Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Rezidentura

ALİ TİBB TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI
REZİDENTURA SƏVİYYƏSİ ÜZRƏ 060902- “Ümumi cərrahiyyə”
İXTİSASININ TƏHSİL PROQRAMI

 

  1. Ümumi müddəalar

 

    1. Rezidentura - tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığının formasıdır

 

    1. Rezidentura səviyyəsinin 060902  – “Ümumi cərrahiyyə” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra – İTP) Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın tələblərinə, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na və “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na uyğun hazırlanmışdır.

 

    1. İstifadə olunmuş ixtisarlar

İTP           İxtisas üzrə təhsil proqramı

ÜPK         Ümumi peşə kompetensiyaları (səriştələri)

XPK          Xüsusi peşə kompetensiyaları (səriştələri)

XBT          Xəstəliklərin Beynəlxalq Təsnifatı

RHRFH    Rotasiya üzrə həkim-rezidentin fəaliyyəti barədə hesabat

ST            Simulyasiya tədrisi

M             Mühazirə

S              Seminar

    1. “Ümumi cərrahiyyə” ixtisası üzrə həkim-mütəxəssisin ixtisas xarakteristikası və səriştəliyi, təhsilin məzmunu və səviyyəsinə qoyulan minimum tələblər, klinik bazanın maddi-texniki tədris bazası və kadr potensialı, tədris prosesinin forma və üsulları, qiymətləndirmə və yekun attestasiyaya qoyulan tələblər İTP-də öz əksini tapmışdır.
    2.  İTP tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə rezidentura proqramını həyata keçirən bütün klinik bazalar üçün məcburidir.
    3.  İTP təsdiq olunduğu gündən 5 il* müddətində qüvvədədir. Bu  müddət ərzində dəyişikliklər edilə bilər.
    4. “Ümumi cərrahiyyə” ixtisası üzrə rezidenturanı bitirən həkim-mütəxəssis fundamental və peşə hazırlığına uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərməyə hazır olmalıdır:
  • Kliniki-praktiki
  • Kliniki işin təşkilati-inzibatçılığı
  • Elmi-tədqiqat
  • Elmi-pedaqoji

   1.8. Ümumi cərrahiyyə ixtisası üzrə təhsilin normativ müddəti və məzmuna verilən ixtisas dərəcəsi.

İxtisasın kodu

İxtisasın adı

Təhsil müddəti (il)

Ali peşə-ixtisas dərəcəsi

060902

Ümumi cərrahiyyə

5 il

İxtisas üzrə həkim-mütəxəssis

    1. İxtisaslaşmalar

 Bu ixtisasın məzunları aşağıdakı ixtisaslaşmalar üzrə  rezidentura hazırlığını davam etdirə bilərlər:

İxtisaslaşmanın  adı

Təhsil müddəti

1.

Cərrahi onkologiya

3 il

2.

Qastroenteroloji cərrahiyyə

3 il

3.

Hepato-pankreato-biliar cərrahiyyə

3il

4.

Koloproktologiya

3 il

5.

Transplantologiya

3 il

6.

Süd vəzi cərrahiyyəsi

3il

7.

Hərbi cərrahiyyə

3il

8.

Damar cərrahiyyəsi

3il

 

  1. İxtisas üzrə təhsil proqramını məqsədi və vəzifələri

 

2.1 Məqsəd:

“ümumi cərrahiyyə” ixtisası üzrə rezidentura təhsilinin məqsədi ümumi cərrahiyyə sahəsində müasir sübutlara əsaslanan tibbi təcrübəni peşəkar səviyyədə müstəqil həyata keçirməyi bacaran səriştəli həkim-mütəxəssislərin hazırlanmasıdır.

