|
Sıra sayı |
Fakültə |
Kurs |
Fənn |
Auditoriya saatı |
|
|
Mühazirə |
Təcrübə |
||||
|
1 |
Hərbi Tibb |
V |
Hərbi terapiya-1 |
10 |
60 |
|
2 |
Hərbi Tibb |
V |
Hərbi terapiya-2 |
10
|
50 |
Hərbi terapiya fənninin nəzəri və təcrübi əsasları açıqlanılır, dinc və müharibə dövrlərində müxtəlif növ silahların (kütləvi qırğın, odlu və digər) tətbiqi nəticəsində, eləcədə, xidmət şəraitinin zərərli amillərinin təsirindən törənə biləcək daxili orqan xəstəliklərinin profilaktikası, erkən diaqnostikası, müalicəsi, ayrı-ayrı təxliyə mərhələlərində zəruri həcmdə və keyfiyyətdə təxirəsalınmaz terapevtik yardımın göstərilməsi öyrənilir.
Praktiki mövzular keçirilərkən situasion məsələləri həll etmək məsləhət görülür. Təcrübi məşğələlər yarımtağım tədris qruplarında aparılır. Mühazirələrin elektron versiyaları kursantlara nümayiş etdirilib, öyrədilir.
Fənnin daha dərindən öyrənilməsi məqsədilə dərslər zamanı müxtəlif yazılı testlərdən, frontal sorğulardan, habelə multimedia vasitələrindən istifadə edilir.
Təhsil pilləsi: Əsas baza ali tibb təhsili
İxtisasın adı: Hərbi Tibb
Fənnin məqsədi:
Kursantlara dinc və müharibə dövrlərində müxtəlif növ silahların (kütləvi qırğın, odlu və digər) tətbiqi nəticəsində, eləcədə, xidmət şəraitinin zərərli amillərinin təsirindən törənə biləcək daxili orqan xəstəliklərinin profilaktikasını, erkən diaqnostikasını, müalicəsini, ayrı-ayrı təxliyə mərhələlərində zəruri həcmdə və keyfiyyətdə təxirəsalınmaz terapevtik yardımın icrasını öyrətmək, fənnin nəzəri əsaslarını və praktiki vərdişləri aşılamaqdır.
Fənnin təlim nəticəsi:
1. Müasir müharibə şəraitində meydana çıxa biləcək terapevtik profilli sanitar itkilərin təsnifatını bilir;
2. Ayrı-ayrı təxliyə mərhələlərində terapevtik profilli xəstə və zədələnmişlərin tibbi çeşidlənmə prinsiplərini bacarır;
3. Dinc və müharibə dövrlərində terapevtik profilli xəstə və zədələnmişlərə göstərilən terapevtik yardımın prinsiplərini bacarır;
4. İonlaşdırıcı şüalarla zəhərlənmələrin diaqnostikası, müalicəsi, tibbi təxliyə mərhələlərində göstərilən terapevtik yardımın prinsiplərini bacarır;
5. Ultrayüksək tezlik (UYT) diapazonlu elektromaqnit şüalanmasının diaqnostikası, müalicəsi, tibbi təxliyə mərhələlərində göstərilən terapevtik yardımın prinsiplərini bacarır;
6. Zərbə dalğasının təsiri nəticəsində əmələ gələn xəstəliklərin diaqnostikası, müalicəsi, tibbi təxliyə mərhələlərində göstərilən terapevtik yardım prinsiplərini bilir;
7. Partlayış zədələnmələri nəticəsində inkişaf edən daxili orqan patologiyaların diaqnostikası, müalicəsini, tibbi-təxliyə mərhələlərində göstərilən terapevtik yardım prinsiplərini bacarır;
8. Müharibə dövrünün visseral patologiyalarının diaqnostikası, müalicəsini, tibbi-təxliyə mərhələlərində göstərilən terapevtik yardımın prinsiplərini bilir.
Fənnin məzmunu:
Azərbaycan Tibb Universiteti tərəfindən təyin edilmiş məcburi fənndir.
Kütləvi qırğın silahlarının orqanizmə təsiri nəticəsində əmələ gəlmiş xəstəliklərin, yaralılarda daxili orqan xəstəliklərinin patogenezi, klinikasının öyrənilməsi, onların diaqnostikası, müalicəsi və profilaktika metodlarının işlənib hazırlanmasının təkmilləşdirilməsi.