Bizi izləyin:
Heydər Əliyev
Epidemiologiyanın əsasları (İctimai Səhiyyə)
Bölmələrimiz
Epidemiologiyanın əsasları (İctimai Səhiyyə)

Epidemiologiya kursunun müvəffəqiyyətli aparılması ictimai elmlər, ümumi nəzəri və klinik kafedralar tərəfindən verilən başlanğıc biliklərin səviyyəsindən asılıdır. Tədrisin inteqrasiyası mikrobiologiya, fəlsəfə, biologiya, kommunal gigiyena, qida gigiyenası, əmək gigiyenası, uşaq və yeniyetmələr gigiyenası, yoluxucu xəstəliklər, uşaq xəstəlikləri, sosial gigiyena və səhiyyənin təşkili və s. kafedralar ilə birlikdə həyata keçirilir.

Tibb elmi və səhiyyənin inkişafına baxmayaraq, dünyanın bir çox inkişaf etmiş ölkələrində yoluxucu xəstəliklər problemi hələ də öz əhəmiyyətini itirməmişdir. Əlavə olaraq qeyri-yoluxucu xəstəliklərlə mübarizə də getdikcə daha böyük aktuallıq kəsb edir. Ölkəmizdə də bir sıra yoluxucu xəstəliklərlə mübarizədə böyük müvəffəqiyyətlər qazanılmış, ayrı-ayrı təhlükəli xəstəliklərin kökü kəsilmişdir. Lakin Azərbaycanın  coğrafi mövqeyi  və əlverişli təbii-iqlim şəraiti hələ də bəzi yoluxucu xəstəliklərin ölkə ərazisində aşağı səviyyədə olsa da qeyd olunmasına imkan yaradır. Ona görə də, belə xəstəliklərin ölkə ərazisində  tamamilə ləğv edilməsi  səhiyyə orqanları qarşısında duran mühüm vəzifələrdəndir. Bu vəzifələri uğurla  həyata keçirmək üçün yüksək ixtisaslı, profilli mütəxəssislərin hazırlanması günün vacib məsələsi kimi qarşıda durur.

Epidemiologiya xəstəliyin səbəblərini oyrənmək və səhiyyənin məlumat bazası üçün müxtəlif vasitələr, metodlar təqdim edir. O, tək İctimai səhiyyə sahəsində deyil,  həm də müalicə-profilaktika sahəsində çalışan mütəxəssislərə xəstələnməni öyrənmək və səhiyyə xidmətlərinin səmərəliliyini artırmaq üçün imkan yaradır. Fərdi və populyasiyada salamatlığı, xəstəliyi və onlara təsir edən amilləri anlamaq üçün əsas yanaşma işləyib hazırlayır. Bu da öz novbəsində həm tibb işçiləri, həm də xəstələr üçün vacibdir. Epidemiologiyanın məqsədi bu məlumatları sağlamlığı inkişaf etdirmək və xəstəliyi azaltmaq üçün istifadə etməkdir. Müalicə təcrübəsi və səhiyyə siyasəti yalnız klinik təcrübəyə əsaslana bilməz. Elmi dəlillərə əsaslanmaq lazımdır. Epidemiologiya sağlamlığı və xəstələnmə hallarını öyrənmək üçün istifadə olunan metodları başa düşmək, elmi ədəbiyyatdakı dəlilləri tənqidi qiymətləndirmək üçün bir fənndir. Epidemiologiya sağlamlıq və səhiyyə ilə əlaqədar ən vacib və sürətlə inkişaf edən araşdırma sahələrinin əsasını qoyan əsas fənnlərdən biridir. Epidemioloji metodlar klinik tədqiqat, xəstəliklərin qarşısının alınması, sağlamlığın qorunması və səhiyyə xidmətlərinin tədqiqatlarında əsas yer tutur. Epidemioloji tədqiqatların nəticələrindən digər tibb sahələrində çalışan mütəxəssislər, o cümlədən müalicə həkimləri, pediatrlar, klinisistlər və s. də istifadə edirlər.

       “Epidemiologiyanın əsasları” fənni təhsil proqramına əsasən ATU-nun İctimai Səhiyyə  fakultəsinin III kursunda tədris olunur.

 

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları

Mühazirə

Praktika

1

Ictimai Səhiyyə

III

Epidemiologiyanın əsasları

30

30

 

Təhsil pilləsi:  əsas baza ali tibb təhsili

İxtisas: İctimai Səhiyyə

Fənnin məqsədi: Tələbələri epidemiologiyanın əsas qanunları və epidemik prosesin ümumi qanunauyğunluqları, müxtəlif yoluxucu və qeyri-infeksion xəstəliklərin epidemiologiyası və onlarla mübarizənin əsas istiqamətləri ilə tanış etmək, onları profilaktik və əksepidemik tədbirlərin təşkilinin, aparılmasının nəzəri və təcrübi məsələləri üzrə hazırlamaqdır.

Fənnin təlim nəticəsi

  1. epidemioloji tədqiqatların aparılmasında  istifadə edilən  müayinə metodlarını  tətbiq etməyi və təhlili həyata keçirməyi bacarır;
  2. sağlamlığın dəyərləndirilməsi və sağlıq göstəriciləri, kriteriyaları haqqında informasiyanı epidemioloji vəziyyətin qiymətləndirilməsi üçün  tətbiq etməyi bacarır;
  3. yoluxucu xəstəlik ocağının epidemioloji müayinəsini aparmağı  bacarır;
  4. müxtəlif nozoformalar zamanı hospitalizasiya müddətini və  rejim-məhdudlaşdırıcı tədbirlərin davametmə müddətini, xəstəliyi keçirənlər və yoluxma riskinə məruz qalan şəxslər üzərində dispanser müşahidənin aparılması qaydasını bilir;
  5. müxtəlif infeksiyalar zamanı obyektlərin cari və yekun dezinfeksiyasının, deratizasiyasının və dezinseksiyasının  aparılmasının təşkili qaydasını; sterilizasiya işini təşkil etməyi bacarır;
  6. uşaqların və böyüklərin immunlaşdırılmasını planlaşdırmağı, təşkil etməyi və həyata keçirməyi bacarır;
  7. immunprofilaktikanın aparılması üçün preparatların yararlılığını müəyyən etməyi bilir;
  8. diskriptiv, analitik epidemioloji araşdırmanın aparılması üçün müvafiq göstəricilərin toplanmasını və onların statistik işlənməsini yerinə yetirir;
  9. xəstəliklərin biostatistik göstəricilərini hesablamağı, xəstəliklərə dair epidemioloji göstəricilər əsasında cədvəllərin, qrafiklərin qurulmasını bacarır;
  10. epidemioloji anamnez toplamağı, ocağın tədqiqini,  protokol və aktların yazılmasını bacarır.

 

Fənnin məzmunu. Epidemiologiya - epidemik prosesin inkişaf qanunauyğun­luq­larını öyrənən elmdir; bu elm insanlar arasında yoluxucu xəs­tə­liklərin yayılma prosesini - infeksiya mənbəyi, yoluxma mexa­nizmi və həssas orqanizm, sosial şəraitdən asılı olaraq yeni yolux­manın əmələ gəlməsini öyrənir. Epidemiologiyanın təbabət elmində, xüsusilə, yoluxucu xəs­təliklər və peşə xəstəlikləri sahəsində əhəmiyyəti böyükdür.

“Epidemiologiyanın əsasları” epidemik prosesin ümumi qanunauyğunluqları, infeksiya mənbəyi, yoluxma yolları və amilləri, yoluxma mexanizmi, epidemik ocaq, təbii və sosial amillərin epidemik prosesin gedişinə təsiri, parazit və sahib populyasiyasının epidemioloji xüsusiyyətləri, epidemiologiyanın metodları, epidemik ocağın müayinə metodikası, yoluxucu xəstəliklərlə mübarizə və profilaktikasının ümumi prinsiplərini öyrənməklə məşğul olur. Xalqın sağlamlığı uğrunda mübarizədə aparılan tədbir­lərdən biri də tibbi - profilaktiki istiqamətin aktiv şəkildə inkişaf etdirilməsidir. O, fundamental və populyasion epidemioloji tədqi­qat­larda alınan məlumatlara əsaslanır. Bu, epidemioloji müayinə metodunun köməyilə həyata keçirilir. Onun vasitəsilə profilaktik və əksepidemik tədbirlərin aydınlaş­dırıl­ması və xəstəliyin əmələ gəlməsi mexanizmi müəyyən edilir. İstər  yoluxucu, istərsə də, qeyri-yoluxucu xəstəliklərin təhlili zamanı geniş tətbiq edilir.