2.2. Vəzifələr

Ümumi cərrahiyyə ixtisası üzrə reziidentura təhsilinin vəzifələri məzunun aşağıdakıları həyata keçirə bilməsini təmin etməkdir:

    • Ümumi cərrahiyyə sahəsində profilaktika, diaqnostika, müalicə, reabilitasiyanın sübutlu təbabətə əsaslanan standartlar əsasında həyata keçirilməsi;
    •  Cərrahi xəstələrdə tez-tez rast gələn ağırlaşmaların profilaktikası və bu fəsadlardan sonra reabilitasiya tədbirlərinin həyata keçirilməsi;
    • təcili və təxirəsalınmaz vəziyyətlərdə tibbi yardım  göstərilməsi;
    • prosedurların və əməliyyatların icra edilməsi;
    • sanitar-epidemioloji rejimin təmin edilməsi;
    • peşə maraqları çərçivəsində müasir texnologiyalardan istifadə edilməsi;
    • yanaşı ixtisaslara dair (məsələn, hepatiko-pankreato-biliar, sud vəzi, koloproktologiya və cərrahi onkologiya) seçilmiş məsələlər üzrə dərin biliklərə malik olmasının təmin edilməsi;
    • cərrahi  yardımın təşkili ilə yaxından tanış olmanın təmin edilməsi;
    • cərrahi yardım üzrə təşkilati-idarəetmə sahələrində təcrübənin qazanılmasının təmin edilməsi;
    • tibbi sənədləşmənin, o cümlədən qeydiyyat-hesabat sənədlərinin aparılmasında təcrübənin əldə edilməsi;
    • məntiqi  və əsaslanmış  təhlil, çıxış etmək, müzakirə  və mübahisə aparmaq    qabiliyyətinin və hazırlığının  formalaşdırılması;
    • elmi-tədqiqat işinin aparılması sahəsində təməl bacarıqların formalaşdırılması;
    • tibbi etika qaydalarına uyğun fəaliyyət vərdişinin formalaşdırılması;
    • pasieyntlərə sağlamlıq xidmətləri göstərən böyük bir komandanın üzvü kimi fəaliyyət göstərmək və əməkdaşlığa hər zaman hazır olmaq yanaşmasının formalaşdırılması;
    • öz ixtisasını daim artımaq vərdişinin formalaşdırılması.

 

 

  1. İxtisas üzrə həkim-mütəxəssislərin səriştəliyi

 

3.1. Kompentensiyalar (səriştələr):

 

      1. Ümumi peşə kompentensiyaları (səriştələri)

 

Ümumi peşə kompentensiyaları (səriştələri)

1

İctimai sağlamlığın qorunması üçün səy göstərilməsi, əhali arasında sağlamlıq müvəkkili və təbliğatçısı kimi çıxış edilməsi

2

Səhiyyə xidmətlərinin göstərilməsini öz vəzifə səlahiyyətləri çərçivəsində təşkil edilməsi

3

Sübutlu tibbi məlumatların əldə edilməsi və klinik qərarlarında isifadə edilməsi

4

Tədqiqat aparılması və əldə edilmiş nəticələrin həmkarlarına müxtəlif formalarda təqdim edilməsi

5

İxtisası üzrə bilik və bacarıqlarının tibb elminin son tələblərinə uyğun olması üçün özü üzərində daim çalışması

6

Rezidentlər, tələbələr və orta tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin effektiv apalıması

7

Tibbi etika qaydalarına uyğun peşəkar davranışın nümayiş etdirilməsi

8

Xəstələr, onların yaxınları, peşəkar fəaliyyətində qarşılaşdığı digər şəxslər ilə effektiv ünsiyyət qurulması və əməkdaşlıq edilməsi

9

Həmkarları ilə effektiv ünsiyyətin qurulması

10

Səhiyyə xidmətləri göstərən qrupun bir üzvü kimi digər üzvlərlə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməsi

11

Sanitariya-epidemioloji qaydalarına əməl edilməsi

12

Tibbi sənədlərdə qeydiyyatları müəyyən edilmiş qaydalara uyğun aparılması

 

      1. Xüsusi peşə kompentensiyaları (səriştələri)

 

Xüsusi peşə kompentensiyaları (səriştələri)

