Anesteziologiya, reanimatologiya, intensiv terapiya (ARİT) fənni ağrısızlaşdırma, itirilmiş həyati funksiyaların bərpası, böhranlı vəziyyətlərdə həyati vacib funksiyaların əvəz olunması və idarə olunmasını tədris edir. Tədris proqramının əsas məqsədi tələbələrə anesteziologiya, reanimasiya və intensiv terapiya klinikasına uyğun etika və deontologiya qaydalarını, sadə və nisbətən təhlükəsiz anesteziya aparmağın metodikasını, kritik (böhranlı) xəstələrə yanaşma vərdişlərini, uzunmüddətli infuzion-transfuzion terapiyanın metodikasını, anesteziologiya, reanimasiya, intensiv terapiya təcrübəsində tətbiq edilən müxtəlif monitorlaşdırmanın metodikasını, klinik ölüm zamanı qan dövranı və tənəffüsün bərpasına yönəlmiş tədbirlərin hansı ardıcıllıq və necə aparılması, ağrı sindromunun idarə olunması metodikasını öyrətməkdir. Klinik məşğələlər zamanı tələbələr real pasientlərlə işləməyi, tənəffüs yollarının keçiriciliyinin bərpası (Safarın triadası), traxeyanın intubasiyası, sadə metodlarla ağciyərlərin süni ventilyasiyası (ACSV), oksigen terapiyasının metodikası, ürəyin qapalı masajı, defibrilyasiyanın aparılma metodikası, konikotomiyanın aparılması, traxeostomiyanın texnikası, venaların kateterizasiyası kimi klinik bacarıqları mənimsəyirlər.
Müalicə-profilaktika fakültəsi
Təhsil pilləsi: Bakalavriat
İxtisas: Müalicə–profilaktika fakültəsi
Fənnin kodu: 3231.01
|
№ |
Fakültələr |
Kurs |
Fənnlər |
Auditoriya saatları |
|
|
1 |
Müalicə-profilaktika |
V |
Anesteziologiya, reanimatologiya, intensiv terapiya |
Mühazirə 10 saat |
Praktika 50 saat
|
|
2 |
Müalicə-profilaktika |
VI |
Anesteziologiya, reanimatologiya, intensiv terapiya |
Mühazirə - |
Praktika 45 saat |
Fənnin məqsədi (V kurs): anesteziologiya, reanimatologiya, intensiv terapiya üzrə nəzəri biliklərin qazanılması və həkim bakalavrın iş fəaliyyəti həcmində praktik vərdişlərin əldə edilməsindən ibarətdir.
Anesteziologiya, reanimatologiya, intensiv terapiya fənni anesteziologiya, reanimatologiya, intensiv terapiyanın təməl prinsiplərini, kardiopulmonar resussitasiyanı, yetkinlərdə/uşaqlarda baza reanimasiya tədbirlərinin nəzəri əsasları və maneken üzərində tətbiqi, neonatal reanimasiya, beyin ölümü və klinik ölümdə reanimasiya, müxtəlif mənşəli böhranlı hallarda intensiv tədbirləri, oksigen müalicəsi, qan transfuziyası qaydaları və ağırlaşmalırının müalicəsi, maye-elektrolit və turşu qələvi balansının tənzimlənməsinin əsasları, ümumi və regionar anesteziya üsulları və müvafik dərman vasitələri, reanimasiyada tətbiq edilən mexaniki ventilyasiya, enteral və parenteral qidalandırma üsulları, sepsis və cox saylı orqan funksiyasının pozulmasının əsasları, ağrı və ağrısızlaşdırma, damar yolunun və tənəffüs yollarının keçiriciliyinin təmin edilməsini öyrədir.
Fənnin məqsədi (VI kurs): anesteziologiya, reanimatologiya, intensiv terapiya üzrə V kursda qazanılmış nəzəri biliklərin zənginləşdirilməsindən və praktik vərdişlərin mükəmməlləşdirilməsindən ibarətdir.
