|
Sıra sayı |
Fakültə |
Kurs |
Fənn |
Auditoriya saatı |
|
|
Mühazirə |
Təcrübə |
||||
|
1 |
Feldşer hazırlığı kursu |
III |
Hərbi cərrahiyyə |
20 |
100 |
Təhsil pilləsi: Əsas (baza) subbakalavr
İxtisasın adı: Hərbi Feldşer işi
Tədris edilən fənnin növü: Məcburi
AKTS: 8 kredit
Fənnin məqsədi: Kursantlara Hərbi cərrahiyyə fənnini tədris etməkdə məqsəd nəzəri bilik və təcrübi vərdişlər əldə etməklə onları müharibə və sülh şəraitində cərrahi döyüş patologiyası ilə olan yaralıların diaqnostikası, tibbi yardımın təşkili və göstərilməsi məsələləri üzrə vəzifələrinin icrasına hazırlamaqdır.
Tədris olunan fənnin öyrənilməsi nəticəsində kursantların müasir döyüş əməliyyatlarının aparılma xüsusiyyətlərini nəzərə almaqla tibb elminin yeni nailiyyətləri əsasında müharibə dövründə yaralılara cərrahi yardımın göstərilməsinin təşkilini öyrənən bir elm kimi Hərbi cərrahiyyənin inkişaf perspektivləri barəsində təsəvvürləri olmalıdır.
Fənnin təlim nəticəsi:
Fənnin məzmunu
Hərbi cərrahiyyə – hərbi təbabətin tərkib hissəsi və cərrahiyyənin bir sahəsi olub, sülh və müharibə dövründə yaralılara cərrahi yardımın göstərilməsinin təşkilini, müasir döyüş patologiyalarını, onların diaqnostikasını, klinikasını, müalicə metodlarını və döyüş əməliyyatlarının xarakterindən asılı olaraq yaralıların müalicəsinin xüsusiyyətlərini öyrənən elmdir. Fənn Hərbi Feldşer İşi İxtisası üçün Azərbaycan Tibb Universiteti tərəfindən məcburi fənn kimi təyin olunmuşdur. Kursantlara materialı öyrətməkdə məqsəd sülh və müharibə dövründə yaralı və xəstələrə göstərilən birinci səviyyəli yardımın elementlərini, yardım göstərən zaman əlaltı və standart tibbi vasitələrdən istifadə qaydalarını aşılamaqdır. Tədris dövründə kursantlar əldə etdikləri bacarıqları sülh və müharibə dövründə hərbi hissələrdə, eləcə də bütün xidmət dövründə yaralılara birinci səviyyəli yardım göstərən zaman istifadə edə biləcəklər.
Fənnin tədris formatı :Əyani