Bizi izləyin:
Heydər Əliyev
Tibbi parazitologiya (Hərbi feldşer işi)
Bölmələrimiz
Tibbi parazitologiya (Hərbi feldşer işi)

Sıra sayı

Fakültə

Kurs

Fənn

Auditoriya saatı

Mühazirə

Təcrübə

1

Hərbi feldşer işi

I

Tibbi parazitologiya

10

35

Tibbi parazitologiya fənni Hərbi Feldşer Hazırlığı kursunun kursantları üçün tədris edilir. Hərbi hissələrdə protozooz və helmintozlar əleyhinə kompleks tədbirlər aparılmasına bax­ma­yaraq, hərbi qulluqçular arasında kifayət qədər təsadüf edir. Feldşer heyətinin bu qrupdan olan xəstəliklər barədə ilkin təsəvvürlərinin olması müalicə-diaqnostik və aşkar etmə tədbir­lərinin səmərəliyini artırır.

Təhsil pilləsi:  Orta tibb

İxtisasın adı: Hərbi feldşer işi

Fənnin məqsədi:

Tibbi parazitologiya fənninin tədrisində məqsəd kursantlara parazitar və qurd xəstəlikləri barədə ilkin məlumatlar vermək, müayinə materialı götürmək, laborator diaqnostika üsullarını öyrət­mək, profilaktik və parazit əleyhinə tədbirlər görmək vərdişləri aşılamaqdır.

Tədris vaxtı kursantlara parazitar xəstəliklərin qısa ümumi səciyyəsi, xəstələrə tibbi qulluq qaydaları və taktikası haqqında məlumatlar çatdırılır, qeydiyyat və hesabat sənədlərinin aparılması üsulları öyrədilir.

Fənnin təlim nəticəsi:

Tələbə bilməlidir:

- «Tibbi parazitologiya» fənninin əsas müddəalarını, «parazitar xəstəliklər» «parazitizm» anlayışlarını, sahib-parazit münasibətlərinin xarakterini

- Parazitar xəstəliklərin təsnifatını

- İbtidailərin törətdiyi xəstəliklərin epidemiologiyasını

- Helmintozların insan orqanizminə vurduğu zərəri

- Tibbi əhəmiyyətli buğumayaqlılarla mübarizə yollarını

 Tələbə  bacarmalıdır:

- «Qalın damla» preparatları hazırlamağı;

- Helmintozlarda müayinə materialları toplamağı, vizual tədqiqatla helmintlərin növünü təyin etməyi;

- Şəxsi heyəti forma 20 (pedikulyoza) və qoturluq gənəsinə yoxlamağı

Tələbə yiyələnməlidir:

  1. Parazitar xəstəliklərin ilkin aşkarı, parazitlərə qarşı ilkin tədbirlər kompleksi yerinə yetir­məyi.

Fənnin məzmunu: