|
Sıra sayı |
Fakültə |
Kurs |
Fənn |
Auditoriya saatı |
|
|
Mühazirə |
Təcrübə |
||||
|
1 |
I Tibb |
I |
Mülki müdafiə Tibb xidmətinin təşkili |
20 |
10 |
|
2 |
II Tibb |
I |
|||
|
3 |
Tibb bacısı |
I |
|||
|
4 |
Stomatologiya |
III |
|||
|
5 |
Hərbi stomatologiya |
III |
|||
Elmi-texniki tərəqqinin sürətlə inkişaf etməsi, mürəkkəb texniki sistemlərin sənayedə tətbiqi, istifadəsi və onların istismarı zamanı ətraf mühitin və insanların sağlamlığı üçün təhlükələr yaranır.
Sülh və müharibə dövründə yaranmış fövqəladə hallarda MM-nin rolu və vəzifələri. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, şəhər, rayon və xalq təsərrüfatı obyektlərinin fövqəladə hallar komissiyası. Fövqəladə hallar fəaliyyəti üçün Vahid Dövlət Sistemi, təbii fəlakətlər, katastrofalar, sənaye qəzaları və fəlakətlər zamanı əhalinin təhlükəsizliyinin təmin olunması, onların məqsədi və vəzifələri. Mülki Müdafiənin əsas vəzifələri. Müəssisələrdə Mülki Müdafiənin təşkilinin və quruluşunun ümumi prinsipləri. Xalq təsərrüfatı obyektlərində Mülki Müdafiənin təşkili və idarə olunma sistemləri. Mülki Müdafiənin formalaşdırılması, onların təşkili qaydası və imkanları. Ərazi və obyekt dəstələri, ümumi məqsədli xidmət, xüsusi və ixtisaslaşmış dəstələr. Bu fənn müasir dövrün ən aktual problemlərini öyrənir. Təbii fəlakətlərin tez-tez baş verməsi, iri sənaye qəzaları, terror aktları və hərbi münaqişələr zamanı zərər çəkmiş mülki əhaliyə tibbi xidmətin vaxtında göstərilməsi, müalicə-təxliyyə tədbirlərinin düzgün təşkili, yaranmış şəraitin qiymətləndirilməsi ölkənin ali məktəblərində tədrisin əsas məqsədlərindən biridir.
Mülki müdafiə fənni tədris planına xüsusi fənn kimi daxil edilmiş, 30.XII.97-ci il tarixli Mülki Müdafiə haqqında Milli Məclisin Qanunu, Nazirlər kabinetinin 25.IX.98-ci il tarixli 193 saylı qərarına əsasən işlənib hazırlanmışdır.
Təhsil pilləsi: Əsas baza ali tibb təhsili
İxtisasın adı: Tibb
Fənnin məqsədi:
Dinc və müharibə xarakterli fövqəladə hallar, onların təsnifatı və yaranma səbəbləri. İstehsalat qəzaları və təbii fəlakətlər. Onların baş vermə səbəbləri. Əhalinin mühafizəsi üzrə Mülki Müdafiə tədbirləri. Təbii fəlakətlər, qəzalar və düşmən hücumu haqqında xəbərdarlıq edilmə qaydaları. Tibbi xidmətin təşkili və tibbi təminatın həyata keçirilməsi.
Zədələnmə zonalarının müəyyənləşdirilməsi istehsalat qəzaları zamanı birinci və ikinci zədələyici amillərlə zədələnmə ocaqlarının səciyyələndirilməsi. Zərbə dalğası, sıxılma fazası, atom elektrik stansiyalarında və nəqliyyatda qəzaların, güclü təsirli zəhərləyici maddələrin və başqa təhlükəli texnologiyaların xarakterik xüsusiyyətləri.
Təbii fəlakətlər baş vermiş rayonlarda zədələnmə ocaqlarının səciyyələndirilməsi. Azərbaycan Respublikası ərazisində baş verə biləcək fövqəladə vəziyyətlər (zəlzələ, sel, su basması, yanğın hadisələri), onların əhaliyə və obyektlərə təsiri.
Kütləvi qırğın silahları tətbiqi nəticəsində yaranmış zədələnmə ocaqlarını qısa səciyyələndirilməsi. Fövqəladə hal vəziyyətinin ekologiyaya təsiri. Obyektlərin, texnologiyanın, maşınqayırmanın lahiyələşdirilməsində fövqəladə vəziyyətlərin proqnozlaşdırılması, bundan istifadə edərək istismar zamanı qəza təhlükələrinin azaldılması
Fənnin təlim nəticəsi:
Tələbə bilməlidir:
Tələbə bacarmalıdır:
- sülh və müharibə dövründə yaranmış zədə ocaqlarında xilasetmə işlərinin və tibbi yardımın göstərilməsini;
- zəhərləyici maddələri (ZM) təsnifatlandırmağı;
- insanların müxtəlif növ ZM-lə zədələnməsinin qısa xarakteristikasını müəyyən etməyi;
- kimyəvi zəhərlənmə zonasını səciyyələndirməyi;
- fövqəladə hallarda yaranmış travmanın ağırlıq dərəcəsi müəyyən etməyi;
- ilk tibbi yardımın göstərilməsini;
MMTX-nin qüvvə və vasitələrinin vəziyyətinin qiymətləndirilməsi və tibbi yardım göstərilməsi üçün onların tələbatlarının müəyyən edilməsi, zədələnənlərin köçürülməsi, zədələnmiş əhalinin tibbi təminatının təşkili.
Tələbə yiyələnməlidir:
Fənnin məzmunu:
Elmi-texniki tərəqqinin sürətlə inkişaf etməsi, mürəkkəb texniki sistemlərin sənayedə tətbiqi, istifadəsi və onların istismarı zamanı ətraf mühitin və insanların sağlamlığı üçün təhlükələr yaranır.
Sülh və müharibə dövründə yaranmış fövqəladə hallarda MM-nin rolu və vəzifələri. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, şəhər, rayon və xalq təsərrüfatı obyektlərinin fövqəladə hallar komissiyası. Fövqəladə hallar fəaliyyəti üçün Vahid Dövlət Sistemi, təbii fəlakətlər, katastroflar, sənaye qəzaları və fəlakətlər zamanı əhalinin təhlükəsizliyinin təmin olunması, onların məqsədi və vəzifələri. Mülki Müdafiənin əsas vəzifələri. Müəssisələrdə Mülki Müdafiənin təşkilinin və quruluşunun ümumi prinsipləri. Xalq təsərrüfatı obyektlərində Mülki Müdafiənin təşkili və idarə olunma sistemləri. Mülki Müdafiənin formalaşdırılması, onların təşkili qaydası və imkanları. Ərazi və obyekt dəstələri, ümumi məqsədli xidmət, xüsusi və ixtisaslaşmış dəstələr. Bu fənn müasir dövrün ən aktual problemlərini öyrənir. Təbii fəlakətlərin tez-tez baş verməsi, iri sənaye qəzaları, terror aktları və hərbi münaqişələr zamanı zərər çəkmiş mülki əhaliyə tibbi xidmətin vaxtında göstərilməsi, müalicə-təxliyyə tədbirlərinin düzgün təşkili, yaranmış şəraitin qiymətləndirilməsi ölkənin ali məktəblərində tədrisin əsas məqsədlərindən biridir.