Klinik biokimya fənnini mənimsəmiş tələbə insan orqanizminin müxtəlif toxuma və hüceyrələrinin kimyəvi tərkibinə daxil olan əsas bioloji maddələrin – zülalların, nuklein turşularının, karbohidratların, lipidlərin, fermentlərin, vitaminlərin və hormonların quruluşu, funksiyası və qarşılıqlı əlaqələri haqqında geniş biliyə malik olur. O, maddələr mübadiləsinin biokimyəvi mexanizmlərini, bu proseslərin pozulması nəticəsində meydana çıxan patoloji vəziyyətlərin biokimyəvi əsaslarını dərk edir. Tələbə qanda, sidikdə və digər bioloji mayelərdə biokimyəvi göstəricilərin normal və patoloji dəyişikliklərini tanıyır, bu göstəricilərin xəstəliklərin erkən diaqnostikasında, gedişatının izlənilməsində və müalicə effektivliyinin qiymətləndirilməsində əhəmiyyətini anlayır. Tələbə müasir biokimyəvi və immunoferment analizatorların, həmçinin laborator cihazların işləmə prinsiplərini bilir və onlardan istifadə qaydalarına əməl edir. O, biokimyəvi analizlərin nəticələrini oxumaq, təhlil etmək və klinik hallarla əlaqələndirərək düzgün interpretasiya etmək bacarığına yiyələnir. Laborator avadanlıqlarla işləyərkən təhlükəsizlik, gigiyena və bioetik normalara riayət edir, eləcə də keyfiyyətə nəzarət prinsiplərini tətbiq etməyi bacarır.
Klinik biokimya fənnini mənimsəyən tələbə əldə etdiyi bilikləri klinik praktikada tətbiq etmə, biokimyəvi məlumatları diaqnostik qərarların qəbulunda istifadə etmə və elmi düşüncə tərzini formalaşdırma qabiliyyətinə malik olur. O, laborator nəticələrin etibarlılığını qiymətləndirə bilir, komanda şəraitində işləmək və həkim-laborant qarşılıqlı əməkdaşlığında effektiv ünsiyyət qurmaq bacarığı qazanır. Bununla yanaşı, tələbə öz bilik və bacarıqlarını daim yeniləməyə, klinik biokimyanın müasir istiqamətləri – molekulyar diaqnostika, biomarker texnologiyaları və avtomatlaşdırılmış analiz sistemləri sahəsində yenilikləri tətbiq etməyə meylli olur.
Fənnin məqsədi:
1. Orqan və toxumaların biokimyəvi tərkibini, ferment sistemlərinin və metabolik yolların klinik əhəmiyyətini izah edir.
2. Əsas biokimyəvi göstəricilərin (qanda, sidikdə, nəcisdə və digər bioloji mayelərdə) normativ dəyərlərini və onların patoloji dəyişikliklərini tanıyır.
3. Metabolik sindromlar, qaraciyər, böyrək, ürək, endokrin və onkoloji xəstəliklərdə baş verən biokimyəvi dəyişiklikləri şərh edir.
4. Klinik laborator analizlərin nəticələrini düzgün təhlil edir və onları klinik hallarla əlaqələndirir.
5. Biokimyəvi diaqnostika üsullarını (fotometrik, enzimatik, immunoferment, elektroforetik və s.) fərqləndirir və onların prinsiplərini izah edir.
6. Biokimyəvi nəticələrə əsaslanaraq ilkin klinik qərar vermə bacarığı göstərir.
Fənnin təlim nəticəsi:
1. İnsan orqanizminin əsas biokimyəvi komponentlərini, onların fizioloji və patoloji vəziyyətlərdə dəyişməsini izah edir.
2. Əsas metabolik proseslərin (karbohidrat, lipid, zülal, nuklein turşusu mübadiləsi və s.) klinik əhəmiyyətini başa düşür.
3. Qanda, sidikdə, beyin-omurilik mayesində və digər bioloji mayelərdə biokimyəvi göstəricilərin normativ dəyərlərini və patologiya zamanı dəyişikliklərini tanıyır.
4. Qaraciyər, böyrək, ürək-damar, endokrin və onkoloji xəstəliklərdə baş verən biokimyəvi pozğunluqları sistemli şəkildə izah edir.