Anesteziologiya, reanimatologiya, intensiv terapiya fənni müxtəlif mənşəli böhranlı vəziyyətlərdə xəstələrə yanaşma və anesteziologiya, reanimatologiya, intensiv terapiyanın təməl prinsiplərini, kardiopulmonar resussitasiyanı, yetkinlərdə/uşaqlarda baza reanimasiya tədbirlərinin nəzəri əsasları və maneken üzərində tətbiqi, neonatal reanimasiya, beyin ölümü və klinik ölümdə reanimasiya, müxtəlif mənşəli böhranlı hallarda intensiv tədbirləri, oksigen müalicəsi, qan transfuziyası qaydaları və ağırlaşmalırının müalicəsi, maye-elektrolit və turşu qələvi balansının tənzimlənməsinin əsasları, ümumi və regionar anesteziya üsulları və müvafik dərman vasitələri, reanimasiyada tətbiq edilən mexaniki ventilyasiya, enteral və parenteral qidalandırma üsulları, sepsis və cox saylı orqan funksiyasının pozulmasının əsasları, ağrı və ağrısızlaşdırma, damar yolunun və tənəffüs yollarının keçiriciliyinin təmin edilməsini öyrədir.
Fənnin məzmunu: Anesteziologiya, reanimatologiya, intensiv terapiya (ARİT) ağrısızlaşdırma, itmiş həyati funksiyaların bərpası, böhranlı vəziyyətlərdə həyati vacib funksiyaların əvəz olunması və idarə olunması haqqında bir elmdir.
Gənc və kifayət qədər sürətlə inkişaf etməkdə olan bu elm sahəsi klinik təbabətin digər sahələrinin (cərrahlıq, travmatologiya, onkologiya, kardiologiya, pulmonologiya və s.) daha böyük uğurlar qazanmasına imkan yaratmışdır. Belə ki, effektiv və təhlükəsiz anesteziya fonunda ən mürəkkəb əməliyyatların aparılması mümkün olur, müxtəlif mənşəli ağrı sindromunun idarə olunması imkanları yaranır, ölüm faizi çox yüksək olan müxtəllif xəstəliklərin intensiv müalicəsi nəticəsində ciddi müsbət nəticələr əldə olunur. Yuxarıda göstərilənlər anesteziologiya, reanimatologiya və intensiv terapiyanın özünəməxsus yerini və vacibliyini nümayiş etdirir.
Fənnin tədrisi müddətində tələbələr Anesteziologiya və reanimasiya şöbəsində, əməliyyatxanada müəllimin rəhbərliyi altında müalicə işi yerinə yetirirlər, kafedra müdirinin, professor və dosentlərin xəstələri baxişinda iştirak edirlər. Bundan başqa muəlllim tərəfindən xəstələrə baxiş keçirərkən mono- və politematik araşdirmalar apararkən tələbələr iştirak edirlər.
Mühazirələr və praktik dərslərdə göstərilən xəstələrin hərtərəfli klinik xüsusiyyətləri müasir əlavə müayinələrin (instrumental, laborator-biokimyəvi, endoskopik, funksional və morfoloji) nəticələrinin hərtərəfli araşdırılması və nümayiş etdirilməsi ilə müşayiət olunur.
Öyrənərkən klinik düşünmənin əsasları, həkimlik deontologiyasi formalaşır, xəstələrin müayinəsində vərdişlər qazanılır və adekvat müalicə təyin etmək bacarığı yaranır. Həmçinin fənnin tədrisi bitdikdən sonra tələbələr bu sahədə yiyələndiyi məlumatları anesteziologiya və reanimatologiya ixtisası üzrə rezidenturaya qəbul olunduğu zaman istifadə edə biləcəklər. Bundan əlavə, yiyələndikləri bacarıq və biliklərdən öz gələcək həkimlik praktikasında da geniş istifadə edə biləcəklər.
