Bizi izləyin:
Heydər Əliyev
Travmatologiya (Feldşer hazırlığı kursu)
Bölmələrimiz
Travmatologiya (Feldşer hazırlığı kursu)

Sıra sayı

Fakültə

Kurs

Fənn

Auditoriya saatı

Mühazirə

Təcrübə

1

Feldşer hazırlığı kursu

III

Travmatologiya

6

54

 

Təhsil pilləsi:  Əsas (baza) subbakalavr

İxtisasın adı: Hərbi Feldşer işi

Tədris edilən fənnin növü: Məcburi

AKTS: 4 kredit

Fənnin məqsədi: Travmatologiya fənnini tədris etməkdə məqsəd ursantlar tərəfindən travmatologiya üzrə nəzəri biliklərin əldə edilməsi və onlara praktiki vərdişlərin aşılanmasıdır. Hərbi feldşer peşəsini nəzərə alaraq, hərbi qulluqçular arasında daha çox müşahidə olunan zədələnmələr zamanı həkiməqədər yardımın göstərilməsinin öyrədilməsinə üstünlük verilməsi nəzərdə tutulur.

Tədris olunan fənnin öyrənilməsi nəticəsində kursantların, tibb elminin yeni nailiyyətləri əsasında xəstələrə travmatoloji yardımın göstərilməsinin təşkilini öyrənən bir elm kimi travmatologiyanın inkişaf perspektivləri barəsində təsəvvürləri olmalıdır.

Fənnin təlim nəticəsi:

  1. Travmatoloji və ortopedik xəstəliklərin etiologiyasını bilir
  2. Travmatoloji xəstəliklər zamanı anamnez toplamağı bilir
  3. Travmatoloji xəstələrin müayinə üsullarını bilir
  4. İmmobilizasiya vasitələrini tanıyır
  5. Sınıqların və çıxıqların klinika və diaqnostikasını bilir
  6. Zədələnmələr zamanı göstərilən yardımın xüsusiyyətlərini bilir
  7. Politravmalar və müştərək travmalar zamanı xəstələrə təxirəsalınmaz yardım göstərməyi bilir

Fənnin məzmunu

Travmatologiya – cərrahiyyənin bir sahəsi olub, zədələnənlərə tibbi yardım göstərilməsinin və onların müalicəsinin xüsusiyyətlərini öyrənən elmdir. Bu fənnorta tibb ixtisası səviyyəsində zədələnmələr zamanı xəsarətin təyin olunmasını, tibbi yardımın təşkilinin müasir aspektlərini öyrədir. Fənn Hərbi Feldşer İxtisası üçün Azərbaycan Tibb Universiteti tərəfindən məcburi fənn kimi təyin olunmuşdur. Kursantlara materialı öyrətməkdə məqsəd müxtəlif travmalar zamanı xəsarəti təyin etmək, zədələnənlərə həkiməqədər tibbi yardım elementlərini, tibbi yardım göstərən zaman əlaltı və standart vasitələrdən istifadə qaydalarını aşılamaqdır. Tədris dövründə kursantlar əldə etdikləri bacarıqları hərbi hissələrdə, hərbi xidmətdən sonrakı dövrlərdə mülki müəssisələrdə fəaliyyətləri dövründə zədələnənlərə həkiməqədər tibbi yardım göstərən zaman istifadə edə biləcəklər.

Fənnin tədris formatı :Əyani