5. Laborator nəticələrin etibarlılığı, keyfiyyətə nəzarət və bioetik normalara əməl etmə mədəniyyətinə malik olur.
6. Tədqiqat və klinik qərarvermə proseslərində elmi və analitik düşüncə tərzini tətbiq edir.
7. Müasir klinik biokimya texnologiyalarını və diaqnostik metodları mənimsəyir və tətbiq edir.
Fənnin məzmunu:
Klinik biokimya fənnini mənimsəmiş tələbə insan orqanizminin müxtəlif toxuma və hüceyrələrinin kimyəvi tərkibinə daxil olan əsas bioloji maddələrin – zülalların, nuklein turşularının, karbohidratların, lipidlərin, fermentlərin, vitaminlərin və hormonların quruluşu, funksiyası və qarşılıqlı əlaqələri haqqında geniş biliyə malik olur. O, maddələr mübadiləsinin biokimyəvi mexanizmlərini, bu proseslərin pozulması nəticəsində meydana çıxan patoloji vəziyyətlərin biokimyəvi əsaslarını dərk edir. Tələbə qanda, sidikdə və digər bioloji mayelərdə biokimyəvi göstəricilərin normal və patoloji dəyişikliklərini tanıyır, bu göstəricilərin xəstəliklərin erkən diaqnostikasında, gedişatının izlənilməsində və müalicə effektivliyinin qiymətləndirilməsində əhəmiyyətini anlayır. Tələbə müasir biokimyəvi və immunoferment analizatorların, həmçinin laborator cihazların işləmə prinsiplərini bilir və onlardan istifadə qaydalarına əməl edir. O, biokimyəvi analizlərin nəticələrini oxumaq, təhlil etmək və klinik hallarla əlaqələndirərək düzgün interpretasiya etmək bacarığına yiyələnir. Laborator avadanlıqlarla işləyərkən təhlükəsizlik, gigiyena və bioetik normalara riayət edir, eləcə də keyfiyyətə nəzarət prinsiplərini tətbiq etməyi bacarır.
Klinik biokimya fənnini mənimsəyən tələbə əldə etdiyi bilikləri klinik praktikada tətbiq etmə, biokimyəvi məlumatları diaqnostik qərarların qəbulunda istifadə etmə və elmi düşüncə tərzini formalaşdırma qabiliyyətinə malik olur. O, laborator nəticələrin etibarlılığını qiymətləndirə bilir, komanda şəraitində işləmək və həkim-laborant qarşılıqlı əməkdaşlığında effektiv ünsiyyət qurmaq bacarığı qazanır. Bununla yanaşı, tələbə öz bilik və bacarıqlarını daim yeniləməyə, klinik biokimyanın müasir istiqamətləri – molekulyar diaqnostika, biomarker texnologiyaları və avtomatlaşdırılmış analiz sistemləri sahəsində yenilikləri tətbiq etməyə meylli olur.
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
Karbohidrat mübadiləsinin pozulmaları |
|
2 |
|
2 |
Lipid mübadiləsinin pozulmaları |
Əfəndiyev A.M., Eyyubova A.Ə., Qarayev A.N. «Patoloji və klinik biokimya» (dərslik). Bakı, 2019-cu il, s.19-45. |
2 |
|
3 |
Zülal və nuklein turşularının mübadiləsinin pozulmaları |
Əfəndiyev A.M., Eyyubova A.Ə., Qarayev A.N. «Patoloji və klinik biokimya» (dərslik). Bakı, 2019-cu il, s. 46-59. |
2 |
|
4 |
Hemoqlobinopatiyalar, enzimopatiyalar. |
Əfəndiyev A.M., Eyyubova A.Ə., Qarayev A.N. «Patoloji və klinik biokimya» (dərslik). Bakı, 2019-cu il, s.132-149. |
2 |
|
5 |
Birləşdirici toxumanın patobiokimyası. İrsi kollagenopatiyalar, onların kliniki və genetik formaları, nəsilverməyə təsiri. |
Əfəndiyev A.M., Eyyubova A.Ə., Qarayev A.N. «Patoloji və klinik biokimya» (dərslik). Bakı, 2019-cu il, s.132-149. |
2 |
|
№ |
Mövzu (praktik məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Qrupla, təqvim-mövzu planı və sərbəst işlərlə tanışlıq. Klinik biokimya fənninin məqsəd və vəzifələri. Qanın patobiokimyası. Normal və patoloji vəziyyətlərdə qanın kimyəvi tərkibi. Qanda ümumi zülalın və albuminlərin təyini və diaqnostik əhəmiyyəti. Qan serumu zülallarının elektroforezi. |
Əfəndiyev A.M., Eyyubova A.Ə., Qarayev A.N. «Patoloji və klinik biokimya» (dərslik). Bakı, 2019-cu il, s.290-309. Əfəndiyev A.M., F.Q. İslamzadə, Qarayev A.N., Eyyubova A.Ə. Bioloji kimyadan laboratoriya məşgələləri (dərs vəsaiti). Bakı, 2019, s. 61-66. |
4 |
|
2 |
Qanın formalı elementləri. Qanın ümumi analizi (hemoqram). Anemiyalar.
|
Əfəndiyev A.M., Eyyubova A.Ə., Qarayev A.N. «Patoloji və klinik biokimya» (dərslik). Bakı, 2019-cu il, s. 287-289 |
4 |
|
3 |
Qanın laxtalanma sistemi. Koaqulopatiyalar. Koaquloqram parametrləri.
|
Əfəndiyev A.M., Eyyubova A.Ə., Qarayev A.N. «Patoloji və klinik biokimya» (dərslik). Bakı, 2019-cu il, s. 316-330. |
4 |
|
4 |
Hemoqlobinopatiyalar, enzimopatiyalar. Hemoxromatozlar. |
Əfəndiyev A.M., Eyyubova A.Ə., Qarayev A.N. «Patoloji və klinik biokimya» (dərslik). Bakı, 2019-cu il, s.132-149. |
4 |
|
5 |
Həzm sistemi və qaraciyərin patobiokimyası və laborator diaqnostikası. Qan serumunda fermentlərin (ALT, AST, QF, QQT) aktivliyinin və bilirubin fraksiyalarının təyini və diaqnostik əhəmiyyəti.