Epidemiologiyanın əsasları tədrisi nəticəsində tələbələrə  epidemiologiya ilə bağlı olan əsas konsepsiyalar və metodlar, Azərbaycan Respublikasının Konstitusiyasında əhalinin sağlamlığının qorunması, “Sanitar-epidemioloji salamatlıq haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunları, əhalinin yoluxmasının,  xəstəliklərin baş verməsinin qarşısının alınması üzrə tədbirlər, əhalinin sağlamlıq göstəricilərinin hesablanması, risk qrupları və risk amilləri, epidemioloji vəziyyətin dəyərləndirilməsi göstəricilərinin təhlili üsulları, səhiyyə xidmətlərinin fəaliyyətinin effektiv planlaşdırılması yolları, həmçinin Ümumi epidemiologiya, epidemiologiyanın predmeti, məqsəd və vəzifələri, inkişaf tarixi, epidemik prosesin ümumi qanunauyğunluqları, yoluxucu xəstəliklərin təsnifatı, epidemik proses haqqında təlim və onun bölmələri, infeksiya mənbəyi, yoluxma mexanizmi, yoluxma yolları və amilləri, epidemik ocaq, epidemik ocağın xarakterisikası və onun fəaliyyətinin dayandırılması, yoluxucu xəstəliklərlə mübarizə və profilaktikanın ümumi prinsipləri, yoluxucu xəstəliklərin yaranmasının və yayılmasının qarşısının alınması üzrə profilaktik və əksepidemik tədbirlər  sistemi,  müxtəlif ocaqlarda sporadik və qrupşəkilli xəstələnmələr zamanı aparılan əksepidemik tədbirlərin həyata keçirilməsi istiqamətləri, epidemioloji  müayinənin və təhlilin aparılması, xəstələnmənin proqnozlaşdırılması üsulları; həmçinin dezinfeksiyaedici maddələrin və immunoprofilaktika  vasitələrinin  xarakteristikası, dezinfeksiya işinin  təşkili, üsulları və müxtəlif infeksiyalar zamanı onun tətbiqi istiqamətləri, əhalinin xəstələnməsinin qarşısının alınmasında immunprofilaktika vasitələrinin əhəmiyyəti, işlədilməsi üsulları, tətbiqi texnikası, vaksinasiyanın effektivliyinin qiymətləndirilməsi və s. ilə bağlı bilik və bacarıqlar öyrədilir. 

 

Mühazirə mövzularının planı

 

Mövzu

Ədəbiyyat

Saat

 

1

Epidemiologiya elm kimi, tərifi, predmeti və vəzifələri. İnkişaf tarixi, digər elmlərlə əlaqəsi.  Epidemiologiyanın əsas bölmələrinin məzmunu və müayinə metodları

1.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s.  8-46

1.2.Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: Учебник. М.:Медицина, 1989, s. 11-36

2

 

2

İnfeksiya haqqında təlim. İnfeksion proses və parazitizm.  İnfeksion prosesdə mikroorqanizmin  və makroorqanizmin rolu.

2.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 47-61

2.2.Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: Учебник. М.:Медицина, 1989, s. 36-43

2

 

3

Epidemik proses haqqında təlim.  Epidemik prosesin tərkib hissələri

3.1.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 62-81

3.2. Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2007, s. 17-30

2

 

4

Epidemiologiyanın kateqoriya və qanunları. Epidemik ocaq, xarakteristikası. Epidemik prosesin hərəkətverici qüvvələri

4.1. İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 82-108

4.2.Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: Учебник. М.:Медицина, 1989, s. 11-20

2

 

5

İnsanın yoluxucu xəstəliklərinin təsnifatı və onların törədicilərinin təkamülü. Epidemik prosesin təzahürləri

5.1. İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 109-125

5.2.Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: Учебник. М.:Медицина, 1989, s. 36-44

 

2

 

6

Epidemik prosesin təkamülü. L.V.Qromaşevskinin yoluxma mexanizmi təlimi. Yoluxma mexanizmi nəzəriyyəsi və epidemik prosesin inkişafı. V.D Belyakovun epidemik prosesin özünütənzimləmə  nəzəriyyəsi. Y.N.Pavlovskinin  yoluxucu xəstəliklərin təbii-ocaqlılığı haqqında təlimi

 6.1. İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 126-162

6.2.Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: Учебник. М.:Медицина, 1989, s. 44-68

2

 

7

Törədicilərin yoluxma amilləri haqqında anlayış. Hava, su, torpaq, qida məhsulları, məişət və istehsalat əşyaları- yoluxucu xəstəliklərin yoluxma amilləri kimi

7.1.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 130-144

7.2. Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2007, s. 74-82

2

 