Müayinə

1

  1. Klinik müayinəni (anamnez və fiziki müayinə) əsaslandırılmış şəkildə aparır, lazım olan əlavə müayinələri (instrumental və labarator) və digər ixtisaslı mütəxəssislərin konsultasiyasını təyin edir, nəticələri interpretasiya və təhlil edir;

 

Cərrahiyyə

2

  1. Standartlara uyğun ümumi cərrahi xidmət göstərir (təcili vəziyyətlərdə və ümumi cərrahi yardıma ehtiyac duyulan hallarda );

 

 

  1. Cərrahi taktikanı (perioperativ aparma), cərrahi əməliyyata göstərişin olmasını, cərrahi texnika , əməliyyat üsulunu müəyyən edir;

 

 

  1. Cərrahi xəstələrdə perioperativ aparmanı standartlara uyğun idarə edir (əməliyyatdan əvvəlki, əməliyyat vaxtı, əməliyyatdan sonrakı dövründə xəstələri idarə eir);

 

 

  1. Reablitasiya dövrünü  idarə edir;

 

 

  1. Cərrahi xəstələrdə cərrahi əməliyyatönü və əməliyyatsonrası xüsusi müayinələr, monitorinq və qiymətləndirməni, profilaktikanı və müalicəni aparır, ağırlaşmaları idarə edir;

 

 

  1. Zəruri hallarda təxirəsalınmaz yardım göstərir;

 

 

  1. Ümumi cərrahiyyə kateqoriyasına daxil olan xəstələrdə diaqnostik və müalicəvi prosedur və əməliyyatları standartlara uyğun sərbəst icra edir:
    • Bütün növ laparatomiyalar (orta laparatomiya,sağ və sol qabırğaaltı laparatomiya, torokotomiya, yumuşaq toxumalarda dəri səthində olan kəsiklər-məs. süd vəzi nahiyəsi və s.);        
    • Relaparatomiyalar və digər re-əməliyyatlar;
    • Müxtəlif məqsədli laparaskopik girişimlər;
    • Açıq ümumi cərrahi əməliyyatlar (appendektomiya, xolesistektomiya, hernioplastikalar, tireoidektomiyalar, döş və qarın boşluğunun təcili halları və s);
    • Laparoskopik ümumi cərrahi əməliyyatlar (appendektomiya, xolesistektomiya, hernioplastikalar, döş və qarın boşluğunun təcili halları)      
    •  Travma nəticəsində dəri tamlığının pozulması (boşluğa işləməyən) hallarında cərrahi yardımın göstərilməsi;
    • KT və MRT-nin çəkilməsinə göstərişlərin müəyyən edilməsi və interpretasiyası;
    • Labarator müayinələr və nəticələrin interperetasiyası;

Reanimasiya

 

  1. əməliyyat olunmuş və digər cərrahi xəstələri qiymətləndirir, reanimasiya xidmətinə ehtiyacı olan xəstələri müəyyən etməyi bacarır;

 

Cərrahiyyə

  1. Cərrahi xəstələrdə müayinəni əsaslandırılmış şəkildə aparır, lazımi əlavə müayinələri və digər ixtisaslı mütəxəssislərin konsultasiyasını təyin edir, nəticələri interpretasiya və təhlil edir;
  1. Müayinə əsasında pasiyentin diaqnozunu və proqnozunu müəyyən edir;
  1. Müalicə və profilaktika tədbirlərinin standartlara uyğun və əsaslandırılmış həcmini müəyyən edir və həyata keçirir, zəruri hallarda uyğun mütəxəssislərə və digər müəssisələrə göndəriş verir;
  1. Reablitasiya məsələləri  üzrə məsləhətvermə xidməti göstərir;
  1. Cərrahi xəstələrdə cərrahi müalicəyə göstərişin olmasını, cərrahi texnika və taktikanı, əməliyyat üsulunu müəyyən edir;
  1. Cərrahi əməliyyatönü və əməliyyatsonrası müayinələr, monitorinq və qiymətləndirməni, profilaktikanı və müalicəni aparır, ağırlaşmaları idarə edir;
  1. Zəruri hallarda təxirəsalınmaz tibbi yardım göstərir;
  1. Ehtiyac olduqda digər şöbələrdəki yaxud digər tibb müəssisəsindəki pasiyentləri öz ixtisası üzrə konsultasiya edir;
  1. Reabilitasiya tədbirlərinin istiqamətini müəyyən edir;
  1. Cərrahi xəstələrdə diaqnostik və müalicəvi prosedur və əməliyyatları standartlara uyğun sərbəst icra edir:

