Bizi izləyin:
Heydər Əliyev
Hərbi epidemiologiya (Hərbi feldşer işi)
Bölmələrimiz
Hərbi epidemiologiya (Hərbi feldşer işi)

Sıra sayı

Fakültə

Kurs

Fənn

Auditoriya saatı

Mühazirə

Təcrübə

1

Hərbi Feldşer işi

II

Hərbi epidemiologiya

16

90

 

Hərbi epidemiologiya fənninin tədrisində epidemiologiyanın nəzəri və təcrübi əsasları açıq­lanmalı, epidemik proses, onun hərəkətverici qüvvələri, hərbi kollektivlərdə epidemik prosesin baş vermə xüsusiyyətləri izah edilməli, ayrı-ayrı infeksion xəstəliklərin epidemiologiyası və xəstə­lik­lərin profilaktikası məsələləri işıqlandırılmalı, bakterial silahlar, onların indikasiyası və ocaqda apa­rılan tədbirlər silsiləsi kursantlara çatdırılmalıdır. Kursantlara yoluxucu xəstəlik ocaqlarında müs­təqil araşdırmalar aparmaq, müvafiq əksepidemik tədbirlər kompleksi işləyib hazırlamaq vərdişləri aşılanmalı, onlarda epidemioloji diaqnostika metodlarına istinad edərək çevik və retrospektiv təhlil yolu ilə adrkvat mühakimələr yürütmək, nəticələr çıxarmaq vərdişləri yaradılmalıdır.

Praktiki mövzular keçirilərkən situasion məsələləri həll etmək məsləhət görülür. Təcrübi məşğələlər yarımtağım tədris qruplarında aparılır. Mühazirələrin elektron versiyaları kursantlara nümayiş etdirilib, öyrədilir. Tədris bazası kimi Sanitar Epidemioloji Nəzarət Mərkəzindən istifadə edilir.

Fənnin daha dərindən öyrənilməsi məqsədilə dərslər zamanı müxtəlif yazılı testlərdən, frontal sorğulardan, habelə multimedia vasitələrindən istifadə edilməsi məqsədəuyğundur.

Təhsil pilləsi:  Orta tibb

İxtisasın adı: Hərbi feldşer işi

Fənnin məqsədi:

ATU-nun Hərbi Tibb Fakültəsinin tədris proqram və planlarında Hərbi Tibb Məktəbinin kursantlarına epidemiologiyanın yaranma və inkişaf tarixi, digər elmlərlə əlaqəsi, epidemik proses, epidemioloji diaqnostika, əksepidemik tədbirlər və s.  haqqında bilik və zəruri vərdişlərin hərbi epi­demiologiya kontekstində aşılanması  ümdə vəzifə ola­raq qarşıya qoyulur. 

Hərbi hissələrin dislokasiya rayonlarının epidemioloji və epizootoloji şəraiti diqqət mərkə­zində saxlanılmaqla, epidemik ocaqda rejim-məhdudlaşdırıcı tədbirlərin tətbiq qay­daları tədris pro­sesində müfəssəlliklə açıqlanır. Kursantlar hərbi feldşer üçün nəzərdə tutulmuş proqram həcmində qoşunlarda əksepidemik və bakterioloji silahdan mühafizə tədbirlərini nəzəri, praktiki və təşkilati baxımdan öyrənirlər

Fənnin təlim nəticəsi:

Tələbə bilməlidir:

  • qoşunlarda epidemik prosesin inkişaf mexanizmi, təzahürləri, şəraiti və səbəblərini;
  • qoşunların və dislokasiya (fəaliyyət) rayonunun sanitariya-epidemik vəziyyətinin qiymətləndirilməsi meyarlarını;
  • tibbi təxliyə mərhələlərində bioloji (bakterioloji) silahdan mühafizə tədbirlərini;
  • qoşunlarda əksepidemik tədbirlərin aparılması üçün qüvvə və vəsaitləri;
  • sanitariya-epidemioloji qurumların işini.

 

 Tələbə bacarmalıdır:

  • hərbi hissənin və fəaliyyət (dislokasiya) rayonunun sanitariya-epidemik vəziyyətini qiymət­ləndirməyi;
  • taborda bakterioloji silahdan mühafizə və əksepidemik tədbirləri işləyib hazırlamağı;
  • bakterial vasitələrin indikasiyası üçün nümunələr götürməyi.

 

Tələbə yiyələnməlidir:

  • epidemik ocaqda araşdırma aparmaq, əksepidemik tədbirlər işləyib hazırlamaq bacarığına;
  • yoluxucu xəstəliklərin diaqnostikası, ocaqda epidemioloji araşdırılma aparılması və xəstə­liklərin profilaktikası prinsiplərini.

 

Fənnin məzmunu:

Hərbi epidemiologiya üzrə tədrisin məqsədi kursantlara epidemiologiyadan nəzəri bilik və prak­tiki vərdişlərin aşılanması yolu ilə əksepidemik tədbirlər və bakterioloji silahdan mü­dafiə işinə tam yiyə­lənməsini təmin etməkdir.  Kursu bitirdikdən sonra məqsəd kursantlar ak­tu­al infeksion xəs­tə­liklərin epi­de­­mik ocaqlarının məhdudlaşdırılması və ləğvi tədbirlərinin planlaşdırıl­ması və həyata keçirilməsini qazandırılmasıdır.