Təhsil pilləsi: Bakalavriat
İxtisas: Hərbi tibb fakültəsi
Fənnin kodu: 3231.01
|
№ |
Fakültələr |
Kurs |
Fənnlər |
Auditoriya saatları |
|
|
1 |
Hərbi həkim |
III |
Anesteziologiya, reanimatologiya, intensiv terapiya |
Mühazirə 14 saat |
Praktika 46 saat |
Fənnin məqsədi:
Fənnin məzmunu: Anesteziologiya, reanimatologiya, intensiv terapiya (ARİT) ağrısızlaşdırma, itmiş həyati funksiyaların bərpası, böhranlı vəziyyətlərdə həyati vacib funksiyaların əvəz olunması və idarə olunması haqqında bir elmdir.
Gənc və kifayət qədər sürətlə inkişaf etməkdə olan bu elm sahəsi klinik təbabətin digər sahələrinin (cərrahlıq, travmatologiya, onkologiya, kardiologiya, pulmonologiya və s.) daha böyük uğurlar qazanmasına imkan yaratmışdır. Belə ki, effektiv və təhlükəsiz anesteziya fonunda ən mürəkkəb əməliyyatların aparılması mümkün olmuş, müxtəlif mənşəli ağrı sindromunun idarə olunmasında ciddi irəliləyiş təmin edilmiş, ölüm faizi çox yüksək olan müxtəllif xəstəliklərin intensiv müalicəsi nəticəsində ciddi müsbət nəticələr əldə olunmuşdur. Yuxarıda göstərilənlər anesteziologiya, reanimatologiya və intensiv terapiyanın özünəməxsus yerini və vacibliyini nümayiş etdirir.
Fənn müddətində tələbələr Anesteziologiya və reanimasiya şöbəsində, əməliyytxanada müəllimin rəhbərliyi altında müalicə işi yerinə yetirirlər, kafedra müdirinin, professor və dosentlərin xəstələri baxişinda iştirak edirlər. Bundan başqa muəlllim tərəfindən xəstələrə baxiş keçirərkən mono- və politematik araşdirmalar apararkən tələbələr iştirak edirlər.
Mühazirələr və praktik dərslərdə göstərilən xəstələrin hərtərəfli klinik xüsusiyyətləri müasir əlavə müayinələrin (instrumental, laborator-biokimyəvi, endoskopik, funksional və morfoloji) nəticələrinin hərtərəfli araşdırılması və nümayiş etdirilməsi ilə müşayiət olunur.
Öyrənərkən kliniki düşünmənin əsasları, həkimlik deontologiyasi formalaşır, xəstələrin müayinəsində vərdişlər qazanılır və adekvat müalicə təyin etmək bacarığı yaranır. Həmçinin fənnin tədrisi bitdikdən sonra tələbələr bu sahədə yiyələndiyi məlumatları anesteziologiya və reanimatologiya ixtisası üzrə rezidenturaya qəbul olunduğu zaman istifadə edə biləcəklər. Bundan əlavə, yiyələndikləri bacarıq və biliklərdən öz gələcək həkimlik praktikasında da geniş istifadə edə biləcəklər.
Fənnin təlim nəticəsi:
Hərbi-tibbi fakultənin III kurs tələbələri üçün anesteziologiya, reanimatologiya, intensiv terapiya fənni üzrə mühazirələrin
təqvim-mövzu planı
|
Həftələr |
Mövzunun adı |
Saatların miqdarı
|
|
1 |
Anesteziologiya, reanimatologiya, intensiv terapiya bir elm kimi, inkişaf tarixi və klinik təbabətdə yeri.
|
2 s |
|
2 |
Müasir anestizioloji təminat: prinsipləri və metodları.
|
2 s |
|
3 |
Ağrı sindromu və onunla mübarizə metodları.
|
2 s |
|
4 |
Terminal halın klinik patofiziologiyası və mərhələləri. Kompleks ürək-ağciyər və beyin reanimasiyası: əsas prinsipləri və metodları.
|
2 s |
|
5 |
Kəskin tənəffüs çatışmazlığı: etiopatogenezi, klinik-laborator diaqnostikası. İntensiv terapiyanın pronsipləri və metodları.