-qarnın KT, MRT, USM və digər (o cümlədən obyektiv və labarator) müayinələrini qiymətləndirməyi bacarmalıdır

-qarın divarında kəsiklər aparmağı, tikməyi (o cümlədən forma verməyi) bacarmalıdır

-mədə-bağırsaq sisteminin xəstəliklərinin müayinə üsullarını bilməli və bacarmalıdır

-mədə-bağırsaq sisteminin xəstəliklərində cərrahi müalicəyə alternativ üsulları bilməli və bacarmalıdır

-mədə- bağırsaq sisteminin xəstəliklərində diaqnostik və müalicəvi endoskopiyaya göstəriş və əks- göstərişləri bilməli və bacarmalıdır

-qaraciyər, öd yolları və mədəaltı vəzin cərrahi xəstəliklərinin diaqnostika, cərrahi müalicə və alternativ üsulları bilməli və bacarmalıdır

-toraks punksiya və drenajına göstərişləri bilməli və proseduraları etməyi bacarmalıdır

-torokotomiyaya göstərişləri müəyyən edə bilməli, torokotomiya və torokotomik kəsiyi tikməyi bacarmalıdır

-lobektomiya, pulmonektomiya, dekortikasiya əməliyyatlara göstərişləri müəyyən edə bilməli və əməliyyatları aparmağı bacarmalıdır

-döş qəfəsi orqanlarının müayinə üsullarını bilməli və interperetasiya etməyi bacarmalıdır

-endokrin xəstəliklərə diaqnoz qoymağı və cərrahi müalicə (altenativ müalicə) üsullarını bacarmalıdır

-həzm sisteminin,hepatiko-pankreato-biliar sistemin, döş qəfəsi orqanlarının, süd vəzi, dəri və yumşaq toxumaların xoş və bəddxassəli törəmələrinə diaqnoz qoymağı, palliativ və radikal əməliyyat etməyi bacarmalı

-damarların xəstəiklərinin diaqnozunu qoymağı bacarmalı, cərrahi və alternativ müalicə üsulların  bacarmalıdır

-cərrahi infeksiyaları təyin etməyi  və müalicəsini bacarmalıdır

-əməliyyatdan sonrakı kəsik yaralarının infeksiyalaşmalarının erkən diaqnostikasını və müalicə etməyi bacarmalıdır

-bütün yaraların aparılmasını bacarmalıdır

-yara sarğılarını və yara müalicəsi üçün məlum olan əlavə asitələri istifadə etməyi bacarmalıdır

- yanıqların diaqnostika və müalicəsini bacarmalıdır

-immunoprofilaktika və immunoterapiya (quduzluq, tetanus və s) aparmağı bacarmalı, immunosupressiv xəstələrdə təcili və planlı cərrahi əməliyyatları və  perioperaativ aparmanı bacarmalıdır

-transplantasiya xəstələrini (donor,akseptor) müəyyən etməyi bacarmalı, əməliyyatlarda iştirak etməli, perioperativ aparmanı bacarmalıdır

-süd vəzinin xoş və bəd xassəli xəstəliklərinin diaqnostika üsullarını və cərrahi müalicə (o cümlədən estetik prinsipləri gözləməklə) metodlarını bacarmalıdır

-intensiv terapiya şöbəsinə yatışa və çıxışa göstərişləri təyin etməyi, o cümlədən xəstələrdə konservativ və cərrahi müdaxilələri aparmağı bacarmalıdır

-şokda olan xəstələrdə həyatqurtarma tədbirlərini ardıcıllıqla aparmağı və izləməyi bacarmalıdır

