üsulları. Parenteral təyin olunan dərmanlar. Damar yolunun açılması qaydaları Öyrənmə fəaliyyəti - 7 |
|
2 |
|
13. |
Dərman vasitələrinin tətbiqi üsulları. Parenteral təyin olunan dərmanlar. Venadaxili infuziyalar. Öyrənmə fəaliyyəti - 8 |
|
2 |
|
14. |
Vaksinasiyadan imtina edən valideynlə ünsiyyət qurma bacarığı (təlimata uyğun qrup işi, rol oyunlaşdırma) Öyrənmə fəaliyyəti - 9 |
|
2 |
|
15. |
Təməl həyat dəstəyi haqqında anlayış |
|
2 |
|
16. |
Böyüklərdə təməl həyat dəstəyi Öyrənmə fəaliyyəti - 10 |
|
2 |
|
17. |
Uşaqlarda və körpələrdə təməl həyat dəstəyi Öyrənmə fəaliyyəti - 11 |
|
2 |
|
18. |
Böyüklərdə tənəffüs yollarının aspirasiyası zamanı təxirəsalınmaz ilk yardım Öyrənmə fəaliyyəti - 12 |
|
2 |
|
19. |
Çətin xəstə və yaxınları ilə ünsiyyət qurma qaydaları |
|
2 |
|
20. |
Körpələrdə tənəffüs yollarının aspirasiyası zamanı təxirəsalınmaz ilk yardım Öyrənmə fəaliyyəti - 13 |
|
2 |
Tədris və öyrənmə metodları
|
Qiymətləndirmə üsulları |
Qiymət (bal) |
|
Semestr sonu imtahan (OSKİ) |
100 |
|
Cari qiymətləndirmə (kollokvium) |
- |
|
Davamiyyətə görə qiymətləndirmə |
- |
|
Sərbəst iş |
- |
Qiymətlərin dəyərləndirilməsi
|
Hərf işarələri |
Bal |
Qiymətin açıqlaması |
|
A |
91-100 |
“Əla” |
|
B |
81-90 |
“Çox yaxşı” |
|
C |
71-80 |
“Yaxşı” |
|
D |
61-70 |
“Kafi” |
|
E |
57-60 |
“Qənaət bəxş” |
|
F |
0-50 |
“Qeyri kafi” |
|
İmtahan növü |
İmtahanların tarixləri |
|
Bacarıq imtahanı (OSKİ) |
Dekabr May |
|
Tapşırıqların və imtahanların xarakteri. |
Keçmiş imtahanların nümunələrinin olması (testlər, imtahandan çəkilişlər, sərbəst işlərin yaxşı nümunəsi və s.) |
|
Obyektiv Strukturlaşdırılmış Kliniki İmtahan (OSCE: Objective Structured Clinical Examinations) öyrənənin ünsiyyət və kliniki bacarıqlarının dəyərləndirməsində istfadə olunur. Bacarıqların bütünü və ya ən vacib addımları bacarığı öyrətmək üçün istfadə olunan öyrənmə rəhbərliklərindən götürülərək “Dəyərləndirmə rəhbərlikləri” hazırlanır. Bu rəhbərlər yardımıyla öyrənən müşahidə olunaraq qiyətləndirilir. Kafedrada keçirilən OSKİ də tələbələr 6 stansiyadan keçərək qiymətləndirilir Stansiyalar aşağıda verilmişdir:
I stansiya:Ampuldan şprisə dərman maddəsi yığma bacarığı (15 bal) II stansiya İntramuskulyar inyeksiya etmə bacarığı (15 bal) III stansiya: intravenoz inyeksiya etmə bacarığı (20 bal) IV stansiya: Subkutan inyeksiya etmə bacarığı (15 bal) V stansiya: Təməl həyat dəstəyi etmə bacarığı ( böyüklərdə) (20bal) VI stansiya: Təməl həyat dəstəyi etmə bacarığı (körpələrdə) (15 bal) |
|
|
AMPUL FORMASINDAKI DƏRMANI HAZIRLAMA BACARIĞININ QİYMƏTLƏNDİRMƏ CƏDVƏLİ |
Çox pis |
|
|
|
|
1. Əllərin yuyulması |