|
2 s |
|
6
|
Kəskin ürək-damar çatışmazlığı: etiopatogenezi, klinik variantları. Intensiv terapiyanın əsas istiqamətləri.
|
2s |
|
7
|
Orqanizmin detoksikasiyasının müasir prinsipləri və metodları. İnfuzion terapiya.
|
2s |
Hərbi-tibbi fakultənin III kurs tələbələri üçün anesteziologiya, reanimatologiya, intensiv terapiya fənni üzrə təcrübi məşğələlərin təqvim- mövzu planı
|
Mövzu |
Ədəbiyyat |
Saatların miqdarı |
|
|
Anestezioloqun iş yerinin təchizatı. Reanimasiya və intensiv terapiyanın şöbəsinin təşkili və təchizatı. |
Hacıyev C.N. // Ümumi cərrahlıq/ Dərslik II cilddə, 1 cild- 768 səh (bölmə: ağrısızlaşdırma, səh.200-203). Bakı 2013 |
2 |
|
|
Narkoz və süni tənəffüs aparatları. |
Hacıyev C.N. // Ümumi cərrahlıq/ Dərslik II cilddə, 1 cild- 768 səh (bölmə: ağrısızlaşdırma, səh.203-204). Bakı 2013 |
2 |
|
|
Xəstənin anesteziyaya hazırlanması. Premedikasiya. |
Hacıyev C.N. // Ümumi cərrahlıq/ Dərslik II cilddə, 1 cild- 768 səh (bölmə: ağrısızlaşdırma, səh.216-219). Bakı 2013 |
2 |
|
|
İnhalyasion anesteziya. Aparat-maska və endotraxeal üsulla anesteziya. |
Hacıyev C.N. // Ümumi cərrahlıq/ Dərslik II cilddə, 1 cild- 768 səh (bölmə: ağrısızlaşdırma, səh.210-214). Bakı 2013 |
2 |
|
|
Qeyri inhalyasionanesteziya. Kombinəolunmuş ümumi anesteziya. |
Hacıyev C.N. // Ümumi cərrahlıq/ Dərslik II cilddə, 1 cild- 768 səh (bölmə: ağrısızlaşdırma, səh.223-231). Bakı 2013 |
2 |
|
|
Regionar anesteziya. Müştərək anesteziya. |
İsmayılov İ.S., Nəsibova E.M., Quliyev Ç.B., Poluxov R.Ş.//Uşaq anesteziologiyası/ Dərs vəsaiti. Bakı-2019, 144 s. Hacıyev C.N. // Ümumi cərrahlıq/ Dərslik II cilddə, 1 cild- 768 səh (bölmə: ağrısızlaşdırma, səh.238-249, 265-266). Bakı 2013 |
2 |
|
|
Terminal halın mərhələləri. Klinik ölüm. Diaqnostika. |
Axunbəyli A.Ə., İsmayılov İ.S., Məhərrəmbəyli İ.Ş., Kərimova T.B. // Reanimatologiya / Dərslik. Bakı 2014, 106-115, 129-135 s |
2 |
|
|
Klinik ölümün bioloji ölümə keçməsi. Dekortikasiyanın qiymətləndirilməsi. |
Axunbəyli A.Ə., İsmayılov İ.S., Məhərrəmbəyli İ.Ş., Kərimova T.B. // Reanimatologiya / Dərslik. Bakı 2014, 115-117 s |
2 |
|
|
Kompleks ürək-ağciyər-beyin reanimasiyası. Müasir prinsipləri. |
Axunbəyli A.Ə., İsmayılov İ.S., Məhərrəmbəyli İ.Ş., Kərimova T.B. // Reanimatologiya / Dərslik. Bakı 2014, 118-125 s |
2 |
|
|
Baza reanimasiya tədbirləri (ilk həyat dəstəyi) |
Axunbəyli A.Ə., İsmayılov İ.S., Məhərrəmbəyli İ.Ş., Kərimova T.B. // Reanimatologiya / Dərslik. Bakı 2014, 118-125 s |
2 |
|
|
İxtisaslaşdırılmış reanimasiya. |
