Bizi izləyin:
Heydər Əliyev
Hərbi gigyena (Hərbi Tibb)
Bölmələrimiz
Hərbi gigyena (Hərbi Tibb)

Sıra sayı

Fakültə

Kurs

Fənn

Auditoriya saatı

Mühazirə

Təcrübə

1

Hərbi Tibb

II

Hərbi gigiyena

10

80

 

Hərbi gigiyena fənninin tədrisində kursant və tələbələrin ümumi gigiyena fənnindən əldə etdikləri biliklər genişləndirilməli, gigiyenik məsələlərin şərhinə hərbi təbabət nöqteyi-nəzə­rin­dən yanaşılmalı, müharibə və dinc dövrdə sanitariya-gigiyenik tədbirlərin təşkili, hərbi xidmətin zərərverici amillərinin vaxtında və düzgün aradan götürülmə yolları, gigiyenik qiymətləndirmə və normalaşdırma elementləri onlara çatdırılmalıdır. Qoşunların şəxsi heyətinin qidalandırılması, məskunlaşması, su təchizatının elmi əsasları öyrədilməli, konkret döyüş şəraitində aparılacaq təd­birlər barədə   məlumatlar verilməlidir.

Hərbi gigiyenanın digər tibbi profilaktik fənlərlə əlaqəsi göstərilməli, hərbi qulluqçuların sağlamlıq vəziyyətlərinin qiymətləndirilməsi, müxtəlif amillərin insan orqanizminə mənfi təsiri, ondan qorunma yolları barədə biliklər kursant və tələbələrə çatdırılmalıdır.

Praktiki mövzular keçirilərkən situasion məsələləri həll etmək məsləhət görülür. Təcrübi məşğələlər yarımtağım tədris qruplarında aparılır. Mühazirələrin elektron versiyaları kursantlara nümayiş etdirilib, öyrədilir. Tədris bazası kimi Sanitar Epidemioloji Nəzarət Mərkəzindən istifadə edilir.

Fənnin daha dərindən öyrənilməsi məqsədilə dərslər zamanı müxtəlif yazılı testlərdən, frontal sorğulardan, habelə multimedia vasitələrindən istifadə edilməsi məqsədə-uyğundur.

Təhsil pilləsi:  Əsas baza ali tibb təhsili

İxtisasın adı: Hərbi tibb

Fənnin məqsədi:

Döyüş-təlim hazırlığı, döyüş əməliyyatları, həyat və məişət şəraiti ilə bağlı amillərin hərbi qulluqçuların orqanizminə təsirinin qanunauyğunluqları. Profilaktik tədbirlərin elmi əsas­larla işlə­nib şəxsi heyətin tibbi təminatına qoşulması. Hərbi qulluqçuların sağlam-lığının qorun­ması və möh­kəmləndirilməsinə dair normativlərin hazırlanması və sanitariya nəzarəti formasında həyata keçiril­məsi. Hərbi gigiyenanın əsas məzmununu təşkil edən bu məsələlər dinləyicilərə müəyyən ardıcıl­lıqla çatdırılmalıdır.

Fənnin təlim nəticəsi:

Tələbə bilməlidir:

  • dinc və müharibə dövründə hərbi qulluqçuların sağlamlılığına təsir edən amillərin təsir mexa­nizmi, şəraiti, səbəb-nəticə qanunauyğunluqları;
  • tibb xidmətinin icra məsuliyyəti daşıdığı sanitariya-gigiyenik tədbirlərin məzmunu, həcmi və həyata keçirilməsi qaydalarını;
  • müharibə vaxtı sanitariya-gigiyenik tədbirlərin təşkili, məzmunu və həyata keçirilməsi qay­dasını müəyyən edən əsas gigiyenik normativləri və rəhbər sənədləri;
  • şəxsi heyətin hərbi əmək şəraiti, yerləşdirilməsi, qidalanması, su təchizatı, hamam-cama­şır­xana xidməti, həmçinin döyüşdə həlak olan hərbi qulluqçuların dəfn olunmasına sanitariya nəzarətin təşkilini və üsullarını;
  • ərzağın və suyun sanitariya ekspertizasının təşkili və üsullarını;
  • sanitariya-epidemioloji kəşfiyyatın təşkili və həyata keçirilmə qaydasını.

 

 Tələbə bacarmalıdır:

  • kazarmalar, iş yerləri, istehkam qurğularının (sığınacaqların) gigiyenik müayinə edilməsi və mikroiqlimin qiymətləndirilməsini;
  • qapalı və açıq ionlaşdırıcı şüalanma mənbələri ilə işləyən şəxslərin əmək şəraitinə sanitariya nəzarətinin həyata keçirilməsini;
  • raket yanacağı komponentlərinin, digər zərərli kimyəvi maddələrin iş yerlərində, havada qatılığının ekspress üsul ilə müəyyən edilməsi və onun nəticələrinin qiymətləndirilməsini;
  • qida zəhərlənmələrini araşdırmağı;
  • laboratoriyada hazır yeməklərin kimyəvi tərkibini və enerji tutumunu müəyyən etmək və suyun müayinəsi üçün nümunələri götürməyi;
  • qoşun ərzaq normaları çeşidli ərzaq məhsullarının və suyun sanitariya ekspertizasını aparmağı;
  • ərzağın və suyun radioaktiv və zəhərli maddələrlə çirklənmələrində briqada tibb xidmətinin imkanlarına müvafiq həcmdə müayinə edilməsi;
  • səhra şəraitində suyun zərərsizləşdirilməsinə nəzarət edilməsini;
  • xəstəliklərin, o cümlədən yoluxucu xəstəliklərin baş verməsinə və yayılmasına imkan yaradan risk amillərinin aşkar edilməsi və onların profilaktikası üzrə tədbirlərin işlənməsini;

Tələbə  yiyələnməlidir:

  • gigiyenik müayinə və təhlil aparmağı, hərbi hissələrdə sanitariya-gigiyenik vəziyyəti qiymət­ləndirməyi;
  • sanitariya nəzarəti aparılma qaydalarına.

 

Fənnin məzmunu:

Hərbi gigiyenanın əsas məzmununu döyüş-təlim hazırlığı, döyüş əməliyyatları, həyat və məişət şəraiti ilə bağlı amillərin hərbi qulluqçuların orqanizminə təsirinin qanunauyğunluqları. Pro­filaktik tədbirlərin elmi əsaslarla işlənib şəxsi heyətin tibbi təminatına qoşulması. Hərbi qulluq­çuların sağlamlığının qorunması və möhkəmləndirilməsinə dair normativlərin hazırlan­ması və sani­ta­riya nəzarəti formasında həyata keçirilməsi. Hərbi gigiyenanın əsas məzmu­nunu təşkil edən bu məsələlər dinlə­yicilərə müəyyən ardıcıllıqla çatdırılmalıdır. Tədris pro­sesinin nəticələrinə görə onlar profilaktik tədbir­lərin elmi əsaslarla işlənib şəxsi heyətin tibbi təminatına qoşulmasını, hərbi qulluqçuların sağlam­lı­ğının qorunması və möhkəmləndiril­məsinə dair normativlərin hazırlanması və sanitariya nəzarəti forma­sında həyata keçirilməsi öyrənməlidirlər.