|
Sıra sayı |
Fakültə |
Kurs |
Fənn |
Auditoriya saatı |
|
|
Mühazirə |
Təcrübə |
||||
|
1 |
Hərbi Feldşer işi |
II |
Ümumi terapiya |
10 |
110 |
Ümumi terapiya – hərbi təbabətin tərkib hissəsi və bir sahəsi olub, xəstələrə terapevtik yardımın göstərilməsinin təşkilini, xəstələrin müalicəsinin xüsusiyyətlərini öyrənən elmdir. Bu proqram hərbi feldşerin praktiki təcrübəsində rast gəlinən daxili xəstəliklər zamanı tibbi yardımın təşkilinin müasir aspektlərini əhatə edir və daxil edilən mövzuların ətraflı icmalını təqdim edir. Məqsəd kursantlara orta tibb işçisi səviyyəsində daxili xəstəliklərin etiologiyasını, patogenezini, klinikasını, diaqnostikasını, müalicəsini, profilaktikasını, həkiməqədərki təxirəsalınmaz yardım tədbirlərinin icrasını öyrətmək, fənnin nəzəri əsaslarını və praktiki vərdişləri lazımi həcmdə aşılamaqdır.
Praktiki mövzular keçirilərkən situasion məsələləri həll etmək məsləhət görülür. Təcrübi məşğələlər yarımtağım tədris qruplarında aparılır. Mühazirələrin elektron versiyaları kursantlara nümayiş etdirilib, öyrədilir.
Fənnin daha dərindən öyrənilməsi məqsədilə dərslər zamanı müxtəlif yazılı testlərdən, frontal sorğulardan, habelə multimedia vasitələrindən istifadə edilməsi məqsədəuyğundur.
Fənnin məqsədi:
ATU-nun Hərbi Tibb Fakültəsinin tədris proqram və planlarında Hərbi Tibb Məktəbinin kursantlarına epidemiologiyanın yaranma və inkişaf tarixi, digər elmlərlə əlaqəsi, epidemik proses, epidemioloji diaqnostika, əksepidemik tədbirlər və s. haqqında bilik və zəruri vərdişlərin hərbi epidemiologiya kontekstində aşılanması ümdə vəzifə olaraq qarşıya qoyulur.
Hərbi hissələrin dislokasiya rayonlarının epidemioloji və epizootoloji şəraiti diqqət mərkəzində saxlanılmaqla, epidemik ocaqda rejim-məhdudlaşdırıcı tədbirlərin tətbiq qaydaları tədris prosesində müfəssəlliklə açıqlanır. Kursantlar hərbi feldşer üçün nəzərdə tutulmuş proqram həcmində qoşunlarda əksepidemik və bakterioloji silahdan mühafizə tədbirlərini nəzəri, praktiki və təşkilati baxımdan öyrənirlər
Fənnin təlim nəticəsi:
Kursant nəyi bilməlidir:
- dinc və müharibə dövründə terapevtik profilli xəstə və zədələnmişlərə göstərilən terapevtik (həkiməqədərki) yardımın prinsiplərini (orta tibb işçisi səviyyəsində);
- hərbi peşə xəstəliklərinin patogenezi, klinikası, diaqnostikası, müalicəsini və tibbi təxliyə mərhələlərində göstərilən terapevtik (həkiməqədərki) yardımın prinsiplərini (orta tibb işçisi səviyyəsində);
- yaralılarda, travmatik zədələnmələrdə, həmçinin, istivurma və donvurmaya məruz qalanlarda daxili orqan xəstəliklərinin patogenezi, klinikası, diaqnostikası, müalicəsi, tibbi təxliyə mərhələlərində göstərilən terapevtik (həkiməqədərki) yardımın prinsiplərini (orta tibb işçisi səviyyəsində);
- qoşunun müxtəlif fəaliyyət şəraitində meydana çıxabiləcək daxili xəstəliklərin patogenezi, klinikası, diaqnostikası, müalicəsi, tibbi təxliyə mərhələlərində göstərilən həkiməqədərki yardımın prinsiplərini (orta tibb işçisi səviyyəsində).
Kursant nəyi bacarmalıdır:
- təxliyə mərhələlərində tibbi çeşidləməni aparmağı;
- dinc və müharibə şəraitində kütləvi qırğın, odlu və digər silahların tətbiqi nəticəsində meydana çıxan, eləcədə, xidmət şəraitinin zərərli faktorlarının təsirindən törənəbiləcək xəstəliklərin vaxtında profilaktikasını, erkən diaqnostikasını və müalicəsini orta tibb işçisi səviyyəsində lazımi həcmdə və keyfiyyətlə aparmağı;
- təxliyə mərhələlərində zəruri həcmdə və keyfiyyətdə təxirəsalınmaz həkiməqədərki yardımın icrasını.
Kursant nəyə yiyələnməlidir:
- sülh və müharibə dövründə rast gəlinən terapevtik patologiyaların diaqnostika və mərhələli müalicə prinsiplərinin öyrənilməsinə;
- hərbi əməyin zərərli faktorlarının orqanizmə təsiri nəticəsində yaranmış xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası prinsiplərinə.
- terapetik xəstələrə hərbi hissə şəraitində ilkin diaqnozun qoylmasına və həkiməqədərki yardımın göstərilməsinə;
- terapevtik xəstələrə qulluq prinsiplərinə;
- tibbi vasitələrdən istifadə qaydalarına
Fənnin məzmunu:
Feldşer hazırlığı kursunda ümumi terapiya fənninin tədrisinin məqsədi kursantlarla orta tibb işçisi səviyyəsində daxili xəstəliklərin etiologiyasını, klinikasını, diaqnostikasını, müalicəsini, profilaktikasını, həkiməqədərki təxirəsalınmaz yardım tədbirlərinin icrasını öyrətmək, fənnin nəzəri əsaslarını və praktiki vərdişləri lazımi həcmdə aşılamaqdır.
Fənnin tədris formatı: Əyani