Axunbəyli A.Ə., İsmayılov İ.S., Məhərrəmbəyli İ.Ş., Kərimova T.B. // Reanimatologiya / Dərslik. Bakı 2014, 118-125 s |
2 |
|
|
Astmatik status, respirator distress sindromda diaqnostika və intensiv terapiya (İT ) |
Axunbəyli A.Ə., İsmayılov İ.S., Məhərrəmbəyli İ.Ş., Kərimova T.B. // Reanimatologiya / Dərslik. Bakı 2014, 217-224 s. |
2 |
|
|
Stranqulyasion asfiksiya, suda boğulma, tetanus, botulizm, pnevmatoraks, tənəffüsün mərkəzi pozğunluqlarında, diaqnostika və İT. Kəskin ürək-damar çatışmazlığında diaqnostika və İT |
Axunbəyli A.Ə., İsmayılov İ.S., Məhərrəmbəyli İ.Ş., Kərimova T.B. // Reanimatologiya / Dərslik. Bakı 2014, 206-216 s. Axunbəyli A.Ə., İsmayılov İ.S., Məhərrəmbəyli İ.Ş., Kərimova T.B. // Reanimatologiya / Dərslik. Bakı 2014, 142-146 s. |
2 |
|
|
Anafilaktik, travmatik, hemorragik və toksiki-infeksion şokda diaqnostika və İT |
Axunbəyli A.Ə., İsmayılov İ.S., Məhərrəmbəyli İ.Ş., Kərimova T.B. // Reanimatologiya / Dərslik. Bakı 2014, 147-166 s. |
2 |
|
|
Süni hipotermiya və idarə edilən hipotoniya |
Axunbəyli A.Ə., İsmayılov İ.S., Məhərrəmbəyli İ.Ş., Kərimova T.B. // Reanimatologiya / Dərslik. Bakı 2014, 50-55 s. |
2 |
|
|
Hipertermik sindrom, elektrik travması, beyin qan dövranının kəskin pozulmasında intensiv terapiya |
Axunbəyli A.Ə., İsmayılov İ.S., Məhərrəmbəyli İ.Ş., Kərimova T.B. // Reanimatologiya / Dərslik. Bakı 2014, 225-228, 311-322 s.
|
2 |
|
|
Kəskin qaraciyər – böyrək çatışmazlığında diaqnostika və İT |
Axunbəyli A.Ə., İsmayılov İ.S., Məhərrəmbəyli İ.Ş., Kərimova T.B. // Reanimatologiya / Dərslik. Bakı 2014, 311-323 s. |
2 |
|
|
Koma (hiperqlikemik, hipoqlikemik, serebral) vəziyyətində İT |
Axunbəyli A.Ə., İsmayılov İ.S., Məhərrəmbəyli İ.Ş., Kərimova T.B. // Reanimatologiya / Dərslik. Bakı 2014, 258-269 s. |
2 |
|
|
Yuxugətiricilər, narkotik maddələr ilə kəskin zəhərlənmədə İT |
Axunbəyli A.Ə., İsmayılov İ.S., Məhərrəmbəyli İ.Ş., Kərimova T.B. // Reanimatologiya / Dərslik. Bakı 2014, 335-337 s. |
2 |
|
|
Sirkə turşusu, dəm qazı, fosfor üzvi birləşmələri ilə kəskin zəhərlənmədə İT |
Axunbəyli A.Ə., İsmayılov İ.S., Məhərrəmbəyli İ.Ş., Kərimova T.B. // Reanimatologiya / Dərslik. Bakı 2014, 337-342s. |
2 |
|
|
Müasir detoksikasiya metodları |
Axunbəyli A.Ə., İsmayılov İ.S., Məhərrəmbəyli İ.Ş., Kərimova T.B. // Reanimatologiya / Dərslik. Bakı 2014, 331-335 s. |
2 |
|
|
İnfuzion-transfuzion terapiya. Prinsipləri və metodları |
Axunbəyli A.Ə., İsmayılov İ.S., Məhərrəmbəyli İ.Ş., Kərimova T.B. // Reanimatologiya / Dərslik. Bakı 2014, 63-92 s. |
2 |