-emboliya baş vermiş halların diaqnostikasını və müalicə üsullarını bacarmalıdır

-kəskin orqan çatışmazlığı hallarının diaqnostikası və yardım göstərməyi bacarmalıdır

Cərrahi xəstələrdə dərman preparatlarının istifadəsi

  1. Dərman preparatlarından əsaslandırılmış şəkildə istifadə edir;

Anesteziologiya, reanimatologiya və intensiv terapiya

  1. Cərrahi xəstələrdə əməliyyat-anestezioloji riski dəyərləndirir;
  1. Cərrahi xəstələrdə  reanimasiya və intensiv terapiya yardımını göstərir;

Diaqnostika

  1. Cərrahi xəstələrin müayinəsini aparır, mövcud patologiyanı aşkar edir və pasiyenti mütəxəssisə istiqamətləndirir;

Yanaşı ixtisas sahələri

XPK-24. Xidmət göstərdiyi zaman qarşılaşdığı yanaşı ixtisaslara aid xüsusi vəziyyətləri idarə edir;

Təməl səriştələr

XPK-25. Təməl tibbi fənlər üzrə (klinik anatomiya, biokimya, fiziologiya və patologiya) biliklərdən effektiv istifadə edir.

 

  1. Rezidentin  vəzifələri

 

    1. Rezidentin vəzifələri Səhiyyə Nazirliyinin  müvafiq  əmrləri ilə təsdiq edilir

4.2.Rezidentin fərdi iş planı

 

“Ümumi cərrahiyyə” ixtisası üzrə rezidentin hazırlığı onun fərdi iş planına müvafiq həyata keçirilir.

 

4.3. Rezidentura peşə hazırlığı üzrə şəxsi işi.

4.3.1. Rezidentura şəxsi işinə aşağıda qeyd olunanlar  əlavə olunmalıdır:

-Fərdi iş planları (hər təhsil ili üzrə)

-RHRFH-lar

-Rezidentin apardığı tədqiqat işinin dərc edilmiş nəticələri (məqalə, tezis)

-Elmi tədbirlərdə iştiraki təsdiq edən sənədi (məsələn iştirakçı sertifikatı) surəti

-Elmi tədbirlərdə məruzə  etmək üçün hazırladığı  slayd və ya poster prezentasiyalar

-Məqalə müzakirələri üçün hazırladığı prezentasiyalar

-Xaricdə təcrübə (rotasiya) keçildiyi halda  müvafiq sənədlər (sertifikat yaxud arayış, RHRFH, xaricdə  keçdiyi rotasiya barədə hazırladığı prezentasiya)

     

4.4. Rezidentlərin növbələrdə iştirakı

4.4.1. Rezidentlərin növbəli iş rejiminin məqsədi stasionar müalicə olunan xəstələrə növbə zamanı nəzarət, təxirəsalınmaz hallarda diaqnostika aparılması və yardımın göstərilməsi, hospitalizasiya olunan xəstələrin qəbulu, müayinəsi və təxirəsalınmaz yardımın göstərilməsi ilə bağlı bacarıqların mənimsənilməsidir.

4.4.2. Rezidentlər təhsil ilinə və səriştəlik səviyyəsinə uyğun nəzarət təmin edilməklə növbədə qalmalıdırlar. Ayda 4 dəfə olmaqla  gecə növbələri  mütləqdir.

4.4.3. Rezidentlər rotasiyada olduğu klinik bazada da növbələrdə iştirak etməlidirlər.

4.4.4. Rezidentlərin müəssisə üzrə məsul növbətçi həkim kimi növbəli iş rejimində çalışmasına icazə verilmir.

4.4.5. Rezidentlər klinik bazanın təsdiq olunmuş növbətçilik cədvəlinə uyğun növbələrdə qalmalıdırlar.

 

  1. TƏHSİLİN MƏZMUNUNA VƏ SƏVİYYƏSİNƏ QOYULAN MİNİMUM TƏLƏBLƏR

 