0 |
1 |
2 |
5 |
|
2. Dərmanın düzgünlüyü ilə dərman və vəsaitlərin son istifadə tarixi və vəsaitlərin sterillik baxımından kontrol edilməsi |
0 |
1 |
5 |
10 |
|
3. Şprisin paketini açaraq iynənin şprisin uc hissəsinə taxılıb bərkidilməsi |
0 |
1 |
4 |
7 |
|
4. Dərmanı ampulun gövdə hissəsinə gətirilməsi |
0 |
1 |
4 |
7 |
|
5.Antiseptik maddə ilə hopdurulmuş tamponla boyun hissəsinin silinməsi |
0 |
1 |
4 |
9 |
|
6. Ampul boynunun quru tamponla tutularaq qırılması |
0 |
1 |
4 |
8 |
|
7. Ampulun digər əlin orta və şəhadət barmaqların arasına alınması |
0 |
1 |
5 |
10 |
|
8. İynə kontaminasiya edilmədən ampuldakı dərmanın şprisə yığılması |
0 |
1 |
5 |
10 |
|
9. İynə kontaminasiya edilmədən qoruyucu qapağın bağlanması |
0 |
1 |
5 |
10 |
|
10.İynənin içində qalan dərmanın şprisin gövdəsinə çəkilməsi |
0 |
1 |
5 |
8 |
|
11.Şprisdəki havanın çıxarılması |
0 |
1 |
3 |
6 |
|
12. Çirklənmiş ləvazimatların tibbi tullantıların idarə edilməsi qaydalarına uyğun olaraq tullanması |
0 |
1 |
2 |
5 |
|
13.Əllərin yuyulması |
0 |
1 |
2 |
5 |
|
CƏMİ
|
|
|
|
|
|
İNTRAMUSKULYAR İNYEKSİYA ETMƏ BACARIĞININ QİYMƏTLƏNDİRMƏ CƏDVƏLİ |
Çox pis |
|
|
|
|
1.Əllərin yuyulması |
0 |
1 |
2 |
5 |
|
2.Xəstəyə seçilmiş inyeksiya nahiyəsinə uyğun olacaq şəkildə pozisiyanın verilməsi |
0 |
1 |
2 |
5 |
|
3. İnyeksiya ediləcək nahiyənin təsbit edilməsi |
0 |
1 |
5 |
9 |
|
4. İnyeksiya ediləcək nahiyənin antiseptik maddə hopdurulmuş tamponla düzgün şəkildə silinməsi |
0 |
1 |
3 |
5 |
|
5. Tamponun passiv əlin kiçik və üzük barmaqları arasına qoyulması |
0 |
1 |
2 |
5 |
|
6. Dəri və dərialtı toxumanın passiv əlin baş və şəhadət barmağı ilə dartılaraq tutulması |
0 |
1 |
3 |
6 |
|
7. Şprisin aktiv əl ilə qələm tutar kimi dəriyə 90° lik bucaq altında tutulması |
0 |
1 |
5 |
9 |
|
8. İynə sürətlə və bir dəfəyə batırılaraq dərialtı toxumadan keçib əzələyə daxil olması |
0 |
1 |
3 |
6 |
|
9. İynə uzunluğunun ¾ nisbətdə batırılması |
0 |
1 |
4 |
8 |
|
10. Passiv əl ilə şprisin porşenini geri çəkilərək əzələyə daxil olmanın kontrol edilməsi |
0 |
1 |
4 |
8 |
|
11. Dərmanın yavaş-yavaş əzələ daxilinə yeridilməsi |
0 |
1 |
4 |
8 |
|
12. Pambıq tamponla təzyiq edərək şprisin daxil olduğu bucaq altında və sürətilə geri çəkilməsi |
0 |
1 |
4 |
6 |
|
13. İnyeksiya nahiyəsinə tamponla təzyiq etmə |
0 |
1 |
3 |
5 |
|
14. İstifadə olunmuş şpris iynəsinin qoruyucu qapağını bağlamadan ləyənə qoyulması |
0 |
1 |
2 |
5 |
|
15. Çirklənmiş ləvazimatların tibbi tullantıların idarə edilməsi qaydalarına uyğun olaraq tullanması |
0 |
1 |
2 |
5 |
|
16. Əllərin yuyulması |
0 |
1 |
2 |
5 |
|
CƏMİ |
|
|
|
