Bizi izləyin:
Heydər Əliyev
Farmakologiya (Müalicə işi, hərbi həkim işi, əczaçılıq, ictimai səhiyyə, stomatologiya)
Bölmələrimiz
Farmakologiya (Müalicə işi, hərbi həkim işi, əczaçılıq, ictimai səhiyyə, stomatologiya)

Farmakologiya

(Müalicə işi, hərbi həkim işi, əczaçılıq, ictimai səhiyyə, stomatologiya)

070101 – müalicə işi

070102 – hərbi həkim işi

050802 - əczaçılıq

070103 – ictimai səhiyyə

070104 – stomatologiya ixtisasları üçün

 

Fənnin məqsədi

Tələbələrdə dərman maddələrinin təsir mexanizmləri, farmakoloji xüsusiyyətləri və klinik tətbiqi haqqında müstəqil elmi və praktik təsəvvür formalaşdırmaqdan ibarətdir. Həmçinin dərman maddələrinin rasional və təhlükəsiz istifadəsi prinsiplərinin, onların farmakodinamik və farmakokinetik xüsusiyyətlərinin, istifadəsinə göstəriş və əks-göstərişlərinin, mümkün əlavə təsirlərinin və dərman qarşılıqlı təsirlərinin öyrədilməsi, müxtəlif xəstəliklərin profilaktika və müalicəsində müasir farmakoterapiya üsullarının tətbiqi qaydalarının mənimsədilməsi məqsəd qoyulur.

 

Tələbə nəyi bilməlidir

  • Farmakologiyanın əsas anlayışları və bölmələri.
  • Dərman maddələrinin farmakokinetikası: sorulma, paylanma, metabolizm və xaricolma.
  • Dərman maddələrinin farmakodinamikası: təsir mexanizmləri, reseptorlarla qarşılıqlı təsir, dozadan asılı təsir xüsusiyyətləri.
  • Dərman maddələrinin təsirinə təsir edən amillər (yaş, cins, genetik xüsusiyyətlər, yanaşı xəstəliklər və s.).
  • Dərmanların əlavə təsirləri, toksik təsirləri və onların profilaktikası.
  • Dərman maddələrinin qarşılıqlı təsiri və kombinə olunmuş farmakoterapiyanın prinsipləri.
  • Əsas farmakoloji qruplar və onların klinik tətbiqi.
  • Rasional farmakoterapiyanın əsas prinsipləri və sübutlara əsaslanan tibbin rolu.
  • Dərman maddələrinin təhlükəsiz istifadəsi.

 

Tələbə nəyi bacarmalıdır

  • Resept yazmaq və dərman maddələrinin düzgün istifadəsi barədə tövsiyələr vermək.
  • Müxtəlif klinik vəziyyətlərdə uyğun dərman maddəsini seçmək və əsaslandırmaq.
  • Dərmanların dozasını və tətbiq yolunu düzgün müəyyən etmək.
  • Dərmanların mümkün əlavə təsirlərini və qarşılıqlı təsirlərini qiymətləndirmək.
  • Rasional və təhlükəsiz farmakoterapiya prinsiplərini klinik praktikada tətbiq etmək.

 

Tələbə nəyə yiyələnməlidir

  • Rasional farmakoterapiyanın əsas prinsipləri.
  • Dərman maddələrinin klinik praktikada təhlükəsiz tətbiqi qaydaları.
  • Dərmanların əlavə təsirlərinin monitorinqi.
  • Müxtəlif xəstəliklərin müalicəsində müasir farmakoloji yanaşmalar.
  • Dərman maddələrinin profilaktik və terapevtik məqsədlə düzgün istifadəsi prinsipləri.

 

 

Farmakologiya fənninin tədrisi ixtisaslar üzrə cədvəldə göstərilən kimi planlaşdırılır:

 

Fakültə

Semestr

Kreditin sayı

Mühazirə

Praktiki məşğələ

Ümumi həcmi

Qiymətləndirmə

MPF (Farmakologiya-1)

4

4

14

60

74

imtahan

MPF (Farmakologiya-2)

5

5

20

60

80

imtahan

HTF (Farmakologiya-1)

4

4

14

61

75

imtahan

HTF (Farmakologiya-2)

5

5

14

46

60

imtahan

Əczaçılıq (Farmakologiya-1)

4

4

30

30

60

imtahan

Əczaçılıq (Farmakologiya-2)

5

4

14

46

60

imtahan

Əczaçılıq

(Klinik farmakologiya)

8

4

14

46

60

imtahan

Stomatologiya

4

3

20

26

46

imtahan

İctimai səhiyyə

6

3

20

20

40

imtahan

Fizioterapiya

5

2

20

10

30

imtahan

Tibb bacısı

5

3

20

30

50

imtahan

Feldşer kursu

1

4

14

46

60

imtahan

 

FARMAKOLOGİYA FƏNNİ ÜZRƏ TƏDRİS PROQRAMI

Farmakologiyanın mövzusu və vəzifələri. Dərman maddələrinin tibbdə rolu və onların rasional istifadəsinin ictimai əhəmiyyəti. Farmakologiyanın əsas bölmələri: ümumi reseptura, ümumi və xüsusi farmakologiya.

Ümumi reseptura

Resept yazılmasının əsas prinsipləri. Dərman formaları. Elektron resept sistemi.

Ümumi farmakologiya

Dərmanların farmakokinetikası: sorulma, paylanma, metabolizm və xaricolma. Dərmanların mənimsənilməsi və biotransformasiya prosesləri. Dərman maddələrinin təsirinə təsir edən amillər: yaş, cins, genetik xüsusiyyətlər, yanaşı xəstəliklər və s.

Dərman maddələrinin farmakodinamikası: təsir mexanizmləri, reseptorlarla qarşılıqlı təsir, aqonist və antaqonistlərin xüsusiyyətləri, dozadan asılı təsirin qanunauyğunluqları.

Dərman maddələrinin əlavə və toksik təsirləri, allergik reaksiyalar, dərman qarşılıqlı təsirləri. Rasional farmakoterapiyanın əsas prinsipləri.

Xüsusi farmakologiya

Vegetativ sinir sisteminə təsir edən dərman maddələri: xolinomimetiklər, xolinoblokatorlar, adrenomimetiklər və adrenoblokatorlar. Mərkəzi sinir sisteminə təsir edən dərman maddələri: ümumi anestetiklər, yuxugətiricilər, parkinsonizməleyhinə və epilepsiyaəleyhinə maddələr, analgetiklər, antipsixotiklər, anksiolitiklər, sedativlər, antidepressantlar, psixostimulyatorlar.

İşcil orqanların funksiyasına təsir göstərən maddələr: Tənəffüs sisteminə təsir göstərən maddələr, Ürək-damar sisteminə təsir edən dərman maddələri: kardiotoniklər, antiaritmiklər, antianginal, antihipertenziv və hipertenziv maddələr. Həzm sistemi xəstəliklərində istifadə olunan dərman maddələri. Qanyaranma, laxtalanma və fibrinoliz sisteminə təsir göstərən maddələr.

Orqanizmin metabolik proseslərinə təsir edən maddələr. Antihiperlipidemik və podaqraəleyhinə maddələr. Vitamin və ferment preparatları. Hormonal preparatlar və endokrin sistemə təsir edən dərman maddələri.

İltihabəleyhinə və allergiyaəleyhinə maddələr.

Antimikrob preparatlar: antiseptiklər və dezinfeksiyaedici maddələr, antibiotiklər. Virusəleyhinə, antifungal və antiparazitar preparatlar. Şişəleyhinə dərman maddələri.