Bizi izləyin:
Heydər Əliyev
Tibbi biokimya fənni (Hərbi feldşer)
Bölmələrimiz
Tibbi biokimya fənni (Hərbi feldşer)

“Tibbi biokimya” fənni hərbi feldşer ixtisası üzrə təhsil alan tələbələrdə insan orqanizmində gedən əsas biokimyəvi proseslər, maddələr mübadiləsinin qanunauyğunluqları və bu proseslərin normal və patoloji hallarda dəyişməsi haqqında fundamental biliklərin formalaşdırılmasına xidmət edir. Fənnin məzmunu hərbi feldşerin peşə fəaliyyətində qarşılaşa biləcəyi klinik vəziyyətlər, fövqəladə hallar, travmalar, zəhərlənmələr, infeksiyalar və metabolik pozğunluqlar fonunda biokimyəvi dəyişikliklərin düzgün anlaşılmasına yönəldilmişdir.

Fənn çərçivəsində tələbələr insan orqanizminin kimyəvi tərkibini təşkil edən əsas bioloji molekulların, aminturşuların, zülalların, karbohidratların, lipidlərin, nuklein turşularının, fermentlərin, vitaminlərin və hormonların quruluşunu, xassələrini və funksional əhəmiyyətini öyrənirlər. Maddələr mübadiləsinin katabolik və anabolik istiqamətləri, onların qarşılıqlı əlaqəsi, enerji mübadiləsinin əsas mexanizmləri, ATF sintezi və bioenergetik proseslərin toxuma və orqan səviyyəsində rolu fənnin əsas mövzularını təşkil edir. Proqramda karbohidrat, lipid və zülal mübadiləsinin ardıcıl reaksiyaları, onların neyro-endokrin tənzimi və pozulmaları, xüsusilə şəkərli diabet, piylənmə, ateroskleroz, qaraciyər və böyrək patologiyalarının biokimyəvi əsasları geniş şəkildə izah olunur. Qanın funksional biokimyası, hemoqlobinin sintezi və parçalanması, turşu-qələvi müvazinət, laxtalanma və antikoaqulyant sistemləri hərbi feldşerin ilkin tibbi yardım və xəstənin vəziyyətinin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Fənnin məzmununa qaraciyər və böyrəklərin funksional biokimyası, detoksikasiya mexanizmləri, azot mübadiləsi, ammonyakın zərərsizləşdirilməsi, karbamid sintezi, sidiyin biokimyəvi tərkibi və patoloji dəyişikliklərin laborator göstəriciləri də daxildir. Bundan əlavə, əzələ toxumasının biokimyası, əzələ yığılmasının enerji təminatı və travma, hipoksiya, fiziki yüklənmə zamanı baş verən biokimyəvi dəyişikliklər hərbi xidmət şəraitində praktik əhəmiyyət daşıyan mövzular sırasında yer alır. Praktik məşğələlər zamanı tələbələr biokimyəvi analizlərin aparılması, qanda və digər bioloji mayelərdə əsas göstəricilərin təyini, laborator nəticələrin şərhi və təhlükəsizlik qaydalarına riayət bacarıqlarını mənimsəyirlər. Bu, gələcəkdə hərbi feldşerin klinik qərarvermə prosesində laborator məlumatlardan düzgün istifadə etməsinə imkan yaradır.

Beləliklə, “Tibbi biokimya” fənninin məzmunu hərbi feldşer ixtisası üçün orqanizmdə gedən biokimyəvi proseslərin dərin elmi əsaslarla öyrənilməsini, bu biliklərin praktiki tibbi fəaliyyətlə əlaqələndirilməsini və hərbi-tibbi xidmətin effektivliyinin artırılmasını təmin edən mühüm baza rolunu oynayır.

 

FƏNNİN MƏQSƏDİ

Tibbi biokimya fənninin məqsədi tələbələrə insan orqanizminin biokimyəvi əsaslarını, o cümlədən zülalların, nuklein turşularının, karbohidratların, lipidlərin, fermentlərin, vitaminlərin və hormonların strukturunu, funksiyalarını və metabolizmini öyrətməkdir. Bu fənn vasitəsilə tələbələr:

1. Zülalların, nuklein turşularının, karbohidratların, lipidlərin və digər bioloji aktiv maddələrin biokimyəvi xüsusiyyətlərini və funksional əhəmiyyətini mənimsəmək;

 

2. Fermentlərin kimyəvi təbiətini, təsir mexanizmlərini və vitaminlərin koferment kimi rolunu başa düşmək;

 

3. Karbohidratlar, lipidlər və zülalların mübadiləsini, enerji istehsalı və sərfini təmin edən bioenergetik prosesləri öyrənmək;

 

4. Qanın, qaraciyərin, böyrəklərin və digər toxumaların biokimyəvi funksiyaları və patologiyaları barədə biliklərə sahib olmaq;

 

5. Müxtəlif xəstəliklərin diaqnostikasında və proqnozlaşdırılmasında biokimyəvi göstəricilərin əhəmiyyətini və istifadə üsullarını öyrənmək;

 

6. Biokimyəvi və immunoferment analizatorları ilə işləmə texnikasını və təhlükəsiz davranış qaydalarını mənimsəmək, biokimyəvi analizləri təhlil etmək və nəticə çıxarmaq bacarığını inkişaf etdirmək.

