Bizi izləyin:
Heydər Əliyev
Feldşer işinin təşkili və tibbi deontologiyanın əsasları (Hərbi feldşer işi)
Bölmələrimiz
Feldşer işinin təşkili və tibbi deontologiyanın əsasları (Hərbi feldşer işi)

Sıra sayı

Fakültə

Kurs

Fənn

Auditoriya saatı

Mühazirə

Təcrübə

1

Hərbi Feldşer işi

II

Feldşer işinin təşkili və tibbi deontologiyanın əsasları

14

106

 

Feldşer işi – praktik hərbi təbabətin başlanğıc fənni olmaqla xəstələrə müalicə müddətində o cümlədən ambulator, poliklinika və sanator şəraitində icra edilən müxtəlif tibbi proseduraların nəzəri və praktik əsaslarını tədris etməklə məşğuldur.  Fənn ümumi və xüsusi hissələrdən ibarətdir. Ümumi hissədə orta tibb işçilərinin vəzifələri, mənəvi simaları, peşə keyfiyyətləri, məsuliyyətləri, o cümlədən müxtəlif növ hərbi müalicə müəssisələrinin quruluşu, funksional vəzifələri tədris olunur. Xüsusi hissədə isə müalicənin gedişində xəstələrə təyin edilmiş müxtəlif tibbi proseduraların nəzəri əsasları tədris olunur və praktiki yerinə yetirilməsi ööyrədilir. Bu proqram hərbi feldşerin praktiki təcrübəsində rast gəlinən daxili xəstəliklər zamanı tibbi yardımın təşkilinin müasir aspektlərini əhatə edir və daxil edilən mövzuların ətraflı icmalını təqdim edir.

Fənnin məqsədi: Hərbi tibb məktəbində «Feldşer işinin əsasları və tibbi deontologiya» fənninin tədrisinin məqsədi kursantlara orta tibb işçisinin vəzifələrini, peşə etikasını və deontologiyanı, xəstələrlə ünsiyyət qurmağı, propedevtikanın sadə elementlərini, xəstələrin daşınmasını, onları müşahidə və qulluğu, dərmanların paylanmasını və  saxlanmasını, dərmanlı və dərmansız tibbi proseduraları icra etməyi, tibbi alətlərdən istifadə etməyi və saxlamağı, antiseptika və aseptikanı, xəstələrdən müayinə materiallarını götürməyi və aparmağı, xəstələrin vəziyyətini qiymətləndirməyi və həkim gələnə kimi zəruri yardımı göstərməyi öyrətmək, praktiki təbabətin vacib elementlərinin nəzəri və praktiki əsaslarını aşılamaqdır.

 

Fənnin təlim nəticəsi:

1. Orta tibb işçisinin vəzifə və funksiyalarını bilir.

2. Sanitar və gigiyenik normalara riayət edir.

3. Xəstələrlə ünsiyyət qurmağın prinsiplərini bilir.

4. Tibbi alət və cihazlardan istifadə etməyi bacarır, saxlanmasının nəzəri əsaslarını bilir.

5. Tibbi manipulyasiyalarıaparmağı bacarır.

6. Xəstələrə zəruri həcmdə və keyfiyyətli həkiməqədərki tibbi yardım göstərmənin nəzəri əsaslarını bilir.

 

Fənnin məzmunu:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş məcburi fənndir. «Feldşer işinin əsasları və tibbi deontologiya» fənniorta tibb işçisinin vəzifələri, peşə etikasını və deontologiya, xəstələrin daşınması, onlara qulluq, dərmanların paylanması və saxlanması, tibbi proseduraların icra edilməsi, tibbi alətlərdən istifadə edilməsi və onların saxlanması, müayinə materiallarının götürülməsi, xəstələrin vəziyyətinin qiymətləndirilməsi və həkim gələnə kimi zəruri tibbi yardımın göstərilməsihaqqında elmdir.