Bizi izləyin:
Heydər Əliyev
Hərbi terapiya (Hərbi feldşer işi)
Bölmələrimiz
Hərbi terapiya (Hərbi feldşer işi)

Sıra sayı

Fakültə

Kurs

Fənn

Auditoriya saatı

Mühazirə

Təcrübə

1

Hərbi Feldşer işi

III

Hərbi terapiya

14

106

 

Hərbi terapiya fənninin nəzəri və təcrübi əsasları açıqlanılır, dinc və müharibə dövrlərində müxtəlif növ silahların (kütləvi qırğın, odlu və digər) tətbiqi nəticəsində, eləcədə, xidmət şəraitinin zərərli amillərinin təsirindən törənə biləcək daxili orqan xəstəliklərinin profilaktikası, erkən diaqnostikası, müalicəsi, ayrı-ayrı təxliyə mərhələlərində zəruri həcmdə və keyfiyyətdə təxirəsalınmaz terapevtik yardımın göstərilməsi öyrənilir.

Praktiki mövzular keçirilərkən situasion məsələləri həll etmək məsləhət görülür. Təcrübi məşğələlər yarımtağım tədris qruplarında aparılır. Mühazirələrin elektron versiyaları kursantlara nümayiş etdirilib, öyrədilir.

Fənnin daha dərindən öyrənilməsi məqsədilə dərslər zamanı müxtəlif yazılı testlərdən, frontal sorğulardan, habelə multimedia vasitələrindən istifadə edilir.

 

Fənnin məqsədi:

Dinc və müharibə dövrlərində müxtəlif növ silahların (kütləvi qırğın, odlu və digər) tətbiqi nəticəsində, eləcədə, xidmət şəraitinin zərərli amillərinin təsirindən törənə biləcək daxili orqan xəstəliklərinin profilaktikasını, erkən diaqnostikasını, müalicəsini, ayrı-ayrı təxliyə mərhələlərində zəruri həcmdə və keyfiyyətdə təxirəsalınmaz həkiməqədər yardımın icrasını öyrətmək, fənnin nəzəri əsaslarını və praktiki vərdişləri aşılamaqdır.

Fənnin təlim nəticəsi:

Tələbə bilməlidir:

  • dinc və müharibə dövründə hərbi qulluqçuların sağlamlılığına təsir edən amillərin təsir mexa­nizmi, şəraiti, səbəb-nəticə qanunauyğunluqları;
  • tibb xidmətinin icra məsuliyyəti daşıdığı sanitariya-gigiyenik tədbirlərin məzmunu, həcmi və həyata keçirilməsi qaydalarını;
  • müharibə vaxtı sanitariya-gigiyenik tədbirlərin təşkili, məzmunu və həyata keçirilməsi qay­dasını müəyyən edən əsas gigiyenik normativləri və rəhbər sənədləri;
  • şəxsi heyətin hərbi əmək şəraiti, yerləşdirilməsi, qidalanması, su təchizatı, hamam-cama­şır­xana xidməti, həmçinin döyüşdə həlak olan hərbi qulluqçuların dəfn olunmasına sanitariya nəzarətin təşkilini və üsullarını;
  • ərzağın və suyun sanitariya ekspertizasının təşkili və üsullarını;
  • sanitariya-epidemioloji kəşfiyyatın təşkili və həyata keçirilmə qaydasını.

 

 Tələbə bacarmalıdır:

1. Müasir müharibə şəraitində meydana çıxa biləcək terapevtik profilli sanitar itkilərin təsnifatını bilir;

2. Ayrı-ayrı təxliyə mərhələlərində terapevtik profilli xəstə və zədələnmişlərin tibbi çeşidlənmə prinsiplərini bacarır;

3. Dinc və müharibə dövrlərində terapevtik profilli xəstə və zədələnmişlərə göstərilən həkiməqədər terapevtik yardımın prinsiplərini bacarır;

4. İonlaşdırıcı şüalarla zəhərlənmələrin diaqnostikasını, müalicəsini, tibbi təxliyə mərhələlərində göstərilən həkiməqədər yardımın prinsiplərini bacarır;

5. Ultrayüksək tezlik (UYT) diapazonlu elektromaqnit şüalanmasının diaqnostikası, müalicəsi, tibbi təxliyə mərhələlərində göstərilən həkiməqədər terapevtik yardımın prinsiplərini bacarır;

6. Zərbə dalğasının təsiri nəticəsində əmələ gələn xəstəliklərin diaqnostikası, müalicəsi, tibbi təxliyə mərhələlərində göstərilən həkiməqədər terapevtik yardım prinsiplərini bilir;

7. Partlayış zədələnmələri nəticəsində inkişaf edən daxili orqan patologiyaların diaqnostikası, müalicəsini, tibbi-təxliyə mərhələlərində göstərilən həkiməqədər terapevtik yardım prinsiplərini bacarır.

 

Fənnin məzmunu:

Kütləvi qırğın silahlarının orqanizmə təsiri nəticəsində əmələ gəlmiş xəstəliklərin, yaralılarda daxili orqan xəstəliklərinin klinikasının öyrənilməsi, onların diaqnostikası, həkiməqədər yardım prinsipləri və profilaktikasının aparılması, qoşunun müxtəlif fəaliyyət şəraitində inkişaf edə biləcək daxili xəstəliklərin diaqnostikası, həkiməqədər yardımın göstərilməsi, profilaktikasının lazımi həcmdə və keyfiyyətlə aparılması.

Fənnin tədris formatı: Əyani