8

Heyvanlar infeksiya mənbəyi kimi. Quşlar və onların epidemioloji əhəmiyyəti

8.1.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s.172-191

8.2. Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2004,  s. 525-528

2

 

9

Yoluxucu xəstəliklərin profilaktikasının və onlarla mübarizənin əsasları. Əksepidemik tədbirlər

9.1.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 221-236

9.2. Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2004, s. 82-96

2

10

Dezinfeksiya işi. Dezinfeksiya, Sterilizasiya: növləri, üsulları

 10.1.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 239-245

10.2.İ.Ə.Ağayev başq. Dezinfeksiya işi. Dərs vəsaiti. Bakı, 2008,  s. 8-89

10.3. Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2007, s. 107-129

2

 

11

Dezinseksiya, Deratizasiya: növləri, üsulları

 11.1.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012,s. 246-250

11.2.İ.Ə.Ağayev başq. Dezinfeksiya işi. Dərs vəsaiti. Bakı, 2008,  s. 93-155

11.3. Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2004,  s.130-139

11.4.Шкарин В.В., Дезинфекция, Дезинсекция, Дератизация. НГМА, Нижний Новгород, 2006. s. 111-149, 153-178

2

 

12

Kamera dezinfeksiyası. Kiçik dezinfeksiyaedici aparatlar

 12.1.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 248

12.2.İ.Ə.Ağayev başq. Dezinfeksiya işi. Dərs vəsaiti. Bakı, 2008, s. 156-174

12.3.Шкарин В.В., Дезинфекция, Дезинсекция, Дератизация. НГМА, Нижний Новгород, 2006. s. 180-184, 184 -192

2

 

13

Yoluxucu xəstəliklərin immunprofilaktikası. İmmunitet və növləri

13 .1.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 251-264

13.2.Ağayev İ.Ə., Vahabov E.F., Xələfli X.N., Tağıyeva F.Ş. İmmunprofilaktika. Dərs vəsaiti, Bakı, 2016,  s. 3-23

13.3.Genişləndirilmiş İmmunlaşdırma Proqramı.Tibb işçiləri üçün vəsait. Az.Res.SN-İNİSEF, 2002. s. 1-18

13.4.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2007, s. 139-165

2

 

14

Aktiv və passiv immunlaşdırma haqqnda anlayış, onların yaradılması vasitələri

 14.1.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012 s. 252-260

14.2.Ağayev İ.Ə., Vahabov E.F., Xələfli X.N., Tağıyeva F.Ş. İmmunprofilaktika. Dərs vəsaiti, Bakı, 2016, s. 24-60

14.3.Genişləndirilmiş İmmunlaşdırma Proqramı.Tibb işçiləri üçün vəsait. Az.Res.SN-İNİSEF, 2002. s. 52-78

14.4.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2007, s. 140-157

2

 

 

15

Genişləndirilmiş İmmunlaşdırma Proqramı. Milli peyvənd təqvimi.“Soyuq zəncir” sistemi

 15.1.Ağayev İ.Ə., Vahabov E.F., Xələfli X.N., Tağıyeva F.Ş. İmmunprofilaktika. Dərs vəsaiti, Bakı, 2016,  s. 60-70

15.2.Genişləndirilmiş İmmunlaşdırma Proqramı.Tibb işçiləri üçün vəsait. Az.Res.SN-İNİSEF, 2002. s. 52-78

15.3.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2007, s. 167-176

2

             

 

Təcrübə məşğələlərinin planı

Mövzu (təcrübə məşğələsı)

Ədəbiyyat

Saat

1

Əsas epidemioloji anlayışlar. Ümumi tibb elmi və epidemik proses haqqında elm kimi epidemiologiyanın predmeti

1.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 8-46

1.2.Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: Учебник. М.:Медицина, 1989, s. 11-36

1.3.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. СПб.: Фолиант, 2006.  s. 11-18

2

2

  Epidemioloji metodun mahiyyəti.   Yoluxucu xəstəlik ocağının epidemioloji müayinə metodikası

2.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya

.Dərslik, Bakı, 2012, s. 31-34

2.2.Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: Учебник.

 М.:Медицина, 1989, s. 20-36

2.3.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. СПб.:

Фолиант, 2006. s. 19-53

2.4.Покровский В.И., Пак С.Г., Брико Н.И.,

Данилкин Б.К. Инфекционные болезни и эпидемиология

: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2007, s. 31-46

 

2

3

Epidemik proses haqqında təlim.   Epidemik prosesin təzahürləri.

