|
Sıra sayı |
Fakültə |
Kurs |
Fənn |
Auditoriya saatı |
|
|
Mühazirə |
Təcrübə |
||||
|
1 |
Hərbi Tibb |
V |
Hərbi epidemiologiya |
12 |
78 |
Hərbi epidemiologiya fənninin tədrisində epidemiologiyanın nəzəri və təcrübi əsasları açıqlanmalı, epidemik proses, onun hərəkətverici qüvvələri, hərbi kollektivlərdə epidemik prosesin baş vermə xüsusiyyətləri izah edilməli, ayrı-ayrı infeksion xəstəliklərin epidemiologiyası və xəstəliklərin profilaktikası məsələləri işıqlandırılmalı, bakterial silahlar, onların indikasiyası və ocaqda aparılan tədbirlər silsiləsi kursantlara çatdırılmalıdır. Kursantlara yoluxucu xəstəlik ocaqlarında müstəqil araşdırmalar aparmaq, müvafiq əksepidemik tədbirlər kompleksi işləyib hazırlamaq vərdişləri aşılanmalı, onlarda epidemioloji diaqnostika metodlarına istinad edərək çevik və retrospektiv təhlil yolu ilə adekvat mühakimələr yürütmək, nəticələr çıxarmaq vərdişləri yaradılmalıdır.
Praktiki mövzular keçirilərkən situasion məsələləri həll etmək məsləhət görülür. Təcrübi məşğələlər yarımtağım tədris qruplarında aparılır. Mühazirələrin elektron versiyaları kursantlara nümayiş etdirilib, öyrədilir. Tədris bazası kimi Sanitar Epidemioloji Nəzarət Mərkəzindən istifadə edilir.
Fənnin daha dərindən öyrənilməsi məqsədilə dərslər zamanı müxtəlif yazılı testlərdən, frontal sorğulardan, habelə multimedia vasitələrindən istifadə edilməsi məqsədəuyğundur.
Təhsil pilləsi: Əsas baza ali tibb təhsili
İxtisasın adı: Hərbi Tibb
Fənnin məqsədi:
Hərbi epidemiologiya fənninin tədrisində məqsəd kursant və tələbələrə fənnin nəzəri və təcrübi əsaslarını çatdirmaq, epidemioloji diaqnostika üsullarını öyrətmək, dinc və müharibə şəraitində profilaktik və əksepidemik tədbirlər kompleksinin işlənib hazırlanması və icrası barədə müfəssəl məlumat vermək, əksepidemik təminatın qüvvə və vasitələri haqda biliklər çatdırmaqdır.
Hərbi hissələrin dislokasiya rayonlarının epidemioloji və epizootoloji şəraiti diqqət mərkəzində saxlanılmaqla, epidemik ocaqda rejim-məhdudlaşdırıcı tədbirlərin tətbiq qaydaları tədris prosesində geniş açıqlanır. Kursantlar hərbi feldşer üçün nəzərdə tutulmuş proqram həcmində qoşunlarda əksepidemik və bakterioloji silahdan mühafizə tədbirlərini nəzəri, praktiki və təşkilati baxımdan öyrənirlər.
Tədrisin gedişində qoşunların şəxsi heyəti arasında baş verib yayılan aktual yoluxucu xəstəliklərin epidemioloji xüsusiyyətləri, diaqnostika üsulları, ocaqda əksepidemik tədbirlərin təşkili metodikası kursant və tələbələrə aşılanır, konkret epidemioloji şəraitin qiymətləndirilməsi meyarları, epidemioloji təhlil elementləri, proqnozlaşdırma üsulları öyrədilir.
Fənnin təlim nəticəsi:
Tələbə bilməlidir:
Tələbə bacarmalıdır:
Tələbə yiyələnməlidir:
Fənnin məzmunu:
Hərbi epidemiologiya üzrə tədrisin məqsədi kursantlara (tələbələrə) epidemiologiyadan nəzəri bilik və praktiki vərdişlərin aşılanması yolu ilə əksepidemik tədbirlər və bakterioloji silahdan müdafiə işinə tam yiyələnməsini təmin etməkdir. Kursu bitirdikdən sonra məqsəd kursantlar aktual infeksion xəstəliklərin epidemik ocaqlarının məhdudlaşdırılması və ləğvi tədbirlərinin planlaşdırılması və həyata keçirilməsini qazandırılmasıdır.