    1. “060902 Ümumi cərrahiyyə” ixtisası üzrə rezidentura təhsil proqramının yerinə yetirilməsinin müddəti, təhsilin rotasiyalara görə strukturu və həftələr:
      1. “060902 ümumi cərrahiyyə” ixtisası üzrə rezidentura təhsil proqramının yerinə yetirilməsinin müddəti cəmi 240 həftə təşkil edir. Bu müddətə təlim həftələri və əmək məzuniyyətləri daxildir. Əmək məzuniyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarına uyğun olaraq verilir. İTP-nin yerinə yetirilməsi müddətləri aşağıda göstərilmişdir:

Ümumi həftələrin sayı – 240 həftə:

  • Elmi-praktiki fəaliyyət 220 həftə:
    • Kuratorun nəzarəti ilə praktik tibbi fəaliyyət və sərbəst iş – 215 həftə
    • Nəzəri təlim, tədqiqat işinin hazırlanması və müdafiəsi - 5 həftə
  • Qiymətləndirmə – 5 həftə
  • Əmək məzuniyyəti – 20 həftə

 

      1. “060902 ümumi cərrahiyyə” iхtisası üzrə rezidentura təhsilinin rotasiyalara görə strukturu və həftələri (rotasiyalar və təhsil illəri üzrə) 8.2. bənddə verilmişdir.
      2. Sosial məzuniyyət, əmək qabiliyyətini müvəqqəti itirmə və hərbi xidmət üzrə çağırış halları istisna olmaqla rezidenturada təhsil fasiləsizdir. Bu müddətlər rezidenturada təhsil dövrünə aid edilmir və rezidentin təhsildə iştirak etmədiyi müddət qədər təhsili uzadılır.

 

  1. REZİDENTİN ELMİ-TƏDQİQAT FƏALİYYƏTİ

 

    1. Rezidentin  auditoriya tədris  yükünə həftəlik 6 saat ayrılır:
  • 2 saat -  elmi layihə üzərində iş
  • 2 saat - Journal Club (rezident tərəfindən aktual elmi məqalənin təqdimatı və müzakirəsi)
  • 2 saat - aparıcı mütəxəssislər tərəfindən aktual mövzular və klinik tövsiyələr üzrə mühazirə və seminarların təşkili
    1.  Hər bir rezident tədris ilinə uyğun olaraq fərdi tədqiqat işi müəyyən etməli, ilin sonunda həmin tədqiqatın icra vəziyyətinin uyğun kafedra və ya şöbədə təqdim etməlidir. Tədqiqat işi  ilkin  mərhələdə tezis formasında  hazırlanmalı, daha sonra elmi məqalə şəklində dərc etdirilməli  və sonuncu tədris ilində yekun hesabat və təqdimat şəkilində təqdim olunmalıdır.
    2.  

Elmi-tədqiqat fəaliyyəti

1-ci il

2-ci il

3-ci il

4-cü il

5-ci il

1

Təqdimatların hazırlanması

-

+

+

+

+

2

Journal Clubun fəaliyyətində iştirak

+

+

+

+

+

3

Elmi tədbirlərdə, seminarlarda iştirak

+

+

+

+

+

4

Kliniki halların araşdırılması

-

+

+

+

+

5

Kosiliumlarda iştirak

+

+

+

+

+

6

Klinik baza bazası tərəfindən təşkil edilmiş onlayn muhazirələrdə iştirakı

+

+

+

+

+

7

Elmi-tədqiqat işilərinin təqdimi

-

+

+

+

+

 

 

  1. REZİDENTİN ELMİ-PEDAQOJİ FƏALİYYƏTİ

 

    1. İTP-də nəzərdə tutulmuş pedaqoji səriştələri əldə etmələri üçün rezidentlər əsas  (baza) ali tibb təhsili alan tələbələr yaxud aşağı təhsil illərində hazırlıq keçən rezidentlər üçün məşğələlərin keçirilməsində kuratorla birlikdə iştirak etməyə cəlb edilməlidirlər.