3.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 63-78

3.2 Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2007, s. 54-79

2

4

Epidemiyaların tipləri, onların xarakteristikası

4.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 393-399

4.2 Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: Учебник. М.:Медицина, 1989, s. 82-83

4.3. Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. СПб.: Фолиант, 2006. s. 91- 105

4.4 Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2007, s. 80-83

2

5

Epidemik prosesin  təkamülü. L.V.Qromaşevskinin yoluxma mexanizmi təlımı

5.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 124-144

5.2.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2007, s. 54-78

5.3.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. СПб.: Фолиант, 2006. s. 106-117

2

6

Törədicilərin  yoluxma amilləri haqqında anlayış. Amillər  üçlüyünün qarşılıqlı əlaqəsi.

6.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012,  s.130-144

6.2.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2007, s. 63-72

2

7

Yoluxucu xəstəliklərin canlı keçiriciləri (buğumayaqlılar)  və onların epidemioloji əhəmiyyəti

7.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 186-220

7.2.Шкарин В.В., Дезинфекция, Дезинсекция, Дератизация. НГМА, Нижний Новгород, 2006, c.  111-132

2

8

 

Ocaqda  aparılan əksepidemik tədbirlər, onların təşkili.

8.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 221-229

8.2.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2007, s. 82-97.

2

9

Yoluxucu xəstəliklərin qeydiyyatı və uçotu Aralıq qiymətləndirmə - İmtahan Mərkəzi

9.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 221-229

9.2.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2007, s. 82-97

 

10

 

Məhdudlaşdırıcı tədbirlərin məzmunu və təşkili. Xəstəxanadaxili yoluxmaların profilaktikası. Sahə terapevti və pediatrının işi. Poliklinikanın əksepidemik işi

10.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Dərslik, Bakı, 2012, s. 229-238

10.2.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2007, s. 176-190

2

11

Dezinfeksiya, növləri, üsulları. Dezinfektantların  qısa xarakteristikası. Sterilizasiya

11.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 239-245

11.2.İ.Ə.Ağayev başq. Dezinfeksiya işi. Dərs vəsaiti. Bakı, 2008, s. 8-92

11.3.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2007, s. 117-127

11.4.Шкарин В.В., Дезинфекция, Дезинсекция, Дератизация. НГМА, Нижний Новгород, 2006. s. 65-88

2

12

Dezinseksiya, növləri, üsulları. İnsektisidlərin  qısa xarakteristikası

12.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Dərslik, Bakı, 2012, s. 246-248

12.2.İ.Ə.Ağayev başq. Dezinfeksiya işi. Dərs vəsaiti. Bakı, 2008, s. 93-131

12.3.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2004, s. 130-133

12.4.Шкарин В.В., Дезинфекция, Дезинсекция, Дератизация. НГМА, Нижний Новгород, 2006. s. 111-150

2

13

Heyvanlar, onların epidemiloji əhəmiyyəti. Deratizasiya, növləri, üsulları. Ratisidlərin  qısa xarakteristikası

13.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 172-191

13.2.İ.Ə.Ağayev başq. Dezinfeksiya işi. Dərs vəsaiti. Bakı, 2008,  s. 134-155

13.3.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2007, s. 525-528, 133-136

13.4.Шкарин В.В., Дезинфекция, Дезинсекция, Дератизация. НГМА, Нижний Новгород, 2006. s.153-176

2

14

Yoluxucu xəstəliklərin immunprofilaktikası

14.1.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 251-265

14.2.Ağayev İ.Ə., Vahabov E.F., Xələfli X.N., Tağıyeva F.Ş. İmmunprofilaktika. Dərs vəsaiti, Bakı, 2016,  s. 3-60

14.3.Genişləndirilmiş İmmunlaşdırma Proqramı.Tibb işçiləri üçün vəsait. Az.Res.SN-İNİSEF, 2002. s.1-7

14.4.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2007, s. 139-167

 

15

TİBP və onların qısa xarakteristikası

15.1.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 251-260

15.2.Ağayev İ.Ə., Vahabov E.F., Xələfli X.N., Tağıyeva F.Ş. İmmunprofilaktika. Dərs vəsaiti, Bakı, 2016, s. 24-44

15.3.Genişləndirilmiş İmmunlaşdırma Proqramı.Tibb işçiləri üçün vəsait. Az.Res.SN-İNİSEF, 2002. s. 9-78

15.4.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2007, s.142-147