|
|
İNTRAVENOZ İNYEKSİYA BACARIĞI QİYMƏTLƏNDİRMƏ RƏHBƏRLİYİ |
Çox pis |
|
|
|
|
1. Əllərin yuyulması |
0 |
1 |
2 |
5 |
|
2.Əlcəklərin geyinilməsi |
0 |
1 |
2 |
5 |
|
3. Xəstəyə müvafiq pozisiyanın verilməsi |
0 |
1 |
2 |
5 |
|
4. Uyğun venanın seçilməsi
|
0 |
1 |
3 |
6 |
|
5. Müəyyən edilmiş nahiyənin altına müşəmbənin qoyulması |
0 |
1 |
1 |
3 |
|
6.Rezin qaytanın inyeksiya ediləcək venanın 10-15 sm yuxarısında bağlanması |
0 |
1 |
5 |
8 |
|
7. Antiseptik maddəylə hopdurulmuş tamponla venaya giriləcək nahiyənin 5 sm2 lik sahədə dairəvi olaraq ya da bir dəfəyə aşağıdan yuxarıya doğru silinməsi |
0 |
1 |
2 |
4 |
|
8. Quru tamponun passiv əlin çeçələ və üzük barmaqları arasında tutulması |
0 |
1 |
2 |
4 |
|
9. İynənin kəsik ucu yuxarıya baxacaq şəkildə, venaya giriləcək nahiyənin 1 sm altından, əvvəlcə 15°-30° lik bucaq altında venaya paralel olacaq şəkildə dəriyə girilməsi, venaya girdikdən sonra bucaq azaldılaraq vena boyunca irəliləməsi
|
0 |
1 |
5 |
8 |
|
10. Aktiv əli tərpətmədən, qolu tutan passiv əl sərbəst buraxılıb porşeni geri çəkərək qan gəlib-gəlmədiyinin kontrol edilməsi
|
0 |
1 |
5 |
8 |
|
11. Venaya daxil olunmuşdursa, sərbəst olan passiv əl ilə rezin qaytanın açılması |
0 |
1 |
4 |
8 |
|
12. Daxil olunan venanı kontrol edərək dərmanın yavaş-yavaş yeridilməsi |
0 |
1 |
4 |
6 |
|
13. Passiv əl ilə iynənin giriş nöqtəsinə tamponu yavaşca sıxaraq, aktiv əl ilə şprisin girdiyi bucaq altında geri çəkilməsi |
0 |
1 |
3 |
6 |
|
14. İnyeksiya nahiyəsinə tamponla təxminən 2-3 dəqiqə qanaxma dayanana qədər təzyiq tətbiq edilməsi |
0 |
1 |
2 |
4 |
|
15. İstifadə olunmuş şpris iynəsinin qoruyucu qapağını bağlamadan ləyənə qoyulması |
0 |
1 |
2 |
5 |
|
16. Əlcəklərin çıxarılması |
0 |
1 |
2 |
5 |
|
17. Çirklənmiş ləvazimatların tibbi tullantıların idarə edilməsi qaydalarına uyğun olaraq tullanması |
0 |
1 |
2 |
5 |
|
18. Əllərin yuyulması |
0 |
1 |
2 |
5 |
|
CƏMİ |
|
|
|
|
|
SUBKUTAN İNYEKSİYA ETMƏ BACARIĞI QİYMƏTLƏNDİRMƏ CƏDVƏLİ |
Çox pis |
|
|
|
|
1. Əllərin yuyulması |
0 |
1 |
2 |
5 |
|
|
0 |
1 |
2 |
5 |
|
3. İnyeksiya ediləcək nahiyənin təsbit edilməsi |
0 |
1 |
3 |
5 |
|
4.İnyeksiya ediləcək nahiyənin antiseptik maddə hopdurulmuş tamponla düzgün şəkildə silinməsi |
0 |
1 |
2 |
5 |
|
5. Tamponun passiv əlin kiçik və üzük barmaqları arasına qoyulması |
0 |
1 |
2 |
5 |
|
6. İnyeksiya ediləcək dəri və dərialtı toxumanın passiv əlin baş və şəhadət barmaqları arasında sıxışdırdıqda piy toxuması azdırsa sıxılması; 5 sm-dən artıq bir yüksəklik əmələ gəlirsə dartılması |
0 |
1 |
6 |
10 |
|
7. Şprisin qələm tuturmuş kimi və ya əl ayası və barmaqların altında qalacaq şəkildə tutulması |