Fənnin təlim nəticəsi:
MPF-nin V kurs tələbələri üçün anesteziologiya, reanimatologiya və intensiv terapiya fənni üzrə mühazirələrin təqvim-mövzu planı
|
Həftələr |
Mövzunun adı |
Saatların miqdarı |
|
1 |
Anestezioloji təminat: məqsəd və vəzifələri, mərhələləri və müasir metodları.
|
2 s |
|
2 |
Ağrı sindromu və onunla mübarizə metodları.
|
2 s |
|
3 |
Terminal hal: inkişaf mərhələləri. Kompleks ürək-ağciyər və beyin reanimasiyası: əsas prinsipləri və metodları.
|
2 s |
|
4 |
Kəskin tənəffüs çatışmazlığı: etiopatogenezi, klinik-laborator diaqnostikası. İntensiv terapiyanın prinsipləri və metodları.
|
2 s |
|
5 |
Kəskin ürək-damar çatışmazlığı: etiopatogenezi, klinik variantları. Intensiv terapiyanın əsas istiqamətləri.
|
2 s |
MPF-nin V kurs tələbələri üçün anesteziologiya, reanimatologiya, intensiv terapiya fənni üzrə təcrübi məşğələlərin təqvim-mövzu planı
|
Həftələr |
Dərsin sıra №si |
Məşğələnin adı |
Saatların miqdarı |
|
I |
1 |
Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbələrinin təşkili və iş prinsipləri. Anestezioloqun iş yerinin təchizatı. |
2 s |
|
2 |
Narkoz və süni tənəffüs aparatları. Tənəffüs dövrələri. |
2 s |
|
|
II |
3 |
Xəstənin anesteziyaya hazırlanması. Premedikasiya. |
2 s |
|
4 |
İnhalyasion anesteziya. Ən çox tətbiq edilən anestetiklər. Aparat-maska və endotraxeal üsulla anesteziya. |
2 s |
|
|
III |
5 |
Qeyri-inhalyasion anesteziya. Ən çox tətbiq edilən anestetiklər. |
2 s |
|
6 |
Kombinəedilmiş ümumi anesteziya. Əzələ relaksantlarının tətbiqi metodikası |
2 s |
|
|
IV |
7 |
Regionar anesteziya: (Səthi, infiltrasion, nəqli). Yerli anestetiklərin tətbiqi metodikası |
2 s |
|
8 |
Onurğabeyni, epidural və kaudal anesteziya. Müştərək anesteziya |
2 s |
|
|
V |
9 |
Anesteziyanın ağırlaşmaları, onların profilaktikası. |
2 s |
|
10 |
Ağrı sindromu: qiymətləndirilməsi və müalicəsi. Narkotik və qeyri-narkotik analgetiklərin tətbiqinə göstərişlər |
2 s |
|
|
VI |
11 |
Terminal hal: mərhələlərin qiymətləndirilməsi. |
2 s |
|
12 |
Klinik ölümün diaqnostikası. Ürək dayanmasının növləri. Klinik ölümün bioloji ölümə keçməsinin qiymətləndirilməsi. |
2 s |
|
|
VII |
13 |
Kompleks ürək-ağciyər və beyin reanimasiyası: CAB tədbirləri. |
2 s |
|
14 |
Klinik ölüm zamanı medikamentoz terapiya və defibrilyasiya. |
2 s |
|
|
VIII |
15 |
Reanimasiyanın ağırlaşmaları. Dekortikasiyanın qiymətləndirilməsi.Postreanimasiya mərhələsində intensiv tədbirlər. |
2 s |
|
16 |
Süni hipotermiya: göstərişlər, aparılma metodları. İdarəedilən hipotoniya: göstərişlər, aparılma qaydaları. |
2 s |
|
|
IX |
17 |
Turşu-qələvi müvazinəti, su-duz balansı və zülal mübadiləsi pozulmalarının intensiv müalicəsi. İntensiv terapiyada nutritiv dəstək |
2 s |
|
18 |
İnfuzion və transfuzion terapiya. Müasir detoksikasiya metodları |
2s |
|
|
X |
19 |
Astmatik vəziyyət, kəskin respirator distress sindrom, stranqulyasion asfiksiya, pnevmotoraks, tetanus, botulizm və suda boğulma zamanı reanimasiya və intensiv müalicə |
2 s |
|
20 |
