Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Sənədlər

Tədris prosesinin planlaşdırılması, təşkili və həyata keçirilməsi Azərbaycan Respublikasının qüvvədə olan normativ-hüquqi aktlarına, təhsil sahəsində hüquqi tənzimləməni müəyyən edən qanunvericilik sənədlərinə, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarına, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin, Səhiyyə Nazirinin, eləcə də ali təhsil müəssisəsinin təsdiq edilmiş əmrlərinə, qərarlarına, əsasnamələrinə və qaydalarına uyğun olaraq təmin edilir. Bununla bağlı aşağıdakı sənədləri nümunə kimi qeyd etmək mümkündür:

1. “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli 693-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu;

2. “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli 564 nömrəli Fərmanı;

3. “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2017-ci il tarixli 3457 nömrəli Sərəncamı;

4. “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2019-cu il tarixli 961 nömrəli Sərəncamı;

5.  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında”;

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”;

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.06.2010-cu tarixli 117 nömrəli qərarı ilə  təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”;

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”;

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”;

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 fevral 2018-ci il tarixli 54 nömrəli qərarı ilə təsdiq edilmiş “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”;

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 489 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə Qaydası”;

13.Həmçinin:

13.1 Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin əmrləri;

13.2 Azərbaycan Respublikası Səhiyyə Nazirinin əmrləri;

13.3 Azərbaycan Tibb Universitetinin rektorunun əmrləri;

13.4 Azərbaycan Tibb Universitetinin Elmi Şurasının qərarları;

13.5 Azərbaycan Tibb Universitetinin müvafiq komissiyalarının qərarları.