0 |
1 |
4 |
8 |
|
9. İynənin kəsik hissəsinin yuxarı baxacaq vəziyyətə gətirilməsi |
0 |
1 |
2 |
5 |
|
10. İynənin dəriyə dəri sıxılmışsa 45° lik bucaq altında; dartılmışsa 90° lik bucaq altında batırılması |
0 |
1 |
6 |
10 |
|
11. İynə tam olaraq girdikdən sonra passiv əl ilə tutulan və ya gərilən toxumanın sərbəst buraxılması |
0 |
1 |
4 |
7 |
|
12. Passiv əl ilə şprisin porşenini geri çəkərək dərialtı piy toxumasına daxil olmanın kontrol edilməsi
|
0 |
1 |
5 |
9 |
|
13. Şprisə qan gəlməmişsə, dərmanın yavaş-yavaş dərialtı piy təbəqəsinə yeridilməsi |
0 |
1 |
3 |
6 |
|
14.Pambıq tamponla basaraq şprisin daxil olduğu bucaq altında və sürətilə geri çəkilməsi |
0 |
1 |
2 |
5 |
|
15.İstifadə olunmuş şpris iynəsinin qoruyucu qapağını bağlamadan ləyənə qoyulması |
0 |
1 |
3 |
5 |
|
16. Çirklənmiş ləvazimatların tibbi tullantıların idarə edilməsi qaydalarına uyğun olaraq tullanması |
0 |
1 |
2 |
5 |
|
17. Əllərin yuyulması |
0 |
1 |
2 |
5 |
|
CƏMİ |
|
|
|
|
|
BÖYÜKLƏRDƏ TƏMƏL HƏYAT DƏSTƏYİNİN TƏTBİQİ BACARIĞININ QİYMƏTLƏNDİRİLMƏ CƏDVƏLİ |
Çox pis |
|
|
|
|
1) Ətrafın, özünün və xəstənin təhlükəsizliyinin təmin olunması Xəstə/yaralının çiyinlərinə yüngülcə toxunaraq və “Necəsiniz? Yaxşısınız?” deyə soruşaraq huşunun yoxlanması. |
0 |
1 |
2 |
5 |
|
2)Huşu qapalıdırsa ağızın içini yoxlama, yad cisim varsa çıxarma |
0 |
1 |
2 |
5 |
|
3) Xəstənin huşu qapalıdırsa, kömək çağır (103, 113). |
0 |
1 |
2 |
5 |
|
4) Tənəffüsün olub-olmamasına və ya yalnız təngnəfəsliyin olmasına diqqət edin və eyni zamanda nəbzi yoxlayın (maksimum 10 saniyə ərzində) Tənəffüs yoxdur və ya yalnız təngnəfəslik (nəfəs darlığı) var, nəbz hiss olunmursa dərhal CPR-a başlayın. |
0 |
1 |
3 |
6 |
|
5) Xəstənin gövdəsinə mümkün olduğu qədər yaxın olmaqla yanına diz çökmə (baş tərəfındəki diz xəstənin çiyin səviyyəsində olacaq formada) Xəstənin kəmər, qalstuk və yaxasını açma |
0 |
1 |
2 |
4 |
|
6) Bir əlin biləyini döş sümüyünün aşağı hissəsinə (xəncərəbənzər çıxıntıya təzyiq etməyəcək formada) yerləşdirilmə |
0 |
1 |
4 |
7 |
|
7)Digər əli bu əlin üzərinə yerləşdirmə və hər iki əlin barmaqlarının bir – birinə kilidlənməsi |
0 |
1 |
2 |
5 |
|
8) Barmaqlar və ovuc içi döş qəfəsi ilə təmas etməyəcək formada, dirsəkləri bükmədən və qolların döş qəfəsi üzərində bədənə perpendikulyar olaraq yerləşməsi |
0 |
1 |
3 |
5 |
|
9) Döş sümüyünü ən az 5, ən çox 6 sm çökdürərək və döş qəfəsinin normal pozisiyasına qayıtmasına imkan verərək 30 dəfə yuxarıdan aşağıya döş qəfəsi kompressiyasının icra edilməsi |
0 |
1 |
4 |
7 |
|
10) Kompressiya tezliyi ən az 100, ən çox 120 təzyiq / dəq. olmalıdır |
