Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
İnkişaf strategiyası

KAFEDRANIN İŞİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

1.Kafedrada tədris edilən fənlər üzrə tədris-metodiki işin yüksək elmi səviyyədə təşkili və aparılması.

2.Kafedranın profili və elmi proqramlar üzrə elmi tədqiqatların həyata keçirilməsi.

3.Elmi-pedaqoji və elmi kadrların hazırlanması.

4.Şüa diaqnostikası ixtisası üzrə 4 illik rezident hazırlığı.

5.Rezidentura pilləsində təhsil alan həkim rezidentlərin hazırlığı.

6.Doktorantura pilləsində təhsil alan doktarantlatrın hazırlığı.

 

Tədris-metodiki işlər üzrə

1. Müasir səviyyədə bilik, bacarıq və səriştələrə malik məzunların hazırlanmasını təmin etmək , götürərək tədrisin müasir standartlara uyğun təşkil edilməsi, tələbələrin nəzəri bilik və praktik vərdişlərinin daha da artırılması.

2. Dünyanın qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsinə əsaslanaraq standartlara

uyğun təhsil proqramlarının və səriştələrə nəzarət sistemlərinin hazırlanması.

3. Yeni elektron tədris materiallarının hazırlanması və hazır materialların elmi

yeniliklərə uyğun olaraq yenilənməsi.

4. Dünyanın qabaqcıl ali təhsil müəssisələrinin istifadə etdikləri tədris və tədris

metodiki ədəbiyyata uyğun olaraq həm bakalavr, həm magistratura pilləsində tədris

olunan fənlərə uyğun azərbaycan və ingilis dilində ədəbiyyatların (dərslik, dərs vəsaiti,

metodik vəsait) hazırlanması və nəşri.

5. Digər universitetlərin və elmi-tədqiqat institutlarının müvafiq kafedraları ilə

yaradıcılıq əlaqələrinin inkişafı.

 

Tədris-metodiki işlər üzrə

6. Kafedranın professor-müəllim heyətinin təlim bacarıqlarının müasir təlim

texnologiyalarına müvafiq olaraq təkmilləşdirilməsi.

7. Kafedranın professor-müəllim heyətinin müasir tələblərə uyğun  dil (xüsusilə ingilis

dili) bacarıqlarının artırılması.

8.Kafedraya müasir tələblərə cavab verən və dil bacarığına malik gənc müəllim

kadrlarının cəlb olunması.

9. Tələbələrin praktik vərdişləri daha yaxşı mənimsəməsi üçün qabaqcıl ali təhsil

müəssisələrinin istifadə etdiyi müasir təlim üsullarının araşdırılması və istifadəsi.

10. Tədris prosesində kompüter texnologiyalarından istifadənin təkmilləşdirilməsi.

11.Kafedrada tədrisə uyğun ədəbiyyatla təhciz olunmuş kitabxananın yaradılması.

 

Tədris-metodiki işlər üzrə

12. Tələbələrin biliklərinin qiymətləndirilməsi üçün istifadə edilən sorğu

materiallarının təkmilləşdirilməsi.

13.Kafedrada tədris prosesində problem əsaslı öyrədilmə üsullarının istifadə edilməsi;

14. Tələbələrin ixtisas üzrə bacarıqların artırılması üçün Səhiyyə Nazirliyi, Təhsil

Nazirliyi və digər aidiyyətlı qurumlarla əməkdaşlığın qurulması.

15. Rezident hazırlığı istiqamətində elmi araşdırmaların onların profilinə

uyğun istiqamətdə seçilməsi.

16. Kafedrada tələbələrin milli ruhda formalaşması, vətənpərvər olması istiqamətində

işlərin həyata keçirilməsi.

 

Kafedranın elmi-tədqiqat işi sahəsində

1.Yeni prioritet istiqamətlər üzrə elmi tədqiqatların planlaşdırılması və həyata keçirilməsi.

2. Beynəlxalq qrant layihələrinə (Horizon, COST və s.) qoşulmaq üçün Avropa və Asiyanın qabaqcıl tibb və digər müvafiq ali təhsil müəssisələri və elmi-tədqiqat institutları ilə əlaqələrin qurulması.

3. Kafedra əməkdaşlarının elmi işlərinin Beynəlxalq indeksləşdirilmiş elmi mətbuatda nəşri, Beynəlxalq və Milli elmi tədbirlərdə sözlü və poster iştirakının artırılması; müxtəlif ixtisasartırma kurslarında iştirakının təmin edilməsi.

4. Respublika üzrə qrant layihələrinə qoşulmaq üçün kafedranın elmi potensialının səfərbər edilməsi.

5. Yeni prioritet istiqamətlər üzrə elmi tədqiqatların planlaşdırılması və həyata keçirilməsi.

 

Maddi-texniki bazanın yaxşılaşdırılması

1. Kafedranın səlahiyyətində olan dərs otaqlarının və mühazirə zalının yüksək keyfiyyətli işlək vəziyyətdə saxlanılması.

2. Tədris prosesində və elmi tədqiqatlarda istifadə olunan mənəvi və fiziki cəhətdən köhnəlmiş cihaz və qurğuların dəyişdirilməsi üçün yeni alət və qurğuların alınması.

3. Tədris prosesinin dəstəklənməsi və elmi tədqiqatların aparılması üçün lisenziyalı yeni proqram.

4. Kafedrada kompüter texnologiyalarının təkmilləşdirilməsi və artırılması məhsullarının yenilənməsi.

5. Tədris prosesində şüa diaqnostikası avadanlıqlarından daha geniş istifadə edilməsi, profilaktik sağlamlıq tədbirlərinin həyata keçirilməsi.

6. Tələbələrin tədrisi üçün optimal şəraitin yaradılması, kafedrada tədrisə uyğun ədəbiyyatla təhciz olunmuş kitabxananın yaradılması.