Kəskin koronar sindromun ağırlaşmaları, kəskin ürək çatışmazlığı, ürək aritmiyaları, hipertonik kriz, beyin qan dövranının kəskin pozulmaları zamanı reanimasiya və intensiv müalicə. |
2 s |
|
|
XI |
21 |
Müxtəlif mənşəli (anafilaktik, travmatik, hemorragik, toksik-infeksion) şoklar və trombohemorragik sindrom zamanı intensiv müalicə |
2 s |
|
22 |
Uşaqlarda kəskin ürək-damar çatışmazlığı, kəskin tənəffüs çatışmazlığı, hipertermik sindrom, qıcolma sindromu zamanı intensiv terapiya |
2 s |
|
|
XII |
23 |
Komatoz hal (hiperqlikemik, hipoqlikemik, serebral, qaraciyər, uremik və s. mənşəli) zamanı differensial diaqnoz və intensiv müalicə. |
2 s |
|
24 |
Kəskin qaraciyər və böyrək çatışmazlığı zamanı intensiv müalicə |
2 s |
|
|
XIII |
25 |
Yuxugətiricilər, narkotik maddələr, sirkə turşusu, dəm qazı, fosfor üzvi birləşmələri ilə kəskin zəhərlənmə zamanı reanimasiya və intensiv müalicə |
2 s |
Müalicə-profilaktika fakultəsinin VI kurs tələbələri üçün Anesteziologiya, reanimatologiya, intensiv terapiyadan klinik təcrübənin təqvim-mövzu planı
|
№ |
Mövzu |
Saat |
|
1 |
Xəstələrin anesteziyaya hazırlanmasında iştirak: əməliyyatdan öncə anestezioloji konsepsiyanın tərtibi, premedikasiyanın aparılması və effektivliyinin qiymətləndirilməsi. Narkoz – tənəffüs aparatının işə hazır olmasının yoxlanması. |
6s |
|
2 |
Ümumi anesteziya metodunun seçilməsi, göstəriş və əksgöstərişlərin müəyyənləşdirilməsi. Ümumi anesteziyanın aparılmasında iştirak, intraoperasion monitorinqin təmin edilməsi. Yerli anesteziyanın aparılmasına göstərişi müəyyən etmək, metodunu seçmək və həyata keçirilməsində iştirak etmək. |
6s |
|
3 |
Ağrı sindromu olan xəstələrə yanaşma. Ağrının xarakterini və dərəcəsinin müəyyənləşdirilməsi. Ağrı ilə mübarizə metodunun seçilməsi və təmini. Ağrısızlaşdırmanın effektivliyinin qiymətləndirilməsi. |
6s |
|
4 |
Terminal halda olan xəstələrə yanaşma və mərhələni müəyyən etmək. Klinik ölüm baş verməsini müəyyən etmək və kompleks ürək-ağciyər-beyin reanimasiyasını (CPR, defibrilyasiya, medikamentoz tədbirlər) həyata keçirmək. |
6s |
|
5 |
Tənəffüs pozğunluqları müşahidə edilən xəstələrə yanaşma və qiymətləndirmə. Ümumi (tənəffüs yollarının keçiriciliyinin təmini, hipoksiya ilə mübarizə) və xüsusi (etiopatogenez nəzərə alınmaqla yardım) reanimasiya tədbirlərinin aparılmasında iştirak etmək. |
6s |
|
6 |
Hemodinamik pozulmalar olan xəstələrə yanaşma və qiymətləndirmə. Müxtəlif etiologiyalı (kəskin ürək-damar çatışmazlığı, şok vəziyyətləri, dehidratasiya) hemodinamik pozulmalarda diferensəolunmuş intensiv terapiyanın aparılmasında, o cümlədən, qan və qan prepatlarının tətbiqində iştirak etmək |
6s |
|
7 |
Huşun pozulması olan xəstələrə yanaşma və qiymətləndirmə. Müxtəlif etiologiyalı (serebral, qaraciyər, uremik, hipo və hiperqlikemik) koma vəziyyətlərində intensiv müalicə tədbirlərinin aparmasında iştirak. |
6s |
|
8 |
Kəskin zəhərlənmələrdə (narkotik vasitələr, yuxugətiricilər, dəm qazı, sirkə turşusu, fosfor üzvü birləşmələr) xəstələrin vəziyyətinin qiymətləndirilməsi və intensiv müalicə tədbirlərinin aparmasında iştirak. |
3s |