Bizi izləyin:
Heydər Əliyev
Normal fiziologiya Hərbi feldşer
Bölmələrimiz
Normal fiziologiya Hərbi feldşer

“Fiziologiya” mənşəcə yunan sözüdür. Bu sözdən termin kimi XVI yüzillikdən başlayaraq istifadə edilmişdir. Elmi məlumatların sayı çoxaldıqca və həcmi genişləndikcə müstəqil elmlər – botanika, zoologiya, anatomiya və s. kimi elmlər müstəqil olaraq inkişafa başladı. Həmin vaxtdan fiziologiya anatomiyanın bir hissəsi kimi öyrənilmişdir. Bu, anatomları orqanizmin quruluşunu, müxtəlif orqan və toxumaları öyrənməsindən başqa, insanın həyat fəaliyyətinə də maraq göstərmələri ilə əlaqədar olmuşdur. İnsan orqanizminin həyat fəaliyyətinin əsaslı şəkildə tədqiqi XIX yüzilliklə bağlıdır.

Çağdaş dövrümüzdə bu elm normal fiziologiya adlanır. Normal fiziologiya təbabətin əsasını təşkil edir. Bu fənni bilmədən xəstəni müalicə etmək olmaz. Ona görə də normal  fiziologiya və tibb elmləri bir-biri ilə sıx əlaqəlidir. Xəstəliyin əlamətlərini anlamaq, xəstəliyi müəyyən etmək, onun müalicə olunması və qarşısının alınması  üçün  normal fiziologiyanı  öyrənmək önəmlidir.

 

Yaz semestrində keçirilən fənlər

 

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları

Mühazirə (saat)

Praktika

(saat)

Kredit

1

Hərbi feldşer

I

Normal fiziologiya

4

26

2

 

Təhsil pilləsi:  Bakalavriat

İxtisas: Hərbi feldşer

Fənnin məqsədi: Fənnin məqsədi insan fiziologiyası haqqında ümumi və xüsusi məlumatların dəqiq şəkildə öyrənilməsinə dəstək olmaq və sağlam orqanizmin  müxtəlif sistemlərinin, orqanlarının, toxumalarının və hüceyrələrinin normal işləmə mexanizmlərini və onların tənzim yollarını öyrənməkdir. Tərtib olunan proqram həm fizioloji, həm də funksional sistemlərin fəaliyyətinin analizinə aid müasir elmi nailiyyətləri özündə cəmləşdirir

 

Fənnin təlim nəticəsi:

Fənnin sonunda tələbə aşağıdakı bilik, bacarıq və kompetensiyalara malik olacaq:

1. Sağlam orqanizmin əsas funksiyalarını və onların fizioloji mahiyyətini izah edə biləcək;

2. Müxtəlif fizioloji göstəricilərin sabit qiymətlərini və onların orqanizmdəki rolunu açıqlaya biləcək;

3. Hüceyrə, toxuma, orqan və sistem səviyyəsində fizioloji proseslərin tənzimlənmə mexanizmlərini izah və əlaqələndirə biləcək.

4. Fizioloji tədqiqat üsullarının prinsiplərini tətbiq edə və eksperimental heyvanlar üzərində praktik    təcrübələr apara biləcək;

5. Eksperimental işlər zamanı etik prinsiplərə və laborator təhlükəsizlik qaydalarına əməl edəcək.

6. Fizioloji göstəricilərin dəyişməsini təhlil və qiymətləndirmə bacarığı göstərəcək;
7. Orqanizmin funksional sistemlərinin quruluş və fəaliyyət qanunauyğunluqlarını qiymətləndirə və əsaslandıra biləcək.

8. Laborator şəraitdə və tədqiqat prosesində etik davranış və elmi kommunikasiya prinsiplərinə riayət edəcək.

9. Yeni fizioloji bilik və tədqiqat metodlarını müstəqil şəkildə mənimsəmək və tətbiq etmək bacarığı formalaşacaq.

Fənnin məzmunu

Fiziologiya — orqanizmin və onu təşkil edən orqan, toxuma və hüceyrələrin struktur elementlərinin həyat fəaliyyətini, bu fəaliyyətin səbəb və mexanizmlərini öyrənən elmdir. O, orqanizm ilə xarici mühit arasındakı qarşılıqlı əlaqəni müəyyənləşdirir. Fiziologiya elmi digər fundamental elmlərlə (biokimya, fizika, biologiya, anatomiya və s.) sıx inteqrasiyada inkişaf edir, fiziki və kimyəvi qanunlara əsaslanır və onların tədqiqat üsullarından geniş istifadə edir.
Fiziologiya eksperimental elm olmaqla, onun əsas metodu təcrübədir. Fiziologiyanın əsas qanunları eksperimental müşahidələr və elmi dəlillərlə sübut olunur.

 

Mövzu (mühazirə)

 Ədəbiyyat

Saat

  1.  

1. Oyanan toxumaların ümumi fiziologiyası. Əzələ fiziologiyası.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

20-33,

61-74

91-143

2

  1.  