|
Əfəndiyev A.M., Eyyubova A.Ə., Qarayev A.N. «Patoloji və klinik biokimya» (dərslik). Bakı, 2019-cu il s 201-213. Əfəndiyev A.M., F.Q. İslamzadə, Qarayev A.N., Eyyubova A.Ə. Bioloji kimyadan laboratoriya məşgələləri (dərs vəsaiti). Bakı, 2019, s. 278-298. |
4 |
|
6 |
Böyrəklərin patobiokimyası və laborator diaqnostikası. Qanda serumunda qalıq azotun, sidik cövhərinin və kreatininin təyini. Sidiyin fiziki-kimyəvi və mikroskopik müayinəsi. |
Əfəndiyev A.M., Eyyubova A.Ə., Qarayev A.N. «Patoloji və klinik biokimya» (dərslik). Bakı, 2019-cu il, s. 150-200. Əfəndiyev A.M., F.Q. İslamzadə, Qarayev A.N., Eyyubova A.Ə. Bioloji kimyadan laboratoriya məşgələləri (dərs vəsaiti). Bakı, 2019, s. 229-254, 261-264. |
4 |
|
7 |
Aralıq qiymətləndirmə |
|
4 |
|
8 |
Birləşdirici və sümük toxumasınin patobiokimyası və tədqiqi üsulları. Qan serumunda C-reaktiv zülalın, revmatoid amilin, O-antistreptolizinin, kalsiumun, fosforun, maqneziumun, hidroksiprolinin təyininin diaqnostik əhəmiyyəti. |
Əfəndiyev A.M., Eyyubova A.Ə., Qarayev A.N. «Patoloji və klinik biokimya» (dərslik). Bakı, 2019-cu il, s. 132-149. Əfəndiyev A.M., F.Q. İslamzadə, Qarayev A.N., Eyyubova A.Ə. Bioloji kimyadan laboratoriya məşgələləri (dərs vəsaiti). Bakı, 2019, s. 69, s. 167-173. |
4 |
|
9 |
Endokrin sistemin patobiokimyası və laborator diaqnostikası (mədəaltı vəzisi). Şəkərli diabetin metabolik aspektləri. Qanda qlükozanın və qlikohemoqlobinin təyini. “Şəkər yükü” sınağı. |
Əfəndiyev A.M., Eyyubova A.Ə., Qarayev A.N. «Patoloji və klinik biokimya» (dərslik). Bakı, 2019-cu il, s.11-18, 233-239, 247-251, s. 257-260. Əfəndiyev A.M., F.Q. İslamzadə, Qarayev A.N., Eyyubova A.Ə. Bioloji kimyadan laboratoriya məşgələləri (dərs vəsaiti). Bakı, 2019, s. 145-150. |
4 |
|
10 |
Endokrin sistemin patobiokimyası və laborator diaqnostikası (qalxanabənzər, böyrəküstü və cinsiyyət vəziləri). İmmunoferment analiz üsulu ilə hormonların miqdarının təyini. Qan serumunda tiroksinin (T4) miqdarının təyini. |
Əfəndiyev A.M., Eyyubova A.Ə., Qarayev A.N. «Patoloji və klinik biokimya» (dərslik). Bakı, 2019-cu il, s.252-257, s.260-263. Əfəndiyev A.M., F.Q. İslamzadə, Qarayev A.N., Eyyubova A.Ə. Bioloji kimyadan laboratoriya məşgələləri (dərs vəsaiti). Bakı, 2019, s. 221-226. |
4 |
|
11 |
Ürək-damar sisteminin patobiokimyası və laborator diaqnostikası. Ateroskleroz, miokard infarktı. Qanda triqliseridlərin, xolesterinin və onun fraksiyalarının təyini və diaqnostik əhəmiyyəti. Aterogenlik əmsalı. |
Əfəndiyev A.M., Eyyubova A.Ə., Qarayev A.N. «Patoloji və klinik biokimya» (dərslik). Bakı, 2019-cu il, s. 32-42, 186-194. Əfəndiyev A.M., F.Q. İslamzadə, Qarayev A.N., Eyyubova A.Ə. Bioloji kimyadan laboratoriya məşgələləri (dərs vəsaiti). Bakı, 2019, s. 95-97, 108-111. |
4 |
|
12 |
Bədxassəli şişlərin biokimyəvi xüsusiyyətləri. Şiş markerləri. |
Əfəndiyev A.M., Eyyubova A.Ə., Qarayev A.N. «Patoloji və klinik biokimya» (dərslik). Bakı, 2019-cu il, s.425-439.
|
4 |
|
13 |
Situasiya məsələlərinin və test tapşırıqlarının həlli.
|
|
2 |