Bizi izləyin:
Heydər Əliyev
Oftalmologiya
Bölmələrimiz
Oftalmologiya

Fənnin məqsədi: Tələbələrə görmə orqanının sağlamlığının qorunmasına, möhkəmləndirilməsinə, cərrahi müdaxilə tələb edən xəstəliklərin müalicəsinə, əməliyyatdan sonra qulluğuna və reabilitasiyasına yönəldilmiş bilik və bacarıqları öyrətməkdir. Tələbələrdə müxtəlif məlumatların bilik səviyyəsində öyrədilməsi, xəstələrə qulluq qaydalarının mənimsənilməsi, həkimin yaxın köməkçisi olmaq, müayinə və müalicə üsullarının göstərmə səviyyəsində tədrisi bu fənnin əsas istiqamətlərindəndir. Bu kurs göz xəstəlikləri, müayinə və müalicə üsulları haqqında müasir təsəvvürlərə dayanaraq, tələbələrin nəzəri və praktiki cəhətdən biliklərə yiyələnməsinə şərait yaradır, onların real xəstələrlə konkret situasiyalarda necə davranmalı olduğu prinsiplərini aşılayır. Fənnin öyrədilməsi tələbə yönlü olub, bir sıra tematik araşdırmalarla, konkret xəstələrin üzərində, mulyajlar və manikenlərdə göstərmə səviyyəsində, tədris proqramına uyğun olaraq sillabuslarla həyata keçirilir. Müxtəlif videomaterialların təhlili, əməliyyatların canlı olaraq izlənməsi, əməliyyatdan əvvəl və sonra xəstələrin aparılması, müxtəlif kliniki situasion məsələlərin və tezislərin həlli tədrisin əsas meyarlarındandır. Fənnin təlim nəticəsi: - göz xəstəliklərinin yaranmasının şəraityaradıcı faktorlarını; - xəstəliyin təsnifatını; - xəstəliyin mərhələsini və lokalizasiyasından asılı olaraq klinik mənzərəni; - xəstələrin müayinə metodlarını; - müalicə prinsiplərini; - xəstələrdə anamnez toplamağı; - şikayətlər, anamnez və obyektiv tədqiqatlar əsasında xəstəlikdən şübhələnməyi; - şübhə zamanı xəstənin müayinə planını təşkil etməyi; - differensial diaqnostika apararaq və diaqnozu formalaşdırmaq. Fənnin məzmunu Fənnin nəzəri hissəsi mühazirə şəklində aparılır. Praktiki məşğələlər zamanı isə tələbələr xəstələrlə təmas edir, müayinələrdə, diaqnozun formalaşmasında, sarğılarda, xəstələrin aparılmasında fəal iştirak edib öyrənirlər. Tələbələrə göz alması, görmə orqanının yardımçı aparatı, görmə analizatorunun xəstəliklərində və yaralanmalarında diaqnostika və diferensial diaqnostika, müalicə prinsipləri barədə məlumatlar verilir. Tədris müasir təlim prinsiplərinə uyğun olaraq motivasiya, problemin qoyulması, informasiyanın qəbulu və müzakirəsi, klinik bacarıq və qiymətləndirmə prinsiplərinə uyğun olaraq tələbəyönlü hazırlanmış, tələbələrin araşdırmalar aparmasına, sərbəst işləmələrinə maksimal şərait yaradılmışdır. Hər bir mövzunun qoyulmasında tələbə nəyi bilməli və nəyə yiyələnməlidir prinsiplərini əldə rəhbər tutaraq müxtəlif bilik, bacarıq və səriştələrin öyrədilməsi istiqamətində olmuşdur. Göz xəstəliklərinin müxtəlif nozoloji formaları yeni təhsil sistemi prinsiplərə əsaslanaraq şərh edilərək, bəzi xəstəliklərin təsnifat sisteminə və patogenezinə aid yeni məlumatlarla, eləcə də klinik oftalmologiyada geniş tətbiq olunan yeni texnologiyanın yüksək diaqnostik imkanları, müasir müalicə üsulları barədə geniş məlumat verilir, həyat üçün təhlükəli patologiyalarda ilkin yardımın alqoritmi, taktikası və prinsipləri öyrədilir.