Bizi izləyin:
Heydər Əliyev
Hərbi  cərrahiyyə (Hərbi həkim işi hazırlığı kursu)
Bölmələrimiz
Hərbi  cərrahiyyə (Hərbi həkim işi hazırlığı kursu)

Sıra sayı

Fakültə

Kurs

Fənn

Auditoriya saatı

Mühazirə

Təcrübə

1

Hərbi Tibb

V

Hərbi cərrahiyyə

16

104

 

Təhsil pilləsi:  Əsas (baza) ali tibb təhsili

İxtisasın adı: Hərbi Tibb

Tədris edilən fənnin növü: Məcburi

AKTS: 8 kredit

Fənnin məqsədi: Kursantlara Hərbi cərrahiyyə fənnini tədris etməkdə məqsəd nəzəri bilik və təcrübi vərdişlər əldə etməklə onları müharibə və sülh şəraitində cərrahi döyüş patologiyası ilə olan yaralıların diaqnostikası, tibbi yardımın təşkili və göstərilməsi məsələləri üzrə vəzifələrinin icrasına hazırlamaqdır.

Tədris olunan fənnin öyrənilməsi nəticəsində kursantların müasir döyüş əməliyyatlarının aparılma xüsusiyyətlərini nəzərə almaqla tibb elminin yeni nailiyyətləri əsasında müharibə dövründə yaralılara cərrahi yardımın göstərilməsinin təşkilini öyrənən bir elm kimi Hərbi  cərrahiyyənin inkişaf perspektivləri barəsində təsəvvürləri olmalıdır.

Fənnin təlim nəticəsi:

  1. Döyüş əməliyyatları zamanı yaralılara göstərilən ilk tibbi, həkiməqədər, ilk həkim, ixtisaslı və ixtisaslaşdırılmış yardımının həcmini və məzmununu bilir
  2. Hərbi konfliktlər və lokal müharibələrdə cərrahi yardımın göstərilməsinin xüsusiyyətlərini bilir
  3. Travmatik şok, USS, kəskin qanitirmə, yaralanmaların infeksion ağırlaşmalarının klinikası, diaqnostikası, və ümumi müalicə prinsiplərini bilir
  4. Tibbi yardım mərhələlərinin cərrahi təchizatını bilir
  5. Müasir odlu silah yaralanmalarının, qapalı zədələnmələrin, müştətək və çoxsaylı travmaların, kombinəolunmuş radiasion və kimyəvi zədələnmələrin, travmatik şokun, USS-in, massiv qanitirmənin, yaralanmaların infeksion ağırlaşmalarının diaqnostikasını bacarır
  6. İlk həkim yardımı mərhələsində yaralıların kütləvi daxil olması şəraitində yaralıların çeşidlənməsini bacarır
  7. Cərrahi döyüş travması olan yaralılara ilk tibbi, həkiməqədər və ilk həkim yardımının göstərilməsini bacarır
  8. Həkim deontologiyası və tibbi etika prinsiplərinə əməl edir.

Fənnin məzmunu

Hərbi  cərrahiyyə – hərbi təbabətin tərkib hissəsi və cərrahiyyənin bir sahəsi olub, sülh və müharibə dövründə yaralılara cərrahi yardımın göstərilməsinin təşkilini, müasir döyüş patologiyalarını, onların diaqnostikasını, klinikasını, müalicə metodlarını və döyüş əməliyyatlarının xarakterindən asılı olaraq yaralıların müalicəsinin xüsusiyyətlərini öyrənən elmdir. Fənn Hərbi Tibb İxtisası üçün Azərbaycan Tibb Universiteti tərəfindən məcburi fənn kimi təyin olunmuşdur. Kursantlara materialı öyrətməkdə məqsəd sülh və müharibə dövründə yaralı və xəstələrə göstərilən birinci səviyyəli yardımın elementlərini, yardım göstərən zaman əlaltı vasitələrdən və standart tibbi vasitələrdən istifadə qaydalarını aşılamaqdır. Tədris dövründə kursantlar əldə etdikləri bacarıqları  sülh və müharibə dövründə hərbi hissələrdə, eləcə də bütün xidmət dövründə yaralılara birinci səviyyəli yardım göstərən zaman istifadə edə biləcəklər.

Fənnin tədris formatı :Əyani

Hərbi cərrahiyyə  1-2