 

Mövzu (mühazirə)

Saat

1

Maddələr mübadiləsi: katabolizm, anabolizm, onların qarşılıqlı əlaqəsi. Maddələr mübadiləsində zülalların, fermentlərin, vitaminlərin, hormonların biokimyəvi rolu: onların strukturu və  funksiyası haqqında anlayış.

2

2

Bioloji oksidləşmə, növləri. ATF  sintezinin yolları, substrat səviyyəsində və oksidləşməklə fosforlaşma. Katabolizm pro-sesinin sxemi: ümumi yollarının anlayışı və energetik əhəmiyyəti. Qida karbohidratları: strukturu, mənimsənilməsi. Qlikoliz və qlükoneogenez, proseslərin qarşılıqlı əlaqəsi. Qlikogenin mübadiləsi. Şəkərli diabet.

2

3

Zülalların qidada əhəmiyyəti: bioloji dəyəri, həzmi, sorulması, bağırsaqda çürüməsi. Toxumalarda aminturşu mübadiləsinin ümumi yolları. Ammonyakın əmələ gəlməsi, toksikliyi. Karbamidin sintezi.

2

4

Lipidlərin qidada rolu: həzmi, əvəzolunmayan piylər. Orqanizmdə lipidlərin nəqli: lipoproteinlər (növləri). Piy depola-rından lipidlərin səfərbərliyi: piy turşularının oksidləşməsi. Piylənmə. Qaraciyərin piy distrofiyası. Xolesterinin mübadilədə rolu, ateroskleroz.

2

5

Qanın, qaraciyərin və böyrəyin biokimyəvi xüsusiyyətləri: tərkibi, hemoqlobinin sintezi və parçalanması. Sarılıqlar.

2

 

 

Mövzu (praktik məşğələ)

Saat

1

Qrupla, daxili nizam-intizamla və təhlükəsizlik tex­ni­kası qaydaları ilə tanışlıq. Zülalların və  amintur­şu­ların qu­ru­luşu.

2

2

Mürəkkəb zülallar: me­­tallo-, fosfo-, qliko-, lipo-, xromopro­tein­lər.

Hemoqlobinə aid re­­ak­si­yalar.

2

3

Fermentlərin biokimyəvi xüsusiyyətləri. Enzim-vitamin­lər.

Fermentlərin termolabil­liyi, spe­sifik­liyi. B1  və C vitaminlərə  aid reaksi­ya­lar.

2

4

Maddələr mübadiləsinin ümumi qanunauyğun­luq­ları. Katabolizmin I və II ümumi  yolları. EDZ haq­qın­da ümu­­­mi məlumat. ATF-in sintezinin yolları.

Qanda piroüzüm turşusunun təyini.

2

5

Əsas qida karbohidratların biokimyəvi xüsusiyyətləri  haqqında ümumi anlayış. Karbohidratların həzmi. Qliko­ge­nin mü­badiləsi.

Qanda qlükozanın qlükozooksidaza üsulu ilə miqdarı təyini.

2

6

Qlikoliz, qlükoneogenez.

Şəkərli diabet, növləri, yaranma səbəbləri.

Qlükozaya qarşı tolerantlıq sınağı.

2

7

Zülal mübadiləsi. Zülalların həzmi, sorulması, cürü­mə­si. Azot  balansı.

Mədə şirəsinin vəsfi və miqdarı təyini. Zülal­ların pepsin və tripsinlə həzmi. 

2

8

Zülal mübadiləsi. Ammonyakın əmələ qəlməsi, toksik təsiri və zərər­siz­ləş­dirilməsi.Aminturşu mübadiləsinin pozulmaları.

Qanda karbamidin təyini.

2

9

Lipidlərin biokimyəvi xüsusiyyətləri  haqqında ümumi anlayış. Lipidlərin həzmi, sorulması, resintezi. Piylənmə. Ateroskleroz. Öddaşı xəstəliyi.

Öd turşularının təyini.

2

10

Yekun dərs. Sərbəst işlərin qəbulu.

2