 

  1. ROTASİYALAR
    1. Rotasiyaların təşkili
      1. Rotasiya - İTP-də müəyyən edilən səriştələrin əldə edilməsi üçün klinik bazaların müvafiq ixtisas və yanaşı ixtisas kafedra və şöbələrində aparılan peşə hazırlığı dövrüdür.
      2. Rotasiyalar zamanı rezidentlərin hazırlığının səmərəli aparılması aşağıdakılar vasitəsilə təmin edilir:
  • rezidentlərin xəstələrə göstərilən tibbi xidmətdə fəal iştirakı
  • rezidentlərlə klinik halların müzakirə edilməsi
  • rezidentlərin fərdi təhsil ehtiyaclarının müəyyən edilməsi;
  • təhsildə irəliləyişə nəzarət edilməsi və rezidentlərin fəaliyyətinin qiymətləndirilməsi
  • rezidentlərin fəaliyyətinə rəy verilməsi.
      1. Hər rotasiyanın sonunda kurator* tərəfindən “Rotasiya üzrə həkim-rezidentin fəaliyyəti barədə hesabat” (RHRFH) tərtib olunur. RHRFH-nın tərtibində əsas məqsəd rezidentlərin praktik fəaliyyətinə dair məlumatın əsasında onların inkişaf etdirilməli olan bilik və bacarıqlarını müəyyən etmək və lazımi tədbirlər görməkdir. Hər təhsil ilinin ortasında və sonunda rezidentin kuratoru ilin ortasına qədər və ya il ərzində tərtib olunmuş bütün RHRFH-ları nəzərdən keçirməklə rezidentin yarımillik və illik fəaliyyətini təhlil edir, təhsildəki irəliləyişini dəyərləndirir, rezidentlə müzakirə edir, ona rəy və tövsiyələrini verir. Ehtiyac olduqda, kurator* rezidentin fəaliyyətini rəhbərliklə müzakirə edir və rezidentin bilik və bacarıqlarını təkmilləşdirmək üçün yaxud qarşıya çıxmış hər hansı çətinliyi həll etmək üçün tədbirlər müəyyən edilir. Rezident təhsil aldığı klinik bazada rotasiya keçdiyi halda RHRFH kurator və rezident tərəfindən imzalanır. Rezident digər klinik bazada rotasiya keçdiyi halda RHRFH həmçinin həmin klinik bazanın müvafiq kafedra və ya şöbə müdiri və klinik bazanın rəhbəri tərəfindən imzalanaraq təsdiq edilir, tələb olunan başqa sənədlərlə birgə rezidentin təhsil aldığı klinik bazaya göndərilir. RHRFH -lar rezidentin kuratoruna* təqdim edilməlidir və “Rezidentin peşə hazırlığı üzrə şəxsi işi”ndə saxlanılmalıdır.
      2. Digər klinik bazalarda rotasiya keçən rezidentlərə rotasiyanın sonunda rotasiya üzrə həkim-rezidentin əmək fəaliyyəti barədə və gündəlik iş davamiyyəti barədə məlumat (tabel) təqdim olunmalıdır.
      3. Zəruri hallarda əsas klinik bazaların xarici ölkələrin əməkdaş universitetləri və tədris klinikaları ilə bağlanmış qarşılıqlı müqavilə əsasında rezidentlər (1-ci təhsil ilində təhsil alan rezidentlər istisna olmaqla) təhsilin bir hissəsini həmin klinikalarda davam etdirmək üçün göndərilə bilərlər. Bu zaman rezidentlər  təhsil proqramı əsasında tərtib olunmuş fərdi iş planlarına uyğun bir və ya bir neçə ixtisas rotasiyasını həmin klinikalarda keçir.
      4. Xaricdə rotasiya elə planlaşdırılmalıdır ki, rezidentlərin attestasiyalarının tarixləri ilə üst-üstə düşməsin. 
      5. Xarici ölkədə rotasiyaları başa vuran rezidentlər xarici ölkənin universitet və ya tədris klinikası tərəfindən onlara verilmiş rəsmi arayışı (yaxud sertifikatı) və RHRFH-nı, klinik baza rəhbərliyinə təqdim etməlidirlər.