Bizi izləyin:
Heydər Əliyev
Tibbi Biokimya fənni (Ali tibb bacısı)
Bölmələrimiz
Tibbi Biokimya fənni (Ali tibb bacısı)

Tibbi Biokimya fənni, İctimai Səhiyyə fakültəsinin Ali tibb bacısı ixtisası üçün canlı orqanizmlərin biokimyəvi proseslərini öyrənən fundamental bir proqramdır. Bu fənn tələbələrə insan orqanizminin kimyəvi tərkibi, müxtəlif molekulların quruluş və funksiyaları, maddələr mübadiləsi və bu proseslərin tənzimi haqqında dərin biliklər verir. Fənnin əsas məqsədi tələbələrin biokimyəvi prosesləri ətraflı başa düşməsini və tibbi biliklərini inkişaf etdirməsini təmin etməkdir. Proqramın əsas mövzuları arasında orqanizmdəki zülallar, lipidlər, nuklein turşuları və karbohidratların quruluşu və funksiyaları, fermentlərin təsir mexanizmləri, bioenergetika və maddələr mübadiləsi yer alır. Tələbələr biokimyəvi molekulların sintez və katabolizm mərhələlərini, həmçinin bu proseslərdə ATF əmələ gəlməsi, oksidləşmə-reduksiya reaksiyaları kimi bioenergetik prosesləri öyrənirlər. Fənn, həmçinin hormonlar, vitaminlər və digər bioloji aktiv maddələrin insan sağlamlığında oynadığı rolu analiz edir. Tibbi Biokimya fənni tələbələrə laborator avadanlıqlarla işləmək, müxtəlif biokimyəvi analiz üsullarını tətbiq etmək və nəticələri təhlil etmək bacarığı qazandırır. Klinik praktikada istifadə olunan laborator metodların tədrisi isə xəstəliklərin diaqnostikasında tələbələrə əvəzsiz bir bilik bazası yaradır. Tələbələr, həmçinin zülal və lipid metabolizmasının pozulması ilə əlaqəli patologiyaları öyrənir, bu da klinik təcrübədə biokimyəvi biliklərin tətbiqinə dair anlayışlarını genişləndirir. Bu bilik və bacarıqlar ictimai səhiyyə sahəsində peşəkar fəaliyyət göstərmək üçün tələbələrə möhkəm təməl yaradır, onların həm klinik, həm də tədqiqat işlərində müvəffəqiyyət qazanmasını təmin edir.

FƏNNİN MƏQSƏDİ

1. Orqanizmin kimyəvi tərkibini təşkil edən maddələrin (su, minerallar, zülallar, yağlar, karbohidratlar, nuklein turşuları və fermentlər) biokimyəvi xüsusiyyətlərini və onların funksional əhəmiyyətini öyrənmək;

2. Aminturşuların, zülalların, karbohidratların və lipidlərin struktur xüsusiyyətlərini və onların metabolik yollarını dərk etmək;

3. Zülalların struktur səviyyələri, denaturasiya qabiliyyəti, kooperativlik effekti və nuklein turşularının biokimyəvi xüsusiyyətləri haqqında biliklər əldə etmək və bu bilikləri tibbdə tətbiq edə bilmək;

4. Fermentlərin quruluş-funksional xüsusiyyətlərini, kofermentləri, izofermentləri, fermentlərin aktivliyinə təsir edən amilləri (pH, temperatur, substrat konsentrasiyası) və tibbi enzimologiyanın əsaslarını öyrənmək;

5. Karbohidratların həzmi, qlükozanın enerji mənbəyi kimi istifadəsi və onun müxtəlif metabolik yolları (qlikoliz, qlükoneogenez, pentozofosfat yolu) haqqında məlumatları dərk etmək;

6. Bioenergetika və onun əsas prinsipləri, oksidləşmə-reduksiya reaksiyaları, ATF-in sintez yolları və oksidativ stresin təsirləri barədə məlumat əldə etmək;

7. Biokimyəvi və immunoferment analizatorlardan istifadə etməklə müxtəlif laborator analizlərin aparılması, nəticələrin təhlili və təhlükəsizlik qaydalarına riayət edilməsi kimi praktik bacarıqları inkişaf etdirmək;

 

Mühazirələrin mövzusu

Saat

1.

Biokimya fənni, məqsədi və vəzifələri. Zülalların biokimyəvi xüsusiyyətləri: strukturu

(aminturşular), struktur xüsusiyyətləri, nümayəndələri (sadə və mürəkkəb).

2

2.

Hemoqlobin, heterogenliyi. Kooperativlik effekti, saturasiyası. Nuklein turşularının sturktur

monomerləri və struktur xüsusiyyətləri.

2

3.

Fermentlərin biokimyəvi xüsusiyyətləri, kimyəvi təbiəti, xassələri, təsir mexanizmi, aktivli-

yinin tənzimi. Enzim vitaminlər – suda həll olan vitaminlər, onların kofermentləri və müba- dilədə rolu.

2

4.

Hormonların biokimyəvi xüsusiyyətləri, təsir mexanimzi, bəzi hormonların mübadilədə rolu.