0 |
1 |
4 |
7 |
|
11) Bir əlin ovcu ilə xəstəni alnından geriyə itələyib, digər əlin 2 ve 3 cü barmaqları ilə xəstənin çənəsini önə doğru çəkərək tənəffüs yolunu açıq tutma. |
0 |
1 |
3 |
6 |
|
12) Xəstənin alnının üzərinə qoyulan əlin baş və işarə barmağını istifadə edərək burun qanadlarının bağlanması |
0 |
1 |
3 |
6 |
|
13) Çənə sümüyündəki əlin barmağı ilə xəstənin çənəsini önə yuxarı çəkib ağzının yüngülcə açılmasını təmin edib, normal nəfəs alaraq ağzını xəstənin ağzına hava sızması olmadan yaxşıca yerləşdirilməsi |
0 |
1 |
4 |
7 |
|
14)Döş qəfəsinə baxaraq döş qəfəsini yüksəltməyə kifayət edəcək qədər nəfəs vermə (təqribən 1 san. ) |
0 |
1 |
3 |
5 |
|
15)“Baş geri- çənə yuxarı” pozisiyasında döş qəfəsinin əvvəlki halına qayıtmasının izləmə |
0 |
1 |
2 |
5 |
|
16) Yenidən nəfəs alaraq eyni prosesin təkrarlanması (5 saniyə içində hər 2 nəfəs vermə tamamlanmalıdır) |
0 |
1 |
2 |
5 |
|
17) Gecikmə olmadan təkrar 30 döş qəfəsi kompressiyası və döş qəfəsinə baxaraq döş qəfəsini yüksəlməyə kifayət edəcək qədər nəfəs vermə (təqr 1 san) icra edilməlidir |
0 |
1 |
3 |
6 |
|
18) Karotis nəbzini 2 dəqiqə aralıqlarla palpasiya etmə və ya xəstənin tərpənməsini izləmə. |
0 |
1 |
2 |
4 |
|
CƏMİ |
|
|
|
|
|
KÖRPƏLƏRDƏ TƏMƏL HƏYAT DƏSTƏYİNİ ETMƏ BACARIĞININ QİYMƏTLƏNDİRMƏ CƏDVƏLİ |
Çox pis |
|
|
|
|
1) Ərtafın, özünün və xəstənin təhlükəsizliyinin təmin olunması |
0 |
1 |
2 |
5 |
|
2) Ayaq dabanlarını fiksasiya edib yüngülcə vuraraq huşun yoxlanılması |
0 |
1 |
2 |
5 |
|
3) Huşu qapalıdırsa ağızın içini yoxlama, yad cisim varsa çıxarılması. |
0 |
1 |
2 |
5 |
|
4)Huşu qapalıdırsa kömək çağır (103, 113) |
0 |
1 |
2 |
5 |
|
5) Başa neytral pozisiya verməklə (kürək arasına yumşaq əşya qoymaqla) və hava yolunu açma |
0 |
1 |
4 |
8 |
|
6) Tənəffüsün olub-olmamasına və ya yalnız təngnəfəsliyin olmasına diqqət edin və eyni zamanda nəbzi yoxlayın (maksimum 10 saniyə ərzində) Tənəffüs normal, nəbz yoxdursa və ya nəbz < 60 olarsa CPR-a başla |
0 |
1 |
4 |
8 |
|
7) CPR üçün xəstənin gövdəsinə mümkün olduğu qədər yaxın durma Körpənin yaxasını açma |
0 |
1 |
3 |
5 |
|
8) Körpələrdə iki barmaq üsulunun icrası Barmaqlara döş sümüyünə dik güc tətbiq edəcək formada pozisiya verilməsi |
0 |
1 |
4 |
8 |
|
9) Döş sümüyünü yandan baxdıqda döş qəfəsi hündürlüyünün 1/3-i qədər çökdürərək və döş qəfəsinin normal pozisiyasına qayıtmasına icazə verərək yuxarıdan aşağıya döş qəfəsi kompressiyası (CPR) icra edilməsi |
0 |
1 |
4 |
8 |
|
10)Kompressiya tezliyi ən az 100, ən çox 120 təzyiq /dəqiqə olmalı Tək xilasedici varlığında 30 kompress |
0 |
1 |
4 |