2. Həzm sisteminin fiziologiyası. İfrağat sisteminin fiziologiyası

 

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

310-333

277-289

239-249

211-213

224-23

174-181

2

 

Mövzu (praktik məşğələ)

(Ədəbiyyat)

Saat

1

Fizioloji eksperimentlərin məqsədi və təşkili. Fizioloji tədqiqat üsulları. Fizioloji eksperimentlərdə istifadə olunan cihazlar və məhlullar.

1. Fizioloji tədqiqat üsulları. 

2.Fizioloji tədqiqatlarda istifadə olunan cihazlar, alətlər və məhlullar.

Oyanan toxumaların ümumi fiziologiyası.

Təcrübə işləri:

1. Sinir-əzələ preparatının hazırlanması, qıcıqlandırma üsülları.

2.Qalvaninin I və II təcrübələri, Matteucci təcrübəsi.

3.Oyanmanın nəql olunma qanunları (fizioloji və anatomik tamlıq, izolə nəql olunma, ikitərəfli nəql olunma).

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

52-58

 

2

2

Əzələlərin fiziologiyası. Əzələ təqəllüsünün növləri. Saya əzələlərin fizioloji xüsusiyyətləri.

Təcrübə işləri:

1.Əzələnin tək təqəllüsü və onun təhlili.

2.Əzələnin tək təqəllüsünə qıcıq qüvvəsinin, sııxlığının və temperaturun təsiri.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

79-80

 

2

3

МSS-nin  fiziologiyası. Onurğa beyininin, uzunsov beyinin, orta beyinin, ara beyin və beyinciyin fiziologiyası.

 Təcrübə işləri:

1.Qurbağada onurğa beyini reflekslərinin müşahidəsi.

2. Mərkəzi ləngimənin müşahidəsi (İ.M.Secenov).

3.Baş beyin fəaliyyətinin elektroensefaloqrafik təhlili.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

117-122

145-154

 

 

2

4

Orqanizmin funksiyalarının hormonal tənzimi (Hipofiz, böyrəküstü vəz, mədəaltı vəz, qalxanabənzər vəz, cinsiyyət vəzlərinin fiziologiyası)

Təcrübə işləri:

1. Adrenalin, asetilxolin və atropinin qurbağanın göz bəbəyinin əzələlərinə təsiri.

 

 

430-432

 

2

5

Qanın fiziki-kimyəvi xassələri. Eritrositlər. Leykositlər. Hemoqlobin. Qanın laxtalanma mexanizmi.

Təcrübə işləri:

  1. Eritrositlərin çökmə sürətinin təyini.
  2. Qanda hemoqlobinin miqdarının təyini (A.Sali üsulu ilə).
  3. Eritrositlərin sayılması (Qoryayev üsulu ilə).

Qan qruplarının təyini. Rezus faktor

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

181-186

 

2

6

Ürək qan-damar sisteminin fiziоlоgiyasi. Ürək fəaliyyətinin tənzimi.

Təcrübə işləri:

1.Qurbağanın ürək fəaliyyətinin qrafik qеydi.

2.Qurbağa ürəyinin avtоmatizmi. Ştanniusun liqaturaları.

3. Qurbağanın ürək fəaliyyətinin sinir və humoral tənzimi (Ştraube təcrübəsi).

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

216-217

222-223

 

2

 

7

Ürək fəaliyyətinin хarici əlamətləri.

Təcrübə işləri:

1.İnsanlarda ürək tonlarının auskultasiyası. Fonokardioqrafiya.

2.İnsanlarda  elektrokardioqramın yazılması (EKQ) və onun təhlili.

3.İnsanda arterial qan təzyiqinin ölçülməsi (Riva-Roççi və Korotkov üsulları).

4.İnsanda arterial nəbzin təyini və onun xüsusiyyətlərinin öyrənilməsi. Arterial nəbzin qrafik qeydi (sfiqmoqrafiya).

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

250-254

 

2

8

Aralıq imtahanı

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

273-274

 

2

9

  Tənəffüsün fiziologiyasi.

Təcrübə işləri:

1.Ağciyər vеntilyasiyasının mехanikası. Nəfəsalma və  nəfəsvеrmənin müşahidəsi (Dоndеrs mоdеli, qabırğaların fəaliyyətinin sхеmi).

  2.Spirоmеtriya. Ağciyərlərin həyat tutumunun və dəqiqəlik həcminin təyini.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

326-333

 

 

2

10

Həzm sisteminin fiziologiyasi.

Təcrübə işləri:

1.İnsanda ağız suyu ifrazının müşahidəsi.

2..Eksperimentdə mədə şirəsinin alınması.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

372-379

 

2

11

İfrağat sisteminin fiziologiyasi.

Təcrübə işləri:

1.Adrenalinin diurezə təsiri.

2.Sidiyin ümumi analizi

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

450-452

 

2

12

 Analizatorların fiziologiyası. Ali sinir fəaliyyətinin fiziologiyasi.

Təcrübə işləri:

1.Görmə itiliyinin təyini.

2. İnsanda temperamentin tiplərinin təyini.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

497-502

509-510

 

 

2

 

13

               Yekun dərs.

 

2