Hormon-vitaminlər. Şəkərsiz, şəkərli, steroid diabet.

2

5.

Maddələr və enerji mübadiləsinin ümumi prinsipləri. Katabolizmin ümumi yolları, onların energetik əhəmiyyəti. Bioloji oksidləşmə, növləri. ATF-in sintezinin yolları. Karbohidratların mübadiləsi: həzmi, mənimsəməsi. Qlikoliz və qlükoneogenez prosesləri, biokimyəvi

xüsusiyyətləri, qarşılıqlı əlaqələri.

 

2

6.

Qlikogenin mübadiləsi. Qlükozanın pentozafosfat yolu ilə parçalanması. Qanda şəkərin miq- darının tənzimedilmə mexanizmləri: hipo- və hiperqlikemiyalar. Karbohidrat mübadiləsinin

irsi və qazanılmış patologiyaları.

2

7.

Zülalların qidada əhəmiyyəti: bioloji dəyəri, həzmi, sorulması. Toxumalarda aminturşu mü-

badiləsinin ümumi yolları. Ammonyakın əmələ gəlməsi, zərərləyici təsiri və zərərsizləşdiril- məsinin yolları. Karbamidin sintezi.

2

8.

Aminturşu mübadiləsinin irsi və qazanılmış pozulmaları. Nuklein turşularının mübadiləsi:

purin və pirimidinlərin mübadiləsi və pozulmaları.

2

9.

Lipid mübadiləsi: həzmi, sorulması, bağırsaqda resintezi. Piy turşularının β-oksidləşməsi, onun energetik əhəmiyyəti. Asetil-KoA-nın istifadə yolları: keton cisimciklərinin mübadiləsi, piy  turşularının  biosintez  mexanizmləri.  Xolesterin  mübadiləsinin  xüsusiyyətləri.

Ateroskleroz, öddaşı xəstəliyi. Piylənmə. Qaraciyərin piy distrofiyası.

 

2

10.

Qanın, qaraciyərin və böyrəyin biokimyəvi xüsusiyyətləri: tərkibi, hemoqlobinin sintezi,

parçalanması. Sarılıqlar.

2

 

Məşğələlərin mövzusu

Saat

1.

Qrupla, daxili nizam-intizamla və təhlükəsizlik texnikası qaydaları ilə tanışlıq. Zülalların və aminturşuların quruluşu.

2

2.

Mürəkkəb zülallar: metallo-, fosfo-, xromoproteinlər. Lab. işi: Fosfo-, xromoproteinlərə aid reaksiyalar.

2

3.

Fermentlərin quruluşu, xassələri və təsir mexanizmi.

Lab. işi: Fermentlərin termolabilliyi, spesifikliyi və fermentlərin aktivliyinə optimum pH-ın təsiri.

2

4.

Vitaminlərin təsnifatı. Bir sıra vitaminlərin quruluş xüsusiyyətləri, bioloji rolu.

Lab. işi: B1, B2, B6 və C vitaminlərinə aid reaksiyalar.

2

5.

Kollokvium: Mürəkkəb zülallar. Fermentlər və vitaminlər.

2

6.

Maddələr mübadiləsinin ümumi qanunauyğunluqları. Katabolizmin I və II ümumi yolları. EDZ haqqında ümumi məlumat.

Sərbəst işlərin qəbulu.

2

7.

Karbohidratların biokimyəvi xüsusiyyətləri haqqında ümumi anlayış. Karbohidratların həzmi. Qlikogenin mübadiləsi.

Lab. işi: Qanda qlükozanın qlükozooksidaza üsulu ilə miqdarı təyini.

2

8.

Qlikoliz, qlükoneogenez. Karbohidrat mübadiləsinin hormonal tənzimi. Lab. işi: Qlükozaya qarşı tolerantlıq sınağı.

2

9.

Lipidlərin biokimyəvi xüsusiyyətləri haqqında ümumi anlayış. Lipidlərin həzmi, sorul- ması, resintezi. Lipid mübadiləsində iştirak edən hormonlar.

Lab. işi: Öd turşularının təyini.

2

10.

Aralıq qiymətləndirmə: Karbidrat və lipidlərin mübadiləsi.

2

11.

Zülal mübadiləsi. Zülalların həzmi, sorulması, cürüməsi. Azot balansı.

Lab.işi: Mədə şirəsinin vəsfi və miqdarı təyini. Zülalların pepsin və tripsinlə həzmi.

2

12.

Zülal mübadiləsi: ammonyakın əmələ gəlməsi, toksik təsiri və zərərsizləşdirilməsi. Zülal mübadiləsinin hormonal tənzimi.

Laboratoriya işləri: Qanda karbamidin təyini.

2

13.

Kollokvium: Zülalların mübadilə xüsusiyyətləri.

2

14.

Qanın və böyrəklərin biokimyası.

Lab. işi: Normal və patoloji sidiyin analizi.

2

15.

Yekun dərs. Mövzunun mənumsənilmə səviyyəsinin qiymətləndirilməsi. Sərbəst işlərin

qəbulu.

2