8 |
|
11) Nəfəs vermə hazırlığı üçün alnı dəstəkləyən əl ilə başı və digər əl ilə çənənin sabitlənməsi |
0 |
1 |
3 |
6 |
|
12) Çənə sümüyündəki əlin baş barmağı ilə xəstənin ağzını yüngülcə açıb normal nəfəs alıb dodaqların körpənin ağız və burnunu əhatə edəcək vəziyyətdə yerləşdirilməsi |
0 |
1 |
5 |
8 |
|
13)Döş qəfəsinə baxaraq döş qəfəsini yüksəltməyə kifayət edəcək qədər nəfəs verilməsi (təqribən 1 san.) |
0 |
1 |
2 |
4 |
|
14) Başı və çənəni sabit saxlamağa davam etdirmə və döş qəfəsinin əvvəlki vəziyyətinə qayıtmasının gözlənməsi |
0 |
1 |
2 |
5 |
|
15) Döş qəfəsi endikdən sonra növbəti nəfəsi vermə, nəfəs vermə hərəkətinin 2 dəfə təkrar edilməsi |
0 |
1 |
3 |
5 |
|
16) Gecikmə olmadan 2 nəfəs vermə və tək xilasedici ilə 30 döş qəfəsi təzyiqi icralarının davam etdirilməsi.
|
0 |
1 |
4 |
7 |
|
CƏMİ |
|
|
|
|
Tələbənin Davranış Kodeksi
Universitet siyasəti – akademik dürüstlük
Akademik dürüstlük prinsipi və plagiatlıq
Azərbaycan Tibb Universiteti mütəmadi olaraq akademik dürüstlük prinsipinə əsaslanan öyrənmə mədəniyyətini inkişaf etdirməyə çalışır. ATU-nun bütün heyətindən və tələbələrindən bu akademik dürüstlük prinsipinə riayət etmələri tələb olunur. Akademik pozuntunun bir növü olan plagiat, dürüstlük prinsiplərinə xələl gətirir və ATU-da buna yol verilmir.
Plagiat başqasının dərc edilmiş və ya dərc olunmamış ideyalarının istinadsız istifadəsi kimi müəyyən edilir. Bu, məqalənin bir hissəsinin və ya bütövlükdə yeni müəlliflik altında təqdim edilməsi ola bilər. Plagiat müəllifin öz materialından təkrar istifadə etməsini əhatə edir (bəzən “lazımsız nəşr” kimi də tanınır). Plagiatdan qaçmaq üçün mənbələr açıqlanmalıdır. Sitatlar dırnaq işarəsinə qoyulmalı və ya yenidən yazılmalıdır. Əgər başqasının yazılı materialının illüstrasiyalarından və ya materialın böyük hissələrindən istifadə ediləcəksə, müəlliflər icazə almalı və müvafiq sitat gətirməlidirlər.
Aşağıda plagiatın nə olduğu və bu barədə əlavə məlumatı haradan əldə edə biləcəyinizlə bağlı məlumatlar əks olunmuşdur. Hər hansı tapşırıq və akademik işlərinizdə plagiatdan yayınmaq üçün plagiatın nə olduğunu başa düşdüyünüzə əmin olmaq ATU tələbəsi olaraq daşıdığınız məsuliyyətin bir hissəsidir.
Plagiatlıq nədir?
Plagiatlıq “bu və ya digər şəxsə məxsus söz və ya fikirlərin mənbəyinə istinad etmədən öz adı altında tamamilə və ya qismən istifadə edilməsi” deməkdir. Plagiat bir növ intellektual oğurluqdur. Bu, qəsdən fırıldaqçılıqdan, söz və ya fikrin hər hansı mənbədən düzgün şəkildə istinad edilmədən kopyalanmasına qədər bir çox formada ola bilər. ATU plagiatı aşağıdakı kateqoriyalara ayırır: