Bizi izləyin:
Heydər Əliyev
Radiofarmasiya 
Bölmələrimiz
Radiofarmasiya 

RADİOFARMASİYA FƏNNİ ÜZRƏ 050802 – Əczaçılıq ixtisası üçün TƏDRİS PROQRAMI BAKI – 2025

 

Radiofarmasiya яcзачылыг факцлтясиндя ихтисас фянни олуб, али тящсилли мцтяхяссислярин - яcзачы-бакалавр вя яcзачы-маэистрларын щазырланмасында мцщцм йер тутур.

Radiofarmasiya tibbi məqsədlərlə istifadə edilən radiofarmasevtik maddələrin alınma üsullarını, quruluşunu, fiziki və kimyəvi xassələrini, onların kimyəvi quruluşu və orqanizmə təsiri arasındakı əlaqələri, keyfiyyətinə nəzarət üsullarını və saxlanma müddətində hansı dəyişikliklərə uğradığını, radiasiya təhlükəsizliyini öyrənən bir elmdir.

Radiofarmasiyanın qarşısında duran vəzifələri həll etmək üçün fiziki, kimyəvi və fiziki-kimyəvi üsulların köməyindən istifadə edilir ki, bu üsullar da dərman maddələrinin sintezi və analizində geniş tətbiq olunur.  

Radiofarmasiya əczaçılıq üzrə digər ixtisas fənləri olan farmakologiya, əczaçılıq texnologiyası, əczaçılıq işinin təşkili və toksikoloji kimya arasında mərkəzi yer tutur və əlaqələndirici funksiyanı yerinə yetirir. Dərman maddə molekullarının quruluşu ilə onların orqanizmə təsiri arasındakı əlaqəni tədqiq edən əczaçılıq kimyası, farmakologiya ilə sıx əlaqədə olur. Radiofarmasiya, dərman formalarının alınma üsullarını öyrənən əczaçılıq texnologiyası ilə sıx əlaqədədir, çünki həmin dərman formaları əczaçılıq analizi üsullarının işlənilib hazırlanması üçün tədqiqat obyektləridir. Dərman vasitələrinin saxlanılma müddətində məruz qaldığı dəyişikliklər probleminin öyrənilməsi, eləcə də dərmanların keyfiyyətinə nəzarət üçün analitik xidmətin təşkili zamanı əczaçılıq kimyası, əczaçılıq işinin təşkili ilə sıx əlaqədə olur. Toksikoloji kimyanın qarşısında duran vəzifələrin həlli üçün əczaçılıq kimyasında istifadə edilən  tədqiqat üsulları baza hesab olunur.

Qeyd etmək lazımdır ki, XX əsrin sonunda, radiofarmasiya sahəsindəki güclü irəliləyişlərdən istifadə edərək önəmli inkişafa nail olmuşdur. Radiofarmasiya yeni maddələrin sintezi və sintez edilmiş maddələrin dərman preparatı formasına gətirilməsi üçün dərmanın təsir mexanizmini müəyyən etməyə, eləcə də dərman maddəsi molekulunun quruluşu ilə farmakoloji fəallığı arasındakı əlaqəni öyrənən ixtisas fənninə çevrilməkdədir. Radiofarmasevtik dərman maddəsi molekulunun tədqiqi zamanı, tibbi kimyaçı dərman maddələrinin sintezi, quruluş xüsusiyyətlərinin müəyyən edilməsi və analizi üçün üzvi və analitik kimya; dərman maddələrinin təsir mexanizmlərini başa düşmək, yüksək fəallığa nail olmaq, eləcə də əlavə və toksiki təsirlərini minimuma endirmək üçün biokimya, farmakologiya və molekulyar biologiyaya aid bilgilərə malik olmalıdır.

Fənnin məqsədi: Fənn radiofarmasiya, radioəczaçılıq və radionuklidin mahiyyətini, tibbdə və əczaçılıqda istifadəsini öyrətmək. Radioaktivlik və radiasiya, radioaktivlik vahidləri və hesablamaları, radiofarmasevada dərman formalarının alınma proseslərini mənimsəmək. Radionuklidlərin istehsalında istifadə olunan üsullar, eləcə də radiofarmasiya qaydaları, GRP və GMP haqqında bilgilərin verilməsi.

AKTS: 2

Tədris nəticəsində tələbələr bilməlidirlər:

  1. Dərman vasitələrinin keyfiyyəti haqqında yekun rəyi bildirməyi;
  2. Radiofarmasevtik dərman maddələrinin təməl kimyəvi xüsusiyyətləri və bu xüsusiyyətlərin bioloji proseslərlə əlaqəsini bilmək və analiz etmək;
  3. Radiofarmasevtik dərmanların hədəfə çatdırılmasının metodologiyası və yanaşmalarını öyrənmək;
  4. Radiofarmasevtik dərmanların farmakokintetik və farmakodinamik xüsusiyyətləri ilə kimyəvi quruluşları arasındakı əlaqələri bilmək və dərman istehsalında bu biliklərdən istifadə etmək;
  5. Radiofarmasevtik dərmanların kimyəvi quruluş özəliklərini bilmək və molekulyar quruluş-fəallıq əlaqələrini proqnozlaşdırmaq;
  6. Radiofarmasevtik dərmanların kimyəvi quruluşları ilə əlaqədar olaraq gözlənilən kimyəvi və fiziki-kimyəvi problemləri öncədən görə bilmək və bu bilgiləri dərmanların tərkibinin seçilməsi və istehsalı mərhələlərində istifadə etmək;
  7. Radiofarmasevtik dərmanların miqdarı və eyniliyi təyini üçün kimyəvi laboratoriyalarda çalışma prinsiplərini, istiqamətləri və avadanlıq texnologiyasını mənimsəmək və müvafiq mərhələlərdə istifadə etmək;
  8. Sintez məqsədi ilə istifadə olunan kimyəvi laboratoriyaların prinsiplərini, sintez üsullarını və cihazların texnologiyasını mənimsəmək və müvafiq mərhələlərdə müvəffəqiyyətlə istifadə etmək.  
  9. Tələbələr radioaktivlik və şüalanma, radioaktivlik vahidləri və hesablamaları, radiofarmasevtikada formalaşma prosesləri, radionuklidlərin istehsalında istifadə olunan üsullar, radioaktivliyin ölçülməsində istifadə olunan üsullar, radiofarmasiyada hüquqi tənzimləmələr üsullarına yiyələnəcəklər. 

Bacarmalıdır:

  1. Əsas analitik cihazlarla (xromatograflar, spektrofotometr, polyarimetr, refraktometr, tərəzi və s.) işləməyi;
  2. Normativ sənədlər əsasında dərmanların keyfiyyətinə bütün növ nəzarəti həyata kecirməyi;
  3. Nəzəri cəhətdən dərman maddəsinin həcm və cəkisini hesablamagı;
  4. Kimyəvi quruluşu əsasında dərman maddələrinin analizini həyata kecirməyi;
  5. Radiofarmasevtik dərman qarışıqlarında komponentlərin uyuşmazlığını müəyyən etməyi;
  6. Bütün növ farmakopeya analizlərini aparmağı;
  7. Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etməyi;
  8. Radiofarmasevtik dərman vasitələrinin keyfiyyəti haqqında yekun rəy verməyi.
  9. Normativ sənədə müvafiq olaraq radiofarmasevtik dərman vasitələrinin kiməyvi,  bioloji və fiziki-kimyəvi üsullarla analizini aparmaq;
  10. Radiofarmasevtik dərman vasitələrinin keyfiyyətini təyin etmək üçün  lazim olan avadanlıq və reaktivlərin çeşidini seçmək.

Yiyələnməlidir:

1.Normativ sənədə müvafiq olaraq radiofarmasevtik dərman vasitələrinin kiməyvi,  bioloji və fiziki-kimyəvi üsullarla analizini aparmaq ;

2.Ayrı-ayrı adiofarmasevtik dərman formalarının, o cümlədən tablet, məlhəm, inyeksiya üçün məhlulların fiziki-kimyəvi xüsusiyyətlərini təyin etmək;

3.Radiofarmasevtik dərman vasitələrinin analizi üçün orta nümunənin   seçilməsi və götürülməsi qaydalarını müəyyən etmək;

4.Radiofarmasevtik dərman vasitələrinin keyfiyyətini təyin etmək üçün  lazim olan avadanlıq və reaktivlərin çeşidini seçmək;

5.Yeni radiofarmasevtik dərman vasitələrinin hazırlanmsı, sınaqdan keçirilməsi və qeydiyyatı, eləcədə istifadə edilən analiz üsullarının təkmilləşdirilməsini həyata keçirmək.

Азярбайcан Тибб Университетинин яcзачылыг факцлтясиндя бакалавр пилляси цчцн «İF-22» истигамяти цзря Азярбайcан Республикасы Тящсил Назирлийи вя Азярбайcан Республикасы Сящиййя Назирлийи тяряфиндян тясдиг олунмуш тядрис планына мцвафиг олараг яcзачылыг кимйасынын тядрисиня 30 саат айрылмышдыр.

 

PROQRAM  “Radiofarmasiya” fənni üzrə mühazirələrin mövzuları, VII semestr, payız

                                                                      M Ö V Z U

Saat

1.

Radioəczaçılıq fənni, onun vəzifələri, tarixi, inkişafı haqqında ümumi məlumat. Nüvə təbabəti və radiofarmasiya laboratoriyasının quruluşu, istifadə edilən radionukleotidlər və radioizotoplar. Radiofarmasevtiklərin təsnifatı.

2

2.

Radionükleotidlərin istehsalı və istehsalında istifadə edilən üsullar. Siklotron və reaktor istifadə edilən radioizotop istehsalının prinsipləri. Etibarlı radioəczaçılıq

praktikası, keyfiyyət təminatı. Steril radiodərmanlar. Radioəczaçılıq laboratoriyasında istifadə edilən radiofarmasevtiklər.

2

3.

Radiasiyanın bioloji təsiri, radiofarmasevtiklərin hüceyrəyə daxil olma yolları. Nüvə təbabətində istifadə edilən cihazlar. Gamma kamera, PET, SPECT/BT və PET/BT sistemləri. Radioəczaçılıqda radiasiya təhlükəsizliyi, ölçmə sistemləri, radiasiyadan qorunma prinsipləri. Radioizotopların qablaşdırılması və daşınması, radioaktiv tullantıların idarəedilməsi.

2

Cəmi:

6 saat

 

“Radiofarmasiya” fənni üzrə praktik məşqələlərin mövzuları, VII semestr, payız

 

                                                                      M Ö V Z U

Saat

1

Radioəczaçılığın fənni, vəzifələri, yaranma tarixi, inkişafı. Nüvə təbabəti və radioəczaçılıq laboratoriyasının quruluşu.

2

2

Nüvə təbabətində istifadə edilən radionükleotidlər, radiofarmasevtiklər və radioizotoplar.

2

3

Radioaktivlik, radioizotoplar haqqında məlumat. Radiofarmasevtiklərin təsnifatı.

2

4

Radionükleotidlərin istehsalı və istehsalında istifadə edilən üsullar.

2

5

Siklotron və reaktor istifadə edilən radioizotop istehsalının prinsipləri.

2

6

Nüvə təbabətində istifadə edilən cihazlar. Gamma kamera, PET, SPECT/BT və PET/BT
sistemləri.

2

7

Radiofarmasiya laboratoriyasının quruluşu.

2

8

Etibarlı radioəczaçılıq praktikası, keyfiyyət təminatı. Steril radiodərmanlar

2

9

Radioəczaçılıq laboratoriyasında istifadə edilən radiofarmasevtiklər.

2

10

Radiasiyanın bioloji təsiri, radiofarmasevtiklərin hüceyrəyə daxil olma yolları. Radiasiyanı ölçmə sistemləri.

2

11

Radioizotopların qablaşdırılması və daşınması. Radioaktiv tullantıların idarəedilməsi. Radioəczaçılıqda radiasiya təhlükəsizliyi, radiasiyadan qorunma prinsipləri.

2

12

Yekun dərs

2

Cəmi:

24 saat

 

Texniki təchizat.

  • Əczaçılıq kimyası fənni üzrə məşğələlərin keçirilməsi üçün auditoriyalar.
  • Laboratoriya qabları (sınaq şüşələri, kolbalar, stəkanlar, ölçülü qablar, piknometr, qıflar, pipetlər və s.).
  • Reaktivlər;
  • Ştativlər (bürtlə);
  • Laboratoriya stolları.
  • Yüksək effektli maye xromatoqraf
  • Qaz xromatoqrafı
  • İnfraqırmızı spektrometr
  • Refraktometr
  • Polyarimetr
  • Spektrofotometr
  • Maqnit qarışdırcısı
  • Sentrifuqa
  • Müxtəlif tərəzilər
  • Termostat
  • Akvadistillyator
  • pH-metr
  • Su hamamı
  • Elektrik qızdırıcısı

 

 

                                         М Е Т О Д И К И   Т Я М И Н А Т

  1. Tahir Süleymanov, Hüseyn Əliyev, Könül Ağamirzəyeva. Radiofarmasiya. Bakı 2026.
  2. Slüeymanov T.A., Yusifova C. Y., Babayev N. Ə. Əczaçılıq kimyası, 1-ci hissə 2018, 896 S.
  3. Slüeymanov T.A., Mövsümov İ.S., C. Y.Yusifova və başqaları, Əczaçılıq kimyası test tapşırıqları, I hissə, Bakı, 2016.
  4. Farmasötik ve Medisinal Kimya I-ci və II-ci hissələr, Ankara 2019,1770 seh.
  5. Беликoв В.Г. Фармацевтическая химия, Москва, 2014, 624 стр.
  6. Bezugly P.O., Burian G.O., Abu Sharkh A. I., Taran K.A., Pharmaceutical chemistry, Kharkiv NPhAU “Original” 2013, 528p
  1. DonaldCarins. Essentials of Pharmacecutical chemistry. Third edition, London-Chicago “Pharmaceutical press”, 2005, 239 p.