Bizi izləyin:
Heydər Əliyev
Tibbi parazitologiya (Hərbi Tibb)
Bölmələrimiz
Tibbi parazitologiya (Hərbi Tibb)

Sıra sayı

Fakültə

Kurs

Fənn

Auditoriya saatı

Mühazirə

Təcrübə

1

Hərbi Tibb

III

Tibbi parazitologiya

10

30

 

Tibbi parazitologiya fənni Hərbi Həkim Hazırlığı kursunun kursantları üçün tədris edilir. Hərbi hissələrdə protozoozlar,  helmintozlar və ektoparazitlər əleyhinə kompleks tədbirlər aparılmasına baxmayaraq, hərbi qulluqçular arasında xəstəliklər təsadüf edir. Həkim heyətinin bu qurupdan olan xəstəliklər barədə ilkin təsəvvür­lərinin olması müalicə-diaqnostik, profilaktik və əksepidemik tədbirlərinin səmərə­liyini artırır.

Təhsil pilləsi:  Əsas baza ali tibb təhsili

İxtisasın adı: Hərbi tibb

Fənnin məqsədi:

Tibbi parazitologiya fənninin tədrisində məqsəd kursantlara parazitar xəstə­likləri barədə ilkin məlumatlar vermək, laborator  müayinə materialları götürmək üsullarını öyrətmək, parazitar xəstəliklər əley­hinə və profilaktik tədbirlər görmək vərdişləri aşılamaqdır.

Tədris vaxtı kursantlara parazitar xəstəliklərin qısa ümumi səciyyəsi, xəstə­lərə tibbi qulluq qaydaları və taktikası haqqında məlumatlar çatdırılır, qeydiyyat və hesabat sənədlərinin aparılması üsulları öyrədilir.

Fənnin təlim nəticəsi:

Tələbə bilməlidir:

- «Tibbi parazitologiya» fənninin əsas müddəalarını, «parazitar xəstəliklər»  «parazitizm» anlayışlarını, sahib-parazit münasibətlərinin xarakterini

- Parazitar xəstəliklərin təsnifatını

- İbtidailərin törətdiyi xəstəliklərin epidemiologiyasını

- Helmintozların insan orqanizminə vurduğu zərəri

- Tibbi əhəmiyyətli buğumayaqlılarla mübarizə yollarını

 

 Tələbə bacarmalıdır:

- Protozooz və helmintozlu xəstələrdən ilkin anamnestik məlumatlar toplamağı;

- Xəstə və sübhəlilərdən laborator müayinə üçün material götürməyi;

- «Qalın damla» preparatları hazırlamağı;

- Vizual tədqiqatla helmintlərin növünü təyin etməyi;

- Şəxsi heyəti forma 20 (pedikulyoza) və qoturluq gənə­sinə yoxlamağı;

- Protozooz və helmintozlara görə əsaslandırılmış pro­filaktik və əksepidemik tədbirlər, ocağda qoruyucu tədbirləri yerinə yetirməyi. 

 

Tələbə yiyələnməlidir:

- Parazitar xəstəliklərin ilkin aşkarı, parazitlərə qarşı ilkin tədbirlər kompleksi yerinə yetirməyi

 

Fənnin məzmunu:

Tibbi parazitologiya fənni Hərbi Həkim Hazırlığı kur­sunun kursantları üçün tədris edilir. Hərbi hissələrdə pro­tozooz və helmintozlar əleyhinə kompleks tədbirlər apa­rılmasına baxmayaraq, hərbi qulluqçular arasında kifayət qədər təsa­düf edir. Həkim heyətinin bu qurupdan olan xəstəliklər ba­rədə ilkin təsəvvürlərinin olması müalicə-diaqnostik və aşkar­etmə tədbirlərinin səmərəliyini artırır.